Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə7/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   2   3   4   5   6   7   8   9   10   ...   57

22
yazılı düşüncə və özünüifadə tərzinin yaranması folklor kodunu heç
də «arxeləşdirməmiş», əksinə, bu kodların sinxron funksionallaşma
mexanizmləri qurulmuşdur.
Yazılı ədəbiyyat – yazılı düşüncə tərzi deməkdir. Bu, folklor
özünüifadəsinin sadəcə yazı koduna keçməsi demək deyildir. Yazı
kodu
düşüncənin
folklordan çox
planda
fərqli
olan
struktur
mexanizmlərini nəzərdə tutur. Bu halda etnik özünüifadənin bədii-
estetik tərzi kollektiv qəliblərdən çıxır. Düşüncənin ömumiləşmiş,
sxemləşmiş
formulları
fərdiləşməyə,
konkretləşməyə
meyllənir.
Minillərin qəlibləri öz strukturunda fərdin nəfəsinin ifadə mexa-
nizmlərinin aktual üzvlənməsinə doüru inkişaf edir. Bu baxımdan,
yazılı kod ümumbədii təfəkkür kodunun tamamilə yeni bir mərhələyə
və uyüun olaraq struktura keçməsi deməkdir.
Yazılı kodun meydana çıxması dialektik planda folklor kodunu
inkar etmir. Kod paralelliyi, ümumbədii təfəkkürün ifadə tərzlərinin
yandaşlıüı yaranır. Bu halda hər iki kod bir-birinin, təbii ki, mexaniki
paraleli
olmur.
Bütün
ortaqlıq,
korrelyativ
həmahəngliyə
baxmayaraq, kodlar özünəməxsusluüunu saxlayır. ßn başlıcası, yazılı
düşüncə kodu folklor düşüncə kodunun əsasında meydana gəlsə də,
burada təsir birtərəfli yox, ikitərəfli olur: Yazılı kodu şərtləndirən
folklor kodu yazılı kodun inkişafı, sürəkli «startı», sıçrayışlı
dinamikası ilə get-gedə onun təsirinə düşməyə, başqa sözlə, əks təsirə
məruz
qalır.
Bu
baxımdan,
yazılı
ədəbiyyat

folklor
munasibətlərinin ən ümumi poetik konteksti:
– Folklorun yazılı ədəbiyyata təsirini;
– Yazılı ədəbiyyatın folklora təsirini;
– Folklor və yazılı ədəbiyyatın eyni zamanda qarşılıqlı təsirlərini
nəzərdə tutur»
13
.
13
M.Həkimоv,  S.Rzаsоy.  Yаddаş  və şəxsiyyət.  Bаkı:  Sədа,  2004,  s.
64-65


23
Prof. H.İsmayılovun düşüncəsinə görə:  «Ədəbiyyatın dominant
əlaməti yazılı olmasıdır. Rusiyada da, Avropada da ədəbiyyat
istilahını əvəz edən termin kimi yazı anlayışı (literacy) başa
düşülür
14
Başqa sözlə, ədəbi düşüncə kodu folklorun bədii söz sə-
viyyəsindən inkişaf edib üzvləndiyi kimi, bu, poetik düşüncədə
özünün
nominativ
işarəsini
(terminlə
ifadə
olunmuş
adını)
tapmışdır.  «Yazı» olmaq ədəbiyyatın başlıca mahiyyət gös-
təricisidir. Yazının qrafikada sabitləşmiş strukturu söz hadisəsi olan
ədəbiyyatı folklorun bədii söz layından sərt şəkildə ayırır və onu
birmənalı şəkildə variativliyə ehtiva olunmuş dinamizmindən
məhrum edir.
Prof. H.İsmayılov daha sonra yazır:  «Məlum olduğu kimi,
mədəniyyət
Gerçəklik-Şüur-Mətn
münasibətlərindən
doğur.
Etnosun özünüifadəsi kimi folklor, onun içərisində isə şifahi xalq
ədəbiyyatı ilkin mərhələdir, ədəbiyyat isə ondan üzvlənmədir»
15
.
Alimin bu fikrinə münasibətdə demək olar ki, Gerçəklik-Şüur-
Mətn
münasibətləri
mədəniyyətin
struktur
mahiyyətidir.
Mədəniyyətin bütün layları, o cümlədən folklor və ədəbiyyat da bu
struktur
münasibətlərinə
tabedir.
Lakin
folklorla
ədəbiyyat
mədəniyyətin metamodelində eyni funksional səviyyədə dayanmır.
Ədəbiyyat folklorun bədii söz mexanizmindən törəyir: həmin
mexanizmin funksional struktur sxemi ədəbi düşüncənin funksional
mexanizminin əsasında dayanır. Lakin ədəbiyyatın gerçəkliyi inikas
edən təsvir dili (kodu) olaraq üzvlənmə, törənmə strukturu folklor
kodunun «ədəbiyyat olmayan» struktur mexanizmlərini (səviyyələri-
ni) «yaxına qoymur». Varlıq aləminin kosmoqonik (yaranış) mahiy-
yəti elə qurulmuşdur ki,
14
H.İsmаyılоv.  Fоlklоr: аksiоm  və аbsurd аrаsındа // Аzərbаycаn
şifаhi xаlq ədəbiyyаtınа dаir tədqiqlər. XX cild. Bаkı: Sədа, 2006, s. 5
15
H.İsmаyılоv. Göst. əsəri, s. 5


24
orada antidialektik (təkamülə xidmət etməyən) təkrarlara yer
yoxdur.
Ədəbiyyat
folklorun
«kalkası»,
texniki
«təkrarı»
(kserokopiyası) kimi yarana bilməzdi. Bu, ümumiyyətlə, bütün
yaranışın
(kosmoqoniyanın)
teoarxetiplərlə
(ilahi
sxemlərlə)
müəyyənləşən strukturu üçün qəbuledilməzdir (ona ziddir). Bəşər
mədəniyyətinin mövcudluğunu təşkil edən sinergetizm (özünütəşkil)
belə anormal törəmələri zamanla kosmoqonik mutasiya – «tarixin
səhvi» kimi aradan qaldırır.
Ədəbiyyat folklorun bədii söz səviyyəsindən yaranır (diaxro-
niya)

zamanla
mədəniyyətin
folklorla
bərabər
müstəqil
səviyyəsinə çevrilir (sinxroniya). Folklordan üzvlənən ədəbiyyat
mədəniyyət sisteminin avtonom sərhədlərə malik hadisəsidir.
Alim yazır: «Ədəbiyyat dil hadisəsi olduğu üçün o, təmsil etdiyi
etnosun dünyagörüşünün fərdi müəllif dünyagörüşündən bilavasitə
deyil, bilvasitə ifadəsi sayılır»
16
.
H.İsmayılovun dilə bu münasibəti onunla təsdiq olunur ki, dil
gerçəkliyin bədii kodla ifadəsinin reallaşma materialıdır. Bu halda
folklor dili ilə yazılı ədəbiyyat dili arasındakı fərq onların
diferensiallaşmaya
müncər
olunan
münasibətlərinin
əsas
göstəricilərindən biri kimi çıxış edir. Folklor dili gerçəkliyə
münasibətin folklor kodunun tərkibinə daxil olan statik struktur
hadisəsidir. Onun dinamizmi epoxal xarakterlidir: folklorun dil
qəliblərinin dəyişməsi, inkişafı makro, yaxud mikroepoxalarla
ölçülür. Ədəbiyyatın dili yaradıcı fərdin dil müstəqilliyini özündə
əks etdirir.
Prof. H.İsmayılov yazır:  «Folklor gerçəkliyin söz, musiqi,
hərəkət (jest), eləcə də xalq yaradıcılığının digər sahələrinin sənət
kodları vasitəsilə ifadə olunduğu milli düşüncə layıdır. Ədəbiyyat
ifadəsi altında başa düşülən xalq yaradıcılığının
16
H.İsmаyılоv. Göst. əsəri, s. 5


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə