Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə28/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

89
«Oğuz» dastanlarının ana mövzusudur. Türk milləti və türk döv-
lətinin sistemi və nizamı «Oğuz» dastanı vasitəsi ilə anladıl-
mışdır
118
.
Beləliklə, B.Ögelə görə:
«Oğuznamə» uzun
dövrlər ərzində
şifahi
şəkildə
xüsusi
söyləyicilərin yaddaşında yaşamışdır;
Dastan məzmunu etibarilə türklərin siyasi tarixlərindən bəhs edir
(bəzən deyildiyi kimi, «dövlət eposudur»);
Dastanın tematik strukturunun əsasını türk törəsinin strukturu
təşkil edir;
Oğuznamə» eyni zamanda türk etnokosmik ənənələrinin (etnik-
siyasi strukturunun) yaşadılma və ötürülmə mexanizmini təşkil edir.
B.Ögel «Oğuznamə»ni tam bir mifoloji dastan hesab etməsə də,
prototürk mifoloji motivlərinin dastanın skeletini və çərçivəsini
təşkil etdiyini də qeyd etmişdir. Alim yazır ki, yüksək dövlət
düşüncəsi və böyük dövlət sistemi türkləri xəyal dünyasından
(mifologiyadan – S.R.) ayırmışdır. Mifologiya isə simvollar vasitəsi
ilə gerçək bir həyat və düşüncə sisteminə çevrilirdi (transformasiya
olunurdu – S.R.). Bununla bərabər, prototürk düşüncələri və
mifoloji motivləri büsbütün ortadan gedirdi
119
.
Görkəmli türk tarixçisi F.Sümər oğuznamələrin yaranması və
inkişafını etnik özünüifadənin kodu kimi dəyərləndirmişdir. Alim
oğuzların tarixindən bəhs edən fundamental monoqrafiyasında Dədə
Qorqud oğuznamələrinin nümunəsində yazır ki, oğuzların öz
dillərində yazılmış ilk milli dastanları Dədə Qorqud dastanlarıdır.
Bu dastanlar son əsrlərə qədər Anadolu və İran türkləri arasında
sevilərək dinlənilmiş,
118
Ögel  B.  Türk  mitolojisi,  II  cilt,  Ankara:  Türk  Tarih  Kurumu
Basımevi, 1995, s. 1
119
Ögel B. Göst. Əsəri, s. 1


90
oxunmuş və Anadolu türklərinin atalarının oğuzlara qarşı daha dərin
bir bağlılıq duymalarına səbəb olmuşdur. Belə ki, XV əsrdə
Türkiyədə geniş yayılmış oğuzçuluq cərəyanının mövcudluğu göz
qabağındadır
120
.
Oğuznamələri bilavasitə milli şüurun ifadə vasitəsi hesab edən
F.Sümər onların başlıca əhəmiyyətini də elə həmin mətnlərdə
kodlaşmış milli şüura müncər edərək, öz fikrini belə əsaslandırır:
«Əvvəlcə bu fikri bildirək ki, uyğurca «Oğuz Kağan dastanı»nın da
İranda, Elxani dövründə, Qazan xan və ya xələfi zamanında
yazıldığına qətiyyən şübhə etmirik. Bu əsərin başqa bir yerdə,
xüsusilə də uyğur ölkəsində yazılması mümkün deyildir. Çünki
onun yazılmasına səbəb olan mənəvi hava ancaq İrandakı Elxani
sarayı və onun ətrafında nəzərə çarpır. Bu mənəvi havanı qüvvətli
bir türkçülük şüuru parladırdı. Deməli, hər iki əsərin (uyğurca
«Oğuz kağan» və Rəşidəddin «Oğuznamə»si – S. R.) meydana
gəlməsinə səbəb olan bu türkçülük şüurudur. Əsasən, hər iki əsərin
əhəmiyyəti də, bizcə, burada, yəni belə bir şüurun mövcudiyyətini
göstərmiş olmalarındadır. Əks təqdirdə, onlar nə həqiqi dastan vəsfi
daşıya bilər, nə də tarixi mənbə olmaq baxımından dəyərli sayıla
bilərlər»
121
.
Fikrimizcə, F.Sümərin oğuznamələrin mahiyyətini bütün gös-
təriciləri üzrə türkçülük şüuruna müncər etməsi heç də onun
tarixçiliyindən irəli gəlməyib,  «oğuznaməçilik» ənənəsinin türk
etnokosmik şüurunun fövqəlmaddiləşmə kodlarından biri olması ilə
bağlıdır. Alim yazır:  «Hər iki əsər (uyğurca «Oğuz kağan» və
Rəşidəddin «Oğuznamə»si – S. R.) bizə bu türkçülük şüurunun
mahiyyəti haqqında olduqca aydın bir fikir verməkdədir. Anlaşıldığına
görə bu şüurun əsasları bunlardır:
120
Sümər F. Оğuzlаr. Bаkı: Yаzıçı, 1992, s. 345
121
Sümər F. Göst. əsəri, s. 346


91
a) Oğuz Xandan əsərin yazıldığı dövrə qədər türk aləmini adları
zikr edilən bu xalqlar təmsil etməkdədir: Oğuz (türkmən), uyğur,
qıpçaq, qanlı, karluk, kalaç.
b) Türklərin də qədim zamanlarda yaşamış monqolların Çingiz
xanı kimi, cahangir hökmdarları vardır. Bu cahangir hökmdarın adı
Oğuz Kağan və yaxud Xandır.
v) Türk dünyası Oğuz Xanın böyük fütuhatları nəticəsində
meydana gəlmişdir. Yəni türk xalqlarının Beş Balaq bölgəsindən
Qara dənizin şimalına və Adalar dənizinə qədər yayılmış olmaları
Oğuz xanın fəthləri ilə bağlıdır.
q) Oğuzlar Oğuz xanın 24 nəvəsindən törəmişlər. Uyğurlar Oğuz
Xanın öz xalqı və ya itaət evi türklərdir. Qıpçaq, qanlı, karluq və
kalaçlar da Oğuz xanın bəylərindən törəmişlər.
d)  «Türklərin tarixi» fəslində Oğuz Xan xalqını haqq dininə
qovuşdurmaq üçün Tanrı tərəfindən göndərilmiş bir peyğəmbər-
hökmdar olaraq göstərilir. Beləliklə, həm xalqın Allahın dininə
iman gətirmiş, həm də böyük fəthlər etmiş bir peyğəmbər-hökmdara
sahib olmaları ilə türklərin monqollar və ərəblər qədər şərəfli, hətta
onlardan daha şərəfli və üstün bir xalq olduqları ifadə edilmişdir
122
.
«Oğuznamə»nin türk etnokosmik dünya modelinin fövqəl-
harmoniya vasitəsi olması, başqa sözlə,  «oğuznaməçilik» ənə-
nəsinin türk etnokosmik şüurunun fövqəlmaddiləşmə kodlarından
biri olması «oğuznamə» vahidinə sistemin içindən baxdıqda birbaşa
təsdiq olunur. Sistemə çöldən (tədqiqatçı məntiqindən) baxışla
içəridən (mətnin öz məntiqindən) baxış fərqli mənzərələr verir. Bu
mənada «oğuznamə» semanteminin türk (oğuz) milli şüurunun
fövqəlstruktur universumunu təşkil etməsi Əbülqazi «Oğuznamə»si
ilə birbaşa təsdiq olunur.
122
Sümər F. Göst. əsəri, s. 346-347


92
XVII əsr müəllifi Əbülqazi Bahadır xanın «Şəcəreyi-tərakimə»
(«Türkmənlərin şəcərəsi») əsəri oğuzların ritual-mifoloji dünya
modelinin öyrənilməsi baxımından qiymətli mənbələrdən biridir.
Abidənin başlıca struktur dəyəri ondadır ki, o, bütün semantikası ilə
«Oğuz mifinin transformativ paradiqmalar sistemi olan» Oğuznamə
eposunu «tarix» kodu ilə reallaşdırır.
Əbülqazi Bahadır xanın «Şəcəreyi-tərakimə» əsərində təqdim
olunan «Oğuznamə» eposu burada tarixi-xronoloji statusdadır. Heç
təsadüfi deyildir ki, oğuz-türk tarixinə dair aparılmış tədqiqatlarda
«Şəcəreyi-tərakimə» əsərindən mötəbər tarixi mənbə kimi istifadə
olunmuşdur.
F.Bayatın ümumiləşdirdiyi çox geniş materialdan göründüyü
kimi, oğuznamələr mətnin tipi baxımından iki yerə ayrılır:
1. Tarixi-xronoloji oğuznamələr;
2. Ədəbi oğuznamələr
123
.
Əlbəttə, istər «tarixi-xronoloji», istərsə də «ədəbi» oğuznamələr
mifik-genealoji informasiya kimi öz «tarixilik» statusunu bütün
hallarda saxlayır. Bu halda «tarixi-xronoloji» və «ədəbi» təsnifatı
mətnin tipinə münasibətdə özünü doğruldur.
Əbülqazi Bahadır xan orta əsrlər tarixçisi idi və bu baxımdan,
onun «Oğuznamə» informasiyasına münasibəti Əbülqazi Bahadır
xanın düşüncəsinin simasında ritual-mifoloji informasiyanın oğuz
tarixi düşüncə strukturundakı yerinə və roluna nəzər salmağa imkan
verir.
«Şəcəreyi-tərakimə»nin
yeddi
nüsxəsi
əsasında
onu
çapa
hazırlamış A.N.Kononov Əbülqazinin istifadə etdiyi mənbələr
sırasında onun epik informasiyaya münasibətini belə səciy-
yələndirmişdir: «...Əbülqazi xalq əfsanələrini, türkmənlər
123
Bаyаt  F. Оğuznаmə(lər) / Dədə Qоrqud  kitаbı.  Ensiklоpedik  lüğət.
Bаkı: Öndər Nəşriyyаt, 2004, s. 255-257


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə