Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə45/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

141
mədəniyyətin məhsulu kimi nəzərdən keçirmək olar: cəmiyyətdə
istifadə olunan dil xalqın ümumi mədəniyyətini əks etdirir. Ancaq
başqa
yandan
dil
mədəniyyətin
hissəsidir:
o,
mədəniyyətin
elementlərindən biridir»;  «Ancaq bu hələ hamısı deyildir: dili həm
də mədəniyyətin şərti kimi nəzərdən keçirmək olar. Özü də iki
mövqedən. Diaxronik mövqedən ona görə ki, fərd öz qrupunun
mədəniyyətini məhz dilin köməyi ilə əldə edir; uşağı sözlə öyrədir
və tərbiyə edirlər, onu yenə də sözlərdən istifadə edib danlayır və
tərifləyirlər. Dil daha nəzəri baxış bucağında ёmədəniyyətin şərti
olaraq mədəniyyətin dilin quruluşuna oxşar quruluş əldə edə bildiyi
dərəcədə çıxış edə bilir. Bu da, o da (dil və mədəniyyət – S.R.)
oppozisiya və korrelyasiyaların, başqa sözlə, məntiqi münasibətlərin
vasitəsi
ilə
yaradılır.
Beləliklə,
dili
müxtəlif
aspektlərində
götürülmüş mədəniyyətə uyğun gələn strukturların və bəzən daha
mürəkkəb, ancaq dilin özü ilə eyni tipli strukturların onun üzərində
qurulması üçün təyin edilmiş fundament olaraq nəzərdən keçirmək
olar»
232
.
Göründüyü kimi, dil mədəniyyətin tərkib hissəsi olaraq onun
bünövrəsidir. Mədəniyyətin digər qatları dilin üzərində qurulur. Bu
zaman dilin strukturu həmin qatların yaranması üçün invariant sxem
rolunu oynayır. Başqa sözlə, dilin strukturu mədəniyyətin qatlarının
strukturunda təkrarlanır. Bu, struktur-semantik yanaşmanın əsas
metodoloji postulatını təşkil edir.
Oğuz mifinin strukturunun da invariantında dil durur. K.Levi-
Stros yazır:  «Mif – dildir. Ancaq bu dil elə bir yüksək səviyyədə
işləyir ki, həmin səviyyədə məna... onun təşəkkül
232
Леви-Строс  К.  Структурная  антропология.  Москва:  Глав.  Ред.
Вост. Лит., 1985, с. 65


142
tapdığı dil əsasından ayrıla bilir»
233
. Bu cəhətdən, mifin strukturu
dilin strukturunu proyeksiyalandırır. Bunlar eyni bir strukturu fərqli
səviyyələrdə əks etdirir. Dil bu halda mifin invariantı, mif isə öz
növbəsində onun paradiqmasıdır
234
.
Ancaq qeyd etmək istəyirik ki, oğuz mifinin strukturunun
semiotik aspektdə modelləşdirilməsi bir xüsusi metodoloji çətinliklə
də əlaqədardır. Bunu şərti olaraq «dil-struktur-semiotika» düyünü
adlandırmaq olar. Mifə «struktur» yanaşma «dilin» strukturunun
əsas götürülməsini nəzərdə tutur. Bu halda mif özü bir dil –
«semiotik» işarə bütövü kimi çıxış edir. Y.M.Meletinski yazır ki,
«incəsənətin xüsusi bir dil kimi şərh olunması onun mahiyyətini
tam ifadə etmir. Bu, hər bir elmi nəzəriyyə kimi iş sxemi, gerçəkliyə
münasibətdə öz çətinlikləri olan müəyyən yanaşmadır. Məsələn,
çətinliklərdən biri, xüsusilə «semiotik» və «struktur» aspektlərin
münasibətləri ilə bağlıdır. Onlar təbii dillərdə biri-biri ilə həqiqətən
ayrılmazdır. Ancaq bu ayrılmazlıqdan yayınmanın mümkünlüyü
ona görə zəruridir ki, xəbərlərin verilməsi dilin özünün quruluşu
haqqında bilgilərin verilməsində əriməsin.  İncəsənətə, o cümlədən
nəzm-poetik fenomen olan folklora gəldikdə isə,  (semiotik və
struktur aspektlərin ayrılmazlığından – S.R.) belə bir yayınma
(ənənəvi terminlərlə desək) məzmunu formadan ayırmaq mümkün
olmadığı kimi, demək olar ki, mümkün deyil: məlumat ilk növbədə
düşünmək, öz hissələrini ifadə etmək, ətraf aləmi təsvir etmək
manerasının özünə aid olur»
235
.
Bu
cəhətdən
oğuz
mifinin
strukturunun
öyrənilməsində
«struktur» və «semiotik» aspektlər biri-birindən ayrılmazdır:
233
Levi-Strоs K. Göst. əsəri, s. 187
234
Rzаsоy S. Оğuz mifinin pаrаdiqmаlаrı. Bаkı: Sədа, 2004, s. 121
235
Мелетинский  Е.М.  К  вопросу  о  применении  структурно-се-
миотического  метода  в  фольклористике  /  Семиотика  и  художес-
твенное творчество (сб.). Москва: Наука, 1977, с. 171


143
bu da öz növbəsində problemə münasibətdə struktur-semiotik
yanaşmanı zərurətə çevirir.
4. Oğuz mifinin metodoloji təhlil modeli və «Azərbaycan
mifologiyası» problemi.
Oğuz mifinin metodoloji təhlil modeli bu mifin təsəvvürlər
sistemi kimi «Azərbaycan mifologiyası»  (Azərbaycan mifoloji
dünya modeli) anlayışına münasibətini aydınlaşdırmağı tələb edir.
Belə ki, Azərbaycan xalqının əski mifoloji görüşlərinin burada oğuz
mətnləri əsasında «oğuz mifi» işarəsi adı altında modelləşdirilməsi
bu
işarə-modelin
milli-tarixi
böyüməsinin

«Azərbaycan
mifologiyası» anlayışına dolmasının izlənilməsi ilə sıx bağlıdır.
Bunun
öyrənilməsi
isə
bir
sıra
metodoloji
məsələlərin
aydınlaşdırılmasını zəruri edir.
Tədqiqatın bundan əvvəlki fəslində «oğuz mifi»,  «türk mifi»
anlayışlarının
epistemoloji
əyarlandırılması
aparıldı

bu
kontekstdə onları birləşdirən «türk mif metomodeli»  (yaxud «türk
metamifi») anlayışı daxil edildi. Bizim mənsub olduğumuz elmi
məkanda bütün bunlarla yanaşı, mübahisəli mənada işlənilən
«Azərbaycan mifologiyası» anlayışı da vardır. Bu üç («oğuz»,
«türk» və «Azərbaycan» mifologiyası) termindən burada istifadə
edilməsi onları vahid təhlil modelinə – metodoloji sistemə salmağı
tələb edir. Belə bir metodoloji sistemin qurulması iki cəhətlə
xüsusilə aktualdır:
Birincisi,  «Azərbaycan mifologiyası» termininə münasibətdə
kifayət qədər ciddi və əsaslandırılmış mübahisələrin olması;
İkincisi, Azərbaycanda mifologiyaya dair tədqiqatların get-
gedə çoxalması və genişlənməsinin nəticəsi olaraq müxtəlif
anlayış və terminlərin daxil edilməsi ilə yaranan terminoloji
ziddiyyətlər.
Hər bir sistemin, o cümlədən elmi sistemin yaşaması onun
immunitet və özünütəşkil qabiliyyətindən asılı olur. Azərbaycan


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə