Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə14/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

46
təhlil metodlarının tətbiqi ilə mümkün olan nəticələri almağa, o
cümlədən mifin strukturunu mental arxisemlərin sistemi kimi
götürüb, semiotik vahidlərin modeli kimi bərpa etməyə imkan
verməmişdir. Təbii ki, Azərbaycan folklorşünaslığında mükəmməl
metodoloji təhlil aparatına əsaslanan tədqiqatlar da aparılmışdır və
burada apardığımız araşdırma milli metodoloji təcrübəyə istinad
baxımından (həmin halda) məhz bu tədqiqatların nəticələrinə
söykənir.
Beləliklə, oğuz mifinin oğuz mətnləri əsasında semiotik struk-
turunun modelləşdirilməsi ilk növbədə problematikanın kateqorial-
epistemoloji keyfiyyətinin aydınlaşdırılmasını, aparılacaq təhlilin
metodoloji aparatının qurulmasını və tarixi
inkişafının dialektik
istiqamətlərinin izlənilməsini tələb edir.
1. Elmdə kateqorial-epistemoloji əyarlandırma zərurəti.
Hələ keçən əsrin səksəninci illərinin sonunda A.Acalov yazırdı ki,
«mifoloji araşdırmaların dəyəri və son məqsədi mifoloji bərpa işinin
yerinə yetirilməsidir, müasir araşdırıcılar bərpa işində bir çox anlayış
və terminlərdən istifadə edirlər: bərpa, təsvir, mətn, sistem, struktur,
səviyyə (yarus), arxetip, model, sintaktika, paradiqmatika, semantika,
funksiya, transformasiya, kosmos, xaos və b. Bu anlayış və terminlər
araşdırmaların müxtəlif mərhələ və aspektlərinə aiddir. Onların köməyi
ilə qarşıya qoyulan vəzifə dəqiqləşdirilir, materialın sərhədləri və tipi
müəyyənləşdirilir. Eyni zamanda bərpa edilən mifoloji sistemin daxili
strukturu, bu strukturun ünsürləri arasındakı funksional və səviyyə
münasibətləri aydınlaşdırılır. Beləliklə, hər bir konkret mifoloji
sistemin ümumi mənzərəsinin, ayrı-ayrı qollarının (silsilələrinin) uyarlı
(adekvat) təsviri yaradılır»
40
.
40
Аcаlоv А. Ön söz / Аzərbаycаn mifоlоji mətnləri. Bаkı: Elm, 1988,
s. 14


47
Əlavə edək ki, A.Acalovun yuxarıda sadaladığı (o cümlədən
sadalamadığı bir çox başqa) anlayış və terminlərin epistemoloji
dəyərinin əyarlandırılması (termin kimi anlatdığı keyfiyyətin sistem
göstəricilərinin dəqiqləşdirilməsi) mühüm məsələdir. Çünki «türk
folklorunun milli mentalitet və ənənəvi yaşayış tərzi ilə əlaqələrinin
aşkarlanması, onun ardıcıl olaraq bu kontekstdə təhlili olmadan az-
çox epistemoloji dəyəri olan bir türk folklorşünaslığı yaratmaq
mümkün deyildir»
41
. Eləcə də «epistemoloji problematikaya, elmin
məntiqi-metodoloji məsələlərinə»...    «cavab verməyən bilik sahəsi
elm adlana bilməz»
42
.
Terminoloji əyarlandırma zərurəti Azərbaycan folklorşünaslığı
üçün bu gün də başlıca məsələ olaraq qalır. Məsələnin problematik
xarakteri M.Kazımoğlunun xalq gülüşünün arxaik strukturundan
bəhs edən monoqrafiyasında «Terminlərdən irəli gələn çətinliklər»
fəslinin
43
metodoloji baza kimi götürülməsində, bizcə, tamamilə
aydın ifadə olunub.
Bu cəhətdən, bu tədqiqat üçün xarakterik olan epistemoloji
dəyərlərin dəqiqləşdirilməsi iki amillə müəyyənləşir:
Birincisi, subyektiv amillə.
Bu, Azərbaycan folklorşünaslığı və ümumən filoloji fikrində
məntiqi-metodoloji
təhlil
aparatının
qurulmasına
biganə
yanaşmanın nəticəsidir. Keçən əsrin 80-ci illərinin sonunda təsbit
edildiyi
kimi, 
«Azərbaycan
folklorşünaslığının
terminoloji-
41
Аcаlоv А. Türk etnik-mədəni sistemi və fоlklоr / «Fоlklоr və mədə-
niyyət»  (Gənc  filоlоqlаrın аltıncı  respublikа  kоnfrаnsının  mаteriаllаrı).
Bаkı: Elm, 1990, s. 5
42
Аcаlоv  А.  Аzərbаycаn  fоlklоrşünаslığının  bəzi  epistemоlоji  prоb-
lemləri / «Аzərbаycаn fоlklоrşünаslığı məsələləri» (Nizаmi аd. Ədəbiyyаt
Institutu Gənc Аlimlər Şurаsı kоnfrаnsının mаteriаllаrı). Bаkı: Elm, 1989,
s. 3
43
Kаzımоğlu M. Gülüşün аrxаik kökləri. Bаkı: Elm, 2005, s. 7-15


48
kateqorial
aparatı
(terminlər,
təməl
anlayışları,
ümumelmi
kateqoriyalar, təhlil proseduraları və bu k.) bərbad vəziyyətdədir»
44
.
İkincisi, obyektiv amillə.
Bu, elmin inkişafı, fənlərarası inteqrasiya, fərqli (o cümlədən
biri-birinə zidd olan ideoloji əsaslara söykənən) metodologiyalar və
s. ilə bağlıdır.  «Məsələ burasındadır ki, dəqiq elmlər və təbiət
elmləri bu mənada yüksək inkişaf etdiyi halda, bir sıra humanitar
elmlər ya böhran keçirir, ya da indi-indi müəyyən bir sistem şəklini
almaqdadır.
Filologiya
sahəsində

vəziyyət
mürəkkəbdir.
İyirminci yüzildə linqvistika və onun bəzi sahələri öz məntiqi-
metodoloji bazasını yenidən qurub müasir tipli elm statusunu
qazandıqları bir şəraitdə ənənəvi ədəbiyyat və folklor araşdırmaları
epistemoloji baxımdan acınacaqlı vəziyyətdədir. Burada nəzəri-
metodoloji hərc-mərclik və terminoloji dolaşıqlıq ən ifrat şəkillər
alır. Xüsusən də bir sıra başqa humanitar elmlərlə bağlı olan
folklorşünaslıqda vəziyyət mürəkkəbdir. Daxili çətinliklərlə yanaşı,
burada başqa elmlərin çoxdan köhnəlib sıradan çıxmış bir sıra
anlayış

terminlərinin
fəal
olaraq
işlədilməsi
geriliyin
səbəblərindən biridir»
45
.
Çağdaş elmi idrakın postqeyri-klassik mərhələyə daxil olması
idrakda kateqorial-epistemoloji, qnoseoloji-metodoloji müəyyənliyi
qaçılmaz gerçəkliyə çevirir. F.Qurbanov yazır:  «Hər şeydən öncə
elmi idrakın məzmunca yeni səviyyəyə qalxdığı görünür. Artıq
klassik elmin anlayışlarından məna yükünə görə fərqlənən anlayışlar
şəbəkəsinin formalaşma prosesi gedir. Elmi təfəkkürün anlayışlar
sistemi yeni dinamizm və
44
Аcаlоv  А.  Аzərbаycаn  fоlklоrşünаslığının  bəzi  epistemоlоji
prоblemləri  /  «Аzərbаycаn  fоlklоrşünаslığı  məsələləri»  (Nizаmi  аd.
Ədəbiyyаt Institutu Gənc Аlimlər Şurаsı kоnfrаnsının  mаteriаllаrı).  Bаkı:
Elm, 1989, s. 4
45
Аcаlоv А. Göst. əsəri, s. 3-4


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə