Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə5/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   2   3   4   5   6   7   8   9   ...   57

15
də incəsənətdir. Lakin birincisi incəsənət olaraq folklordur, ikincisi
– yox. Çünki birincidə xalq sənətkarı onun şüurunda mövcud olan
kollektiv yaradıcılıq modelləri əsasında işləyir. Çəkdiyi naxışlar,
vurduğu ilmələr kollektivin yüzillər (minillər) boyu cilalaya-
cilalaya gətirdiyi ənənədir. Xalq sənətkarı ənənənin təkcə daşıyıcısı
deyil, həm də ona tabedir: ənənənin yaradıcılıq sxemlərindən qırağa
çıxa bilmir (müəyyən mənada, onun «əsiridir»). Rəsam isə kollektiv
şüurla müəyyənləşən ənənənin daşıyıcısı deyildir. O, həmin
ənənəyə münasibətdə tam sərbəstdir. Bu baxımdan, onun yaratdığı
folklor sayılmır. Bundan başqa, xalq sənətkarının yaradıcılıq
ənənələri şifahi şəkildə yaşayaraq, nəsillərdən nəsillərə ötürülür.
Rəssam isə bilikləri fərdi təhsil yolu ilə əldə edir.
Folklor – həm də şifahi ənənədə mövcud olan ədəbiyyatdır. Çünki
folklorun reallaşma vasitələrindən biri poetik sözdür. Lakin folklor
sözü ilə yazılı ədəbiyyatın sözü arasında çox ciddi fərqlər vardır və
həmin fərqlər folkloru və ədəbiyyatı mədəniyyətin ayrı-ayrı sferaları
kimi üzvləndirir (folklor-ədəbiyyat münasibətləri haqqında irəlidə
geniş danışılacaqdır).
Folklor – şifahi ənənədə mövcud olan bilikdir. Başqa sözlə,
etnosun hər cür fiziki və mənəvi təcrübəsi folklorda şifahi ənənə
vasitəsi ilə reallaşan elmi biliklərdir. Folklor elmini professional
elmdən fərqləndirən ən başlıca keyfiyyət yenə də folklor biliklərinin
şifahi ənənəyə müncər olunması, şifahiliyin bütün mövcudluq
prinsiplərini özündə əks etdirməsi ilə müəyyənləşir.
Folklor – şifahi ənənədə mövcud ollan təcrübədir. Folklorda
etnosun minillər boyu əldə etdiyi təcrübə yaşayır. Bu təcrübə onun
gerçəkliyə münasibətinin əsasında durur və etnos öz davranışlarını
həmin təcrübi-ənənəvi modellər əsasında reallaşdırır.
4. Folklor xalq ənənəsi kimi etnosun:


16
– inandıqları;
– etdikləri;
– yaratdıqları;
– söylədikləridir.
Bu göstərilənlər folklorun reallaşma səviyyələrini, etnosun
gerçəkliyə münasibətinin davranış kodlarını özündə əks etdirir.
Məsələn, reallığa inam folklorda ən mühüm məsələlərdəndir. Bunun
aydın görünən hissəsi folklor şüurunda yaşayan inanclardır. Folklor
inancları ilkin mifoloji arxetipləri özündə yaşadır. Digər tərəfdən,
folklor etnosun fiziki və mənəvi təcrübəsinin gerçəklikdə təsdiq
olunan, reallığı şübhə doğurmayan təcrübəsini əks etdirir. Bu halda
həmin təcrübənin əkinçiliyə, ailə münasibətlərinə və s. aid
olmasının fərqi yoxdur. Həmin münasibətlər bütün hallarda reallığı,
həqiqiliyinə,
etibarlılığına,
əlverişliliyinə,
müsbət
nəticəsinə
inanılanı özündə əks etdirir.
Folklorun kollektivin «etdiklərinin» olması etnosun gerçəkliyə
hər cür münasibətinin hərəkət hissəsini (hərəkət kodunu) nəzərdə
tutur. Buraya hərəkətlə bağlı olan hər cür folklor «janrı» aiddir.
Folklorun xalqın yaradıcılığının «söyləmə» hissəsini özündə əks
etdirməsi sözlü mətnləri nəzərdə tutur. Bu baxımdan, şifahi ənənədə
söz vasitəsi ilə reallaşan hər bir mətn folklor sayılır.
5. Amerika Folklor Cəmiyyətinin baxışlarına görə, folklorun
yuxarıdakı bölgülərinin heç biri onun mahiyyətini dəqiq şəkildə əks
etdirmir: bölgülərin hamısı, müəyyən mənada, şərtidir. Bir bölgüyə
aid olan folklor mətnini digər əlamətləri əsasında başqa tipə də aid
etmək olar. Bu da öz növbəsində folklorun elmi cəhətdən
mənimsənilməsinin dinamikliyini göstərir.
Amerika Folklor Cəmiyyətinin «AFSNet» veb saytında daha
sonra göstərilir: «Folklorun insanları keçmişə bağlamasına
baxmayaraq, o, müasir dövrün əsas tərkib hissəsidir, özümüzünkü


17
də (Amerika folkloru nəzərdə tutulur – S.R.) daxil olmaqla bütün
dünya mədəniyyətinin ürəyidir»
7
.
Baxışdan bəlli olur ki, folklorun funksional mahiyyəti həm də
onun müasirliyinə (həyatın, zamanın aktual hadisəsi olmasına)
müncər olunur. Başqa sözlə, folklor öz tarixi ilə keçmişə, funksiyası
etibarilə bugünə bağlıdır. Onun dünya mədəniyyətindəki yeri ürəyin
orqanizmdəki yeri və rolu ilə müqayisə olunur.
Amerika Folklor Cəmiyyətinin veb saytında folklorla bağlı
verilmiş təriflərə diqqət edək. Bencamin A. Botkin 1938-ci ildə
yazmışdır:  «Folklor ticarət və təhsil vasitəsindən kənarda, əsasən,
şifahi tərzdə vüsət alan ənənəvi inanc, adət və ifadədir. Hər bir qrup
təhsilli və ya təhsilsiz, şəhərli və ya kəndli olmasından asılı
olmayaraq, ümumi maraq və məqsədlərlə bir-birinə bağlanır ki, bu
da folklor adlanır. Bu adət və ənənələrə bir çox şeylər daxildir:
fərdi, məşhur, hətta ədəbi. Amma bunların hər biri təkrarlar və
dəyişikliklər
vasitəsi
ilə
model
halına
salınmış

uyğunlaşdırılmışdır ki, bunun da qrup üçün xüsusi dəyəri var
8
.
Bencamin A.Botkinin fikrini təhlil etdiyimizdə aydın olur ki:

Folklor,
ilk
növbədə,
şifahi
ənənə
hadisəsidir:
onun
mövcudluğu şifahiliyə müncər olunur.
– Folklor inanclardır: etnik vahidin inamlar sistemini özündə əks
etdirir.
– Folklor adətlərdir: etnik vahidin kollektiv üçün zəruri olan
davranış modellərini əks etdirir.
– Folklor ifadələrdir: sözlü mətnin standart, qəlib modelləridir
(nitq deyimləri və s.).
7
Аmerikа Fоlklоr Cəmiyyətinin «АFSNet» veb sаytı
8
B.А.Bоtkin,  1938  //Аmerikа  Fоlklоr  Cəmiyyətinin  «АFSNet»  veb
sаytı


18
– Folklor etnos daxilində mövcud olan ictimai qrupların bir-birinə
bağlanma
vasitəsidir.
Başqa
sözlə,
ictimai
münasibətlərin
səviyyəsidir: həmin münasibətlərin şifahi ənənədə mövcud olan
davranış modelləridir. Hər bir ictimai qrup digər qrup(lar)la öz
münasibətini ictimai ənənədə mövcud olan hazır davranış qəlibləri
vasitəsi ilə qurur və onsuz keçinə bilmir.
Veb saytda daha sonra göstərilir ki, Dan Ben Amos özünün
1972-ci ildə çap etdirdiyi «Folklorun mövzu baxımından tərifi»
əsərində folkloru «Kiçik qruplar arasında məharətli rabitə»
adlandırmışdır
9
.
Göründüyü kimi, Dan Ben Amos da folkloru qruplararası
ünsiyyət vasitəsi kimi «təsdiq etmişdir». Başqa sözlə, folklor bir
mədəniyyət
hadisəsi,
dünyagörüşü
səviyyəsi
kimi
ictimai
münasibətlərin nizamlanma vasitəsidir. Cəmiyyətdə mövcud olan
qruplar arasındakı münasibətlər folklor vasitəsi ilə tənzimlənir.
Buradan çıxan nəticə odur ki, folklorda ictimai münasibətlərin
konkret etnos üçün səciyyəvi olan hər cür tipi inikas olunaraq
modelləşir. Bu halda folklor ictimai qruplar arasında dayanır və
qrupların bir-birinə münasibəti folklordan keçib gedərək nizamlanır.
Bu da folkloru sosial-ideoloji kommunikasiyanın total modeli hesab
etməyə və adlandırmağa imkan verir.
Veb saytda Jan Brunvandın 1978-ci ilə aid «Amerikan
folklorunun tədqiqatı» əsərindən belə bir fikri verilmişdir: «Folklor
insanların yazılmamış adət-ənənələridir;  ...bu ənənələrin forma və
məzmunu, onların tərzi və insandan insana keçməsinin əlaqə
texnikasıdır... Folklor mədəniyyətin ənənəvi
9
D.B.Amos.  Toward  a Definition  of  Folklore  in  Context,  in  Americo
Parades and Richard Bauman, eds. Toward New Perspectives in Folklore.
Austin:  University  of  Texas  Press  for  the  American  Folklore  Society  //
Аmerikа Fоlklоr Cəmiyyətinin «АFSNet» veb sаytı


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə