Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə29/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

93
arasında geniş yayılmış soy kitablarını əla bilirdi, bu sırada epik
dastanları, birinci növbədə bunlara şəksiz təsiri olan, oğuzların
əfsanəvi Atası «Dədə Qorqud»un adı ilə bağlı olanları da göstərmək
olar»
124
.
Bu, əlbəttə,  (Əbülqazi Bahadır xanın intellekti səviyyəsində
təqdim olunan) XVII əsr tarixi düşüncə koduna (sistemiçinə) bütün
hallarda (A.N.Kononovun intellekti səviyyəsində təqdim olunan)
XX əsr tarixi düşüncə kodundan (sistemçölündən) baxışdır. Bu
mənada, sistemə «çöldən
qıraqdan» baxışı təqdim edir. Ona
«içəridən»
Əbülqazinin öz çağından baxış tarixi düşüncənin
diaxron səviyyələri (Əbülqazi və Kononov səviyyələri) arasındakı
dialektik inkişaf mənzərəsini ortaya qoyur: A.N.Kononov üçün
bütün dəyəri ilə «epik-mifoloji» informasiya olan mətn vahidi
Əbülqazi Bahadır xan üçün bütün dəyəri ilə müqəddəs və gerçək
tarixdir.
Əbülqazi «Şəcəreyi-tərakimə»də bir neçə yerdə yazdığı əsərə
«nəzəri-metodoloji» münasibət bildirmişdir. Fərqli «modallıq»
aspektlərini özündə birləşdirən bu münasibət
«Tarix-Mif»
münasibətlərinin tarixi düşüncə kodu səviyyəsində gerçəkləşmə
modelinin öyrənilməsi baxımından əlamətdardır.
Müəllif əsərin yazılma səbəbinə münasibətdə bildirir:  «Bundan
çox illər keçəndən sonra bu türkmənlərin mollaları, şeyxləri və
bəyləri eşitdilər ki, mən tarixi yaxşı bilirəm; budur bir dəfə onların
hamısı [mənim yanıma] gəldilər və dedilər:  «Bizim [xalqda] Oğuz
[Oğuznamə] haqqında söyləmələrin çoxlu [müxtəlif nüsxələri]
vardır, ancaq [heç bir] yaxşısı yoxdur; onların hamısı səhvlərlə
[doludur] və bir-biri ilə uyğun gəlmir; onların hər biri müəyyən
nöqteyi-nəzərlidir». Və
124
Kоnоnоv  А.N.  Giriş  // Əbülqаzi  Bаhаdır  xаn. Şəcəreyi-Tərаkimə
(Türkmənlərin  sоy  kitаbı).  Rus  dilindən  tərcümə  edən,  ön  söz  və
göstəricilərin  müəllifi  və  bibliоqrаfiyаnın  tərtibçisi  I.M.Оsmаnlı.  Bаkı:
Аzərbаycаn Milli Ensiklоpediyаsı N-PB, 2002, s.29


94
onlar: «Əgər bir dənə düzgün, etibar ediləsi tarix olsaydı, yaxşı
olardı»,
deyə xahiş etdikləri vaxt mən onların xahişlərinə sayğı
göstərdim. Bax bu səbəblərə görə»
125
.
Əbülqazinin əsərin yazılma səbəbi ilə bağlı qeydi «Mif-Tarix»
münasibətlərinin etnokosmik strukturunun müxtəlif səviyyələrini
özündə inikas edir. Odur ki, informasiyanı struktur qatları
səviyyəsində
təhlil
(bərpa)
etməyə
çalışaq.
Onun
verdiyi
məlumatdan bəlli olur ki:
1.  «Şəcəreyi-tərakimə»nin yazıldığı dövrdə «Oğuznamə» eposu
müxtəlif variantlar səviyyəsində mövcud imiş.
2. Variantlarla bağlı işlədilmiş:
a) «[heç bir] yaxşısı yoxdur»;
b) «onların hamısı səhvlərlə [doludur]»;
c) «bir-biri ilə uyğun gəlmir»;
ç) «onların hər biri müəyyən nöqteyi-nəzərlidir»;
e) «...düzgün, etibar ediləsi tarix olsaydı...»
ifadələrinin hər biri XVII yüzillik oğuz türkünün (konkret
olaraq
türkmənin) etnokosmik yaddaşında oğuz ritual-mifoloji
dünya modeli ilə bağlı mövcud olmuş struktur vahidlərini (qatlarını)
aydınlaşdırmağa imkan verir. Bu baxımdan:
a) Oğuz-türkmənlərin
Oğuz xan haqqındakı çoxlu oğuzna-
mələrin heç birini «yaxşı» saymaması birbaşa invariant-paradiqma
münasibətlərinə
söykənir:
Oğuz-türkmənlərə
görə,
mövcud
oğuznamələr (paradiqmalar) Oğuz xanla bağlı «tarixi həqiqəti»
(invariantı
müqəddəs informasiyanı) yaxşı əks etdirən mətnlər
deyildir.
125
Əbülqаzi Bаhаdır xаn. Şəcərei-Tərаkimə (Türkmənlərin sоy kitаbı).
Rus  dilindən  tərcümə  edən,  ön  söz  və  göstəricilərin  müəllifi  və
bibliоqrаfiyаnın  tərtibçisi  I.M.Оsmаnlı.  Bаkı:  «Аzərbаycаn  Milli
Ensiklоpediyаsı» N-PB, 2002, s. 46


95
b) Oğuz-türkmənlərə görə, mövcud oğuznamələr Oğuz xanla
bağlı «həqiqəti» özündə əks etdirmək baxımından səhvlərlə
doludur. Başqa sözlə, bu mətnlərdə «Oğuz xan» informasiyası
təhriflərə
məruz
qalmışdır.
Bu,
mifoloji
xassəli
müqəddəs
informasiyanın XVII yüzillik oğuz-türk şüurunun strukturunda
funksional olmasının göstəricisidir. Oğuz-türkmən etnik düşüncəsi
göstərilən cağda sakral-mifoloji şəcərəyə bağlıdır və öz etnokosmik
davranış modelində Oğuz xan funksional modelindən çıxış edir.
Onlara görə, etnik funksionallığın indiki səviyyəsi sakral davranış
modelini özündə əks etdirmir və bunun səbəbi sakral informasiyanı
daşıyan mövcud mətnlərin artıq yararsız olmağında, başqa sözlə,
səhvlərlə dolu olmasındadır. Beləliklə, oğuz-türkmənın düşüncə
strukturunu modelləşdirsək,  «Şəcəreyi-tərakimə»nin yazılmasını
aktuallaşdıran səbəbin özü belə, əslində, ritual-mifoloji xarak-
terlidir: etnokosmik funksionallıq səviyyəsində «konflikt» meydana
çıxmışdır. Bu «konflikt» strukturunu aşağıdakı elementlər təşkil
edir:
Etnos.
Etnokosmik yaddaşın başlanğıcı (Oğuz xan mifi).
Etnokosmik yaddaşın bugünü (oğuznamələr).
Əslində, türkmən molla, şeyx və bəylərinin Əbülqaziyə tarix
yaratmaq xahişi ilə müraciət etmələri «klassik» ritual durumudur.
Ritual durumunun «klassik» sxeminə görə, konfliktin həlli uyğun
«ritual»
126
, o da öz növbəsində kosmik yaddaşla əlaqəsi olan
«mediator»  (şaman, kahin, əlaqəçi) tələb edir. Ritualşünaslıqda bu
mediator həm də tipoloji-terminoloji
126
Geniş bilgi üçün bаx: Тернер В. Ритуальный процесс. Структура
и  антиструктура  /  В.Тернер.  Символ  и  ритуал  (сб.  трудов).  Москва:
Наука,  1983,  с.  104-269;  Топоров  В.Н.  О  ритуале.  Введение  в  проб-
лематику.
Архаический  ритуал  в  фольклорных  и  раннелитератур-
ных памятниках (сб. ст.). Москва: Наука, 1988, с. 7-60


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə