Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə24/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

76
sonradan ozan adı ilə şöhrətlənəcək ifaçılıq institutunu yaratdı»
90
.
Bütün bu deyilənlər əsasında «oğuz mifi» anlayışının epistemo-
loji-kateqorial modelini aşağıdakı kimi müəyyənləşdirmək olar:
– «Oğuz mifi» konkret sintaqmatik mənasında Qara xanın
oğlu Oğuz kağan haqqında mif-mətndir;
– «Oğuz mifi» paradiqmatik mənasında oğuzların onların öz-
ləri də daxil olmaqla içində yaşadıqları gerçəklik haqqında mifik-
kosmoloji təsəvvürlərinin sistemi – dünya modelidir;
– «Oğuz mifi» oğuz türklərinin «Oğuz kağan» haqqındakı mif
də daxil olmaqla bütün kosmoqonik, etnoqonik və təqvim mif-
lərinin ümumi tipinin işarəsidir: oğuzlara məxsus olan istənilən
mif məzmunundan (tematik kateqoriyasından) asılı olmayaraq
oğuz mifidir.
3. «Oğuznamə eposu» anlayışı.
Oğuz mifinin
transformasiya
olunduğu oğuz
eposu bizə
«Oğuznamə» adı altında gəlib çatmışdır. Oğuz türklərinin mədə-
niyyət tarixinin bu ən böyük universumu – kültür vahidi özünə
münasibətdə
ciddi
epistemoloji-kateqorial
əyarlandırmaya
möhtacdır. Belə ki, əski oğuz türklərinin mif, ritual sisteminin
«Oğuznamə»
eposuna
transformasiya
olunması
onu
oğuz
mədəniyyətinin çox mühüm işarəsinə çevirmişdir. Başqa sözlə,
«Oğuznamə»
eposu
diaxronik
baxımdan
oğuz
türklərinin
kosmoetnik yaddaşının paradiqmalar sistemini təşkil etməklə
sinxron müstəvidə «Oğuz» adı ilə işarələnmiş türk etnosunun
kosmoetnik strukturunu bütövlükdə proyeksiyalandıran mədəniyyət
universumudur. Bu da ona münasibətdə geniş yanaşma tələb edir.
90
Nəbiyev А. Аzərbаycаn xаlq ədəbiyyаtı. I hissə / Аli məktəblər üçün
dərslik. Bаkı: Turаn, 2002,  s. 483


77
«Oğuznamə» semantemi (məna vahidi) öz strukturunda mif,
tarix və eposu eyni zamanda işarələndirməklə etnik-mədəni
düşüncəninin bütöv bir mərhələsini inikas edən kosmopoetik
universumdur. Ancaq bu universumun struktur semantikasına
münasibətdə hər şey o qədər də aydın deyildir. Belə ki,
tədqiqatçıları oğuz mədəniyyətinə aid atalar sözlərinin, müxtəlif
deyimlərin, boy sisteminin, eləcə də həmin sistemi təşkil edən epos
vahidlərinin bütöv olaraq «Oğuznamə» adlanması düşündürsə də,
bunun sistemli izahı hələ ortada yoxdur. Doğrudan da, nəyə görə
oğuz
eposunun
janr
vahidləri
etnokosmik
funksionallaşma
müstəvisində öz semiotik işarələri ilə (konkret janr adları) çıxış etsə
də, bütövlükdə «Oğuznamə» adı ilə etnik müəyyənləşməsini tapır?
Sualı cavablandırmaq üçün öncə Azərbaycan alimlərinin «Oğuzna-
mə» adı haqqındakı fikirlərə diqqət yetirək.
Prof. T.Hacıyev oğuznamələri oğuz türklərinin real tarixini
özündə əks etdirən canlı qaynaq kimi səciyyələndirmişdir. Alim
özünün «Dədə Qorqud: dilimiz və düşüncəmiz» adlı monoq-
rafiyasında «Dədə Qorqud kitabı» oğuznamələrinə münasibətdə
yazır: «Bəzi qorqudşünasların əsərdəki hadisələri Babək hərəkatı ilə
müqayisə etmələrində də inandırıcılıq var (...). Ancaq bu da
həqiqətdir ki, qəhrəmanlıq dastanı, bir qayda olaraq, xalqın
tarixində yadellilərlə mübarizə salnaməsinin bütün fəsillərinə uyğun
gəlir; qəhrəmanlıq dastanı bu yadelliyə qarşı mübarizə nəticəsində
yaranır, sonralar yadellilərlə mübarizə məqamında dirçəlir, fəallaşır,
el arasında söylənir, ondan təbliğat kürsüsü kimi istifadə olunur...
Bu mənada əlimizdəki Oğuznamələr həm Babək hərəkatı dövrü ilə,
həm də ondan daha əvvəllərdə olmuş sasanilərlə, hətta Makedoni-
yalı İsgəndərin döyüşləri ilə səsləşir; eyni zamanda H.Araslının
dediyi kimi,  IX-XII əsrlərdə baş vermiş xəzər, qıpçaq, səlcuq
toqquşmalarına da uyğun gəlir, daha sonrakı


78
monqol işğalları və teymurilər dövrü hadisələrinə də bənzəyir, hətta
«Koroğlu» dastanı üçün markalanmış XVI-XVII əsrlərin Türkiyə
ilə müharibə səhnələrini də yada salır. Və maraqlı budur ki,  IX
əsrdən sonrakı toqquşmaların hamısında Azərbaycan türkləri hər
yerdə məhz türk dövlətlərinin orduları ilə qarşılaşdıqlarından
oğuznaməmizdəki İç Oğuz (yerli Azərbaycan türkləri) və Daş Oğuz
(başqa türk dövlətlərinin nümayəndələri) modeli hadisələrin tarixi
mexanizminə müvafiq gəlir
91
.
Beləliklə, prof. T.Hacıyevə görə:
1. «Oğuznamə» qəhrəmanlıq eposu kimi xalqın mübarizə ruhunu
onun bütün tarixi boyunca işarələndirir;
2. Oğuznamələrin etnosun həyatındakı aktuallığı onun varlığına
yönəlmiş hər hansı təhlükə ilə müəyyənləşir: belə təhlükə
məqamlarında «Oğuznamə» eposu etnik səfərbərliyin mənəvi,
ideoloji, psixoloji əsası kimi «hərəkətə gəlir».
Bu «hərəkətə gəlmə» ilə bağlı Y.İsmayılovanın yerinə düşən
fikrinə görə, epos xalqın ruhunun ifadəsidir. Xalqın ruhu həmin
vaxt (etnos üçün təhlükə zamanı – S.R.) azadlığa, mübarizəyə,
qəhrəmanlığa köklənir. Xalq təkcə öz qüvvəsi ilə deyil, eyni
zamanda öz epik qəhrəmanı vasitəsi ilə vuruşur
92
.
Prof. X.Koroğlu özünün «Oğuz qəhrəmanlıq eposu» adlı əsərinin
oğuzların tarixindən bəhs edən «Miflər, əfsanələr və rəvayətlər»
bölməsində «Oğuznamə»ni «qədim oğuz eposu haqqında məlumat
verən abidə»,  «oğuzların qəhrəmanlıq keçmişindən danışan» janr,
«oğuzların daha erkən görüşləri, ənənələri və inamları» ilə bağlı
qaynaq və s. kimi səciyyələndirmişdir
93
.
91
Hаcıyev T. Dədə Qоrqud: dilimiz və düşüncəmiz. Bаkı: Elm, 1999,
s. 10
92
İsmаyılоvа Y. «Kоrоğlu» dаstаnındа оbrаzlаr sistemi. Bаkı: Nurlаn,
2003, s. 26
93
Kоrоğlu  X. Оğuz  qəhrəmаnlıq  epоsu.  Bаkı:  Yurd,  1999,  244  s.  27,
36-37, 37


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə