Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə30/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

96
kontekstdə «şair» adlanır. V.N.Toporov yazır:  «Kosmoloji çağın
başqa ən əhəmiyyətli fiqurlarından biri öz təxəyyülü ilə keçmişlə,
«yaradılış zamanı» ilə təmasa girmək vergisinə malik olan şair» idi
ki, bugünlə və yaradılış günü arasında daha bir ünsiyyət kanalı
qurmağa imkan verir... Şair ilahi «yaddaşın» daşıyıcısı olaraq bütün
kollektivin ənənələrinin qoruyucusu kimi çıxış edir»
127
. «Şair bütün
kainatı məkan və zaman baxımından tanıyır, hər şeyi öz sözləri ilə
adlandırmağı bacarır (onun adları təyin etməsi bununla bağlıdır),
dünyanı demiurqun yaratdığı (poetik – S.R.) mətndənkənar dünyaya
paralel olaraq
poetik və mətn baxımından təcəssüm etdirərək
(yenidən – S.R.) yaradır»
128
.  «Şair nəinki mif qoruyucusu və
yaradıcısıdır. O, həm sırf məzmun, həm də sırf praqmatik planda
miflərin
şərhçisidir...
Şairin
şərhində
kollektiv
tərəfindən
mənimsənən mif mövcudluğun əsas ziddiyyətlərinin «mediasiya»
yolu ilə həllinin vasitəsinə çevrilir»
129
.
Əbülqazi tarixi şüur çağında kosmoloji çağ şairinin (qam-
şamanın, yaxud Qorqud Atanın) funksiyasını yerinə yetirir: ona
məhz etnik ənənələrin qoruyucusu və şərhçisi kimi müraciət olunur.
Növbəti ifadələrə diqqət edək.
c) Oğuznamə informasiyasının sakral başlanğıcı ilə profan
bugünü arasında ziddiyyət yaranmışdır:  «onlar... bir-biri ilə uyğun
gəlmir». Başqa sözlə,  «törə
universal davranış formulu»
statusunda olan oğuznamələrin bir-biri ilə uyğun
127
Топоров  В.Н.  Первобытные  представления  о  мире  (общий
взгляд)  /  Очерки  естественно-научных  знаний  в  древности  (сб.  ст.).
Москва: Наука, 1982, с. 20
128
Топоров В.Н. Поэт / Мифы народов мира. В  2-х  томах.  Том  2.
Москва: Изд. «Советская энциклопедия», 1982, с. 327
129
Топоров  В.Н.  Первобытные  представления  о  мире  (общий
взгляд)  /  Очерки  естественно-научных  знаний  в  древности  (сб.  ст.).
Москва: Наука, 1982, с. 21


97
gəlməməsi etnik kosmos daxilində konflikt yaradır: kosmik
sahmanı pozaraq onu xaosa sürükləyir. Belə bir xaos oğuz-türkmən
cəmiyyətinin nizamına mane olur.
ç) Oğuz-türkmən cəmiyyətində «Törə
universal nizamlanma
kodeksi» baxımından doğrudan-doğruya təhlükə yaranmışdır və
təhlükə toplumun daxili struktur vahidlərinin ümumi əsaslardan
yayınmasından, törənin inkar olunmasından
tayfa və tayfa
birliklərinin
onu öz mənafelərinə uyğun şərh etmələrindən
qaynaqlanır.  «Şəcəreyi-tərakimə»də göstərildiyi kimi:  «...onların
(oğuznamələrin
S.R.) hər biri müəyyən nöqteyi-nəzərlidir».
e) V.N.Toporovdan gördüyümüz kimi, kosmoloji çağın şairi
(qam-şamanı) etnokosmik yaddaşın qoruyucusu, yaradıcısı və
yaşadıcısı olduğu kimi, eyni zamanda həmin yaddaşın «şərhçisidir».
Kosmoloji çağ şairinin funksiyasını tarixi çağda yerinə yetirən
Əbülqazidən «Törə-Gerçəklik» ziddiyyətinin həll edilməsi üçün
etnokosmik yaddaşı məhz «şərh etmək» xahiş olunur: «Bundan çox
illər keçəndən sonra bu türkmənlərin mollaları, şeyxləri və bəyləri
eşitdilər ki, mən tarixi yaxşı bilirəm; budur bir dəfə onların hamısı
[mənim yanıma] gəldilər və dedilər:  «... Əgər bir dənə düzgün,
etibar ediləsi tarix olsaydı, yaxşı olardı...»
130
.
Göründüyü kimi, Əbülqazi Bahadır xanın «Şəcəreyi-tərakimə»
əsəri oğuz etnosunun kosmik struktur hadisəsi olaraq oğuz-türkmən
düşüncəsində (dünya modelində)  «Törə-Tarixi» konfliktinin həlli
vasitəsi
kimi
ortaya
çıxmışdır.
Burada
«törə»
sosial-siyasi
münasibətlərin sabit struktur modeli kimi diqqət çəkir.
130
Əbülqаzi Bаhаdır xаn. Şəcərei-Tərаkimə (Türkmənlərin sоy kitаbı).
Rus  dilindən  tərcümə  edən,  ön  söz  və  göstəricilərin  müəllifi  və
bibliоqrаfiyаnın  tərtibçisi  I.M.Оsmаnlı.  Bаkı:  «Аzərbаycаn  Milli
Ensiklоpediyаsı» N-PB, 2002, s. 46


98
Ə.İnan «törə – yasa» haqqında yazır:  «Əski türkcədə qanun
mənasına gələn yasa (yasaq) termini moğol istilasından sonra islam
tarix və etnoqrafiya ədəbiyyatına girmiş və çox yayılmış termindir.
Göy türklər, xaqanlılar və səlcuqluların qanun və nizamı ifadə edən
törü-türə termininin yerini tutmuşdur.  «Yasa» mənşəyi baxımından,
şübhəsiz ki, türk sözüdür...; ...Yasa əski türk xaqanlıqlarında qüvvədə
olan və şifahi olaraq nəsildən nəsilə keçən «törü» və qaydalardan baş-
qa bir şey olmamışdır. Hər xaqan və bəyin bu qaydalara özündən bəzi
şeylər də əlavə etmiş olduğuna şübhə yoxdur. Çingiz xan da zaman
və mühitin tələb etdiyi bəzi qayda və maddələr əlavə etmişdir. Hər
böyük tarixi hadisələrdən və yeni bir sülalə taxta keçdikdən sonra
onun «törü» və yasasının qurultaylarda gözdən keçirilməsi və bəzi
hökmlərin
mübahisəsinin
aparılması
qaynaqlardakı
qeydlərdən
anlaşılmaqdadır»
131
.
«Şəcəreyi-tərakimə»dəki konfliktin semantik qütblərinə diqqət
edək:  «Törə
strukturdur,
hərəkət
prosesində
dəyişməyən
münasibətlər modelidir. Tarix
bu halda həmin dəyişməz modelin
gerçəklik zəminində pozulması kimi üzvlənmiş olur... Törə və
Gerçəklik üz-üzə gəlir, onların üst-üstə düşməməsi konflikt
yaradır»
132
.
Ritualın ümumtipoloji sxeminə görə,  «Struktur»  (indiki halda
Törə) və «Tarixin»  (indiki halda oğuz-türkmən etnosunun ayrı-ayrı
tayfalarının
maraqlarının)
uzlaşmaması
«Konflikti»
yaradır,
konfliktin həlli isə öz növbəsində «Ritualı» tələb edir. Konfliktin həlli
vasitəsi olan ritual kimi bu halda Əbülqazinin «Şəcəreyi-tərakimə»
əsəri çıxış edir. Yenə də bu halda «Şəcəreyi-tərakimə» etnokosmik
ritualın tarix kodu ilə proyeksiyası,
131
Inan A. Yаsа, Töre-Türe ve Şeriаt // Abdulkadir Inan. Makaleler ve
Incelemeler. 2 Baskı, II cilt, Ankara: Türk Tarih Kurumu Basımevi, 1998,
s. 222
132
Rzаsоy S. Оğuz mifinin pаrаdiqmаlаrı. Bаkı: Sədа, 2004, s. 103


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə