Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə23/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

73
folklorunda tarixən təşəkkül tapmış və tarixi-tipoloji vərəsəliklə
əlaqələnən janrların sistemini əhatə edirlər. Bu janrlar sisteminə daxil
olan ayrı-ayrı qruplar, bütövlükdə, daxili oxşarlığın müxtəlif
səviyyələri (qəhrəmanların tipləri, süjetliliyin səciyyəsi, ideya
dominantlığı və s.) ilə əlaqələnir. Lakin əlaqə hər şeydən əvvəl
janrların tarixən meydana çıxmasının ardıcıllığında, birilərin digərləri
ilə
əvəzlənməsində,
varisliyin

genetik
asılılığın
şəksiz
mövcudluğunda ifadə olunur
85
.
Ə.İnan «epos»u hər bir xalqın tarixinin başlanğıcı, milli ruhunun
daşıyıcısı hesab edərək yazır:  «Məlumdur ki, hər millətin tarixi milli
dastan və əfsanələrlə başlar. Böyük dövlətlər quran xaqanların və
onlara yardım edən milli tanrıların mənşələrinə dair söylənən əfsanələr,
ayinlərdə oxunan dua və ilahilər, qəhrəmanların sərgüzəştlərini
tərənnüm edən epopeyalar, nağıllar, xalq fəlsəfəsindən ibarət olan
atalar sözü, bu gün bizim üçün mənasız kimi görünən xurafat yalnız bir
millətin deyil, bütün bəşəriyyətin təfəkkür tarixini və onun müxtəlif tə-
kamül səhifələrini öyrənmək üçün çox qiymətli materialları təşkil edir.
Arxeoloqların apardıqları qazıntılarda əldə edilən çanaq, çömçə, silah
və sairələrin parçaları müxtəlif dövrlərdəki maddi mədəniyyətin inkişaf
səhifələrini öyrənmək üçün yeganə qaynaq təşkil etdiyi kimi, epopeya,
hekayə, nağıl və s. mənəvi mədəniyyət məhsulları da o keçmiş
müxtəlif dövrlərin qaranlıq nöqtələrini bizə aydınladır. Bunlar
qazıntılarda əldə edilən çanaq və çömçə parçalarından daha
mühümdür. Çünki bunlar torpaq altında qalan qırıqlar deyil,
cəmiyyətin ruhunda minlərcə il yaşayan vəsiqələrdir»
86
.
85
Путилов  Б.Н.  Эпос  /  Свод  этнографических  понятий  и  терми-
нов.  Народные  знания,  фольклор,  народное  искусство.  Вып.  4.
Москва: Наука, 1988, с. 162
86
Inan  A.  Epоpe  ve  Hurаfe  Mоtiflerinin  Tаrix  Bаkımındаn Önemi  /
Abdulkadir Inan. Makaleler ve Incelemeler. 3 Baskı,  I  cilt,  Ankara: Türk
Tarih Kurumu Basımevi, 1998, s. 191


74
Bu kontekstdə prof. A.Nəbiyevin «epos»u folklor-mifoloji
düşüncə modelinin bədii kodu kimi səciyyələndirən fikri xüsusi
əhəmiyyət kəsb edir. Alim yazır:  «Epos yarıdıcılığı əski dünyanın
inkişaf etmiş sivil yüksəlişinin yaddaşda əks olunmuş bədii modeli
idi. Bu modeldə bir çox estetik, mənəvi-əxlaqi, etik və hüquqi
dəyərlər cəmləşmişdir. Hər bir etnosun tarixi bu mənəvi dəyərlərlə
sıx bağlı olub, onun sivil səviyyəsinin istiqamətləri və hüdudlarını
ifadə edir. Bu düşüncə isə tarixən daha əvvəlki törəniş qatları üçün
ənənəvi
olub,
bizim
əcdadlarımızın
özünəməxsus
inkişaf
istiqamətlərini əks etdirən türk mifologiyasından bəhrələnir. Epik
üslub mif yaradıcılığı sistemində həm özünün təkamülünü yeni
mərhələyə yüksəltdi, həm də təhkiyəçiliyin tarixi yüksəlişini
şərtləndirdi, epos yaradıcılığı üçün zəruri ilkin zəmini hazırladı»
87
.
Bütün bu deyilənlər əsasında belə bir qənaətə gəlmək olur ki,
«epos» anlayışı üç məna səviyyəsini əhatə edir:
1. Paradiqmatik səviyyə: etnosun gerçəklik haqqında epik tə-
səvvürlər sistemi – epik dünya modeli;
2. Sintaqmatik səviyyə: epik dünya modelini gerçəkləşdirən
sözlü mətn;
3. Janr səviyyəsi: bütün epik janrları birləşdirən sistem.
Oğuz mifinin oğuz eposuna transformasiya oxunu ilk əcdad,
mədəni qəhrəman, demiurqla bağlı süjet-obraz kompleksi təşkil
edir. Oğuz mifinin oğuz eposundan bərpası ilk növbədə oğuz
kosmoqonik dünya modelini üzə çıxarır.
Y.Meletinski qəhrəmanlıq eposlarının mənşəyini geniş şəkildə
araşdıraraq onların ilk qaynağının mədəni qəhrəman haqqında
miflər olduğunu göstərmişdir
88
.
87
Nəbiyev А. Аzərbаycаn xаlq ədəbiyyаtı. I hissə / Аli məktəblər üçün
dərslik. Bаkı: Turаn, 2002, s. 482-483
88
Мелетинский
Е.М.  Происхождение  героического  эпоса:  ранние  формы  и
архаические памятники. Москва: Наука, 1963, с. 21-94


75
S.Tokarev və Y.Meletinski yazırlar:  «Mifologiya qəhrəmanlıq
eposunun formalaşmasına hər şeydən əvvəl mədəni qəhrəman
obrazı vasitəsi ilə təsir etmişdir. Görünür, məhz bu obraz epik
qəhrəman modellərinin «qayrılmasında» ilkin material kimi istifadə
olunmuşdur. Qəhrəmanlıq eposunun arxaik formalarında... onun
mifoloji elementləri hələ aydın görünür: arxaik epos tarixi keçmişi
ilkin miflərin dili və konsepsiyası vasitəsi ilə ümumiləşdirir»
89
.
Deyilən fikir, əslində, oğuz mifinin oğuz eposundan bərpasının
metodoloji modelini də özündə ehtiva edir. Oğuz mətnlərinin
struktur nüvəsində oğuz mifi durur. Mifin «dili»  (dünyanı təsvir
üsulu, təsvirin sintaqmatik elementlər sistemi) və «konsepsiyası»
(paradiqmatik modelləşdirmə sistemi) arxaik oğuz eposunun «dili»
və «konsepsiyasının» əsasında durur. Bu, arxaik oğuz eposu olan
«Oğuznamə»nin «mifizminin» başlıca mövcudluq şərtini təşkil
etməklə yanaşı, eyni zamanda oğuz mif modelinin bərpasının
başlıca metodoloji şərtidir.
Prof. A.Nəbiyev, ümumən, türk eposunun «mifizminin» şərtləri
haqqında yazır:  «Türkün mifoloji düşüncəsi əldə edilmiş müəyyən
estetik düşüncənin ilkin yekunu kimi özünəməxsus mənəvi-əxlaqi,
estetik dəyərlərə söykənirdi. Bu dəyərlər çox geniş milli düşüncə
çevrəsini əhatə etsə də, yetkin dini təlimə çevrilə bilmədi, mif
yaradıcılığının hüdudları ilə məhdudlaşmalı oldu. Lakin türk
mifoloji sistemi epik üslubu irəliyə apardı, türklərin yeni tarixi-
ictimai şəraitdə estetik düşüncəsini özündə əks etdirən modern epik
təsəvvür formuluna – qədim türk dastanlarını və bu dastanların
peşəkar improvizatorçularını –
89
Токарев  С.А.,  Мелетинский  Е.М.  Мифология  /  Мифы  народов  мира.  В  2-х  томах.
Том I. Москва: Изд. «Советская энциклопедия», 1980, с. 15-20


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə