Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə38/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

120
«Struktur
metodun
(bütövlükdə:
strukturalizmin

S.R.)
mahiyyəti – N.A.Butinovun yazdığı kimi – öz toplu halında insan
ağlının qeyri-şüurisini (təhtəlşüuru – S.R.) təşkil edən struktur
elementlərinin aşkarlanmasından ibarətdir»
169
.
K.Levi-Strosa görə təbiətin gerçək mahiyyəti qeyri-şüuridə, o da
öz növbəsində miflərdə, yuxu simvollarında və s. Reallaşır
(simvollaşır).
Böyük
alimin
fəlsəfi
görüşlərini
təhlil
edən
N.A.Butinov yazır:  «Deməli,  (Levi-Strosa görə – S.R.) iki struktur
var:  1) insan ağlının strukturu və 2) fiziki gerçəkliyin strukturu.
Levi-Stros bunların arasında bərabərlik işarəsi qoyur: onlar sanki
eynidir»
170
.
«İnsan təbiəti dərk edə bilərmi? Levi-Stros cavab verir ki, olar.
Hansı yolla?  İnsanı, insan ağlının strukturunu öyrənmək yolu
ilə»
171
.
«Beləliklə, Levi-Strosa görə, təbiətin idrakının bir yolu var:
adamların sözlərini və hərəkətlərini öyrənmək və onlardan struktur
elementlərinə, şüurdan qeyri-şüuriyə, xüsusi qanundan ümumi
qanunlara doğru getmək lazımdır. Levi-Stros bu qanunları universal
adlandırır: alimin məntiqincə o səbəbdən ki, həmin universal
qanunlarda insan və təbiət inikas olunmuşdur. Strukturalist Levi-
Stros həmin qeyri-şüurini miflərin öyrənilməsi yolu ilə, strukturalist
J.Lakan qeyri-şüurinin psixologiyasının öyrənilməsi yolu ilə,
strukturalist M.Fuko isə ağılsızlığı və cinayətkarlığı öyrənmək yolu
ilə aşkarlamağa çalışırlar. Lakin onlardan hər biri hesab edir ki, o,
insan ağlının binar oppozisiyalardan təşkil olunmuş qeyri-şüuri
strukturunu aşkar etməklə eyni zamanda onları əhatə edən ger-
çəkliyin, bütün kainatın strukturunu aşkarlayır. Beləliklə, struk-
169
Бутинов Н.А. Леви-Строс – этнограф и философ  / Леви-Строс К.
Структурная антропология. Москва: Глав. Ред. Вост. Лит., 1985, с. 425
170
Butinоv N.А. Göst. əsəri, s. 426
171
Butinоv N.А. Göst. əsəri, s. 426


121
turalizm, sadəcə olaraq, metod yox, xüsusi dünyagörüşü, xüsusi
fəlsəfi sistemdir»
172
.
Bu cəhətdən Butinovun «strukturalizm» anlayışını etnoqrafik
kontekstdə səciyyələndirməsi məsələni daha da aydınlaşdırır:
«Strukturalizm – bu, strukturu insanın daxilində axtaran, onu ağlın
qeyri-şüuri strukturunda görən bir istiqamətdir»
173
.
Strukturalizmin

onun
reallaşma
vasitəsi
olan
struktur
metodunun
mahiyyətinin
varlıq
aləminin
insan
psixikasının
təhtəlşüur (qeyri-şüuri) hissəsində reallaşmış strukturunun aş-
karlanmasından ibarət olması tezisinin oğuz mifinin semiotik
strukturunun bərpasına birbaşa dəxli var. Çünki mif struktur metodun
əsas tədqiqat materialını təşkil edir. «Levi-Strosun nöqteyi-nəzərincə,
kəbin normaları, qohumluq sistemləri, miflər koddur və alimin
vəzifəsi həmin kəbin normalarında, qohumluq sistemlərində, miflərdə
nəyin kodlaşdırıldığını aşkarlamaq, başqa sözlə, binar oppozisiyaları
aşkarlamaqdır»
174
.
Strukturalizmin bu klassik postulatlarına söykənsək, oğuz
mifinin
strukturu
oğuz
mifoloji
şüurunun
təhtəlşüurunun
strukturunu, o da öz növbəsində oğuz insanının qavradığı dünyanın
gerçək strukturunu özündə əks etdirir. Bu cəhətdən oğuz mifinin
strukturunun öyrənilməsi oğuz şüurunun strukturunun öyrənilməsi
deməkdir. K.Levi-Strosun göstərdiyi kimi,  «çöldə olan təbiətə yox
(oraya yol bağlıdır), içəridə olan təbiətə yol tapmaq lazımdır.
İnsanda simvol və işarələrdə təzahür edən zahiri «Mən» («self») və
daxili «Mən» («I»), binar oppozisiyalar, onun ağlının zahiri təbiətin
strukturu ilə eyni olan qeyri-şüuri strukturu var: insana onun ağlının
qeyri-şüuri strukturu təbiət tərəfindən verilib, bu, elə təbiətdir.
172
Butinоv N.А. Göst. əsəri, s. 426
173
Butinоv N.А. Göst. əsəri, s. 429
174
Butinоv N.А. Göst. əsəri, s. 439


122
Biz ağlın strukturunu dərk etməklə kainatın strukturunu dərk edə
bilərik»
175
. «Levi-Stros təsdiq edir ki, o simvol və işarələrdən ağlın
qeyri-şüuri strukturuna gedən yolu tapmış və onun sözlərinə görə,
bununla da filosofların min il boş yerə çalışıb-vuruşduqları
problemi həll etmişdir»
176
.
Qeyd olunduğu kimi, strukturalizmin «struktur» anlayışı müxtəlif
nəzəriyyə və məktəblərin «struktur» anlayışı ilə heç də üst-üstə
düşmür.
Məsələn,
V.A.Beylis
görkəmli
ingilis
ritualşünası
V.Ternerin
ritual
nəzəriyyəsini
araşdıran
tədqiqatında
yazır:
«Ternerin məşğul olduğu bütün şeylərdə onu hər şeydən əvvəl
proses, inkişaf maraqlandırır. O, insan haqqında danışarkən həmişə
və ilk növbədə vurğulayır ki, bu inkişafda olan növdür. Hələ inkişaf
mərhələsində olan insan üçün isə proses mərkəzi problemdir. Proses
varisliyi və yenilyi, parçalanma və yenidən birləşməni, strukturu,
destrukturlaşmanı
(strukturun
dağılmasını

S.R.)

restrukturlaşmanı (yenidən strukturlaşmanı – S.R.) tələb edir.
Buradan
aydındır
ki,
strukturların
onların
dəyişməz
halında
öyrənilməsi cəmiyyət haqqında təhrif olunmuş təsəvvürlər verir,
sosial proses haqqında isə heç bir təsəvvür vermir. Sosial prosesin
başa düşülməsi üçün isə təkcə strukturlar haqqında yox, eyni
zamanda biri-biri ilə daimi və sıx qarşılıqlı əlaqədə, toqquşma və
təsirdə olan antistruktur və kontrstrukturlar haqqında biliklər
zəruridir. Terner deyir ki, «Şərq və Qərbin tarixi və mədəni, ierarxik
və bərabərçilik qarşıdurma özünəməxsusluğunun, fərdiyyətçilik və
ümumiyyətçiliyinin arxasında belə bir sadə fakt durur: insan – anti-
strukturlarda inkişaf edən və strukturlarda özünü qoruyub saxlayan
həm struktur, həm də antistruktur varlıqdır»
177
.
175
Butinоv N.А. Göst. əsəri, s. 449
176
Butinоv N.А. Göst. əsəri, s. 449
177
Бейлис В.А. Теория ритуала в трудах Виктора Тернера / В.Тэр-
нер В. Символ и ритуал. Москва: Наука, 1983, с. 10


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə