Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə20/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

64
başlanmış və iki əsr sonra bu ad hər yerdə «Oğuz»un adını
almağa başlamışdır. Bugünkü bilgilərimizə görə, Oğuz adına ilk
dəfə Yenisey kitabələrində rast gəlinməkdədir. Oğuzlar Orxon
kitabələrində adı çox keçən türk qövmlərindən biridir
70
.
Digər tərəfdən, N.Cəfərov yazır ki, I minilliyin ortalarında Hun-
türk dövləti dağılır. Şərqdə oğuzların Göy türk (Tanrı türk), Qərbdə
isə qıpçaqların müxtəlif dövlətləri yaranır. Məhz bu dövrdən
başlayaraq türklərin diferensiasiyası münbit coğrafi-sosial mühitə
düşüb güclənir.  I minilliyin ikinci yarısında bir-birindən həm
iqtisadi-ekoloji
həyat
tərzinə,
həm

müəyyən
qədər
dünyagörüşünə görə fərqlənən (seçmə bizimdir – S.R.) oğuz,
qıpçaq və karluq-uyğur birlikləri formalaşır. Qıpçaqlar, əsasən,
Qərb, oğuzlarla karluqlar isə, əsasən, Şərq dünyası ilə bağlı idilər,
lakin haqqında söhbət gedən diferensiasiya türklüyün daxili
kontaktlarının aktivliyini heç də tamamilə sarsıtmır
71
.
Oğuz mifi etnik epos kontekstində janr və say baxımından zən-
gin mətn korpusu ilə təmsil olunan oğuz eposunun arxetipidir.
Bu, məsələnin son dərəcə mürəkkəb kontekstlərindən biri olmaqla
oğuz mifinin (ümumən – mifin) bərpasında mühüm metodoloji-
məntiqi məqamı təşkil edir.  «Oğuz mifinin semiotik strukturunun
öyrənilməsi» probleminin konkret mənada «oğuz mifinin bərpası»
demək olduğunu bir daha xatırlasaq, onda oğuz mifinin oğuz
eposunun arxetipi olması tezisi birbaşa rekonstruksiyanın obyekti
ilə predmeti arasındakı mürəkkəb metodoloji texnologiyanı nəzərdə
tutur.
70
Sümer  F. Оğuzlаr /  İslаm  Аnsiklоpedisi.  9.  Cilt. İstаnbul:  Milli
Eğitim Bаsımevi, 1988, 378-379
71
Cəfərоv N. Аzərbаycаnşünаslığа giriş. Bаkı: АzАtаM, 2002, s. 150-
151


65
Məsələnin ümumnəzəri aspektinə gəlincə, oğuz mifi bütövlükdə
oğuz
eposuna
transformasiya
olunmuşdur.
Mif

eposun
münasibətləri burada Arxetip-Tip,  İnvariant-Paradiqma və s.
münasibətlər modeli çərçivəsində gerçəkləşməklə düşüncənin iki
mövcud tipini nəzərdə tutur: mifik düşüncə və tarixi düşüncə.
Kosmoloji epoxanın başa çatması ilə onun düşüncə tipi parçalanır
və tarixi düşüncə tipinə transformasiya olunur. Mif bu halda
«desakralizasiya» və «deritualizasiya» keçirir. Birinci onun yeganə
gerçək, inanılan, qutsal (müqəddəs) informasiya olmasından, ikinci
isə etnokosmik ritual əsaslarından məhrum olması deməkdir. Get-
gedə öz müqəddəsliyini və mərasimi əsaslarını itirən mif daha çox
bədii-estetik, dini, fəlsəfi əsaslar kəsb etməyə başlamışdır. Ən
mühüm və başlıca hadisə gerçəkliyin qavrayış göstəricilərində baş
vermişdir:
qapalı-təkrarlanan
(«qeyri-xətti»,  «qeyri-müəyyən»,
«qeyri-səlis») zaman və məkan düzxətli zaman və məkana
keçmişdir. Kosmoloji düşüncədən tarixi düşüncəyə keçiddə mif yox
olmamış və eposa transformasiya olunmuşdur.
Eposun genetik strukturunu mif təşkil edir: mifoloji struktur alt
qatda qalaraq eposun struktur böyüməsinin arxetipi rolunu oynayır.
Burada o, arxetip rolunu hər iki anlamında oynayır: həm eposun
ilkin
tipi,
həm

onun
sinxron
strukturunun
funksional
dinamikasını şərtləndirən arxetipik obraz (mifogenetik struktur
örnəyi, inkişafın arxitektonik sxemi, arxisemlər sistemi və s.) olur.
Bu baxımdan, oğuz eposunun struktur arxetipində bütövlükdə oğuz
mifi dayanır
72
.
Mifoloji şüurdan tarixi şüura keçid zamanı mif parçalanır və
tarixi şüurun, demək olar ki, ictimai formalarının hamısının əsasını
təşkil edir. Bu mənada, oğuz mifini «oğuz» adı
72
Geniş bilgi üçün bаx: Rzаsоy S. Оğuz mifinin  pаrаdiqmаlаrı.  Bаkı:
Sədа, 2004, s. 3-7


66
(universum-işarəsi) altında bilinən bütün mətnlərdən bərpa etmək
olar. Lakin belə bir bərpanın ən məhsuldar obyekti oğuz eposudur.
Bu, hər şeydən öncə onunla bağlıdır ki, oğuz eposu oğuz mifinin
paradiqmalar sistemini təşkil edir. Oğuz mifinin paradiqmatik və
sintaqmatik
struktur
modeli
oğuz
eposuna
transformasiya
olunmaqla onu da paradiqmatik (düşüncə) və sintaqmatik (sözlü
mətn) səviyyələrdən ibarət sistem kimi təşkil edir.
2.2. «Epos» anlayışı.
Azərbaycan folklorşünaslığında «epos» anlayışı, demək olar ki,
bütün hallarda sintaqmatik mətn mənasında götürülmüş, onun
düşüncə modeli (paradiqmatik sistem) mənasına, ümumiyyətlə,
əhəmiyyət verilməmişdir. Halbuki epos ilk növbədə epik yaddaş –
gerçəkliyin
etnosun
fiziki-mənəvi
təcrübəsində
«aprobasiya
olunaraq», düşüncəsində yaratdığı obrazlar sistemidir.
Heç təsadüfi deyildir ki, R.Kamal (Rəsulov)  «Kitabi-Dədə
Qorqud» eposunun metaforik arxetiplərinin öyrənilməsinə həsr
olunmuş tədqiqatında eposu ilk növbədə məhz «janr yaddaşı»
kontekstində nəzərdən keçirərək yazır ki,  «qəhrəmanlıq eposları
müxtəlif ritualların, ritual simvollarının öyrənilməsində xüsusilə
«münbit» və mühüm mənbələrdir, onlar davranış ritualının spesifik
xüsusiyyətlərini daha həssaslıqla qoruyub saxlayır»
73
.
Tədqiqatçı Y.İsmayılova yazır ki,  «şifahi ənənəyə söykənən
cəmiyyətlərdə epos həm də elin «yaddaşı», yəni tarix kitabı rolunda
olur. Türk etnosu da at üstündə doğulub at üstündə ölən, dünyanın
ənginliklərinə can atan, atdan düşüb, daş üstündə
73
Rəsulоv  R.K.  «Kitаbi-Dədə  Qоrqud»un  pоetikаsı  (metаfоrik
аrxetiplər): Fil. elm. nаm. ...dissertаsiyа. Bаkı, 1999, s. 7


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə