Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə9/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

28
6. Folklor mətni yazılı ədəbiyyatdan fərqli olaraq bədii-estetik
funksiyadan başqa digər xeyli sayda praktiki funksiyalar da yerinə
yetirir...
25
7.Folklor mətni yazılı ədəbiyyatdan fərqli
olaraq dil-üslub
baxımından folklor üslubunda olmalıdır...
26
H.İsmayılovun tezislərini təhlil etdiyimizdə aydın olur ki,
folklorun mahiyyəti onun aşağıdakı struktur səviyyələrinə müncər
olunur:
– folklor mətninin poetik-semantik struktur qəliblərinə;
– şifahi funksionallaşma modelinə;
– invariantın üfüqi (folklor mühitləri) və şaquli sxemlər (mühit-
lərin
tarixi-epoxal
böyüməsi,
artması)
üzrə
paradiqmalaşma
mexanizminə;
– folklorun strukturunun etnokosmik yaddaşda arxetipləşmə
mexanizminə;
– mifoloji-genetik arxetiplərə;
– özünə məxsus liqvostruktur modellərinə.
4. Folklor – etnokosmik düşüncə modeli, etnik özünüifadə
və davranış kodu.
Ümumiyyyətlə,
folklorun
praqmatik
mahiyyətinin
ifadə
olunduğu əsas cəhətlərdən biri odur ki, o, tarixən etnosun fiziki-
mənəvi təcrübəsinin modelləşdirmə vasitəsi rolunu oynamışdır:
«Kosmoloji çağın cəmiyyəti öz ictimai təcrübəsini ənənənin
şifahiliyi şəraitində «yaddaşlaşdırmağa» sadəcə məhkum idi. Bu
baxımdan, kosmoloji çağın etnosunun yaddaşı aramsız qəbul olunan
informasiyanın hesabına daim zənginləşirdi. Burada nəzərə alınmalı
ən mühüm məqam kollektiv yaddaşa gələn informativ biliyin
25
H.İsmаyılоv. Göst. əsəri, s. 9-10
26
H.İsmаyılоv. Göst. əsəri, s. 10


29
məhz universallaşmış biliyi əks etdirməsidir.  (Məsələn – S.R.)
Tapmaca yaddaşın hər bir fərd tərəfindən mənimsədilməsinin və
başlıcası,
bu
mənimsənilmə
üzərində
nəzarətin
həyata
keçirilməsinin
ən
uğurlu
üsulu
idi.
Tapmacanın
funksional
mahiyyəti də məhz bu üsula ehtiva olunur. Belə ki, etnosun
kollektiv birliyi kollektivin gələcək üzvlərinə tapmaca vasitəsilə
həm ötürülür, həm də bu ötürülmə üzərində nəzarət edilirdi.
Tapmacalarda kosmoloji çağın etnosunun əhatə etmədiyi dünya
sahəsi qalmır»
27
.
Gerçəkliyə münasibətin folklor kodu yaddaş informasiyası ilə sıx
bağlıdır.
Ümumiyyətlə,
folkloru
informasiya
hadisəsi
kimi
götürmədən onun mahiyyətinə enmək, onunla bağlı doğru-düzgün
nəticələrə
gəlmək mümkün
deyildir.
Başqa
sözlə:  «Folklor
informasiyası» kateqorial hadisə olaraq nəhəng anlayışdır: ilk
növbədə
folklor
dünya
modelini
bir
bütöv
olaraq
«proyeksiyalandıran» sistemi nəzərdə tutur. Həmin sistemin daxili
strukturu son dərəcə mürəkkəbdir. Ən iri kontekstdə Gerçəklik-
Mətn-Şüur münasibətlərinin kosmik kontinuumunu (məkan-zaman
sistemini) bütün sərhədləri ilə nəzərdə tutur. Folklor informasiyası
məkan-zaman sistemini onun ən mənalı elementləri səviyyəsində
işarələndirdiyi kimi, həmin sistemin funksional dinamikasını da
özündə əks etdirir. Bu mənada, folklor informasiyasının etnik-
regional strukturunun modelləşdirilmə konsepsiyası son dərəcə
dəqiq analitik təhlil qabiliyyəti tələb edir»
28
Beləliklə, nəzəri axtarışlar, eksperimental tədqiqatlar, metodoloji
təcrübələr folklorun strukturunu aşağıdakı kimi səciyyələndirməyə
(ona tərif verməyə) imkan verir:
«Folklor:
27
S.Rzаsоy. Оğuz mifinin pаrаdiqmаlаrı. Bаkı: Sədа, 2004, s. 163.
28
S.Rzаsоy.  Fоlklоr  infоrmаsiyаsının  etnik-regiоnаl  struktununun
mоdelləşdirilmə  kоnsepsiyаsı  (redаktоrdаn  ön  söz)  //  Hüseyn  İsmаyılоv.
Аzərbаycаn fоlklоrunun regiоnаl xüsusiyyətləri. Bаkı: Sədа, 2006, s. 7


30
– etnik-mədəni düşüncənin tarixi-diaxronik təzahürü kimi
struktur düşüncədir;
– etnik-mədəni düşüncənin sinxron hadisəsi kimi milli özünü-
ifadənin total düşüncə sisteminin əsas paradiqmalarından biridir;
– total etnik düşüncənin statusal tipi baxımından bədii-estetik
xarakterlidir;
– düşüncə hadisəsi kimi dünya modelidir (mənaların paradiq-
masıdır);
– mətn kimi folklor düşüncə modelini əks etdirən obyektdir;
– janr kimi gerçəkliyi bütövlükdə universumlaşdıran janrlar
sistemidir və s.»
29
.
Məsələyə prof. H.İsmayılovun baxışlarına görə:  «Etnik-milli
mədəniyyət sistemində mühüm struktur vahidlərindən birini folklor
təşkil edir. Bunu şərtləndirən başlıca səbəb odur ki, folklor yazılı
ədəbiyyatdan fərqli olaraq, dolayısı ilə deyil, birbaşa, bilavasitə onu
yaradan mədəni subyektin – etnosun təfəkkürünün etik-estetik
təzahürü kimi meydana çıxır. Məhz bu xüsusiyyətlərinə görə folklor
etnik-milli
mədəniyyətdə
o
mədəniyyətin
müxtəlif
təzahür
formalarının genezisini təşkil edir, bu təzahür formalarının millilik
keyfiyyətinin sistemində istənilən kulturoloji təmayül digər etnik
mədəniyyətlərin təsirinə də məruz qala bilər, kosmopolitizmə qədər
millilikdən uzaqlaşa bilər. Lakin əgər bu uzaqlaşmaların kökündə
folklor təfəkkürünə söykənmə, genezis etibarilə ona dayanma varsa,
onda yenə də bu təzahürlər istər-istəməz milli keyfiyyətə malik
olmalıdır. Beləliklə, etnik-milli mədəniyyətdə folklorun statusu
keyfiyyət göstəricisi, milliliyin meyar və etalonu statusundadır. Bu
mənada, etnokulturoloji sistemdə folklorun
29
S.Rzаsоy. Аzərbаycаn  gülüşü  etnik  özünüifаdə  kоdu  kimi  Muxtаr
Kаzımоğlunun yаrаdıcılığındа // «Dədə Qоrqud» jur., 2006, № 2, s. 158


31
regional
kontekstdə
öyrənilməsi
olduqca
böyük
əhəmiyyətə
malikdir. Bu əhəmiyyət özünü yalnız folklor irsinin müasir
azərbaycanlı şüuruna inteqrasiyası kimi olduqca zəruri bir missiya
ilə məhdudlaşmayıb, bütövlükdə Azərbaycan və eləcə də türk etnik-
mədəni sisteminin genezisini, digər mədəni təzahürlərin nə dərəcədə
aidliyini də müəyyənləşdirməyə imkan verir»
30
.
Qeyd edək ki, folklora yuxarıdakı konseptual baxış
folklor-
şünaslıqda şərh olunmuş və həmin baxışdan folklorun struktur
mahiyyəti ilə bağlı nəzəri müddəalar çıxarılmışdır. Şərhdə göstərilir
ki,  «Hüseyn İsmayılovun bu konseptual «tezislərindən» göründüyü
kimi:
1. Folklor etno-milli mədəniyyət sisteminin «mühüm» vahididir;
2. Folklor etnosun təfəkkürünün birbaşa etik-estetik təzahürü
statusundadır;
3. Folklor etnik mədəniyyətin müxtəlif təzahür tiplərinin
genezisində də dayanır, başqa sözlə, həmin tiplərin millilik
keyfiyyəti folklora müncər olunur;
4. Folklor milli mədəniyyəti öz kodundan qopmağa qoymayan
«qoruyucu» sistemdir: əgər etnosun milli kimliyinin folklor
səviyyəsi funksionaldırsa, ifrat kosmopolitizm belə onun etnik
özümlüyünü korşalda bilmir;
5. Folklorun etnik-milli mənsubiyyətindəki birbaşa statusu
milliliyin meyar və etalonu vahidlərinə müncər olunur;
6. Folklorun öz regional strukturu ilə etnosun milli struktu-
rundakı bu fövqəladə «statusu» onun məhəlli mühit kontekstində
öyrənilmə zərurətinin başlıca nəzəri-metodoloji əsasını təşkil edir;
7. Folklorun regional kontekstdə öyrənilməsi onun çağdaş milli
şüura inteqrasiyası kimi zəruri milli ehtiyacın ödənilməsinə qulluq
edir;
30
H.İsmаyılоv. Аzərbаycаn fоlklоrunun regiоnаl  xüsusiyyətləri.  Bаkı:
Sədа, 2006, s. 101-102


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə