Microsoft Word ?Zizxan tanriverdi


“Dədə Qorqud”un möcüzələr dünyası



Yüklə 3,53 Mb.
səhifə27/174
tarix25.06.2018
ölçüsü3,53 Mb.
#51679
1   ...   23   24   25   26   27   28   29   30   ...   174

 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

83

 

hər iki detal “Kitab”da açıq-aydın şəkildə müşahidə olunur: 



“Qazılıq qoca oğlı Yegnək” (D-201); “Dayım  Əmən imiş, anı 

bildim” (D-207). 

Əski tariximizin bir parçasına Oğuz kişilərinin qohumluğu 

müstəvisində müəyyən qədər aydınlıq gətirməyə çalışdıq (“Oğuz 

xanımlarının qohumluğu” bölməsindən sonra  verilmiş  nəticələrə 

bax). 


 

b) Kafirlərin qohumluğu 

 

Qorqudşünaslıqda “kafirlərə” müxtəlif prizmalardan yanaşı-

lıb. Təəccüb doğuran budur ki, kafirlərlə bağlı daha çox ziddiyyət-

li, qeyri-elmi nəticələr söylənilib. Burada diqqətçəkən bir neçə fik-

rə münasibət bildirmək zərurəti yaranır: E.Əlibəyzadəyə görə, 

“Kitab”dakı kafirləri ermənilər və gürcülər kimi başa düşmək la-

zımdır: “Kitab”da bu qonşular ümumi bir adla “kafir” deyə təqdim 

edilir. Ermənilər və gürcülər nəzərdə tutulur... Belə anlaşılır ki, 

hələ o vaxtlar – 1400-1500 il bundan öncə qonşularımız şər-şama-

ta olublar, xəyanət, dava-dalaş  həmişə onlar tərəfindən başla-

nıb...son 5-6 ilin hadisələri, təcavüz, qanlı müharibə də təsdiq edir 

ki, iddialı olmaq, şər, hiylə, qərəz, ədalətsizlik bu xalqın xilqətin-

də, canında varmış... Bu həqiqət Qorqud Atanın şahidliyi ilə das-

tanlarda öz əksini və  bədii həllini çox gözəl tapıb...”

1

. Müəllif 



“Oğuzlar və bədxah qonşuları” ilə bağlı fikirlərini “Bəkil oğlı Əm-

ran boyu” kontekstində bir az da “dəqiqləşdirir”. Belə ki, gürcülər 

sözünü ermənilərin xeyrinə ixtisar edərək yazır: “...Budur, min 

dörd, min beş yüz il bundan əvvəlki erməni sifəti. Bu gün də o, bu 

sifətini göstərir: bu sözün əyər-əskiyi yoxdur. Bu münasibət 

tarixən eynilə davam edib gəlir...”

2

. Hörmətli professorumuzun bu 



fikirləri Azərbaycan tarixinə ziddir. Əsl tarix hiss-həyəcanla, emo-

siyaya qapılmaqla yox, tutarlı fakt və arqumentlərlə danışmağı 

sevir...Məgər ermənilərin Cənibi Qafqazda məskunlaşma tarixini 

                                                            

1

 E.Əlibəyzadə. Kitabi-Dədə Qorqud. Bakı, 1999, səh.111-112. 



2

 Yenə orada, səh.114. 




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

84

 

V əsrə aparmaq olarmı? Heç şübhəsiz ki, yox!!! Burada emosiya-



larını cilovlaya bilmədiyi, həm də ermənilərə kəskin nifrət bəslədi-

yi üçün qeyri-dəqiqliyə yol vermiş E.Əlibəyzadəyə yazıçı Anarın 

bir fikrini xatırlatmaqla kifayətlənirik: “Kitabi-Dədə Qorqud”da 

“erməni” və “hay” sözlərinə rast gəlmirik.”Təkür” sözünü erməni 

kəlməsi “taqavor” kimi oxuduqda belə, bu, farsca “tacidar”dan 

törənmiş qeyri-müəyyən hökmdar titulundan başqa bir şey deyil”

1

.  


Ş.Cəmşidov kafirləri birbaşa erməni kimi təqdim etməsə də, 

şərhlərinin ümumi semantik yükündə “kafir=erməni” modeli açıq-

aydın görünür; “...Yaxın qonşular ilə Oğuz qəhrəmanları arasında 

düşmənçilik, demək olar ki, mövcud deyildir. Heç yerdə Oğuzlarla 

onların yaxın qonşuları olan erməni və gürcülərlə toqquşmaya 

təsadüf etmirik”

2

. Sovet ideologiyasının təsiri qabarıq  şəkildə 



görünən bu cümlələrdən belə anlaşılır  ki, “Kitabi-Dədə Qorqud” 

dövründə guya ermənilər Oğuzlarla mehriban qonşuluq şəraitində 

yaşayıb.   

Qeyd etdiyimiz kimi, bu cür izahlar tarixi həqiqətləri  əks 

etdirmir. Bu məqamda Ş.Cəmşidov və E.Əlibəyzadədən gətirdiyi-

miz sitatları semantika baxımından  qarşılaşdırmaq lazım gəlir:  

sitatlarda “Kitab”ın poetik strukturu, semantikası  nəzərə alınma-

yıb; hər iki müəllif erməniləri Oğuzların qonşusu hesab edir; biri 

erməniləri dost kimi (Ş.Cəmşidov), digəri düşmən kimi (E.Əli-

bəyzadə) təqdim edir; erməniləri dost hesab edən (Ş.Cəmşidov) 

sovet dövlətinin, düşmən hesab edən isə (E.Əlibəyzadə) müstəqil 

Azərbaycan dövlətinin ziyalısı kimi çıxış edir... “Kitab” isə hər iki 

fikri təkzib edir. Burada M.C.Bağırovun 1951-ci il mayın 24-də 

Azərbaycan K(b)P-nin XVIII qurultayındakı  çıxışından bəzi par-

çaları təqdim etmək lazım gəlir.  Ulu kitabımıza qarşı əsassız, həm 

də qərəzli hücumları müdafiə edən M.C.Bağırov deyir: “...Bu ya-

xınlarda Azərbaycan Sovet Yazıçıları  İttifaqı öz növbəti məsə-

lələrini müzakirə etdiyi zaman  “Dədə Qorqud” kitabının qiymət-

                                                            

1

 Anar. Dədə Qorqud dünyası. Sizsiz. Bakı, 1992, səh.33. 



2

 Ş.Cəmşidov. Kitabi-Dədə Qorqud. Bakı, 1977, səh.109.  




 

              “Dədə Qorqud”un möcüzələr dünyası 

85

 

ləndirilməsinə tamamilə doğru yanaşmışdır. Bəzi ədəbiyyatşünas-



lar və yazıçılar siyasi sayıqlığını itirərək uzun illər ərzində bu zə-

rərli, xalqa zidd kitabı Azərbaycan eposu adı ilə  təbliğ etmişlər. 

“Dədə Qorqud” xalq eposu deyildir. Bu kitab başdan-başa soyğun-

çuluq və  qırğın məqsədilə Azərbaycana gələn köçəri oğuzların 

hakim, yuxarı  təbəqələrini tərifləməyə  həsr edilmişdir. Bu kitab 

tamamilə millətçilik zəhəri ilə doludur, müsəlman olmayan başqa 

xalqlara,  əsasən, qardaş gürcü və erməni xalqlarına qarşı yazıl-

mışdır” (“Ədəbiyyat” qəzeti, 26 may 1951-ci il). Bu parçanın se-

mantik yükü barədə  qısaca olaraq aşağıdakıları söyləmək  olar:   

Azərbaycan türklərinin etnogenezində xüsusi yer tutan Oğuzlar 

köçəri, soyğunçu adlandırılaraq təhqir edilir; “Kitab”ın guya, 

gürcü və erməni xalqlarına qarşı  yazıldığı xüsusi olaraq qabardı-

lır; “Kitab”ın Azərbaycan eposu olması qəti şəkildə rədd edilir. 

Cənubi Qafqazdakı türk etnosunun tarixinə islam və xristian 

dinləri kontekstində yanaşaraq düzgün nəticələr çıxarmış K.Bəşi-

rovun fikirləri də yuxarıda dediklərimizi arqumentləşdirir: “Türk-

lərin, o cümlədən azərbaycanlıların ilk rəsmi dinlərindən olan xris-

tianlığın islam dini xatirinə inkarı bir çox tarixi həqiqətlərin düz-

gün qavranılması yolunda bizə  əngəllər yaratmışdır. Din naminə 

qarşılıqlı milli imtina alban – türklərin erməniləşməsinə  və ya 

dünya ictimaiyyətinə ermənilər kimi tanıtdırılmasına səbəb olmuş-

dur. Dağlıq Qarabağ  və Ermənistan toponimlərinin böyük əksə-

riyyətinin türk mənşəli olması, Qarabağda özlərini erməni adlandı-

ranların dil, adət və ənənələrinin gəlmələrdən əsaslı fərqi bunların 

türk mənşəyindən xəbər verir”

1

.  



O.Ş.Gökyay “Dədə Qorqud”un coğrafiyasından bəhs edər-

kən yazır: “Ermenistan – Arap coğrafiyaçılarına göre, Kür ile Ha-

zer arasındaki bütün memlekete, yani Gürcüstan`a, Arran (Alba-

niya) ve Derbend boyuna... kadar Kafkasya`nın dağlık bölgesine 

verilen ad. Buraların tarihinin çoklukla ve özellikle müslümanlar 

ilə olan dögüşlerde, Ermenistan`ın tarihine sıkıca bağlı olduğu 

                                                            

1

 K.Bəşirov. Mürəkkəb quruluşlu Azərbaycan toponimləri. Bakı, 2008, səh.7. 




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə