“Dədə Qorqud”un möcüzələr dünyası
73
atasının dayısı gəlini – Aruzun gəlini, Qıyan Selcikin arvadı
atasının dayısının əmizadələri – Baybican, onun oğlu Dəli
Qarçar, qızı Banıçiçək
Qaraçəkür: buradakı “qara” sözü digər antroponimlərdə ol-
duğu kimi, böyük, qüdrətli, güclü mənasındadır, “çəkür” isə ça-
kar//çakər etnoniminin fonetik variantı hesab olunur; yalnız VI
boyda təsadüf olunur (cəmi bir dəfə): “Oğuzda dört yigit niqabla
gəzərdi. Biri Qanturalı, biri Qaraçəkür və oğlı Qırqqınuq və Boz
ayğırlu Beyrək” (D-180). Deməli, Qaraçəkürün qohumluq əlaqələ-
ri ilə bağlı yalnız bir faktı qeyd etmək mümkündür: oğlu – Qırqqı-
nuq. Yuxarıdakı cümlədə başqa bir detal da diqqəti cəlb edir:
Oğuzda niqabla (üzörtüyü ilə) gəzən dörd igiddən ikisi ata-oğul-
dur (Qaraçəkür və oğlu Qırqqınuq).
Qaraca çoban: qeyd etdiyimiz kimi, Qabangüci və Dəmir-
güci Qaraca çobanın qardaşlarıdır; “Kitab”ın yalnız II boyunda
işlənən “Qaraca” adı müxtəlif formalarda müşahidə olunur: Qa-
raca çoban, Qaracıq çoban, əvrənlər əvrəni (igidlər igidi) Qaracuq
çoban; Qaraca//Qaracıq//Qaraçuq adındakı “qara” qüdrətli, güclü
mənasındadır; adın sonundakı şəkilçi morfemlərini isə belə
səciyyələndirmək olar: -ca qüvvətləndirici ədat, -cıq, -çuq (-cuq)
əzizləmə bildirən şəkilçi. Qaraca çobanın qohumluq əlaqələri ilə
bağlı cəmi iki fakt qeyd oluna bilər:
qardaşı – Qabangücü
qardaşı – Dəmirgüci
Qazan: antroponimik modelində atasının adı və ləqəbi də
verilir: “Ulaş oğlı Salur Qazan”. Bu modeldə “Ulaş” onun atasının
adı (sonrakı səhifələrə bax), Salur (qılınc və çomaqla vuruşan;
ucada olan ocaq, od yandırılan yer; hündür, uca) ləqəbi, Qazan isə
(ucalan, uca, yüksək, ad qazanan, şöhrətli olan) əsl adıdır. Qeyd
etdiyimiz bu adlar barədə qorqudşünaslıqda kifayət qədər arqu-
mentləşdirilmiş fikirlər söylənilib. Qazan xanın qohumluq əlaqələ-
rinə mətn kontekstində diqqət yetirək: “Ulaş oğlı Tülü quşuŋ yav-
rısı, bizə miskin umudı, Amit sayınıŋ aslanı, Qaracuğıŋ qaplanı,
Qoŋur atın iyəsi, xan Uruzıŋ ağası, Bayındır xanıŋ göygüsi, Qalın
“Dədə Qorqud”un möcüzələr dünyası
74
Oğuzıŋ dövləti, qalmış yigit arxası” bədii təyinində atasının adı
konkret olaraq ifadə olunub: Ulaş oğlı; qayınatasının adı açıq-ay-
dın görünür: Bayındır xanıŋ göygüsi (kürəkəni); oğlu Uruza işarə
edilir: xan Uruzıŋ ağası...; “Oğlım Uruz ox atanda puta qalmış” =
oğlu Uruz; “Qalın Oğuz elində bir oğlım var, - Uruz adlu” = oğlu
Uruz; “Bir qartaşım var, – Qaragünə adlu” = qardaşı Qaragünə;
“Tayım Uruzı gördim, – Baş kəsübdir, qan dökipdir...” = dayısı
Uruz//Aruz; “Namərd Aruz tayıŋdan adam gəldi” = dayısı Aruz;
“Qazanın qızını ərliklə alan... Qaragünə oğlı Qarabudaq” = qızı;
qardaşı; qardaşı oğlu; kürəkəni... bu cür nümunələr, eyni zamanda
“Kitab”ın ümumi məzmunu göstərir ki, Qazanın qohumluq əlaqə-
lərinin əhatə dairəsi genişdir. Bu da təsadüfi deyil. Belə ki, Qazan
“Kitab”da ən çox görünən obrazlardan biridir... Beləliklə, Qazanın
qohumluq əlaqələri ilə bağlı aşağıdakı nəticələri söyləmək olar:
atası – Ulaş
anası – adı çəkilmir, amma ona birbaşa işarə olunur, Qazanın
qarıcıq anası
arvadı – Burla xatun
qayınatası – Bayındır
qayınatasının atası – Qam Ğan (Bayındırın atası)
oğlu – Uruz
qızı – ona işarə edilir (Qarabudağın arvadı): bu özünü iki
nümunədə aydın şəkildə göstərir: 1) Qarabudağın bədii təyinində:
“Qazanın qızını ərliklə alan”; 2) Qazanın oğlu Uruzun dilində:
“Qara gözlü qız qartaşumı ağlatmağıl!”
qardaşı, həm də qudası – Qaragünə
qardaşı oğlu və kürəkəni – Qarabudaq
gəlini – Uruzun arvadı. Bu qohumluq dərəcəsi Uruzun dilin-
dən verilmiş parçada açıq-aydın görünür: “Ayğır atım boğazlayub,
aşum versün! Yad qızı həlalıma dəstur versün! Maŋa tutan gərdə-
gə ayrıq girsün!” – “Ayğır atımı kəsdirib, aşımı versin! Yad qızı-
dır, arvadıma izin versin! Mənim bəy otağıma ayrısı girsin!”
dayısı – Aruz
dayısı oğlu – Basat
“Dədə Qorqud”un möcüzələr dünyası
75
dayısı oğlu – Qıyan Səlcik
dayısı gəlini – Aruzun gəlini, Qıyan Səlcikin arvadı
dayısı nəvəsi – Dondar (Aruzun nəvəsi, Qıyan Səlcikin oğlu)
anasının əmizadələri–Baybican, Dəli Qarçar, Banıçiçək
anasının əmizadəsinin qudası – Baybicanın qudası Baybörə
anasının əmizadəsinin əri – Banıçiçəyin əri Beyrək
Qazılıq qoca: “qazılıq” apelyativinin uca, ucalıq, yüksək,
yüksəklik kimi mənalarda olduğu göstərilir; qohumluq əlaqələ-
rinin əhatə dairəsi məhdud görünür, həm də daha çox iki nümunə-
nin semantikasına əsasən müəyyənləşir: Yeynəyin antroponimik
modeli: “Qazılıq qoca oğlı Yegnək” və Yeynəyin dilində dayısının
adının çəkilməsi: “Dayım Əmən imiş, anı bildim”. Bu nümunələr
isə Qazılıq qocanın qohumluğu ilə bağlı cəmi iki faktı qeyd
etməyə imkan verir:
oğlu – Yegnək
qaynı – Əmən
Qılbaş: XII boyda təsadüf olunur; apelyativi daha çox “baş
qul”, “qul başı” mənasına uyğun gəlir ki, bu da “Kitab”ın semanti-
kası ilə səsləşir; Qılbaşın qohumluq əlaqələri ilə bağlı konkret bir
fikir söyləmək mümkün deyil.
Qırqqınuq: apelyativlərinin sdemantikası ilə bağlı söylə-
nilmiş fikirləri belə ümumiləşdirmək olar: qırq (qırx); qınuq “hər
yerdə əziz olan” anlamlı etnonim. Qeyd etdiyimiz kimi, Qırqqınuq
Qaraçəkürün oğludur, Oğuzda üzörtüyü ilə gəzən dörd igiddən
biridir. Bu mənada onun qohumluğu ilə bağlı yalnız bir faktı qeyd
etmək mümkündür: atası – Qaraçəkür.
Qıyan Selcik: bu antroponimik modeldə “qıyan” kəsən, doğ-
rayan mənasındadır, igidlik məzmunludur, “Selcik” isə etnonimdir
(türk sərkərdəsi Səlcuqla əlaqələndirilir). Əvvəlki səhifələrdə qeyd
etdik ki, “Qıyan Selcik” Aruzun oğludur, Dəli Dondarın atasıdır,
Basatın qardaşıdır... Bu faktlarla kifayətlənmək də olar. Amma
Basatın dilindən verilmiş “Qarındaşım Qıyanı öldürmişsən, Ağca
yüzlü yengəmi tul eləmişsən” kimi cümlələr onun qohumluq əla-
Dostları ilə paylaş: |