Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə36/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

114
lellər», 
«oxşarlıq», 
«ümumilik», 
«əlaqələr», 
«qohumluq»,
«uyğunluq», «yaxınlıq» və s. terminlərə də rast gəlinir»
154
.
N.İ.Kravçov müqayisəli-tarixi yanaşma təcrübəsindən çıxış
edərək göstərir ki, elmi praktikada «əlaqə», «oxşarlıq», «ümumilik»
anlayışları fərqləndirilmir. Alimə görə, eposda eyni qəhrəmanlar,
eyni nəğmə və süjetlər «ümumidir». «Oxşarlıq» isə yaxın süjetlərdə,
yaxın struktur və poetikalarda ifadə oluna bilər.  (Məsələn – S.R.),
serb və bolqar eposlarında «ümumi olan» var. Rus və serb eposları
arasında isə «ümumi olan» yoxdur, «oxşarlıq» var
155
.
Yuxarıdakı anlayışlar struktur-semiotik metodda öz semantik
yayğınlığını itirir və gerçəkliyi təsvirinin paradiqmatik modelinin
müxtəlif səviyyə

elementləri
kimi
çıxış edir.
Məsələn,
müqayisəli-tarixi yanaşmada «bənzəyiş»in üç növü içərisində areal
aspekti ifadə edən «korrelyasiya» sözü strukturun semiotik
modelləşdirilməsində oppozisiyaların universal əsası kimi çıxış
edir. N.S.Trubeskoy fonoloji oppozisiyaların təkcə fonoloji yox,
bütün oppozisiya sistemlərinə məxsus qanunauyğunluqlarından
danışarkən yazır:  «Hər bir qarşılaşma üzvlərinə onları bir-birindən
fərqləndirən əlamətlərlə yanaşı, elə əlamətlər xasdır ki, bunlar
qarşılaşmanın hər iki üzvünə aid olur. Belə əlamətləri «müqayisə
üçün əsas» kimi götürmək olar. Müqayisəyə gələ bilməyən, yəni
heç bir oxşar cəhətləri olmayan iki şey (məs.: mürəkkəb qabı və
iradə azadlığı) oppozisiya yarada bilməz
156
.
Ümumiyyətlə,  «müqayisə»nin mütləqləşdirilməsi (ifrata va-
rılması) tədqiqatı yanlış istiqamətə yönəldə bilir. Ona görə də
154
Putilоv B.N. Göst. əsəri, 10
155
Кравцов  Н.И.  Южнославянский  эпос  (к  вопросу  о  термино-
логии)  /  История,  культура,  фольклор  и  этнография  славянских  на-
родов. Прага: 1968, с. 241
156
Trubeskоy N.S. Fоnоlоgiyаnın əsаslаrı. Bаkı: Mütərcim, 2001, s. 85


115
F.Sössür xəbərdarlıq edir:  «Həddindən artıq müqayisəli metod özü
ilə bütöv bir səhv baxışlar sistemi gətirir ki, həmin baxışlar gerçəyə
uyğun deyil və ümumiyyətlə, insan nitqinin mövcudluğunun real
şərtlərinə ziddir
157
.
Bu cəhətdən digər hallarda qeyri-termin olan sözlərin struktur
yanaşmada dəqiq anlamları vardır. Eyni sözü müqayisəli-tarixi
folklorşünaslıqda «bənzəyiş»i bildirməkdən ötrü dəqiq mənası olan
termin kimi işlənməyən «analogiya» sözü haqqında da demək olar.
F. de Sössür yazır:  «Analogiya nümunəni və onun daimi təqlidini
nəzərdə tutur. Analoji forma – bu, müəyyən qayda əsasında bir və
ya
bir
neçə
başqa
formanın
nümunəsi
əsasında
yaranmış
formadır»
158
.
Deilənlənlərin axarında oğuz mifinin semiotik strukturunun təhlil
modelinin qurulması A.F.Losevin eyni terminlərin yaxın və fərqli
elm sahələrində müxtəlif anlamlarda işlənməsi nəticəsində yaranmış
terminoloji xaosu aradan qaldırmaq məqsədi ilə irəli sürdüyü yeganə
prinsipin – «müəlliflərin bu və ya başqa termin sistemindən istifadə
edərkən
öz
terminologiyalarını
axıradək
saxlaması

onlar
tərəfindən hər dəfə hansısa başqa termin sisteminin qəbul edilməsi
ilə
yollarından
sapmamaları»
zərurətinin
159
burada
da
reallaşdırılmasını tələb edir.
2. «Oğuz mifinin strukturunun təhlili»,
yaxud «oğuz mifinin struktur təhlili»
«Oğuz mifinin strukturunun təhlili» və «oğuz mifinin struktur
təhlili» həm üst-üstə düşən, həm də fərqli anlayışlar olmaqla biri-
birinə münasibətdə çox mürəkkəb terminoloji
157
Sössür F. Ümumi dilçilik kursu. Bаkı: BDU nəş., 2003, s. 57
158
Sössür F. Göst. əsəri, s. 291
159
Лосев  А.Ф.  Терминологическая  многозначность  в  существую-
щих  теориях  знака  и  символа  /  Языковая  практика  и  теория  языка.
Вып. 2. Москва: Наука, 1978, с. 3


116
modeli təşkil edir.  «Oğuz mifinin strukturunun təhlili», ümumən,
onun (poetik) quruluşunun – strukturunun təhlili deməkdir və bu
təhlili struktur metod da daxil olmaqla ən müxtəlif metodlarla
aparmaq mümkündür.  «Oğuz mifinin struktur təhlili» isə birbaşa
struktur-semiotik metodu nəzərdə tutan yanaşmadır.
Məsələnin bütün mürəkkəbliyi, o cümlədən mahiyyəti «struktur»
termininə strukturalizmin (ümumən: struktur-semiotik yanaşmanın)
bütün başqa metod(ologiya)lardan tamamilə başqa məna verməsi ilə
bağlıdır.
Bu
mənada,
əgər
təhlil
struktur-semiotik
metodla
aparılırsa, bu halda «oğuz mifinin strukturunun təhlili» və «oğuz
mifinin struktur təhlili» anlayışları üst-üstə düşür. Yox, təhlil başqa
(qeyri-struktur) metodla aparılırsa, onda həmin anlayışlar üst-üstə
düşmür. Bu da oğuz mifinin semiotik strukturunun təhlilində
«struktur» anlayışını xüsusi konsept olaraq təhlil müstəvisinə
gətirməyi tələb edir.
2.1. «Struktur» və «strukturalizm» anlayışları.
Mifə struktur-semiotik yanaşma tamamilə fərqli metoddur və
onun metodologiyasını strukturalizm təşkil edir. H.Saim Parladır
yazır ki,  «memarlıqdan ədəbiyyata, dilçilikdən antropologiyaya
qədər, haradasa, bütün intellektual sahələrdə intibah xarakterli bir
inkişaf olaraq dəstəklənən və mədəniyyət elementlərinin hər hansı
başqa bir dilemma yaradacağı şərhinin mümkünlüyü iddiası ilə ön
plana çıxan strukturalizm mifin təhlilinə yönəlik mühüm bir
kontekst yaratmışdır»
160
.
Strukturalizmin bütün mahiyyəti istər onun təşəkkül dövründə, istər
yayılması və fəlsəfi dərkində, istərsə də poststrukturalizmdə
160
Sаim  Pаrlаdır  H.  Mit  Simgeliği  ve  Mitin  Yаpısаl Çözümlemesi  //
«Fоlkоr, Edebiyаt» tоplusu. Cilt: 12, Sаyı 48. Аnkаrа: 2006, s. 18


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə