Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə95/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   91   92   93   94   95   96   97   98   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

290

 

“...Ağam Beyrək gedəli bizə ozan gəldügi yoq. 



Əgnimizdən qaftanımuz alduğu yoq. 

Başımızdan gecəligümiz alduğı yoq. 

Buynızı burma qoçlarımız alduğı yoq” (D-107) 

Bu parçada eyni söz daxilində üç dəfə  təkrarlanmış -duğı 

morfemi həm ahəngdarlığı  təmin edən, həm də poetik mənanı 

gücləndirən vasitələrdən biri kimi çıxış edir. 



-mış

4

 feli sifət  şəkilçisi.  ”Kitab”ın dilində keçmiş zaman 

məzmunlu –mış

4

 feli sifət  şəkilçisi üstün mövqedə görünmür.  



Burada bir neçə nümunəyə mətn daxilində diqqət yetirək: 

qurumuşca köks. “Qurumuşca köksimdə südim oynar” 

tikilmiş otax. “Qıraq yerdə tikilmiş otaxlarıη o zalım yıqdırdı 

ola, qardaş”. 

qoyun görməmiş qoç. “Biη  dəxi qoyun görməmiş qoç 

gətiriη”...  

Birinci növ təyini söz birləşməsinin asılı tərəfi kimi işlənmiş 

yuxarıdakı feli sifətlər müasir dilimiz üçün də səciyyəvidir. 



Feli bağlama  şəkilçiləri. “Kitab”ın dilində  işlənmiş bir sıra 

feli bağlama  şəkilçiləri cümlənin ümumi məzmununu keçmiş 

zamanla bağlayır. Heç şübhəsiz ki, bu cür bağlılığın nüvəsində 

keçmiş zamanın əsas morfoloji göstəriciləri dayanır. Feli bağlama 

şəkilçiləri də ikinci dərəcəli morfoloji göstəricilər kimi keçmiş 

zamanın  əsas morfoloji göstəricilərinin qrammatik semantikasını 

konkretləşdirməyə, qüvvətləndirməyə xidmət edir. Bu, aşağıdakı 

nümunələrdə açıq-aydın şəkildə görünür: 

-ıb

4

: çəkdirüb-çəkdirib. “Qazlıq qoca atın çəkdirüb bütün 



bindi”. Bu cümlədəki “çəkdirüb” feli bağlamasında tərz mənası ilə  

yanaşı, zaman mənası da qabarıq  şəkildə görünür. Hətta  şühudi 

keçmiş zamanda işlənmiş “bindi” (mindi) xəbərinin semantik 

yükü elədir ki, “çəkdirüb” feli bağlaması “çəkdirdi”  şəklində 

işləndikdə belə cümlənin semantik yükündə ciddi bir dəyişmə baş 

vermir: “Qazlıq qoca atın çəkdirdi, bütün bindi”; 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

291

 

−anda



2

: atanda. “Ox atanda mən sənin oxıηı yarmadımmı?”; 

“Hər atanda on iki batman taş atardı”. Bu nümunələrdəki -anda 

feli bağlama  şəkilçili söz (atanda) şühudi keçmiş  və qeyri-qəti 

gələcəkli keçmiş zaman formalarını qəbul etmiş sözlərin (yarmadı, 

atardı) qrammatik semantikasını qüvvətləndirib; 

−kən: qovarkən. “Oğlan keyiki qovarkən babasınıη ögindən 

gəlüb-gedərdi”; söhbət edərkən. “Günlərdə bir gün Yegnək oturub 

bəglərilə söhbət edərkən Qaragünə oğlı Budağ ilə üz düşəmədi”; 

−gəc//-cək, -caq, -icək: digəc. “Çoban böylə digəc Qazana 

qəhər gəldi”; göricək. “Ayğırları göricək bəgəndi”; göricək. 

“Köpəkləri göricək qas-qas güldi”; 

−ınca: çıqınca (çıxınca). “Ağ ətindən qan çıqınca dögdilər”;  

−madan: yumadan. “əlin-yüzin yumadan obanıη, ol ucından 

bu ucına – ol ucına çarpışdırdı”; 

−əli: gedəli. “Beyrək gedəli Bam-bam dəpə başına çıqdınmı, 

qız?!”; gedəli. “Sən gedəli, xanım, arqurı yatan Ala tağların 

avlanmamışdır”; 

−duqca: urduqca. “Urduqca böyüdi”;  

Nümunələrdəki feli bağlama formalarının hər biri keçmiş 

zaman mənasını qüvvətləndirən ikinci dərəcəli morfoloji göstərici-

lər kimi çıxış edir. 

 

İndiki zamanın əsas morfoloji 

göstəriciləri

 

 

Bəllidir ki, keçmiş və gələcək zamanlar indiki zamana görə 



müəyyən olunur. Bu mənada “gələcək zamanın qrammatik forma-

ları nisbətən sonrakı dövrlərdə formalaşıb” tezisi bütün para-

metrlərinə görə inandırıcıdır. Burada Ə.Dəmirçizadənin bir fikrinə 

diqqət yetirək: “...gələcək zaman məfhumu digər (keçmiş  və in-

diki) zaman məfhumlarından sonra əmələ  gəldiyi üçün, dildə  də, 

gələcək zaman bildirən xüsusi əlamət, keçmiş və indiki zamanları 

bildirən xüsusi əlamətlərdən sonra yaranır. Hətta bəzən, gələcək 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

292

 

zaman məfhumu olduğu halda, gələcək zaman üçün xüsusi şəkilçi 



hələ  təşəkkül etməmiş olur. Belə hallarda, çox zaman, nisbətən 

daha  əvvəl təşəkkül etmiş olan indiki zaman əlaməti müvəqqəti 

ollaraq, gələcək zamanı da bildirmək üçün işlənir”

1

. Müəllif qram-



matik zamanların, xüsusən də gələcək zaman formalarının yaran-

ma və inkişaf tarixini düzgün müəyyənləşdirib. Bu baxımdan indi-

ki və  gələcək zamanlara məxsus qrammatik formaların etimolo-

giyası ilə bağlı deyilmiş bəzi fikirləri nəzərdən keçirək: 

-ır



şəkilçisi “yeri” feil kökündən törəmişdir (K.Foy); -ır



şəkilçisi “yor”dan törəmişdir, “yor” isə “yatır” sözü əsasında yara-

nıb (F.E.Korş); indiki zamanın qrammatik forması yat, dur, otur, 

yür feillərindən törəyib (B.Serebrennikov); “yor” morfoloji əlamə-

ti hərəkət bildirən “yürü” feli əsasında yaranıb (M.Ergin); -ır

4

 



şəkilçisi “a–a+turur” modelinin inkişafı əsasında  reallaşıb (M.Şi-

rəliyev); indiki və qeyri-qəti gələcək zaman göstəriciləri kimi 

diferensiallaşmış – -ır//-ar  şəkilçilərini də eyni mənşəli hesab et-

mək olar (F.Cəlilov)... 

-acaq

2

  qəti gələcək zaman şəkilçisinin  iki modelin inkişafı 



əsasında yarana bilməsi ehtimal edilir: “a+jak+a” feli bağlama şə-

kilçisi; “jak<çanq< -can” ismi ad (V.Banq); -acaq

2

  şəkilçiisi 



“a+jak” formasından törəmədir: “-a“ “kay” əsasında yaranıb, 

“jak”la (“çaq”la) eyni semantik yuvaya daxil olur (İ.Deni);  -acaq

2

 

qəti gələcək zaman şəkilçisi zaman məzmunlu “çağ” sözü əsasın-



da yaranıb (Z.Tağızadə); -acaq

2

  şəkilçisi -ey// -yey şəkilçisindən 



törəmişdir; -acaq şəkilçisi -a iltizam forması  və ya -an feli sifət  

şəkilçisi ilə zaman məzmunlu “çag” sözünün qovuşmasından yara-

nıb (A.Axundov); -acaq

2

  forması -a feli bağlama şəkilçisi və -caq 



(<çağ?) şəkilçilərinin qovuşması nəticəsində yaranıb (F.Cəlilov);  

Göründüyü kimi, indiki və gələcək zaman formalarına müx-

təlif prizmalardan yanaşılıb. Açığını deyək ki,  bu izahların hər 

biri ilə müəyyən mənada razılaşmaq da olar. Amma şühudi keçmiş 

zaman  şəkilçisinin etimologiyası ilə bağlı  təqdim etdiklərimiz 

                                                            

1

 Ə.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. Bakı, 1959, səh.89. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə