Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə25/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

79
Prof. K.V.Nərimanoğlu və F.Uğurlu «Oğuznamə»ni ümum-
mədəniyyət hadisəsi kimi dəyərləndirmişlər:
«Oğuznamə
türk
xalqının
həyatını,
mübarizəsini,
mənəviyyatını əks etdirən ədəbi-tarixi qaynaqdır.
Oğuznamə
oğuz eposudur.
Oğuznamə
oğuz tarixidir.
Oğuznamə
oğuz mədəniyyətinin nəsildən-nəslə keçə-keçə
yaşayan həyat kitabıdır»
94
.
Prof. K.V.Nərimanoğlu başqa bir yerdə «oğuznamə» semantemi
haqqındakı fikirlərini belə ümumiləşdirmişdir:  «Türk xalqlarının
tarixini və mədəniyyətini əks etdirən qaynaqlar daha çox şifahi
yaddaşla ağızdan-ağıza keçə-keçə yaşayan söz sənəti örnəkləri ilə
bağlıdır. Yazdırılan salnamələr, yasalar, kitabələr, bitiklər, unudulan
qayaüstü cizgilər və rəsmlər, damğa və yazı gələnəyi folklorla
çiyin-çiyinə yaşayaraq xalqın tarixini, mənəviyyatını yaşatmışdır.
Bu abidələrin sırasında oğuznamələr ayrıca yer tutur. Oğuznamələr
türk xalqının həyatını, mübarizəsini, mənəviyyatını obrazlar, bədii
lövhələrlə əks etdirən ədəbi-tarixi qaynaqlardır. Oğuz tarixi, oğuz
düşüncəsi ilə oğuz epik ənənəsini üzvi şəkildə birləşdirən
oğuznamələri yaradan qam-şaman-ozan-baxşı-akın deyilən qədim
söz ustaları, mənəviyyat aləmini sənətdə yaşadan «Haqq-Taala
könlünə ilham etmiş» ustadlar olub»
95
.
Prof. N.Cəfərov «Oğuznamə» eposuna ümumtürk eposunun üzvi
tərkib hissəsi kimi yanaşaraq, öncə türk epos tarixinin aşağıdakı
mərhələlərdən keçdiyini göstərmişdir:
1. Qədim türk epos mədəniyyəti.
94
Oğuznamələr.  Işləyib  çapa  hazırlayanlar:  K.V.Nərimanoğlu  və
F.Uğurlu. Bаkı: Bakı Universiteti Nəşriyyatı, 1993, s. 3
95
Nərimаnоğlu  K.V.  Dаstаn,  «Kitаbi-Dədə  Qоrqud»  /  Dədə  Qоrqud
kitаbı. Ensiklоpedik lüğət. Bаkı: Öndər Nəşriyyаt, 2004, s. 78


80
2. Orta əsrlər türk epos mədəniyyəti.
3. Yeni dövr türk epos mədəniyyəti
96
.
Alim bu mərhələlərin tarixi hüdudlarını müəyyənləşdirdikdən
sonra
«Oğuznamə»nin
daxil
olduğu
orta
əsrlər
türk
epos
mədəniyyətinin sinxron etnokosmik strukturunu müəyyənləşdir-
mişdir. N.Cəfərov yazır:  «Qədim türk epos mədəniyyəti e.ə.  I
minilliyin ortalarına qədərki dövrü əhatə edir. Həmin mədəniyyətin
yazıya transformasiyası isə I minilliyin ikinci yarısına (V-X əsrlərə)
düşür. Bu dövrdə formalaşan yazı dili orta əsrlər boyu müxtəlif
regional tiplərə malik «türki»nin əsasında dayanır. Orta əsrlər türk
epos mədəniyyəti qədim türk epos mədəniyyətindən fərqli olaraq
diferensial hadisədir – I minilliyin ortalarından II minilliyin ortalarına
qədər mövcud olan həmin mədəniyyət aşağıdakı formalarda təzahür
edir:
I. Mərkəzi Asiya, yaxud Türküstan eposu.
II. Şimal-Qərb, yaxud qıpçaq eposu.
III. Cənub-Qərb, yaxud oğuz eposu»
97
.
Oğuznamələrin orta əsrlər türk epos mədəniyyəti çevrəsində
fərqli tale yaşadığını göstərən alim yazır ki, nə Mərkəzi Asiya,
yaxud Türküstan eposu, nə də Şimal-Qərb, yaxud qıpçaq eposu
formalaşdığı dövrdə yazıya alınıb Kitaba çevrilməmişdir. Cənub-
Qərb, yaxud oğuz eposu isə türk-oğuz xalqlarının (birinci növbədə
Azərbaycan xalqının) mədəniyyət tarixinə «Kitabi-Dədə Qorqud»u
vermişdir.
Ümumiyyətlə,
orta
əsrlərdə
türk
dünyasında
ən
mükəmməl eposların (və Kitabların) məhz oğuzlar tərəfindən
yaradılmasının nəticəsidir ki,  «oğuznamə» anlayışı meydana çıxıb
yayılmışdır. Oğuz türkləri hər cür kitabı deyil, bilavasitə xalq
təfəkkürünün məhsulu olan kitabları «Oğuznamə» adlandırmışlar.
Oğuznamə»lər
96
Cəfərоv N. Аzərbаycаnşünаslığа giriş. Bаkı: АzАtаM, 2002, s. 147
97
Cəfərоv N. Göst. əsəri, s. 147-148


81
həm mövzularına, həm də ideya-bədii
xüsusiyyətlərinə görə,
əslində,  «Türknamə»lər olub, ümumən, türk epik təfəkkürünü əks
etdirir»
98
.
Beləliklə, prof. N.Cəfərova görə:
– «Oğuznamə» etnokosmik özünüifadənin kodu kimi, oğuzlara
məxsus epik «fenomendir»;
– Onun «fenomenallığını» ümumtürk epos ənənəsi çevrəsində
oğuzların epik təfəkkürünün «fenomenallığı» («mükəmməlliyi») ilə
şərtlənir;
– «Oğuznamə» oğuzların kosmoetnik varlığının yazı kodu ilə
gerçəkləşməsinin bütün laylarının yox, məhz folklor dünya
modelinin universumudur;
– «Oğuznamə»nin struktur invariantında «Türknamə» durur. Və
bu, orta əsrlər türk epos mədəniyyətinin qədim türk epos
mədəniyyətindən fərqli olaraq diferensial hadisə olması ilə şərtlənir.
«Oguznamə» eposu ilə bağlı çoxsaylı araşdırmalar müəllifi
F.Bayat terminə belə bir şərh vermişdir: «Oğuzların ictimai-siyasi,
tarixi-mifoloji, dini-fəlsəfi görüşlərini, epik-bədii təfəkkürünü əks
etdirən
nümunələrə
elmi
ədəbiyyatda
«Oğuznamə»
deyilir.
Oğuznamə geniş anlayış olub, özündə oğuzların kosmoetnoqonik və
təqvim miflərini, dastanlarını, rəvayətlərini, atalar sözlərini, şəcərə
dəbini, məsəllərini, şeir parçalarını birləşdirir. Bir sözlə, oğuzlar
haqqında hər hansı bədii, tarixi, təsviri məlumat oğuznamə adlanır.
Oğuznamələr həm köçəri, həm də yarımoturaq əhali arasında
passionar ruhu qaldırmaqda böyük rol oynayıb. Kökü mifik oğuz
şəcərəsi ilə bağlı olan nümunələr ilk vaxtlarda babalarımızın
yazılmamış qanunları olubdur. Bunu tarixi-xronoloji oğuznamə
yazanlar da (Rəşidəddin, Əbül Qazi və b.) dönə-dönə qeyd ediblər.
Bu mənada, oğuznamələr uzun müddət xalqın qəhrəmanlıq tarixi
98
Cəfərоv N. Göst. əsəri, s. 148


82
kimi canlı şəkildə yaşayıb, oğuz birliyinin dağılması, köçəriliyin
oturaqlıqla əvəzlənməsi ilə unudulmuşdur»
99
.
Qeyd edək ki,  «Oğuznamə» tarixi-mədəni kateqoriya kimi
Azərbaycan folklorşünaslığında mifoloq R.Qafarlının yaradıcılığında
geniş şəkildə araşdırılmışdır
100
. Onun yanaşması problemin
konkretləşdirilməsi və kəskin polemizmi ilə əlamətdardır. R.Qafarlı
yazır:  «Oğuznamə» nədir? Onun epik ənənədə yeri, epik janrlar
sırasında mövqeyi necədir? Sərhədləri, digər bədii formalardan
fərqlənən əlamətləri varmı? – sorğularını cavablandırmaq məqsədi
güdən mülahizələr mübahisəli görünür və məsələyə aydınlıq gətirmək
əvəzinə başqa suallar meydana gətirir.  İlk olaraq deyə bilərik ki,
çoxları «oğuznamə»ni dastanla eyniləşdirir, mətn daxilində işlənən
yer-yurd adlarını konkret tarixi-coğrafi məkan kimi götürüb, hansı
xalqa məxsusluğunu əsaslandıran «möhür-damğa» sayır»
101
.
Buna etiraz edən müəllif göstərir ki, «bir qayda olaraq, dastan və
nağıllarda coğrafi məkan şərti xarakter daşıyır»;  «Gerçəklik təsiri
bağışlayan coğrafi məkan nağıl və dastanlarda o qədər şərtidir ki,
bəzən tanış ərazi qarlı dağlarla, coşqun çaylarla, şirin sulu dənizlərlə
əhatə olunur. Lakin bu da həqiqətdir ki, oğuznamələrdə coğrafi
məkan şərtilikdən uzaqdır, gerçəkliyə meyllidir, xüsusilə yurd –
məkan anlayışına fərqli baxış özünü göstərir»
102
.
Prof. K.V.Nərimanoğlunun «Oğuznamə» semanteminin ka-
teqorial strukturunu metamənalı elementlər səviyyəsində
99
Bаyаt  F.  Оğuznаmə(lər)  /  Dədə  Qоrqud  kitаbı.  Ensiklоpedik  lüğət.
Bаkı: Öndər Nəşriyyаt, 2004, s. 255
100
Qаfаrlı  R.  Mif, əfsаnə,  nаğıl  və  epоs  (şifаhi  epik ənənədə
jаnrlаrаrаsı əlаqə). Bаkı: АDPU, 2002, s. 567-608
101
Qаfаrlı R. Göst. əsəri, s. 567-568
102
Qаfаrlı R. Göst. əsəri, s. 568-569


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə