Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə24/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   20   21   22   23   24   25   26   27   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

73

 

atasının dayısı gəlini – Aruzun gəlini, Qıyan Selcikin arvadı 



atasının dayısının  əmizadələri – Baybican, onun oğlu Dəli 

Qarçar, qızı Banıçiçək 



Qaraçəkür: buradakı “qara” sözü digər antroponimlərdə ol-

duğu kimi, böyük, qüdrətli, güclü mənasındadır, “çəkür” isə ça-

kar//çakər etnoniminin fonetik variantı hesab olunur; yalnız VI 

boyda təsadüf olunur (cəmi bir dəfə): “Oğuzda dört yigit niqabla 

gəzərdi. Biri Qanturalı, biri Qaraçəkür və  oğlı  Qırqqınuq və Boz 

ayğırlu Beyrək” (D-180). Deməli, Qaraçəkürün qohumluq əlaqələ-

ri ilə bağlı yalnız bir faktı qeyd etmək mümkündür: oğlu – Qırqqı-

nuq. Yuxarıdakı cümlədə başqa bir detal da diqqəti cəlb edir: 

Oğuzda niqabla (üzörtüyü ilə) gəzən dörd igiddən ikisi ata-oğul-

dur (Qaraçəkür və oğlu Qırqqınuq).  



Qaraca çoban: qeyd etdiyimiz kimi, Qabangüci və  Dəmir-

güci Qaraca çobanın qardaşlarıdır; “Kitab”ın yalnız II boyunda 

işlənən “Qaraca” adı müxtəlif formalarda müşahidə olunur: Qa-

raca çoban, Qaracıq çoban, əvrənlər əvrəni (igidlər igidi) Qaracuq 

çoban; Qaraca//Qaracıq//Qaraçuq adındakı “qara”  qüdrətli, güclü 

mənasındadır; adın sonundakı  şəkilçi morfemlərini isə belə  

səciyyələndirmək olar: -ca qüvvətləndirici  ədat, -cıq, -çuq (-cuq) 

əzizləmə bildirən  şəkilçi. Qaraca çobanın qohumluq əlaqələri ilə 

bağlı cəmi iki fakt qeyd oluna bilər: 

qardaşı – Qabangücü 

qardaşı – Dəmirgüci 

Qazan: antroponimik modelində atasının adı  və  ləqəbi də 

verilir: “Ulaş oğlı Salur Qazan”. Bu modeldə “Ulaş” onun atasının 

adı (sonrakı  səhifələrə bax), Salur (qılınc və çomaqla vuruşan; 

ucada olan ocaq, od yandırılan yer; hündür, uca) ləqəbi, Qazan isə 

(ucalan, uca, yüksək, ad qazanan, şöhrətli olan) əsl adıdır. Qeyd 

etdiyimiz bu adlar barədə qorqudşünaslıqda kifayət qədər arqu-

mentləşdirilmiş fikirlər söylənilib. Qazan xanın qohumluq əlaqələ-

rinə mətn kontekstində diqqət yetirək: “Ulaş oğlı Tülü quşuŋ yav-

rısı, bizə miskin umudı, Amit sayınıŋ aslanı, Qaracuğıŋ qaplanı, 

Qoŋur atın iyəsi, xan Uruzıŋ ağası, Bayındır xanıŋ göygüsi, Qalın 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

74

 

Oğuzıŋ dövləti, qalmış yigit arxası” bədii təyinində atasının adı 



konkret olaraq ifadə olunub: Ulaş oğlı; qayınatasının adı açıq-ay-

dın görünür: Bayındır xanıŋ göygüsi (kürəkəni); oğlu Uruza işarə 

edilir: xan Uruzıŋ ağası...; “Oğlım Uruz ox atanda puta qalmış” = 

oğlu Uruz; “Qalın Oğuz elində bir oğlım var, - Uruz adlu” = oğlu 

Uruz; “Bir qartaşım var, – Qaragünə adlu” = qardaşı Qaragünə; 

“Tayım Uruzı gördim, – Baş  kəsübdir, qan dökipdir...” = dayısı 

Uruz//Aruz; “Namərd  Aruz tayıŋdan adam gəldi” = dayısı Aruz; 

“Qazanın qızını  ərliklə alan... Qaragünə  oğlı Qarabudaq” = qızı; 

qardaşı; qardaşı oğlu; kürəkəni... bu cür nümunələr, eyni zamanda 

“Kitab”ın ümumi məzmunu göstərir ki, Qazanın qohumluq əlaqə-

lərinin əhatə dairəsi genişdir. Bu da təsadüfi deyil. Belə ki, Qazan 

“Kitab”da ən çox görünən obrazlardan biridir... Beləliklə, Qazanın 

qohumluq əlaqələri ilə bağlı aşağıdakı nəticələri söyləmək olar: 

atası – Ulaş 

anası – adı çəkilmir, amma ona birbaşa işarə olunur, Qazanın 

qarıcıq anası 

arvadı – Burla xatun 

qayınatası – Bayındır 

qayınatasının atası – Qam Ğan (Bayındırın atası) 

oğlu – Uruz 

qızı – ona işarə edilir (Qarabudağın arvadı): bu özünü iki 

nümunədə aydın şəkildə göstərir: 1) Qarabudağın bədii təyinində: 

“Qazanın qızını  ərliklə alan”; 2) Qazanın oğlu Uruzun dilində: 

“Qara gözlü qız qartaşumı ağlatmağıl!” 

qardaşı, həm də qudası – Qaragünə 

qardaşı oğlu və kürəkəni – Qarabudaq 

gəlini – Uruzun arvadı. Bu qohumluq dərəcəsi Uruzun dilin-

dən verilmiş parçada açıq-aydın görünür: “Ayğır atım boğazlayub, 

aşum versün! Yad qızı həlalıma dəstur versün! Maŋa tutan gərdə-

gə ayrıq girsün!” – “Ayğır atımı kəsdirib, aşımı versin! Yad qızı-

dır, arvadıma izin versin! Mənim bəy otağıma ayrısı girsin!” 

dayısı – Aruz 

dayısı oğlu – Basat 



 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

75

 

dayısı oğlu – Qıyan Səlcik 



dayısı gəlini – Aruzun gəlini, Qıyan Səlcikin arvadı 

dayısı nəvəsi – Dondar (Aruzun nəvəsi, Qıyan Səlcikin oğlu) 

anasının əmizadələri–Baybican, Dəli Qarçar, Banıçiçək 

anasının əmizadəsinin qudası – Baybicanın qudası Baybörə 

anasının əmizadəsinin əri – Banıçiçəyin əri Beyrək 

Qazılıq qoca: “qazılıq” apelyativinin uca, ucalıq, yüksək, 

yüksəklik kimi mənalarda olduğu göstərilir; qohumluq əlaqələ-

rinin əhatə dairəsi məhdud görünür, həm də daha çox iki nümunə-

nin semantikasına  əsasən müəyyənləşir: Yeynəyin antroponimik 

modeli: “Qazılıq qoca oğlı Yegnək” və Yeynəyin dilində dayısının 

adının çəkilməsi: “Dayım Əmən imiş, anı bildim”. Bu nümunələr 

isə Qazılıq qocanın qohumluğu ilə bağlı  cəmi iki faktı qeyd 

etməyə imkan verir: 

oğlu – Yegnək 

qaynı – Əmən 



Qılbaş: XII boyda təsadüf olunur; apelyativi daha çox “baş 

qul”, “qul başı” mənasına uyğun gəlir ki, bu da “Kitab”ın semanti-

kası ilə səsləşir; Qılbaşın qohumluq əlaqələri ilə bağlı konkret bir 

fikir söyləmək mümkün deyil. 



Qırqqınuq: apelyativlərinin sdemantikası ilə bağlı söylə-

nilmiş fikirləri belə ümumiləşdirmək olar: qırq (qırx); qınuq “hər 

yerdə əziz olan” anlamlı etnonim. Qeyd etdiyimiz kimi, Qırqqınuq 

Qaraçəkürün oğludur, Oğuzda üzörtüyü ilə  gəzən dörd igiddən 

biridir. Bu mənada onun qohumluğu ilə bağlı yalnız bir faktı qeyd 

etmək mümkündür: atası – Qaraçəkür. 



Qıyan Selcik: bu antroponimik modeldə “qıyan” kəsən, doğ-

rayan mənasındadır, igidlik məzmunludur, “Selcik” isə etnonimdir 

(türk sərkərdəsi Səlcuqla əlaqələndirilir). Əvvəlki səhifələrdə qeyd 

etdik ki, “Qıyan Selcik” Aruzun oğludur, Dəli Dondarın atasıdır, 

Basatın qardaşıdır... Bu faktlarla kifayətlənmək də olar. Amma 

Basatın dilindən verilmiş “Qarındaşım Qıyanı öldürmişsən, Ağca 

yüzlü yengəmi tul eləmişsən” kimi cümlələr onun qohumluq əla-



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə