Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə12/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

39
Sintaqmatik düzüm – diaxroniyanı, tarixi inkişafı, zamanın
düzxətli strukturunu nəzərdə tutur. Düzxətli zaman tarixi şüur
hadisəsidir və mifdənsonrakı hadisədir (Düzxətli zamanı nəzərdə
tutan
sintaqmatik
düzümü
mifin
sintaqmatik
strukturu
ilə
qarışdırmamalı!). KDQ-də boyların düzümünün zaman baxımından
bir-birini təsdiq etməməsində, yaxud müxtəlif obrazların «dəfələrlə
öldürülməsində»  («ölüb-dirilməsində») və s. ifadə olunan zaman
anaxronizmləri aydın şəkildə göstərir ki, burada sintaqmatik
(düzxətli) zaman zahiri planı təşkil etməklə paradiqmatik zamana
(düzümə) tabedir.
Paradiqmatik düzüm – qapalı, təkrarlanan, ritmik zamanı
nəzərdə tutur. Bu, mifoloji düşüncəyə məxsus zamandır. Mifoloji
düşüncədə zaman sakral mərkəzdən başlanır (doğulur), böyüyür,
qocalır və qapalı dövrə vuraraq, başlanğıc nöqtədə tamamlanır
(ölür). Bununla da bir dövrə başa çatır. Daha sonra «yeni» dövrə
gəlir. Ancaq bu,  «yeni» zaman ayrı bir zaman yox, öləndən sonra
dirilmiş əvvəlki zamandır; yeni zaman yoxdur, başlanğıcını sakral
mərkəzdən götürən bir zaman var və o, qapalı, təkrarlanan ritmlə
ölüb-dirilir.
Oğuz
mifoloji
düşüncəsində
zamanın
strukturu
məkanın
strukturunda proyeksiyalanır (təkrarlanır). Başqa sözlə, zaman
qapalı, təkrarlanan olduğu kimi, məkan da qapalı, təkrarlanan
quruma malikdir. Qapalı, təkrarlanan ritm təkcə məkan və zamanın
kosmoloji strukturunda yox, mifoloji dünya modelindəki hərəkətin
funksional dinamikasının da strukturunda durur. Başqa sözlə, mifdə
hər bir hərəkət qapalı, təkrarlanan, ritmik struktura malikdir.
Mifin bu strukturu oğuz mifoloji dünya modelinin, istisnasız
olaraq, bütün şaquli və üfüqi səviyyələrinə aiddir. Həmin dünya
modelində elə bir sahə qala bilməzdi ki, mifin qapalı, təkrarlanan,
ritmik strukturundan qıraqda dura bilsin. Bu, istisnasız olaraq, epik
məkan və zamana da aiddir. Başqa sözlə,


40
Oğuz mifinin poetik mətn strukturu da bütün səviyyələri üzrə
qapalı, təkrarlanan, ritmik quruma malikdir.
Paradiqmatizm sintaqmatik (diaxronik) böyüməni yalnız bir
qapalı çevrə kontekstində nəzərdə tutur (doğruldur, təsdiq edir).
Çevrənin
tamamlanması
ilə
zaman
ardıcıllığı
ilə
böyümə
(sintaqmatik-diaxronik
inkişaf)
başa
çatır.
Məsələnin
bütün
mahiyyəti yeni dövrənin məhz hansı prinsiplə (sintaqmatik, yaxud
paradiqmatik) başlanmasındadır. Mifdə yeni dövrə köhnənin
davamı
(sintaqmatik
ardıcıllığı)
kimi
meydana
gəlmir.
Ümumiyyətlə, burada «köhnə» və «yeni» bölünməsi yoxdur.
Burada «vahidin» təkrarlanması var.  «Köhnədən» sonra gələn
«təzə» yenisi deyildir. Bu, elə həmin «köhnədir», yenidən dirilərək
gəlmişdir.
Beləliklə, oğuz mifoloji dünya modeli özünün bütün məkan və
zaman strukturu ilə «Oğuz» vahidinin qapalı, təkrarlanan ritmi
şəklində təşkil olunur. Bütün məkan və zaman öz başlanğıcını
sakral əcdad Oğuz kağandan götürür. «Oğuz zamanı» ritmik şəkildə
təkrarlana-təkrarlana gedir. Lakin bu təkrarlanma heç də mücərrəd
bir
zamanın
təkrarlanması
demək
deyildir.
Mifoloji
zaman
mücərrəd yox, konkretdir: hadisələrin, əşyaların təkrarlanmasında
ifadə olunan zamanndır. Başqa sözlə, Oğuz xandan başlanan «Oğuz
zamanı»
öz-özlüyündə
təkrarlanmır:
o,  «Oğuz
məkanının»
simasında təkrarlanır. Bu, KDQ-də qorunub qalmışdır. Abidədən
«Oğuz zamanı» semantemi keçir. Bu, bütün zamanların struktur nü-
vəsində duran, onların hərəkət dinamikasının necəliyini müəy-
yənləşdirən
zamandır.
KDQ-də
əksər
boylarda
bütün
süjet
(funksional
dinamika)
Bayındır
xanın,
yaxud
Qazan
xanın
məclisindən başlanır və məclislə (toyla) başa çatır. Həmin məclis
oğuz kosmosunun bütün sosial, siyasi, sakral və sekulyar nizamının
Oğuz xandan başlanan məkan düzümüdür.


41
Oğuz zaman və məkanı sakral Oğuz xandan başlanır və onun
paradiqmatik təkrarı şəklində təşkil olunur. Biz bunu dünya
modelinin bütün səviyyələri boyunca, o cümlədən poetik məkanda
müşahidə edə bilirik. Səviyyələrin təsvir kodları fərqli olsa da,
törəmələr (paradiqmalar) başlanğıcını vahid mərkəzdən (Oğuz
xandan) götürür.  «Oğuz xan» invariantı antropoloji kodla «Oğuz
xan – Bayındır xan – Qazan xan – Alp Aruz» paradiqmalar
silsiləsini verir. Həmin invariant zaman kodu ilə «Oğuz zamanı –
Bayındır zamanı – Qazan zamanı – Alp Aruz zamanı» şəklində
paradiqmalaşır. Diqqəti cəlb edən ən mühüm məsələ ondan ibarətdir
ki, oğuz dünya modelində «Oğuz xan» invariantının paradiqması
(proyektiv törəməsi) olmayan heç nə qalmır. Oğuz epik-mifoloji
düşüncəsinin funksional strukturu da eyni prinsiplə təşkil olunur.
KDQ-nin mətn strukturu 12 vahiddən – boydan ibarətdir. Hər bir
boyun öz adı var (məs., «Salur Qazanın evinin yağmalandığı boy...»
və s.). Lakin bu mətnlərin boy kimi hərəsinin öz adı olsa da, onların
«Oğuz
xan» invariantının
paradiqmaları
kimi
bir
adı
var:
«Oğuz(namə)».
Başqa
sözlə,  12
boy
cəmi
bir
«Oğuz»un
(«Oğuznamə»nin) on iki dəfə təkrarlanmasından ibarətdir.
«Oğuznamə» terminoloji baxımdan Oğuz dünya modelinin söz
səviyyəsində proyeksiyası, ad-model, nominativ dünya modelidir.
Burada «Oğuz» – sakral başlanğıcı, invariantı,  «namə» – söz
kodunu bildirir. Bu halda,  «Oğuznamə» termin kimi «Oğuz xan»
dünya modelinin söz səviyyəsidir. Başqa sözlə, Oğuz xan
antropoloji kodla Bayındır xanda, Qazan xanda paradiqmalaşdığı
kimi, söz kodu ilə «Oğuznamə» semantemində paradiqmalaşır.
Yenə də bu halda «Oğuz»un söz səviyyəsi «Oğuznamə»dir.
Buradan aydın olur ki, KDQ-də bir-birinin ardı ilə düzülmüş 12
«Oğuznamə»  «Oğuz xan» invariantının söz kodu ilə 12 vahidlik
(boyluq) silsilə şəklində


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə