Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə17/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

55
1. Bir mədəni-tarixi ənənəyə məxsus olan miflərin (söy-
ləmələrin) toplusu.
2.
Dünya
qavrayışının
xüsusi
forması.  «Mifologiya» bu
mənasında paradiqmatik aspektdə götürülən «mif» anlayışına yaxın,
hətta eyni mənadadır. Dünyanın mifoloji mənzərəsi (dünya modeli
– S.R.) miflərin toplusu olan «mifologiya» və mif-təhkiyə ilə
məzmun planının ifadə planına münasibəti nisbətində əlaqələnir.
3. Mifləri və mifoloji sistemləri öyrənən elmi fənn
59
.
Deyilənlərin
axarında
görürük
ki,
paradiqmatik
mənada
götürülən «mif» və «mifologiya», demək olar ki, eyni anlamı ifadə
edir. Başqa sözlə, oğuzların qavrayıb obrazlaşdırdıqları dünyanın
şüurdakı modeli olan «oğuz mifi» və «oğuz mifologiyası» eyni
anlamdadır.
Şüurdakı modelin sintaqmatik gerçəkləşməsi olan sözlü mətn –
təhkiyə mənasında olan «mif» ilə həmin mif-təhkiyələrin toplusu
olan «mifologiya»nın mənaları biri-biri ilə kəsişsə də, eyni deyildir.
Şüurda olan mifoloji dünya modeli söz kodu vasitəsi ilə «mif-
mətn»də reallaşır. Bu «mif-mətn» öz daxili məzmunu etibarilə
dünya modelini özündə ehtiva edən sintaqmatik sistemdir. Bu «mif-
mətn»lərin cəmindən toplu halına gələn «mifologiya» da sistemdir.
Lakin
o,
hər hansı
etnik-mədəni
ənənənin miflərini
vahid
münasibətlər
sistemində
birləşdirən
sistemdir.
Burada
təkin
ümumiyə münasibəti var. Ümumi təklərdən təşkil olunduğu, tək
ümuminin əlamətlərini daşıdığı halda,  (damla dəniz suyunun
keyfiyyətlərinə malik olsa da, heç vaxt dənizi əvəz edə bilmədiyi
kimi) tək (mif-mətn) də heç vaxt ümuminin (miflərin sistemi olan
mifologiyanın) ekvivalenti ola bilmir. Bu halda sintaqmatik «mif»
59
Байбурин  А.К.  Мифология  /  Свод  этнографических  понятий  и
терминов. Вып. 4. Москва: Наука, с. 80


56
və onların toplusu olan «mifologiya» ifadə planları nisbətində olub,
məzmun planı olan «mif-dünya modelinin» müxtəlif təzahür-ifadə
səviyyələrini
təşkil
edir.
Başqa
sözlə,  «mif-sintaqm»

«mifologiya-sintaqm»
öz
aralarında
vahid
məzmunun
ifadələnməsinin fərqli pillələri nisbətindədir.
Qeyd edək ki, bu universal sxemin «oğuz mifi» və «oğuz mi-
fologiyası» anlayışlarına tətbiqi xüsusi əsaslandırma tələb edir. Əks
halda, əldə olunan nəticələr mexaniki yanaşmanın məhsulu ola
bilər. Çünki paradiqmatik «oğuz mifi» anlayışı «Oğuz kağan»
mifində bir sintaqmatik reallıq (sözlü təhkiyə mətni) kimi
mövcuddur. Təbii ki, bu sintaqmatik mətn realığından «oğuz dünya
modeli» avtomatik hasil olur. Çünki əvvəlki tədqiqatlarımızda
apardığımız ümumiləşdirməyə görə,  «mif bir tərəfdən düşüncə
vahidi, mifopoetik təfəkkürün işi, qavrayış, obrazlaşdırma üsulu,
simvollaşdırma, yaxud V.N. Toporovun dediyi kimi,  «dünya
təəssüratı, dünyanı onunla əlaqə prosesində yaşantı»
60
, dünya
duyumudur. O biri yandan isə mif düşüncə hadisəsi olan dünya
modelinin müxtəlif mətnlərdə reallaşmasıdır. Bu mənada, şüurda
modelləşən dünya «ikinci modelləşdirici sistemlərdə», yəni «dilin
əsasında (birinci sistem) yaranan» və «əlavə olaraq xüsusi tipli
ikinci struktur alan»
61
işarələr sistemlərində – mətnlərdə maddiləşir.
Bu mətnlərin çeşidi genişdir: mifopoetik çağın dünyanı qlobal
qatlardan qavrayan sözlü təhkiyə mətnləri – kosmoqonik, etnoqonik
və təqvim mifləri, ritual və mərasimlər, ictimai təsisatlar, maddi
mədəniyyət abidələri, ibtidai incəsənət və s. Başqa sözlə, dünya
modeli dil, hərəkət, jest, naxış, ictimai ierarxiya və s. kodlarla ifadə
olunaraq gerçəkləşdirdiyi obyekti
60
Топоров  В.Н.  О  ритуале.  Введение  в  проблематику.
Архаи-
ческий ритуал в фольклорных и раннелитературных памятниках (сб.
ст.). Москва: Наука, 1988, с. 9
61
Труды по знаковым системам. Вып. 2, Тарту: 1965, с. 6


57
işarələrin düzümündən ibarət «mətnə» çevirir
62
. V.V.İvanov və
V.N.Toporov yazırlar ki, dünya modeli insan davranışının müxtəlif
formalarında və bu davranışın nəticələrində gerçəkləşir və «hər
hansı belə gerçəkləşmə mətn adlanır»
63
.
Beləliklə,  «Oğuz kağan» mifi sintaqmatik təhkiyə mətni kimi
bütün hallarda paradiqmatik «oğuz mifinin» – oğuz dünya
modelinin söz kodu vasitəsi ilə reallaşmış mətn hadisəsidir.
Sintaqmatik «Oğuz (kağan) mifi» varsa, demək «oğuz» adı ilə
işarələnən dünya modeli – şüurda mövcud olan təsəvvürlər sistemi
avtomatik olaraq vardır. Oğuz dünya modeli gerçəkliyi qavrayışın
xüsusi formasıdır və o, özünün bu mənasında həm də «oğuz
mifologiyasıdır».
Paradiqmatik
«mif»

gerçəkliyin
xüsusi
qavrayış forması olan «mifologiya» yaxın, hətta eyni anlayışlardır.
Başqa sözlə, sintaqmatik «oğuz mifi»  «Oğuz kağan» sözlü təhkiyə
mətninin simasında paradiqmatik «oğuz mifinin» varlığını, o da öz
növbəsində
onunla
eynimənalı
olan
«oğuz
mifologiyasının»
varlığını məntiqi olaraq şərtləndirir. Lakin «oğuz mifologiyası»
anlayışının təhkiyə mətnlərinin – mifoloji hekayətlərin toplusu mə-
nasında elmi dövriyyəyə daxil edilməsi əsaslandırma tələb edir.
Çünki bunun üçün öncə mətnlərin (təklərin) birləşməsindən əmələ
gələn sistemi (ümumini) bərpa etmək lazımdır. Həmin bərpa həm də
«oğuz mifologiyasının»  «türk mifologiyasının» diferensial-sinxron
ekvivalenti
(yandaşı),
yaxud
diferensial-diaxron
paradiqması
(törəməsi) olduğunu aydınlaşdıra bilər.
«Oğuz mifi» anlayışı haqqında apardığımız araşdırmaların
monoqrafik nəticələrində daim təkmilləşdirmə yolu ilə təsbit
62
Rzаsоy  S.  Nizаmi  pоeziyаsı:  Mif-Tаrix  kоnteksti.  Bаkı: Аğrıdаğ,
2003, s. 13-14
63
Иванов  Вяч.  Вс.,  Топоров  В.Н.  Славянские  языковые  модели-
рующие  семиотические  системы  (древний  период).  Москва:  Наука,
1965, с. 7


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə