Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə10/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

32
8. Folklorun regional kontekstdə öyrənilməsi onun çağdaş
ümumtürk dünyasındakı mövqeyinin funksionallaşma xronoto-
punun total strukturu çevrəsində müəyyənləşdirilməsi kimi zəruri
milli vəzifənin həyata keçirilməsi də başlıca yollardan birini təşkil
edir»
31
.
Beləliklə: «Folklor düşüncə strukturu (etnokosmik düşüncə kodu
– S.R.) kimi paradiqmatik və sintaqmatik yaddaşdır. O, söz, hərəkət
və musiqi təsvir dillərinin vasitəsi ilə gerçəkləşir. Söz – dil onun ən
mühüm təsvir kodudur. Semiotik baxımdan birinci işarələr sistemi
olan dildə mədəniyyətin, o cümlədən folklorun invariant strukturu
daşınır. Bu struktur transformativ çevrilmələrlə mədəniyyətin
struktur qatlarında eyni zamanda həm proyeksiyalanır, həm də
proyeksiya olunan bir struktur kimi onu təşkil edir»
32
.
31
S.Rzаsоy.  Fоlklоr  infоrmаsiyаsının  etnik-regiоnаl  struktununun
mоdelləşdirilmə  kоnsepsiyаsı  (redаktоrdаn  ön  söz)  //  Hüseyn  İsmаyılоv.
Аzərbаycаn  fоlklоrunun  regiоnаl  xüsusiyyətləri.  Bаkı:  Sədа,  2006,  s.  35-
36
32
S.Rzаsоy. Şаh  İsmаyıl Xətаi pоeziyаsının  fоlklоr  semаntikаsındаn//
Аzərbаycаn  şifаhi  xаlq ədəbiyyаtınа dаir  tədqiqlər. XIV  cild,  Bаkı:  Sədа,
2003, s. 116-134


33
II FƏSİL
MİF-FOLKLOR-ƏDƏBİYYAT
MÜNASİBƏTLƏRİNİN STRUKTUR-SEMİOTİK
DİALEKTİKASI
Ümumiyyətlə, Azərbaycan ədəbi düşüncə tarixinə yeni dəyərlər
prizmasından
baxış
problemi
müstəqillik
dönəmində
xüsusi
aktuallıq kəsb edir. Ona görə ki, ədəbi düşüncə ictimai şüurun
formasıdır və ədəbiyyat etnosun özünüifadə kodlarından biri kimi,
bütün zamanlarda milli ictimai təfəkkürün aktual hadisəsi olaraq
qalır.
1. Mif-folklor-ədəbiyyat münasibətlərinin
dialektik strukturu.
Milli ədəbiyyatımızın yenidən dəyərləndirilməsi problemi, ilk
baxışdan belə görünməsə də, folklor və mifologiya ilə sıx bağlıdır.
Mifologiya-folklor-ədəbiyyat silsiləsi Azərbaycan ədəbi düşüncəsinin
epoxal inkişaf tarixini nəzərdə tutur. Ədəbi irsə sinxron baxış, yəni
onun
çağdaş
poetik
dəyər

meyarlar
kontekstində
qiymətləndirilməsi diaxron-tarixi baxışı nəzərdə tutmadan heç vaxt
dialektik-fəlsəfi bütövlük kəsb edə bilməz. Ona görə ki, ədəbiyyat
tarixi şüurun forması kimi özünün təkamül mərhələlərinə malikdir.
Ədəbi düşüncənin strukturunun bitkin sistem hadisəsi kimi dəyərlən-
dirilməsi mif və folklor mərhələlərini nəzərə almadan mümkün deyil-
dir.
Mif və folklor ədəbi düşüncənin həm diaxron, həm də sinxron
struktur səviyyələrini təşkil edir. Bu, diaxroniya baxımından o
deməkdir ki, ədəbiyyatın mətn, forma və məzmun göstəriciləri
bütün hallarda tarixi inkişafı özündə əks etdirir. Ədəbi düşüncənin
müasir keyfiyyət müəyyənliyi tarixlə şərtlənir və bu keyfiyyət
müəyyənliyinin öyrənilməsi tarixə müraciəti zərurətə çevirir.


34
Ədəbiyyata sinxron baxış mif və folklorun struktur səviyyələri
kimi
yerinin
müasir
ədəbi
düşüncənin
poetik
strukturunda
axtarılması deməkdir. Belə ki, həm mif, həm də folklor ictimai
düşüncənin
struktur
laylarıdır.
Mifdən
folklora,
folklordan
ədəbiyyata inkişaf prosesində mif və folklor ədəbi düşüncənin
struktur səviyyələrinə çevrilir. Bu baxımdan, ədəbiyyatın milli
özünüifadə kodlarından biri kimi dəyərləndirilməsi onun mif və
folklor kontekstlərində öyrənilməsini zərurətə çevirir.
2. Ədəbi düşüncənin strukturu və metod problemi.
Ədəbi düşüncənin dialektik sistem olaraq dəyərləndirilməsi
metod problemini daim aktual saxlayır. Ümumiyyətlə:
metod – təhlilin üsulu,
metodologiya – həmin üsulun əsasını təşkil edən nəzəri sis-
temdir.
Azərbaycan filologiyasında metod məsələsinin problem olduğu
məlumdur.
Metodsuzluq,
daha
doğrusu,
metodoloji
baxış
sistemlərini özündə əks etdirməyən yanaşmalar filoloji təhlilin
tədricən
primitivləşməsi
ilə
nəticələnmişdir.
Bundan
yaxa
qurtarmaq
milli
filologiyamızın
qarşısında
duran
ən
böyük
problemlərdən biridir.
Hər bir metod və onun metodologiyası təhlil edilən obyektin və
öyrənilən predmetin strukturunun öncədən modelləşdirilməsi
deməkdir. Ədəbi təhlil metodunun strukturu ədəbi mətnin struk-
turu ilə müəyyənləşir. Mətnlə onun təhlil metodu müəyyən struk-
tur səviyyəsində birləşir. Bu baxımdan, müxtəlif metodlar mətnin
təhlil açarlarıdır. Bu açarlar olmadan mətnin struktur səviyyələrini
aşkarlamaq, onun daşıdığı struktur informasiyasından agah olmaq
mümkün deyildir. Struktur informasiyasının öyrənilməsi isə mətnin
təhlilinin başlıca şərtidir.


35
3. Ədəbi düşüncə tarixi və struktur-semiotik təhlil metodu.
Azərbaycan filologiyası və folklorşünaslığı uzun onilliklər
struktur-semiotik təhlil metodundan yan keçmişdir.
«Struktur»(alizm) – klassik anlamında mətnin strukturunun
psixikanın alt qatı ilə müəyyənləşən səviyyələrinin aşkarlanması
deməkdir.
«Semiotika» – mətndə struktur informasiyanı daşıyan işarələrin
aşkarlanmasıdır.
Ümumiyyətlə, struktur-semiotik yanaşma folkloru onun bütün
səviyyələrində təhlil etmək üçün ən funksional metodlardan biridir.
Bu metodla mətnin strukturunda ilk növbədə dəyişməyən və
dəyişən səviyyələr bir-birindən fərqləndirilir. Bu da folklorun süjet
və obrazlarının struktur mahiyyət və mexanizmlərini üzə çıxarmağa,
eyni zamanda folklor mətninin funksional strukturunu, yəni onun
«necə işlədiyini» aşkarlamağa imkan verir.
4. Folklorun struktur-semiotik metodla öyrənilməsi
təcrübəsindən.
4.1. Ümumnəzəri aspekt.
Azərbaycan folklorşünaslığında folklorun öyrənilməsinə tətbiq
olunan prinsip və metodlar əksərən filoloji xarakterlidir. Folklor
hadisəsində filoloji səviyyə onun poetik strukturunun yalnız bir
qatını təşkil edir. Bu baxımdan, strukturun qətiyyən filoloji olmayan
(qeyri-filoloji)
səviyyələrinin
filoloji
prinsip

metodlarla
öyrənilməsi heç bir halda uğurlu nəticə verə bilməz. Tədqiq metodu
öyrənilən mətnin strukturunu əks etdirməlidir. Çox təəssüf ki, bütöv
mahiyyəti ilə heç bir halda ədəbiyyat olmayan, ədəbiyyat olmaq
onun daxili strukturunun yalnız bir səviyyəsini təşkil edən folklora
ədəbiyyat prinsiplərindən yanaşılması Azərbaycan folklorşünas-
lığının uzun onilliklər boyu davam etmiş təcrübəsini əksər


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə