Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə11/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

36
tədqiqatların
nümunəsində
tavtologiyaya
müncər
etmişdir.
Görkəmli folklorşünas H.İsmayılovun yazdığı kimi:  «Folklor
gerçəkliyin söz, müsiqi, hərəkət (jest), eləcə də xalq yaradıcılığının
digər sahələrinin sənət kodları vasitəsi ilə ifadə olunduğu milli
düşüncə layıdır. Ədəbiyyat ifadəsi altında başa düşülən xalq
yaradıcılığı söz sənəti, onun çoxsaylı ifadə Vasitələrindən biri, milli
təfəkkürün
özünü
realizasiya
instrumentidir.
Total
milli
dünyagörüşü
kontekstində
ədəbiyyat
bədii
söz
kodu
ilə
funksionallaşan düşüncə qatı olaraq onu öz içinə alan folklorun
tərkib hissəsidir. Tarixi-kulturoloji baxımdan ədəbiyyat milli
potensiyanın özünüifadəsinin ilkin çoxşaxəli sahəsi olan folklordan
üzvlənmədir»
33
.
Folklorla ədəbiyyatın münasibətlərini məhz struktur kontekstdə
modelləşdirən bu fikir öz müstəqim mənası ilə bərabər, birbaşa
deyilməsə də, folklora struktur-semiotik hadisə kimi yanaşmanı da
nəzərdə tutur.
Biz uzun illərdir ki, türk mifologiyasının diferensial mətn tipi
olan oğuz mifinin Oğuznamə eposundan (oğuz epik folklorundan)
struktur-semiotik
metodla
bərpası
məsələləri
ilə
məşğuluq.
Tədqiqatın nəticələri məqalələr
34

33
İsmаyılоv  H.  Fоlklоr: аksiоm  və аbsurd аrаsındа //  «Аzərbаycаn
şifаhi  xаlq ədəbiyyаtınа dаir  tədqiqlər»  (məqаlələr  tоplusu).  XX  cild,
Bаkı: Sədа, 2006, səh. 5
34
Rzаsоy  S. Оğuz  mifinin  invаriаnt  strukturundаn  //  «Аzərbаycаn
şifаhi xаlq ədəbiyyаtınа dаir tədqiqlər» (məqаlələr tоplusu). XI cild, Bаkı:
Sədа,  2002,  s.  146-161;  Rzаsоy  S.  «Dədə  Qоrqud  kitаbı»nın  sоnuncu
bоyunun  mətn  strukturu  //  «Dədə  Qоrqud»  jur.,  2002,  №  2,  s.  73-90;
Rzаsоy  S.  «Kitаbi-Dədə  Qоrqud»un  sоnuncu  bоy  süjetinin  kоsmоlоji
strukturu  və  rituаl-mifоlоji  semаntikаsı  //  «Аzərbаycаn  şifаhi  xаlq
ədəbiyyаtınа dаir  tədqiqlər»  (məqаlələr  tоplusu).  XII cild,  Bаkı:  Sədа,
2002,  s.  85-155;  Rzаsоy  S. Оğuz  mifоlоji-epik  dünyа mоdelində  Xаоs –
«Yаlаnçı  dünyа»  //  III  Uluslаrаrаsı  Fоlklоr  Kоnfrаnsının  Mаteriаllаrı,
Bаkı: Sədа, 2005 və s.


37
kitablar
35
şəklində vaxtaşırı çap olunur. Həmin tədqiqatların
nəticələri bizə «ədəbi düşüncəyə yeni prizmadan baxış» problemini
burada poetik mətnin müxtəlif struktur səviyyələri boyunca metod
kontekstində nəzərdən keçirməyə imkan verir.
4.2. Folklor süjetinin motiv səviyyəsi və struktur-semiotik metod.
Oğuz eposunun möhtəşəm abidəsi olan «Kitabi-Dədə Qor-
qud»un (KDQ) süjet anaxronizmləri bütün tədqiqatçıların diqqətini
cəlb etmiş və bu süjet uyğunsuzluqlarına müxtəlif izahlar
verilmişdir. Həmin fikirlərin hamısı bir səviyyədə bir-biri ilə
birləşir: onların heç birində bu süjet hadisəsinə epos poetikasının
prinsiplərindən
yanaşılmamışdır.
Oğuznamə
eposu
struktur
düşüncənin hadisəsidir: epik-mifoloji struktur prinsiplərini tətbiq
etmədən onun süjet məntiqini açmaq mümkün deyildir. Məsələn,
KDQ-də bir çox kafirlər, xüsusilə Şöklü Məlik bir neçə dəfə
öldürülür. Tədqiqatçılar buna cürbəcür izahlar versələr də, heç bir
halda
«dəfələrlə
Öldürülmə»
motivini
struktur
səviyyədə
götürməmişlər. Halbuki struktur-semiotik yanaşma onlara süjetin bu
«təkrarlanan» semantemini məhz struktur elementi kimi götürməyə
və onun epik mahiyyətini izah etməyə imkan verərdi.
Klassik strukturalizmin məşhur nümayəndəsi K.Levi-Stros yazır:
«Eyni ardıcıllığın mifdə və ümumiyyətlə, şifahi ədəbiyyatda
ikiləşməsi, üçləşməsi və ya dördləşməsi ilə rastlaşılması çox vaxt
sual doğurur...  (...)  ...Təkrarlanma xüsusi funksiya daşıyır və mifin
strukturunu aşkarlayır»
36
.
Demək, KDQ mətnində təkrarlanan motiv mifin strukturunu
ortaya qoyur. Bu da bizə struktur-semiotik təhlil metodunu tətbiq
35
Rzаsоy  S. Оğuz  mifinin  pаrаdiqmаlаrı.  B.:  Sədа,  2004;  Rzаsоy  S.
Оğuz mifi və Оğuznаmə epоsu. B.: Nurlаn, 2007
36
Леви-Строс К. Структурная антропология. Москва: Наука, 1985,
с. 206


38
etməklə kafirlərin «dəfələrlə öldürulməsi» motivində «ölüb-dirilmə»
mifologemini bərpa etməyə imkan vermişdir
37
.
4.3. Folklorun mətn strukturu və struktur-semiotik metod.
Struktur-semiotik metod folklorun mətn strukturunun aşkar-
lanması məsələsində xüsusi aktuallıq kəsb edir. Məsələn, KDQ-də
Dədə Qorqud, Qazan xan və başqa qəhrəmanların simasında
birləşən on iki boyda hadisələr zaman ardıcıllığı baxımından bir-
birini təsdiq etmir. Bir boyda uşaq olan qəhrəman «sonrakı» boyda
gəncdir, «daha sonrakı» boyda yenə də uşaqdır. Bu anaxronizm bir
obrazın simasında aradan qaldırıldıqda digər obrazın simasında yeni
anaxronizm yaranır. Tədqiqatçılar bu barədə müxtəlif fikirlər
söyləmiş və mətnləri müəyyən ardıcıllıqla düzməyə çalışmışlar.
Ancaq «düzümlər» heç bir halda uğurlu nəticə verməmişdir. Çünki
bu «düzümlərdə» tətbiq olunan prinsip və metodlar tamamilə
yanlışdır və KDQ mətninin struktur mahiyyətini əks etdirmir.
KDQ
boylarının
«yenidən
düzümündə»
bütün
hallarda
sintaqmatik prinsip tətbiq olunmuşdur. Yəni tədqiqatçılar bütün
hallarda diaxronik ardıcıllığa əsaslanmış və mətnin bütün süjet
elementlərində tarixi inkişaf ardıcıllığını axtarmışlar. Halbuki yalnız
sintaqmatizm prinsipini (diaxronik yanaşmanı) tətbiq etməklə
abidədəki süjet uyğunsuzluqlarının məntiqini tapmaq mümkün
deyildir. Məsələnin bütün mahiyyəti onunla bağlıdır ki, KDQ
boylarının düzümü ilk növbədə sintaqmatik yox, paradiqmatik
xarakterlidir.
37
Rzаsоy S.  Оğuz mifinin invаriаnt strukturundаn //  «Аzərbаycаn
şifаhi xаlq ədəbiyyаtınа dаir tədqiqlər» (məqаlələr tоplusu). XI cild, Bаkı:
Sədа,  2002, s.  146-161; Rzаsоy S.  Оğuz mifinin pаrаdiqmаlаrı. Bаkı:
Sədа, 2004, s. 127-144; Rzаsоy S. Оğuz mifi və Оğuznаmə epоsu. Bаkı:
Nurlаn, 2007, s. 115-134


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə