Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə37/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

117
strukturun aşkarlanmasına müncər olunur. N.S.Avtonomova yazır:
«Strukturalizm XX əsr sosiohumanitar elmində bir sıra istiqamətlərin
ümumi adıdır. Həmin istiqamətlər strukturun aşkarlanması ilə bağlıdır.
Struktur isə tamın müxtəlif cür təşəkkül və dəyişmələri zamanı öz
sabitliyini saxlayan elementləri arasında münasibətlərin cəmidir.
Strukturun aşkarlanması mədəniyyətin müxtəlif sahələrində həyata
keçirilir: dildə və mədəniyyətdə, sosial qurumlar və ideyalar tarixində,
incəsənətdə və mədəniyyətin kütləvi təzahürlərində»
161
.
Ümumiyyətlə,  «struktur» çox mürəkkəb anlayışdır və ona
baxışlar da müxtəlif nəzəriyyə və cərəyanlarda, metodoloji ya-
naşmalarda müxtəlifdir. Məsələn, V.K.Potyomkin və A.L.Simanov
«struktur»
anlayışını
«sistem»

«məkan»
anlayışları
ilə
münasibətdə səciyyələndirərək yazırlar:  «Məlum olduğu kimi,
struktur sistem elementlərinin mövcudluq üsulunu, qanununu ifadə
edir. Sistemin strukturunu dərk etmək sistemin aşkarlanmış
elementlərini bir sıra qanunauyğun əlaqələrlə bağlamaq, bu
elementlər arasında mövcud olan münasibətlər toplusunu açıqlamaq
deməkdir. Obyektin istənilən strukturu... məkani struktura malikdir
və onun sərhədləri var. Həmin sərhədlərin dəyişməsi öz növbəsində
obyektin özünün dəyişməsinə səbəb olur. Daha dəqiq desək,
struktur, müəyyən mənada, özünü məkan kimi təzahür etdirir»
162
.
Azərbaycan kristalloqrafı X.Məmmədov və onun həmfikirləri
(bundan sonra: X.Məmmədovgil – S.R.) yazırlar:  «Quruluş»
(struktur) – indi təbiət, insan, sənət, elm haqqında ümumiləşmiş
söhbətlərdə ən çox işlədilən atomar anlayışdır – sözləşmiş düşüncə
atomudur. Düşüncəyə ölçüsüz bir aydınlıq
161
Аvtоnоmоvа  N.S.  Strukturаlizm  //  «Internet  və  intellekt»  struktur-
semiоtik аrаşdırmаlаr bülleteni. Sаyı-1. Bаkı: Sədа, 2001, s. 30
162
Потемкин В.К., Симанов А.Л. Пространство в структуре мира.
Новосибирск: Наука, 1990, с. 138


118
gətirən, gərəkliliyi yenidən başa düşülmüş bu anlayışın iki min ildən
artıq yaşı var»
163
.
X.Məmmədovgil «struktur» anlayışını qurulma kombinasiyası
kimi izah edirlər:  «Quruluş dedikdə biz indi də nəyinsə nələrdənsə
necə qurulduğunu başa düşürük. Riyaziyyatda mürəkkəb həqiqətlər
aksiomatik həqiqətlərdən qurulur...»;  «Tərkibin eyni, quruluşların
müxtəlifliyinə aid təbiətdən, ictimai aləmdən, texnikadan saysız-
hesabsız misallar gətirmək olar. Buradan çox aydın görünməlidir ki,
təbiətdəki elementlərin sayının onlardan düzələn mürəkkəbliklərin
sayına nisbətən çox-çox az olması tərkibdən başqa, bir də quruluşun
hesabınadır»;  «Quruluş hadisələrə aid olanda çox vaxt qanuna-
uyğunluq anlayışı ilə əvəz olunur. Beləliklə,  «quruluş təbiətin
müxtəliflik yaratmaq yoludur» desək daha doğru olar»
164
.
Göründüyü
kimi,
X.Məmmədovgil
«strukturun»
sonuncu
tərifində onu fəlsəfi baxımdan səciyyələndirmişlər. Əlbəttə, bu
fəlsəfi yanaşma «struktura» strukturalizmin yanaşması ilə birbaşa
(hərfən) üst-üstə düşmür. Lakin çağdaş Azərbaycan sinergetik
fikrinin X.Məmmədov fenomeninə yanaşması strukturalizmdəki və
X.Məmmədovgildəki «struktur» anlayışını həm klassik rasionallıq
kontekstində birləşdirməyə, həm də sonuncunun yanaşmasının
qeyri-xətti,
qeyri-müəyyən,
qeyri-səlis
müstəviləri
birləşdirən
postqeyri-klassik
rasionallıq
kontekstində

mənalandığını
görməyə imkan verir.
Lütfi Zadənin qeyri-səlis məntiqi ilə sinergetik məntiqi eyni
koqnitiv müstəvidə birləşdirmək istiqamətində ciddi axtarışlar
aparan Azərbaycan alimi F.Qurbanov yazır ki, X.Məmmədov
müxtəlifliyin bütövü yaratmasının sinergetik aspektlərini
163
Məmmədоv X.S., Əmirаslаnоv I.R., Nəcəfоv H.N., Mürsəliyev А.А.
Nаxışlаrın yаddаşı. Bаkı: Аzərbаycаn Dövlət Nəşriyyаtı, 1981, s. 7
164
Məmmədоv  X.S., Əmirаslаnоv  I.R.,  Nəcəfоv  H.N.,  Mürsəliyev
А.А. Göst. əsər, s. 8, 9


119
də dərk edibmiş. O,  «quruluş təbiətin müxtəliflik yaratmaq
yoludur»
165
fikrini söyləyir və bu «yol»un elmi özəlliklərini
göstərir»
166
.  «Biz deyə bilərik ki, amöbün özünütəşkilatlandırması
universal mexanizmə əsaslanır. Yəni bu, ümumiyyətlə, həyatda
yaranış mexanizmidir. Onda belə çıxır ki, bizim əcdadlarımız
xalçalarda yaranış mexanizmlərini əks etdiriblər? Onlar bunu
haradan biliblər? Və bu hal Azərbaycan mədəniyyətinin kodlarının
hələ tam açılmadığını ifadə etmirmi? Dünya elminin indi gəldiyi
nəticələri bizim xalqın əlləri xalçalarda «yazırmış»! Və Azərbaycan
elmi təfəkkürü bu oxşarlıqları XX əsrin 80-ci illərində tuta bilmişdi.
Xudu Məmmədov «sinergetika» terminini işlətməsə də, təfəkkür
tərzi, sualların qoyuluşu və problemlərin (daha doğrusu oxşarlıq-
ların) izahında sinergetik yanaşmaya çox yaxın mövqeyə gəlib
çıxmışdı. Əgər o, bu fikirlərini ayrıca bir sistem olaraq tam nəzəri
hala
salıb,
təqdim
etsəydi,
Azərbaycanda
sinergetikAnın
variantlarından birinin yaradıldığının şahidi olardıq (ad başqa ola
bilərdi)»
167
.
Strukturun X.Məmmədov şərhi ilə klassik strukturalizmdəki
şərhinin
daha
bir
kəsişmə
nöqtəsi
K.Levi-Strosun
bir
«kristalloqrafik metaforasında» da aşkarlanır. Sonuncu yazır:  «Bir
riskli müqayisəni özümüzə rəva bilib, deyə bilərik ki, mif nə isə bir
dil hadisəsidir. O, nitqdə kristalların fiziki hadisələrdə tutduğu yeri
tutur»
168
.
165
Məmədоv X.S., Əmirаslаnоv I.R., Nəcəfоv H.N., Mürsəliyev А.А.
Göst. əsər, s. 9
166
Qurbаnоv  F.  Sinergetikа:  xаоsun  аstаnаsındа.  Bаkı:  «Bаkı
Universiteti» nəşriyyаtı, 2004, s. 9
167
Qurbаnоv F. Göst. əsəri, s. 7-8
168
Леви-Строс  К.  Структурная  антропология.  Москва:  Глав.  Ред.
Вост. Лит., 1985, с. 206


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə