Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə15/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

49
məzmun kəsb edir. Bu anlayışlar sistemi də öz mahiyyətinə uyğun
idraki strategiya və elmi istiqamətlər formalaşdırır»
46
.
Xüsusilə təbiətşünaslıqda yaranan bu yeni «idraki strategiya və
elmi istiqamətlərin» humanitar elmlərə təbii təsiri müəyyən
dərəcədə kateqorial qatmaqarışıqlıq, terminoloji çətinliklər yaradır.
Həmin çətinliklər haqqında XX əsr sosioloqu T.Parsonsun özünün
«Sosial
fəaliyyətin
strukturu
haqqında»
adlı
fundamental
monoqrafiyasında müasirləri olan başqa sosioloqlarla birgə yazdığı
məqalədən verdiyi bir sitat səciyyəvi olub, çağdaş gerçəkliyi uyğun
şəkildə inikas edir:  «Sosial elmlərdə olan mövcud vəziyyətdə
terminlərin standartlaşdırılmasındakı çətinlikləri tam dərk edirlər.
Bu çətinliklərin səbəbi o cümlədən terminlərin götürüldüyü mənbə-
lərin müxtəlifliyində və bizim onlara verdiyimiz yeni çalar-
lardadır»
47
. F.Qurbanov bu fikri şərh edərək yazır:  «Yəni hansı
sosioloji cərəyana aid olmasından asılı olmayaraq istənilən
konseptual
aparat,
ümumiyyətlə,
elmi
idrakın
ideal
kons-
truktlarından istifadə etməyə, sadəcə, məcburdur. Konkret olaraq isə
yeni fənlərarası elmi istiqamətlər dərketmə ilə anlamanı o qədər
yaxınlaşdırıb ki, artıq ümumi idraki situasiyadan dınışılır»
48
.
Epistemoloji müəyyənliyin vacibliyi A.F.Losevin işarə və
simvollarla bağlı mövcud nəzəriyyələrdəki terminoloji çoxmənalılıq
barəsindəki aşağıdakı fikri ilə daha aydın təsdiq olunur:    «İşarə»,
«məna»,  «struktur»,  «model»,  «simvol» kimi terminlər müxtəlif
müəlliflərdə onlarla fərqli mənalara malikdir. Belə düşünmək olmaz
ki, bu sahədə hansısa vahid bir
46
Qurbаnоv  F.  Аutоpоyezis  və  sinergetikа:  sоsiаl  təşəkkül  me-
tаfоrаlаrı. Bаkı: Аdilоğlu, 2007, s. 27
47
Парсонс  Т.  О  структуре  социального  действия.  Москва:  Ака-
демический проект, 2002, с. 417
48
Qurbаnоv  F.  Аutоpоyezis  və  sinergetikа:  sоsiаl  təşəkkül  me-
tаfоrаlаrı. Bаkı: Аdilоğlu, 2007, s. 17


50
terminologiya dekretləşdirilməlidir ki, bütün başqa terminoloji
prinsipləri istisna etsin. Müəlliflərdən ancaq onu tələb etmək olar ki,
onlar bu və ya başqa termin sistemindən istifadə edərkən öz
terminologiyalarını axıradək saxlasınlar və onlar tərəfindən hər dəfə
hansısa başqa termin sisteminin qəbul edilməsi ilə yollarından
sapmasınlar»
49
.
Terminlər məntiqi yanaşmanını xüsusi işarələridir. Məntiqi
düşüncə ilə termin arasında mürəkkəb münasibətlər mövcuddur. Bu
mürəkkəbliyi nəzərdə tutan K.Levi-Stros göstərir ki, biz məntiq
haqqında danışarkən zəruri münasibətlərin qurulmasını nəzərdə
tuturuq. Lakin qətiyyən bu funksiyaların yerinə yetirilməsi üçün
təyin olunmamış terminlər arasında belə münasibətlər necə qurula
bilər?
50
.  «Bu məntiq kaleydoskop, struktur yerləşdirmələrin həyata
keçirildiyi qəlpələr, qırıqlardan ibarət alət kimi hərəkət edir»
51
.
Ümumiyyətlə, epistemologiya ayrıca elm sahəsidir. N.N.Pu-
qaçova yazır ki, epistemologiya fəlsəfənin bölməsidir və burada
idrakın təbiəti, biliyin gerçəkliyə münasibəti kimi problemlər
öyrənilir, idrak prosesinin ümumi əsasları tədqiq edilir və idrakın
həqiqiliyinin şərtləri aşkar edilir. Epistemologiya üçün, bir qayda
olaraq, idrak prosesinin bütün səciyyəsi yox, ancaq biliyin əldə
edilməsinə gətirən, başqa sözlə, dünyadakı işlərin real vəziyyətini
təsvir etməklə həqiqilik əlamətlərinə malik olan cəhətlər əhəmiyyət
daşıyır
52
.
49
Лосев  А.Ф.  Терминологическая  многозначность  в  существую-
щих  теориях  знака  и  символа  /  Языковая  практика  и  теория  языка.
Вып. 2. Москва: Наука, 1978, с. 3
50
Леви-Строс  К.  Первобытное  мышление:  Москва:  Республика,
1994, с. 140
51
Levi-Strоs K. Göst. əsəri, s. 141
52
Пугачева  Н.Н.  Эпистемология  /  Современная  западная  фило-
софия. Словарь. Москва: Изд. полит. лит., 1991, с. 394-395


51
Oğuz mifinə yanaşmada epistemoloji əyarlandırmanın apa-
rılmasını aktuallaşdıran başlıca cəhət «epistema» anlayışının
strukturalizmlə sıx bağlılığındadır. N.S.Avtonomova göstərir ki,
«epistema» Fukonun «Sözlər və əşyalar. Humanitar elmlərin
arxeologiyası» kitabının başlıca anlayışı olub,
strukturalizm
tərəfindən «ideyaların tarixi» sahəsində nəzəri manifest kimi qəbul
edilmişdir.  «Epistema» biliyin ümumi məkanı,  «varlıq qaydasının»
təsbit
etmə
üsulu,  «əşyalar»

«sözlər»
arasında
birbaşa
nəzərlərdən gizlin qalan münasibətlər şəbəkəsidir. Epistemanın
əsasında bu və ya digər epoxaya xas olan qavrayış kodları,
təcrübələri, dərketmələri qurulur, müxtəlif ideya və konsepsiyalar
yaranır
53
.
Oğuz mifi də kosmoloji çağın qavrayış kodu, dərketmə üsuludur.
Onun təhlil aparatının epistemoloji əsaslarının müəyyənləşdirilməsi
mifin
semiotik
strukturunun
bərpası
sahəsində
terminoloji
zənginliyin

alternativliyin
olması
ilə
bağlıdır.
Məsələn,
«struktur» termini Britaniya sosial antropologiyasında və fransız
strukturalizmində tamamilə fərqli və biri digəri tərəfindən qəbul
edilməyən anlamlarda şərh edilir. Oğuz mətnlərindən oğuz mifinin
mental arxitektonikasının semiotik strukturunun bərpasını nəzərdə
tutan bu tədqiqatın konseptual əsasında «struktur»un fransız
strukturalizminin epistemoloji modeli dursa da, araşdırmada,
ümumən,  «struktur» termininin hər iki anlamına istinad olunur.
Yaxud «arxetip» anlayışının ümumleksik anlamı ilə K.Q.Yunqun
analitik psixologiyasındakı anlamı tamamilə fərqlidir. Tədqiqatda
bu anlamların sərhədləri dəqiq fərqləndirilməklə yanaşı, yerindən
asılı olaraq hər ikisi işlədilir.
53
Автономова Н.С. Эпистема / Современная западная философия.
Москва: Изд. полит. лит., 1991, с. 395


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə