Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə31/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

99
kosmoqrafik işarəsi olur.  «Şəcəreyi-tərakimə»nin öz məzmunu ilə,
əslində,
ritual-mifoloji
universumu,
kosmik
yaddaş
ritualını
gerçəkləşdirdiyini, onun tarixi çağda törəməsi və transformasiyası
kimi çıxış etdiyini nəzərə alsaq,  «Şəcəreyi-tərakimə» oğuz ritual-
mifoloji dünya modelinin tarixi kod kontekstindəki ekvivalentidir. Bu
durumu kosmik universumlar səviyyəsində sxemləşdirsək, belə bir
mənzərə alınır:
Həm kosmoloji şüur çağının etnokosmik dünya modelini
gerçəkləşdirən ritual, həm də tarixi şüur çağının eyni dünya
modelini gerçəkləşdirən «Şəcəreyi-tərakimə»nin hər ikisi genetik və
tipoloji kontekstdə eyni funksiyada
toplumdaxili «Konfliktin»
həlli vasitəsi kimi çıxış edir.
Funksiyanın eyniliyi və bərabərliyi kosmoloji «Ritualı» və
tarixi «Yazını»  («Şəcəreyi-tərakimə»ni) oğuz ritual-mifoloji dünya
modelinin fərqli kodlarla gerçəkləşmiş diaxron işarələri saymağa
imkan verir.
Kosmoloji «Ritual» və tarixi «Yazı» işarələrinin bir-birinə
münasibəti
kosmik
eynigüclülük
səviyyəsindədir.
Həmin
eynigüclülük diaxron kontekstdə tarixi «Yazı» işarəsini kosmoloji
«Ritual» işarəsinin transformativ törəməsi saymağa imkan verirsə,
sinxron kontekstdə bu işarələr bir-birinin əvəzediciləri anlamına
gəlir.
Əbülqazinin kitabdakı etnokosmik informasiyaya münasibətini
bildirən başqa bir parçaya diqqət edək. O yazır:  «Bu kitaba biz
«Şəcərei-Tərakimə» adını qoyduq. Hamıya məlum olsun ki, bizə
qədər türk tarixini yazanlar xalqa öz məharət və istedadlarını
göstərmək üçün ərəb sözləri qatmışlar, eyni zamanda fars sözləri də
əlavə etmişlər, türk sözlərini isə qafiyəli nəsrə çevirmişlər. Biz
bunların heç birini etmədik, çünki bu kitabı oxuyanlar və [qiraətini]
dinləyənlər, əlbəttə, türklər olacaqlar, türklərə isə türkcə danışmaq
gərəkdir ki, hər kəsə anlaşılan olsun. Əgər bizim söylədiyimizi başa


100
düşməyəcəklərsə, onda] nə fayda olacaq?! Əgər onların [yəni türk-
lərin] arasında bir və ya iki savadlı [və] ağıl yiyəsi olarsa və əgər
onlar [deyilənlərin mənasını] özləri başa düşərlərsə, savadlı
olmayan çoxluqdan kimə onlar izah edəcəklər?! O halda elə
söyləmək lazımdır ki, hamı
yaxşılar və pislər, başa düşsünlər və
onların qəlbinə yol tapsın»
133
.
Sitatdan
göründüyü
kimi,
onun
məzmunu
etnokosmik
informasiyanın necə adlanması, həmin ad altında hansı keyfiyyətdə
informasiyanın təqdim olunması və onun etnokosmik mühitdə hansı
üsullarla (necə) mənimsənilməsi ilə bağlıdır və buna görə də bizim
üçün burada təhlil aktuallığı qazanır:
Əbülqazi əsərdəki etnokosmik informasiyanı «Şəcəreyi-
tərakimə», yəni «Türkmənlərin şəcərəsi» adlandırır. Şəcərə
genealogiyadır və «Türkmənlərin şəcərəsi» indiki halda türkmən
«etnosunun» onun ulu əcdadı (əsatiri) Oğuz xandan tutmuş müasir
çağınacan tarixini bütövlükdə işarələyir. Bu baxımdan, əsər etnos
haqqında (onunla bağlı) ən mühüm struktur vahidlərinin sistem
olaraq gerçəkləşdiyi total-universal etnokosmos işarəsidir.
«Şəcəreyi-tərakimə» öz çağının tarixi düşüncə kodunu ger-
çəkləşdirməklə uyğun olaraq «tarix» janrında yazılmışdır. Burada
«tarixilik» kodu aydın işarəli kosmoqonik-mifoloji təbiətə malikdir.
Tarixilik
öz çağının yeganə həqiqi informasiya olmaq statusu
mifin
əsas
xassəsidir.
M.Steblin-Kamenski
yazır
ki,  «mifə
münasibətdə bir şey mübahisəsiz aydındır: mif nə dərəcədə qeyri-
həqiqət olmasından asılı olmayaraq, yarandığı və yaşadığı yerdə
həqiqət kimi qəbul olunan
133
Əbülqаzi Bаhаdır xаn. Şəcərei-Tərаkimə (Türkmənlərin sоy kitаbı).
Rus  dilindən  tərcümə  edən,  ön  söz  və  göstəricilərin  müəllifi  və
bibliоqrаfiyаnın  tərtibçisi  I.M.Оsmаnlı.  Bаkı:  «Аzərbаycаn  Milli
Ensiklоpediyаsı» N-PB, 2002, s. 47


101
hekayətdir»
134
. Yaxud K.Levi-Strosun yazdığı kimi:  «  ... mif nə
qədər ki mif kimi qavranılır, o, mif olaraq qalır»
135
. Bu mənada,
mifin mövcudluğu onun həqiqət kimi qəbul olunmasında, başqa
sözlə, ona inanılmasındadır. Əbülqazinin «Şəcəreyi-tərakimə»sində
dini

mifoloji
kosmoqoniyalar
bir-birinə
laylansa
da,
«Türkmənlərin şəcərəsi»nin etnokosmik başlanğıcında və əsasında
«Oğuz xan» kosmoqonik mifi durur. Başlıcası, bu kosmoqonik əsas
«Türkmənlərin şəcərəsi»nin bütün tarixilik «oxunu
nüvəsini»
təşkil edir.
Əbülqazi «Şəcəreyi-tərakimə»nin türk dilində olmasını və
ümumiyyətlə, türklərin tarixinə aid əsərlərin onların ana dilində
türk dilində yazılması zərurətini xüsusi vurğulamışdır. Bu məsələdə
onun «əsaslandırması», sadəcə olaraq, öz dövrünün etnik-milli
görüşləri ilə müəyyənləşən «millətsevərlik
vətənpərvərlik»
olmayıb, daha geniş məna qatlarını əhatə etməklə «xüsusi» tarixi-
metodoloji əsaslarına malikdir.
Əbülqazinin əsərin yazılması zamanı tətbiq etdiyi «tarixi
metodologiyaya»
görə,
hər
bir
xalqın
tarixi,
o
cümlədən
türkmənlərin tarixi onun ana dilində yazılmalıdır. O,
özü bu
prinsipdən çıxış edib əsəri saf, xalis türkcədə yazmağa səy etmişdir.
Ə.İnanın yazdığı kimi,  «Şəcəreyi-Türk» və «Şəcəreyi-Tərakimə»
adlı əsərlərini yazan Əbülqazi Bahadır xan bu əsərlərini yazdığı
dilin ən açıq (aydın, təmiz – S.R.) türkcə olduğunu qəti şəkildə
söyləməkdədir... Heç şübhə yoxdur ki, Əbülqazi xan üçün xalis
türkcə yazmaq, bir kəlmə belə
134
Steblin-Kаmenskiy M.I. Mif. Leninqrаd: Nаukа, 1976, s. 123
135
Levi-Strоs  K.  Strukturnаə аntrоpоlоqiə.  Mоskvа:  Qlаv.  Red.  Vоst.
Lit., 1985, s. 194


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə