Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə4/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   2   3   4   5   6   7   8   9   ...   57

12
aspirantlar, ümumiyyətlə, perspektivli gənclər olmuşlar. XX əsr
onları evsiz-eşiksiz sərsəriyə çevirdi.
Beləliklə, XX əsr Azərbaycan folklorşünaslığı həll edilməsi ən
ümdə vəzifəsi olan «Folklor nədir?» sualına cavab verə bilmədi...
Və bu mənada, sual yenidən meydana çıxır: «Folklor nədir?»
Lakin bu sualın özü də başqa bir sualın içindən keçir: «Folklor
nədir?» sualının özü XXI əsrdə bizə lazımdır, ya yox?»
2. Folklor nədir? Dünya təcrübəsi.
Bu sualın cavabının axtarılması bu gün nəinki bizim üçün, hətta
bütün dünya üçün aktualdır. Məsələn, qərb folklorşünasları bu suala
bütöv XX əsr boyunca cavab axtarmış və bu gün özünün
perspektivə istiqamətlənmiş nəzəri-konseptual axtarışlarını, praktiki
fəaliyyətlərini məhz «Folklor nədir?» sualının ehtiva etdiyi kültür
sisteminin üzərinə yönəltmişlər. Ancaq onlar XX əsr Azərbaycan
folklorşünaslarından fərqli olaraq, dialektik baxımdan düzgün yolla
getmiş, folklorlarını saxtalaşdırıb, axırda özləri də mahiyyətcə
saxtalaşmamışlar.
Folklorşünaslıq sahəsində dünya elmi-nəzəri fikrinin nəzərdən
keçirilməsi göstərir ki,  «Folklor nədir?» sualı dünya elmini daim
düşündürən
məsələdir.
Tədqiqatlar
genişləndikcə,
axtarışlar
dərinləşdikcə sual daha da aktuallıq kəsb edir. Folklorun zəngin və
dərin məna sistemi, bəşər mədəniyyətinin strukturunda tutduğu
məkanın son dərəcə mürəkkəbliyi elmin diqqətini özünə daha da
cəlb etməkdədir. Azərbaycan folklorşünaslığı özünün bütün tarixi
və çağdaş potensialı ilə dünya folklorşünaslığının bu aktual
probleminin həllinə qoşulmalıdır. Bünün üçün ilk növbədə onun
malik olduğu milli yaddaş potensialı ortaya qoyulmalıdır. Həmin
potensial
dünyanın
bütün
xalqlarının
folklorundan
müqayisəolunmaz dərəcədə zəngin olan milli folklorumuzdur.


13
«Folklor nədir?» sualı özünə münasibətdə sistemli yanaşma tələb
edir. Bu mənada, sualla bağlı axtarışları vahid elmi-nəzəri sistemin
dialektik inkişafı fonunda izləmək daha məqsədəuyğundur. Bunun
üçün Amerika Folklor Cəmiyyətinin «AFCNet» veb saytında
yerləşdirilmiş və dünya folklorşünaslığının bir əsr (XX yüzil)
boyunca davam etmiş təcrübəsinə əks etdirən bəzi səciyyəvi
fikirlərə nəzər salaq.
Amerika Folklor Cəmiyyətinin («American Folklore Society»)
«AFSNet» veb saytında «What is folklore?» («Folklor nədir?») başlığı
altındakı «giriş» məlumatında deyilir:
«Folklor şifahi münasibətlər və davranış nümunələri vasitəsilə
geniş yayılan ənənəvi incəsənət, ədəbiyyat, bilik və təcrübədir. Hər
bir qrupun öz bənzərlik mübadiləsi, həmin bənzərliyin əsas hissəsi
olaraq xalq ənənələri – insanların ənənəvi şəkildə inandıqları
(əkinçilik təcrübəsi, ailə adətləri, dünyagörüşünün digər ele-
mentləri), etdikləri (rəqs, musiqi bəstələmək, paltar tikmək), ya-
ratdıqları (memarlıq, incəsənət), söylədikləridir (şəxsi hekayələr,
tapmacalar, lirik mahnılar). Bu nümunələrdə göstərildiyi kimi,
həmin kateqoriyalar arasında nə gündəlik həyatda, nə də
folklorşünasların təqdimatında qəti və kəskin bölgü yoxdur.
«Folklor» kəlməsi mədəniyyətin nəhəng, dərin və vacib vahidi-
dir. Bu fənnin necə geniş və mürəkkəb olduğunu nəzərə alıb deyə
bilərik ki, folklorşünasların folklora müxtəlif cür tərif və təsvir
verməsi heç də təəccüb doğurmur. Məsələn, rəqs tarixçilərindən
«rəqs»in, antropoloqlardan isə «mədəniyyət»in tərifini soruşmağa
çalışın. Heç bir tərif qənaətbəxş deyil və ola da bilməz. Bunun
səbəbi,
müəyyən
mənada,
bəlli
folklorşünasların
folklor
dünyasının bəlli bir hissəsini öz şəxsi çalışmalarının, şəxsi
maraqlarının, ya da yetişmək istədikləri auditoriyaya doğru
cəhdlərinin nəticəsi olaraq vurğulamalarıdır»
6
.
6
Аmerikа Fоlklоr Cəmiyyətinin «АFSNet» veb sаytı


14
İndi isə öz növbəmizdə veb saytdakı bu bilgini Amerika Folklor
Cəmiyyətinin folklor anlayışına baxışı kimi təhlil edib, izahlı
tezislər halında sistemləşdirməyə çalışaq:
1. Həmin baxış sisteminə görə, folklor, ilk növbədə, ənənə
hadisəsidir.  «Ənənəvilik» onun mədəniyyət hadisəsi kimi struktur
mahiyyətini təşkil edir: folklorun tərkibini təşkil edən bütün struktur
səviyyələri «ənənəvilik» mahiyyətinə görə folklor statusu ala bilir.
Beləliklə, ənənədən qıraqda «folklor» sayıla biləcək hadisə yoxdur:
istənilən mədəniyyət hadisəsi ənənə kontekstində folklorla bu və ya
başqa şəkildə əlaqələnə, folklora aid olma statusu əldə edə bilir.
2. Folklorun reallaşma vasitəsi şifahi davranış koduna («şifahi
münasibətlər və davranış nümunələrinə») müncər olunur. Bu halda
folklorun struktur mahiyyətində dayanan «ənənəvilik» bütün
hallarda şifahi ənənəni nəzərdə tutur. Bu, folklorun mövcudluq
üsulu,
funksionallıq
formasıdır.
Şifahilikdən
qıraqda
qalan
mədəniyyət hadisəsi artıq folklor sayılmır. O mədəniyyət hadisəsi ki
(növü, tipi, janrı və s.), şifahi ənənə vasitəsi ilə funksionallaşır, o,
mədəniyyətin «folklor» adlanan sferasına aiddir.
3. Beləliklə, folklor konkret reallaşma tipləri baxımından şifahi
ənənədə mövcud olan:
– incəsənət;
– ədəbiyyat;
– bilik;
– təcrübədir.
Bu tiplərin hər biri özünə münasibətdə aydınlaşdırma tələb edir.
Məsələn, folklor ictimai şüurun formalarından olan incəsənətə hansı
şəkildə iddia edir? O incəsənət ki, kollektiv yaradıcılığı ifadə edir
və bu səbəbdən etnokosmik ənənə səviyyəsindədir, o, artıq
folklordur. Məsələn, kollektivin yaratdığı tikmə naxışlar da,
professional rəssamın yaratdığı rəsmlər


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə