Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə13/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

42
təşkil olunmasıdır. Vahid başlanğıc olan «Oğuz xan» invariantı
eposda 12 dəfə təkrarlanır. Bu baxımdan,  12 oğuznamə bir-birinin
ardı,
davamı
olan
12
boy
yox,
vahidin
(təkin)  12
dəfə
təkrarlanmasından
(«ölüb-dirilməsindən»)
ibarətdir.
Məhz
təkrarlandığı üçün bir boyda öldürülmüş kafir «sonrakı» boyda
yenidən «dirilir». Beləliklə, hadisələr bir boyun əvvəlində başlanır
və boyun sona çatması ilə dövrə qapanır.  «Sonrakı» boyda yeni
hadisə başlanmır: sonrakı boyun məzmunu struktur sxemi və
funksional dinamikasına görə məhz əvvəlki boyun təkrarıdır.
Sadəcə olaraq mahiyyətində paradiqmatizm dayanan bu təkrarlananı
boyların strukturunda müşahidə etmək lazımdır. Elə bu səbəbdəndir
ki, bir boyda gənc olan Uruz sonrakı boylarda yenidən uşaq olur.
Beləliklə, Bayındır, Qazan və Alp Aruzun simasında antropoloji
kodla təkrarlanan vahid Oğuz xan olduğu kimi, on iki boy şəklində
təkrarlanan bir «Oğuz» (namə) var.
4.4. Folklorun kosmoloji kontinuumu və
struktur-semiotik metod.
Folklor öz kosmoloji kontinuumunun (məkan-zaman sisteminin)
strukturunu birbaşa mifdən götürür. Ədəbiyyat da öz struktur
başlanğıcını folklordan alır. Bu halda mifin strukturu arxetiplər
şəklində ədəbi düşüncənin strukturunda yaşamaqda davam edir.
Burada münasibətlərin iki səviyyəsi vardır:
1. Ədəbi mətnə müəllif subyekti tərəfindən şüurlu şəkildə daxil
edilən mifoloji kontinuum (süjet, motiv – mifologem, obraz və s.).
2. Ədəbi düşüncənin və onun məhsulu olan mətnin struktu-
runda arxetiplər şəklində mövcud olan (yaşayan) mifoloji
kontinuum. Bu kontinuuma insanın psixikasındakı təhtəlşüur
mənşəli mifoloji arxetiplər aiddir. Onlar müəllif subyekti tərəfindən


43
dərk olunmur. Ancaq ilham anında şüur təhtəlşüura həmin
arxetipləri
qəbul
edə
biləcək
dərəcədə
köklənə
bilir.
L.N.Qumilyovun yazdığı kimi:  «Bəzən təhtəlşüurun dərinliklə-
rindən üzə çıxan və aydın olmayan obrazlar gətirən genetik yaddaş
özünün elmi izahını tapdı. N.V.Timofeyev-Resovski bu hadisəni
«qəza geni» adlandırdı. Bu gen çox nadir hallarda və sifariş
olmadan
üzə
çıxsa
da,
bəşəriyyəti
birləşdirən
informasiya
fraqmentlərini daşıyıb gətirir...»
38
. Bu halda Azərbaycan ədəbi
düşüncə
tarixinin
öyrənilməsi
folklorun mifoloji
arxetiplərlə
müəyyənləşən
kosmoloji
kontinuumunun
tədqiqi
məsələsini
zərurətə çevirir.
Göstərilən məsələnin həllinə tətbiq oluna bilən ən uğurlu təhlil
aparatını, bizcə, struktur-semiotik yanaşma təşkil edir. Məhz bu
metoddan istifadə bizə oğuz xaosunun strukturunu kəşf etməyə,
onun funksional dinamikasını aşkarlamağa imkan vermişdir
39
.
Tədqiqat nəticəsində aşkarlamışıq ki, oğuzlar xaosu «Yalançı
Dünya» adlandırırmışlar. Aydınlaşdırılmışdır ki,  «Yalançı Dünya»
anlayışının əsasında duran «yalan» sözü heç də indiki mənasında
deyil. Bu söz indi «olmayan»,  «qeyri-həqiqi» anlamlarındadır.
Lakin oğuz mifoloji-epik düşüncəsində bu söz «Oğuzun tərsi»
(tərsəsi – əks proyeksiyası) anlamındadır:  «Yalançı Dünya» –
Oğuzun tərsi olan dünya. Öyrənilmişdir ki,  «yalan»  «doğru»nun
tərsəsi olduğu kimi,  «yalançılıq» da «Yalançı dünya»nın davranış
prinsipinin, funksional dinamikasının əsasında durur. Xaosda –
ölüm dünyasında,
38
Гумилев  Л.Н.  Биография  научной  тэории,  или  Автонекролог –
http://gumilevica.kulichki.net/Articles11.htm
39
Rzаsоy  S.  Оğuz  mifоlоji-epik  dünyа  mоdelində  Xаоs – «Yаlаnçı
dünyа»  // III Uluslаrаrаsı  Fоlklоr  Kоnfrаnsının  Mаteriаllаrı.  Bаkı:  Sədа,
2005;  Rzаsоy  S.  Оğuz  mifi  və Оğuznаmə  epоsu.  Bаkı:  Nurlаn,  2007,  s.
141-157


44
yaxud xaosun epik-transformativ paradiqması olan və Oğuz
dünyasına qarşı duran kafir məkanında olanlar üçün xaosun
davranış prinsipinə uyğun olaraq «yalançılıq» etmək normadır. Bu
baxımdan, əsirlikdə olan Beyrək həmin prinsipə uyğun olaraq yalan
danışır.
Yaxud
xaosla
bağlı
«dəli»
epitetli
qəhrəmanların
hərəkətlərində xaosun «yalan(çılıq)» semantemi onların Oğuzdakı
davranışların əksinə (tərsinə) hərəkət etməsində üzə çıxır. Məsələn,
Dəli Domrul sulu yox, quru çayın üstündən körpü salır; keçməyən-
lərdən yox, keçənlərdən daha çox pul alır, keçməyənləri yox, ke-
çənləri döyür. Bunun səbəbi onun xaosla bağlılığındadır. O,  «dəli»
qəhrəmandır.  «Dəlilik» xüsusi statusdur və inisiasiya ritualı ilə
bağlıdır. Bu ritualı keçənlər eyni zamanda ikili status daşıyırlar: diri
və ölü. O,  «Domrul» olaraq – Oğuzla,  «Dəli» olaraq – «Yalançı
Dünya» ilə bağlıdır.
Beləliklə, deyilənlər göstərir ki, Azərbaycan ədəbi düşüncəsinin
struktur-semiotik metodla öyrənilməsi bir zərurətdir. Həmin metod
ədəbi düşüncənin folklor və mif səviyyələrinə enib, arxetipik
simvollarını aşkarlamağa imkan verir. Bu da öz növbəsində çağdaş
ədəbi
düşüncənin
strukturunun
görünməyən
qatlarını
üzə
çıxarmağa,
ədəbiyyatda
sinergetik
xarakterli
proseslərin
mahiyyətini anlamağa, ondakı psixikanın kollektiv şüursuzluq qatı
ilə müəyyənləşən hadisələri dərk etməyə və nəticə etibarilə
özümüzü ədəbi kod səviyyəsində başa düşməyimizə daha bir baxış
konteksti verir.


45
III FƏSİL
OĞUZ MİFİNİN
KATEQORİAL-EPİSTEMOLOJİ STRUKTURU
Azərbaycan folklorşünaslığında mifin tədqiqinin əsr yarımlıq
təcrübəsi zəngin məzmuna malik olsa da, onun strukturunun
semiotik
modelləşdirmə
təcrübəsi,
demək
olar
ki,
yox
dərəcəsindədir. Mövcud tədqiqatlar öz əsas kütləsində tarixi-
müqayisəli, müqayisəli-tipoloji, tarixi-genetik yanaşma üsulları ilə
gerçəkləşdirilmişdir. Həmin yanaşmaların predmeti, təbii ki, bütün
hallarda mifin poetik strukturunun müxtəlif səviyyələri və onların
elementləri olsa da, mif mental arxitektonikanın gerçəkləşdiyi mətn
strukturu kimi, demək olar ki, heç vaxt araşdırılmamışdır. Bu
kateqoriyaya aid edilməsi mümkün olan çalışmaları isə bütün
hallarda metodoloji qeyri-müəyyənlik müşayiət etmişdir.
Azərbaycanda xüsusilə folklorşünaslıq və filologiyada metod
anlayışının XX əsrin ikinci yarısından etibarən deklorativ səciyyə
alması
araşdırmalarda
metodoloji
bazanın
yaradılmasını
tədqiqatçıların vicdanının öhdəsinə buraxmış və elmi tədqiqatların
təhlil aparatının müəyyənləşdirilməsi kimi son dərəcə vacib bir
cəhətə, ümumən, biganə yanaşılmışdır. Nəticədə hansı yanaşmanı
nəzərdə tutmasından asılı olmayaraq, dissertasiyaların girişində
«tarixi-müqayisəli» adlandırılan metod, əslində, istifadə olunmuş
ədəbiyyatların metodoloji qəliblərinin eklektik birləşməsindən ibarət
olan konqlomerat (müxtəlif tərkib hissələrindən ibarət yığıntı) səciy-
yəsi almışdır. Başqa sözlə, milli material üzərində aparılmış
tədqiqatların metodoloji cəhətdən ümumiləşdirilərək dünya elmi-
rasional
düşüncə metodları ilə əyarlandırılmaması (eyni zamanda
zənginləşdirilməməsi) Azərbaycan folklorşünaslığına (bütövlükdə –
ümumfiloloji tədqiqatlara) reallaşdırılması məhz mükəmməl


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə