Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə6/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   2   3   4   5   6   7   8   9   ...   57

19
və qeyri-rəsmi hissəsidir. O, ənənəvi örnəklər və şifahi sözlər
vasitəsi ilə bütün bilikləri, anlaşma dəyərlərini, münasibətləri,
hissləri, insanları özündə birləşdirir»
10
.
Jan Brunvandın bu fikrini təhlil etdiyimizdə aydın olur ki:
– Folklor, ilk növbədə, şifahi adət-ənənələrdir;
– həmin adət-ənənələrin forma (zahiri şəkillənmə səviyyəsi) və
məzmunudur (tematik səviyyə);

həmin
adət-ənənələrin
tərzidir
(başqa
sözlə,
konkret
gerçəkləşmə üsuludur);
– həmin adət-ənənələrin zamanla yaşayan rabitə texnikasıdır:
başqa sözlə, sosial kommunikasiyanın struktur mexanizmidir;
– folklor etnosa məxsus olan və şifahi ənənədə gerçəkləşən
biliklərin
(hər
cür
etnokosmik
təcrübənin),
sosial
ünsiyyət
üsullarının, etnik-ictimai dəyərlərin (etnokosmik ünsiyyətin ölçü
vahidlərinin), münasibət modellərinin, sosial-emosional qəliblərin
(emosional-poetik ifadələnmə modellərinin), o cümlədən sosial
vahidin kosmoloji münasibətlər modeli çərçivəsində teosfera ilə
ünsiyyət modellərinin məcmusudur (bütün bunların sistemidir).
Veb saytda Edvard D.  İvesin 1978-ci ilə aid «Odunçular – mahnı
qoşanlar» adlı əsərindən belə bir fikir çıxarış şəklində verilmişdir:
«Heç bir mahnı, tamaşa və yaradıcı çıxış rast gəlindiyi və bir hissəsi
olduğu mədəniyyətdən kənarda anlaşıla bilməz
11
.
Edvard D.  İvesin bu yanaşması folkloru sistem hadisəsi kimi
təqdim edir. Fikirdən göründüyü kimi, folklor mədəniyyətin
10
J.Brunvand. The Stady of Amerikan Folklore: An Introduction, 2-nd
edition.  New York:  W.W.Norton,  1978  // Аmerikа Fоlklоr  Cəmiyyətinin
«АFSNet» veb sаytı
11
E.D.Ives. Joe Scott, the Woodsman-Songmaker. Urbana: University
of  Illinois  Press,  1978  // Аmerikа Fоlklоr  Cəmiyyətinin  «АFSNet»  veb
sаytı


20
mühüm tərkib hissəsidir və onun hər cür izahı aid olduğu
mədəniyyət kontekstində məna kəsb edir. Folkloru onun mövcud
olduğu mədəniyyətdən təcrid etdikdə o, öz funksionallığını itirir.
Başqa sözlə, folklor bir sistem olaraq mədəniyyət adlanan
makrosistemin tərkib hissəsidir. Folklor bütün sistem avtonomluğu
ilə sistemdaxili səviyyədir (sitemin avtonom elementidir) və
sistemin digər üzvləri ilə sıx şəkildə bağlıdır. Onu mədəniyyət
sistemindən təcrid etdikdə donuq, qeyri-funksional hala düşür,
başqa sözlə – ölür. Beləliklə, folklorun mahiyyətinin ən başlıca
anlanma
konteksti
onun
mənsub
olduğu
etnik
mədəniyyət
sistemidir.
«AFSNet» veb saytı daha sonra qərb folklorşünaslarının folklor
haqqındakı bu tərif və təsvirlərinə belə münasibət bildirmişdir: «Bu
təriflərdən heç biri öz-özlüyündə suala («Folklor nədir?» sualına
– S.R.) cavab vermir və əlbəttə, onların heç biri Amerika Folklor
Cəmiyyətinin rəsmi tərifi deyil, amma onların hər biri yaxşı
başlanğıc nöqtəsidir»
12
.
Başqa sözlə,  «Folklor nədir?» sualına verilən cavablar bütün
hallarda müəyyən baxış bucağını, müəyyən rakursu, konkret
yanaşma səviyyəsini özündə əks etdirir. Folklor mədəniyyətin o
qədər nəhəng və zəngin hadisəsidir ki, onu konkret bir baxış
nöqtəsindən səciyyələndirmək mümkün deyildir. Yəni elə bir baxış
nöqtəsi yoxdur ki, folklor oradan həm öz bütöv strukturu, həm
sistemi, həm də daxili struktur mexanizmləri səviyyəsində bütöv
görünsün. Folklor bütün hallarda həmin baxış nöqtəsindən rakursun
metodoloji
göstəriciləri
ölçüsündə

tədqiqatçının
şəxsi
intellektualının imkanları səviyyəsində boy verir. Lakin baxışların
məcmusu, hər halda, folkloru onun müxtəlif tərəflərindən inikas
etməklə onu bir bütöv olaraq səciyyələndirmək üçün «başlanğıc»
verir.
12
Аmerikа Fоlklоr Cəmiyyətinin «АFSNet» veb sаytı


21
3. Folklor nədir? Azərbaycan təcrübəsi.
Qərb folklorşünaslığının XX əsrdəki nəzəri-intellektual təc-
rübəsindən Azərbaycan folklorşünaslığının eyni əsrdəki fəaliyyətinə
nəzər saldıqda görürük ki, milli folklorşünaslığın qarşısında dolaşıb
qaldığı ən böyük problem folklorla ədəbiyyatın fərqləndirilməsi
məsələsidir. Baxmayaraq ki, «... və folklor» ad-modeli altında yazılı
ədəbiyyatın görkəmli nümayəndələrinin folklorla bağlılığını araşdıran
neçə-neçə dissertasiyalar, müxtəlif tədqiqatlar yazılmışdır, ancaq bu
tədqiqatlarda əsas metodoloji yanaşma «görünən kəndə bələdçi-
lik»dən heç bir halda irəli getməmişdir. Həmin tədqiqatların, demək
olar ki, hamısında birmənalı olaraq yazıçının istifadə etdiyi atalar
sözləri və məsəllərin, əfsanə və rəvayətlərin, mahnı və nəğmələrin və
s. folklordan gəldiyi, şifahi xalq ədəbiyyatı olduğu «təsdiq» edilmiş
və primitiv statistikası (siyahılaşdırılması) aparılmışdır. Həmin
araşdırmaların heç birində folklor və yazılı ədəbiyyat poetik
düşüncənin kodları (gerçəkliyə bədii-estetik münasibətin təsvir
dilləri) kimi götürülüb təhlil edilməmişdir. Hələ də davam edən bu
təcrübənin mahiyyəti, obrazlı desək, birinci sinif uşağının yazı
taxtasından asılmış rəsm tablosunda ayrı-ayrı tərəvəzlərin şəkillərini
çubuqla fərqləndirməsinə bənzəyir.
Mərhum müəllimim prof. M.Həkimovla birgə yazdığımız kimi:
«Yazılı ədəbiyyat və folklor problemi ilk baxışdan sadə mövzu kimi
görünsə də, əslində, yaradıcılıüın çox mürəkkəb münasibətlər
kompleksini, bədii özünüifadənin müxtəlif təsvir dillərini, ifadə
kodlarını nəzərdə tutur. Folklor və yazılı ədəbiyyat etnik-bədii
özünüifadə kontekstində düşüncənin həm diaxron, həm də sinxron
kodlarıdır. Burada diaxronluq bu kodların bir-birini şərtləndirməsi,
folklor kodunun yazılı ədəbiyyat kodu üçün «arxekodu» təşkil
etməsi deməkdir. Ancaq bu kodların münasibətlər strukturu təkcə
biristiqamətli, yəni diaxron deyildir. Yazılı ədəbiyyatın meydana
çıxması, başqa sözlə,


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə