Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə16/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

52
Beləliklə,  «Oğuz mifinin strukturunun oğuz mətnləri əsasında
semiotik bərpası» problemi məsələnin konseptual-nəzəri əsaslarını,
başqa
sözlə,
konseptlər
sistemini,
kateqorial-epistemoloji
əyarlandırılmasını nəzərdə tutur. Bu, ilk növbədə «oğuz mifi» və
«oğuz mətni» anlayışlarının aydınlaşdırılmasını tələb edir.  «Mif»
semanteminin çoxmənalılığı,  «mif-mifologiya» münasibətlərinin
mürəkkəb paradiqmatik sistemi «oğuz mifi» anlayışının da
semantikasını çoxmənalılığa müncər edir. Digər tərəfdən,  «oğuz
mifi» anlayışı bizim tədqiqatlarımızda nəzəri-məntiqi olaraq «oğuz
mifologiyası» anlayışına doğru aktual-semantik üzvlənmə keçirdiyi
üçün «oğuz mifi» - «oğuz mifologiyası» - «türk mifi və
mifologiyası» anlayışları arasında invariant-paradiqma sxemi üzrə
diferensiallaşma, aktual-diaxron üzvlənmə, sinxron-paralel böyümə
səciyyəsi daşıyan mürəkkəb semantik münasibətlər sistemi vardır.
Bu münasibətləri aydınlaşdırmadan, eləcə də nəzəri-mifoloji fikir
dövriyyəsinə daxil edilməsi nəzərdə tutulan semantemlərin («oğuz
mifologiyası» konseptlərinin, sistem universumlarının) epistemo-
loji-kateqorial
əyarlarını
müəyyənləşdirmədən
«oğuz
mifinin
strukturunun oğuz mətnləri əsasında semiotik bərpası», sadəcə, baş
tutmaz.
2. «Oğuz mifi» anlayışı.
«Oğuz mifi» çoxmənalı anlayışdır. Onun məna səviyyələri biri-
biri ilə əlaqədar, biri digərini şərtləndirən sistem təşkil edir. Sistem
elementlərinin münasibətlər dialektikasının, funksional hərəkətinin
əsasında «mif-mifologiya» münasibətlərinin kateqorial münasibətlər
semantikası durur.
A.K.Bayburin yazır: «Mif» iki əsas mənada işlədilən termindir:
1) sözlü təhkiyə mətni kimi;
2) dünya haqqında təsəvvürlər sistemi (dünya modeli) kimi.


53
«Mif» birinci halda sintaqmatik, ikinci halda paradiqmatik
planda başa düşülür.  «Mif» sintaqmatik vahid kimi (mədəniyyətin
başqa mətnləri – ritual, sosial institutlar, maddi mədəniyyət
elementləri və s. ilə bir sırada) mənaların paradiqması olan «mif»in
gerçəkləşməsinin ayrıca halı kimi çıxış edir.  «Mif»in birinci və
ikinci mənaları arasında olan fərq «mif» ilə «mifologiya» arasında
olan fərqlə eyni deyildir. Ona görə ki,  «mifologiya» adı altında
mifin bir sistem (dünya modeli sistemi – S.R.) olması yox,
(sintaqmatik)
təhkiyə
vahidləri
olan
miflərin
sistemi
başa
düşülür»
54
.
Y.M.Meletinski yazır ki, «mif» yunan sözü olub, hərfən, rəvayət,
söyləmə anlamını bildirir. Adətən, tanrılar, ruhlar, ilahiləşdirilmiş,
yaxud öz mənşəyi etibarilə tanrılarla əlaqəli olan qəhrəmanlar, ilk
zamanda fəaliyyət göstərmiş, dünyanın, onun təbii və mədəni
elementlərinin yaradılmasında birbaşa, yaxud dolayısı ilə iştirak
etmiş ilk əcdadlar haqqında əhvalatlar nəzərdə tutulur. Mifologiya
həm tanrılar və qəhrəmanlar haqqında belə əhvalatların məcmusu,
həm də eyni zamanda dünya haqqında fantastik təsəvvürlərin
sistemidir. Miflər haqqında elmi də mifologiya adlandırırlar
55
.
M.Eliade göstərir ki,  «mifin elə bir tərifini tapmaq mümkün
deyildir ki, həm bütün alimlər tərəfindən qəbul edilsin, həm də
mütəxəssis olmayanlar üçün də anlaşıqlı olsun. Bununla bərabər,
bütün arxaik və ənənəvi cəmiyyətlərdəki bütün mifləri və onların
bütün
funksiyalarını
əhatə
edən
universal
tərifi
tapmaq
mümkündürmü? Mif mədəniyyətin fövqəladə dərəcədə mürəkkəb
gerçəklərindən biridir. Onu ən çoxsaylı və
54
Байбурин А.К. Миф / Свод этнографических понятий и терми-
нов, вып.4. Москва: Наука, 1991, с.75
55
Мелетинский Е.М. Общее  понятие  мифа  и  мифологии  /  Мифо-
логический  словарь. Гл. ред.  Е.М.Мелетинский.  Москва:  «Советская
энциклопедия», 1990, с.634


54
biri-birini tamamlayan aspektlərdə öyrənmək və şərh etmək olar.
Mənə elə gəlir ki, aşağıdakı tərif daha yatımlı olacaqdır. Ona görə ki,
o, bizi maraqlandıran məsələni geniş şəkildə əhatə edir: mif
müqəddəs tarixi bəyan edir,  «bütün başlanğıcların başlanğıcı olan»
yaddaşaqədərki (tarixəqədərki – S.R.) zamanda baş vermiş hadisələr
haqqında danışır. Mif nəql edir ki, reallıq hər şeyi bütünlükdə ehtiva
edən dünya, kosmos şəklində, yaxud təkcə onun fraqmentləri
(adaların, bitki aləminin, insan davranışı, yaxud dövlət qurulması)
şəklində olmasından asılı olmayaraq, fövqəladə varlıqların igidlikləri
sayəsində öz təcəssümünü, gersəkləşməsini necə tapmışdır. Bu,
həmişə hansısa «yaradılış» haqqındakı hekayədir. Bizə xəbər verilir
ki, nə necə baş verib və biz mifdə bu «nə isənin» mövcudluğunun
qaynaqlarına yaxın oluruq. Mif baş verənlər haqqında həmişə
həqiqəti danışır...»
56
. M.İ.Steblin-Kamenskinin yazdığı kimi, «... mif
nə dərəcədə qeyri-həqiqət olmasından asılı olmayaraq, yarandığı və
yaşadığı yerdə həqiqət kimi qəbul olunan hekayədir»
57
. Yaxud
K.Levi-Strosun təsbit etdiyi kimi,  «... mif nə qədər ki, mif kimi
qavranılır, o, mif olaraq qalır»
58
.
Beləliklə, mif bir halda sözlü mətn – dünyanı söz vasitəsi ilə
təsvir edən təhkiyə bütövü (sistemi), başqa halda gerçəkliyin
mifoloji
şüurdakı
obrazlaşmış
təsəvvürlər
sistemi

dünya
modelidir. Bu halda «mif-mifologiya» münasibətləri ilk baxışdan
sadə görünsə də, kifayət qədər mürəkkəb terminoloji sistemi təşkil
edir. A.K.Bayburinin ümumiləşdirdiyi kimi,  «mifologiya» bir neçə
mənada işlədilən anlayışdır:
56
Элиаде  М.  Аспекты  мифа.  Москва:  Академический  проект,
2001, с. 33-34
57
Стеблин-Каменский М.И. Миф. Ленинград: Наука, 1976, с. 4
58
Леви-Строс  К.  Структурная  антропология.  Москва:  Глав.  Ред
Вост. Лит., 1985, с. 194


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə