Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə2/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   2   3   4   5   6   7   8   9   ...   57

6
Mifologiya hər bir mədəniyyətin etnokosmik substratı kimi, onun
diaxron və sinxron strukturunu eyni zamanda (paralel olaraq) təşkil
edir.  İnsan şüurunun diaxronik başlanğıcı olan mifologiya onun
təkamül dialektikasının arxetipik sxemi olmaqla qalmayıb, həmin
şüurun bütün tarixi inkişafının sinxron böyümə formullarınının da
genetik əsasında durur. Mifoloji şüurun törəməsi (tarixi-diaxron
paradiqması) olan tarixi şüuru müəyyənləşdirən bütün struktur
əlamətləri mifologiyadan qaynaqlanır. Bu halda hər bir çağdaş
mədəniyyətin struktur tipologiyasının müəyyənləşdirilməsi onun
genetik əsaslarını təşkil edən mifologiyanın strukturunun öyrənilmə-
sini mütləq şəkildə nəzərdə tutur. Mədəniyyətin mifdən yan keçməklə
tədqiqi onun morfoloji (formal) strukturunu təsbit (konstatasiya) et-
məyə imkan versə də, funksional dinamikAsının qanunauyğun-
luqlarını
müəyyənləşdirməyə
imkan
vermir.
Tipin
arxetipini
müəyyənləşdirmədən (tipin strukturunda arxetipi bərpa etmədən)
onun semantikasına nüfuz etmək mümkün deyildir. Bu baxımdan,
oğuz
mifi
oğuz
mədəniyyətinin

bütövlükdə
Azərbaycan
etnokosmik varlığının bütün təzahür formalarının, o cümlədən
folklorun arxetipini təşkil edir. Bu səbəbdən milli mədəniyyətimizin
struktur semantikasının, funksional dialektikasının dərki və onunla
hər cür, o cümlədən elmi «ünsiyyətin»  (bugünlə keçmişin, tarixlə
mifin «dialoqunun») metodologiyasının əsasında oğuz mifinin öyrə-
nilməsi durur.
Oğuz mifi oğuz etnosunun varlığını özündə modelləşdirən dü-
şüncə və mətn hadisəsi olaraq oğuz mədəniyyətinin bütün tarixi
inkişaf və transformasiya sxemlərini özündə yaşadan arxisemlər
sistemidir. Azərbaycan kosmoetnik varlığının istənilən məna vahidi
oğuz mifi ilə arxetipləşir. Oğuz mifi milli mədəniyyətin tarixi-
diaxron

çağdaş-sinxron
konsentrasiya
nüvəsidir.
Milli
mədəniyyətimiz bu nüvənin diaxron böyüməsi kimi təşkil olunmaqla
öz çağdaş funksionallıq impluslarını


7
ondan (oğuz mif nüvəsindən) alır. Milli mədəniyyətin ayrılmaz
struktur səviyyəsi olan folklorun da çağdaş mövcudluğunun əsasında
onun strukturunun genetik əsasını təşkil edən mifoloji arxetiplərin
canlılığı, folkloru ardıcıl olaraq həyat impulsları ilə zənginləşdirməsi
durur. Diaxron planda tarixin şərti dərinliklərində qalmış mif sinxron
planda çağdaş folklorun ruhunu, bütün funksionallığının genetik
əsasını təşkil edir. Azərbaycan folklorunun bir bütöv – poetik
orqanizm kimi öyrənilməsi bu orqanizmi (folklor sistemini) onun ge-
netikası səviyyəsində qaynaqlandıran və idarə edən oğuz mifini öy-
rənmədən mümkün deyildir. Oğuz mifinin struktur arxetipləri –
arxisemlər sistemi Azərbaycan folklorunun strukturunu başdan-başa
– bütün struktur səviyyələri və elementlərini çevrələməklə təşkil edir.
Folklor sisteminin elə bir makro, yaxud mikro səviyyəsi, yaxud
səviyyə elementi yoxdur ki, onun poetik strukturu və funksional
mövcudluğu oğuz mifi ilə şərtlənməsin (əlaqələnməsin).
Oğuz mifinin öyrənilmə zərurəti eyni zamanda Azərbaycan folk-
lorşünaslığının hazırkı nəzəri-metodoloji səviyyəsi (durumu) ilə
aktuallaşır. Azərbaycan folklorşünaslığının bütöv XX əsrdə davam
etmiş təcrübəsi milli folklorun müqayisəli-təsviri planda tədqiqi
istiqamətində çox böyük nəzəri-metodoloji baza yaratmışdır. Mifin
öyrənilməsini də nəzərdə tutan həmin təcrübə ilə Azərbaycan
folklorşünaslığı bu gün milli folklorun genetikasına enməyin, onun
sinergetik strukturunu («sinergetika» – özünüinkişafın
mürəkkəb
koqnitiv sistemi
3
), autopoyetik mahiyyətini («autopoyezis» –
özünüyaratma
4
), başqa sözlə, özü özünü təşkil etmə, özü özünü
yaratma mexanizmlərini öyrənməyin astanasındadır. Bu astanadan
içəridə xaos – «qeyri-
3
«Sinergetikа»  hаqqındа  bаx:  Qurbаnоv F.  Sinergetikа:  xаоsun
аstаnаsındа. Bаkı: «Bаkı Universiteti» nəşriyyаtı, 2004, s. 41
4
«Аutоpоyezis»  hаqqındа  bаx:  Qurbаnоv  F. Аutоpоyezis  və
sinergetikа: sоsiаl təşəkkül metаfоrаlаrı. Bаkı: Аdilоğlu, 2007, s. 44


8
müəyyən»,  «qeyri-xətti»,  «qeyri-səlis»,  «bifukrkativ»,  «sinergetik»,
«autopoyetik» kimi biri-birini müxtəlif səviyyələrdə təsdiq edən
anlayışlarla səciyyələndirilən aləm başlanır. Həmin aləm haqqında
müxtəlif elm sahələrində aparılan tədqiqatların nəticələri biri-birini
təsdiq etməklə bu sahədə mifologiyanın aktuallığını qaçılmaz edir.
Xaos şərti olaraq «nizamsız» dünya kimi səciyyələndirilməklə bizim
nizamlı dünyamızın əsasını təşkil edir. Bu «nizamsız» dünya insan
psixikasında təhtəlşüur, qeyri-şüuri, şüuraltı və s. anlayışlarla sə-
ciyyələndirilən psixik aləmdir. XX əsr struktur antropologiyanın əsas
tezisinə görə real aləmin (materiyanın) gerçək mahiyyəti qeyri-
şüuridə ifadə olunub (ona kodlaşıb, onda obrazlaşıb). Ona gedən yol
həm də birbaşa mifologiyadan keçir. Mifin məntiqi qeyri-şüurinin
məntiqini, qeyri-şüuri də öz növbəsində ifadə etdiyi (şərti olaraq:
obrazlaşdırdığı) qeyri-xətti, qeyri-səlis aləmin – xaosun məntiqini
ifadə edir. Bu, ifadələnmənin struktur mexanizmləri planında –
aləmlərin biri-birinə kodlaşması, kosmoqoniya planında – diaxronik
sublimasiya (çevrilmə), sinxron böyümə planında – paradiqmatik təş-
kilolunma və nəhayət, bütün bu yanaşmaların fövqündə və əsasında
duran bəşəri təkamül planında – teokosmik başlanğıcın kosmik
mövcudluq harmoniyasıdır. Mif (oğuz mifi) özü həm yaradılış
hadisəsi kimi bütün bu teokosmoqoniyanın mərhələsi, həm də
informasiya hadisəsi kimi bütöv prosesin – xaosdan kosmosa keçidin
məzmununu özündə əks etdirən bilgi qaynağıdır. Mifin struktur
məzmununun bütövlüyü ona dünyagörüşü sistemi kimi baxmağa im-
kan verir. Bu mənada, oğuz mifi vahid teokosmik mifin
sağlam,
davamlı və fasiləsiz (qeyri-diskret) böyümüş paradiqmatik tipi kimi
dünya elminin gəlib çıxdığı hazırkı səviyyədə çox ciddi tədqiq
aktuallığına malikdir. Digər tərəfdən isə oğuz mifinin milli
diferensiya əlamətlərinə görə vahid türk mifinin tipi olması onun təd-
qiqinin türkoloji aktuallığının əsasında durur.


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə