Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə18/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

58
etdiyimiz tezislərə görə
64
oğuz mifi sintaqmatik mətn hadisəsi
olaraq ümumi türk mifinin diferensial mətn tipidir.
Qeyd olunduğu kimi, mif düşüncə və mətn hadisəsidir. Bu, uyğun
olaraq, mifin paradiqmatik və sintaqmatik səviyyələri deməkdir. Oğuz
mifinin sintaqmatik mətn paradiqmaları geniş mətnlər korpusu ilə
təmsil olunur.
Həmin mətnlər onu şərtləndirən təsvir kodu, janr
sistemi və s. baxımından əlvan və dolğun struktura malikdir. Təkcə
oğuz eposu («Oğuznamə») onu təşkil edən mətnlərin janr sistemi və
kəmiyyət göstəriciləri baxımından oğuz mifinin sintaqmatik hadisə
kimi arxetipik əzəmətini tam görməyə imkan verir. Bununla bərabər,
oğuz mifinin sintaqmatik mətn korpusu bütövlükdə türk mifologi-
yasının sintaqmatik struktur tipini təşkil edir. Oğuz mif mətnlərinin
türk mifinə münasibəti birincinin sintaqmatik paradiqmalar kimi
ikincinin metainvariantının diferensial tipini təşkil etməsi şəklindədir.
Başqa sözlə, Oğuz mifinin sintaqmatik mətn korpusu ümumi türk mifi
çevrəsində onun sintaqmatik nüvəsini təşkil etmiş,  «oğuz» diferensial
işarəsi ilə funksionallaşmışdır.
Oğuz mifi düşüncə hadisəsi olaraq türk mif metamodelinin
paradiqmasıdır. Başqa sözlə, oğuz mifoloji mətnləri türk mifolo-
giyasının mətn korpusunun struktur hadisəsini təşkil etdiyi kimi, oğuz
mifoloji düşüncəsi də türk mifologiyasının struktur nüvəsində
dayanır. Türk mifoloji düşüncəsi ümumi türk etnosunun etnik
struktur əlvanlığını özündə mif kodu ilə işarələmiş, inikas etmişdir.
Ümumtürk
etnosunun
etnik
struktur
əlvanlığı
onun
mifoloji
düşüncəsinin strukturunun təşkilini şərtləndirmişdir. Bu baxımdan,
oğuz mifoloji düşüncəsi bir tərəfdən türk mifoloji düşüncə
invariantının paradiqması, o biri tərəfdən türk mif metamodelinin
tərkibini təşkil etmiş struktur tipidir.
64
Rzаsоy S. Оğuz mifinin pаrаdiqmаlаrı. Bаkı: Sədа, 2004, 200 s. 3-5;
Rzаsоy S. Оğuz mifi və Оğuznаmə epоsu. Bаkı: Sədа, 2007, s. 9-12


59
2.1. «Türk mif metamodeli» anlayışı.
Burada «türk mif metamodeli»  (başqa cür:  «türk metamifi»)
ifadəsi özünə münasibətdə xüsusi yanaşma tələb edir. Bu ifadənin
epistemoloji nüvəsini «dünya modeli»nin «meta» təyini, yəni
«model»in «metamodel»ləşməsi təşkil edir. «Meta» təyini semiotik
tədqiqatlarda, əsasən,  «metadil» anlayışında işlənir. Bu cəhətdən
«model» anlayışının bizim tərəfimizdən «metamodelləşdirilməsi»
onun «metadil» anlayışı ilə müqayisədə öyrənilməsini tələb edir.
Y.M.Lotman mədəniyyətin tipoloji cəhətdən təsvirinin metadili
haqqındakı araşdırmasında metadili bu və ya digər mədəniyyətin
onda mövcud olan məkani təsəvvürləri baxımından səciyyələndirərək
belə hesab etmişdir ki, məkanın mədəniyyət tipi ilə əhəmiyyətli
münasibətləri kontekstində başa düşülməsi zamanı «məkan modelləri
bir metadil kimi çıxış edir»
65
.
Burada
«məkanın mədəniyyət tipi ilə əhəmiyyətli münasibət-
ləri» dedikdə Lotman verilmiş mədəniyyətin strukturunun – kosmik
xronotopunun (məkan-zaman sisteminin) ən əhəmiyyətli layı olan
məkan qatı nəzərdə tutmuşdur. Belə ki, mədəniyyətin təşkilolunma
materialından asılı olmayaraq, o, bir məkan sistemidir; məkani
struktura malikdir və bu mənada həmin mədəniyyət tipinin
strukturunu
şərtləndirən,
müəyyənləşdirən
məkan
modelləri,
mədəniyyət məkanının təşkilolunma sxemləri onun ifadələnməsinin
metadili statusundadır. Başqa sözlə desək, hər hansı konkret
mədəniyyət tipinin
məkanının quruluş modelləri həmin tipi ən
ümumi şəkildə təsvir edən metadildir.
A.F.Losev Lotmanın yuxarıdakı fikrini şərh edərək yazır:
«Başqa sözlə, verilmiş mədəniyyətin məkani səciyyəsi məkanın
65
Лотман М.Ю. О метаязыке типологических описаний культуры
/ Труды по знаковым системам. Вып. 4. Тарту, с. 463


60
ümumiyyətlə mövcudluğunu nəzərdə tutduğu kimi, məhz verilmiş
mədəniyyət tipinin məkanını da nəzərdə tutur»
66
.
Lakin Losev Lotmanın «metadil» anlayışını «mədəniyyətin
məkanı» anlayışının ümumi və konkret (verilmiş mədəniyyət tipi)
səviyyələrinə bölünməsini artıq hesab edərək öncə «metadil»ə belə
bir tərif verir:  «Az anlaşıqlı olan «metadil» termini verilmiş
əşyanın, sadəcə, ən ümumi formada (ən ümumi elementlər
səviyyəsində – S.R.) təsvirindən başqa bir şey deyildir»
67
. Müəllif
ardı ilə yazır:  «Əgər hər bir kəsə əvvəlcədən məlumdursa ki,
məkanın müxtəlif tiplərinin müəyyən edilməsi məkanın nə demək
olduğunu bildiyimiz halda mümkündür, onda bu halda «məkanın
metadili» anlayışını işlətməyə dəyərmi?»
68
. Başqa sözlə, Losevə
görə,
məkanın
daha
konkret
(dar)
olan
müxtəlif
tiplərini
müəyyənləşdirmək üçün biz öncə ümumiyyətlə məkan anlayışının
nə olduğunu bilməliyik. Və biz bu ən ümumi məkan anlayışını
biliriksə, onda konkret mədəniyyət tipinin ən ümumi səciyyəsi olan
«metadil» anlayışını işlətməyə ehtiyac yoxdur. Losevin fəlsəfi
məntiqincə, bizə tipindən asılı olmayaraq qabaqcadan məlum olan
məkan anlayışı elə həmin metadildir və bu halda konkret mədə-
niyyət tipinin metadili anlayışına ehtiyac qalmır.
Təbii ki, görkəmli filosof ümumiyyətlə məkan (ümumi) və
konkret məkan (tək) arasında olan fərqi unuda bilməzdi. O yazır ki,
«verilmiş mədəniyyət tipinin «metadili» özünü həmin tipin müxtəlif
sahələrində,
başqa
sözlə,
daha
az
ümumiliyə
malik
olan
«mətnlərində» fərqli şəkillərdə və tamamilə özünəməxsus olaraq
təzahür etdirir»
69
. Başqa sözlə,
66
Лосев  А.Ф.  Знак.  Символ.  Миф.  Москва:  Изд.  Моск.  универ.,
1982, с. 232
67
Lоsev А.F. Göst. əsəri, s. 232
68
Lоsev А.F. Göst. əsəri, s. 232
69
Lоsev А.F. Göst. əsəri, s. 233


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə