Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə43/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

135
C.Bəydilinin tədqiqatlarından aydın olduğu kimi, mifologiya bir
sistemdir, bu halda həmin sistem «etnik-mədəni düşüncəyə güc
verən enerji qaynağı» rolunu oynayır
215
. Hər bir etnik-mədəni
ənənənin dünya haqqında öz sisteminə uyğun mifopoetik düşüncə
modeli, öz dünya mənzərəsi var ki, bu dünya modeli təcəssümünü
tapdığı heç də tam olmayan bütün variantlarıyla birlikdə bir
bütövlük nümayiş etdirir
216
. Başqa sözlə, alimin apardığı tədqiqat
217
göstərir ki, mifoloji obrazlar mifoloji sistemin özəlliklərini özündə
daşıyır.
Mifoloji şüur, mifoloji təfəkkürlə bağlı araşdırmalarında onları
ictimai-tarixi kateqoriya kimi səciyyələndirən R.Əliyev bu düşüncə
tipinin sinkretizmini xüsusi vurğulamışdır
218
. Mifoloji şüurun
strukturu
animizmdən,
fetişizmdən,
totemizmdən

antropomorfizmdən təşkil olunur
219
. R.Əliyevin qeyd etdiyi bütün
bu struktur səviyyələri, eyni zamanda, mifin işarəvi strukturunun nə
qədər mürəkkəb sistemə malik olduğunu göstərir. Hər bir struktur
səviyyəsi həm diaxron pillə, həm də sinxron sıra deməkdir. Bu
halda mifoloji işarə bütün üfüqi-sinxron və şaquli-diaxron yaruslar
üzrə çoxmənalılıq qazanmış olur.
215
Bəydili (Məmmədоv) C. Türk din düşüncəsi sistem kimi // «Çırаq»
ur., 1999, № 4, s. 41
216
Bəydili (Məmmədоv) C. Mifоlоji vаrlıq və dünyаduyumundа yeri /
Аzərbаycаn  filоlоgiyаsı,  VI  kitаb.    Bаkı,  Bаkı  Universiteti  nəşriyyаtı,
2004, s. 110
217
Bəydili  (Məmmədоv)  C.  Mifоlоji  vаrlıqlаr  və özəllikləri  /  Filоlоji
аrаşdırmаlаr. Bаkı: Bаkı Universiteti Nəşriyyаtı, 2004, s. 38-42
218
Əliyev R. Mifоlоji şüurun bədii spesifikаsı. Bаkı: Qаrtаl, 2001, s. 9;
Əliyev  R. Mifоlоji təfəkkür, mifоlоji şüur və mifоlоji  xаоs  //  АMEА-nın
Məruzələri // LXII cild, 2006, № 1,  s. 106
219
Əliyev R. Mifоlоji şüurun struktur səviyyələri / Elmi аxtаrışlаr. XX
c., Bаkı: Sədа, 2006, s. 271


136
M.Kazımoğlunun xalq gülüşünün struktur semantikasına həsr
olunmuş axtarışlarında gülüşün magik mahiyyəti

arxaik
düşüncənin binar strukturu ilə müəyyənləşən özünəməxsusluqları
haqqında əldə etdiyi nəticələr
220
təsdiq edir ki, mifin binar-dual
strukturu və magik funksionallığı onun semiotizmini daha da
qüvvətləndirir.
Mifoloji düşüncə semiotizminin universallığı oğuz mifinin
strukturuna semiotik yanaşmanı zərurətə çevirir. K.Levi-Strosun
«Struktur antropologiya» əsərinin «Qeydlər» hissəsinin müəllifləri
yazırlar:  «Bizim müasir semiotik ədəbiyyatda «dillər»  (qohumluq
strukturları, mifologiya və mərasim işarələri) daha geniş mənada
ikinci modelləşdirici semiotik sistemlər adlandırılır, bütün bu
sistemləri biri-biri ilə və təbii dillə müqayisədə öyrənən elm isə
semiotika adlanır»
221
.
S.Y.Neklyudov ikinci modelləşdirici sistemlərin öyrənilməsini
«təyinatına görə öz spesifikaları baxımından struktur-semiotik
tədqiqatlar üçün, az qala, birinci növbədə keçərli olan mifologiya və
folkloru nəzərdə tutan fənlərarası sahə» kimi səciyyələndirmişdir
222
.
Beləliklə, oğuz mifinin semiotik strukturunun modelləşdiril-
məsinin ən uyğun və münasib yolu ona münasibətdə struktur-
semiotik
metodu
gerçəkləşdirməkdir.
Bu
metodun
özünə-
məxsusluğu (üstün və məhdud cəhətləri) göstərir ki, o, indiki halda
ən optimal yoldur.
220
Kаzımоğlu M. Xаlq gülüşünün mаgik mаhiyyəti // «Dədə Qorqud»
jur.,  2004, № 1, s.  68-82;  Kаzımоğlu  M.  Xаlq  gülüşü  və аrxаik
qаrşıdurmаlаr // «Dədə Qorqud» jur., 2003, № 2, s. 40-49
221
Леви-Строс  К.  Структурная  антропология.  Москва:  Глав.  Ред.
Вост. Лит., 1985, с. 345
222
Неклюдов  С.Ю.  Российская  фольклористика  и  структурно-
семиотические исследования  // http // www.Ruthenia. Ru, с. 3


137
3. Oğuz mifi və struktur-semiotik təhlil metodu.
Y.M.Meletinski yazır:  «Hər bir elmi metodika kimi, struktur-
semiotik
təhlil
bir
sıra
istiqamətlərdə
perspektivli,
başqa
istiqamətlərdə isə məhduddur. Bəzi obyektlər onun üçün daha çox,
digərləri daha az nüfuz ediləndir. Söz yox ki, struktur təhlil zamanca
dəyişməyə
münasibətdə yekcins və dayanıqlı olan mədəni
obyektlərin daha çox sinxron təsviri üçün yarayır. Struktur-semiotik
təhlil «işləyən»  (hərəkətdə olan, funksionallaşan – S.R.) sistemlər
olaraq müəyyən ideoloji və bədii sistemlərin (onların mənşəyindən və
bu sistemlərin nəhayətdə dağılmasına, yaxud köklü dəyişməsinə
gətirən
infrastruktur
faktorlarının
təsirindən
yan
keçməklə)
funksionallaşma mexanizmlərinin öyrənilməsinin aləti kimi daha
məqsədəuyğundur»
223
.
Meletinski struktur-semiotik metodun məhz bu keyfiyyətindən
çıxış edib, onun digər metodlarla münasibətləri haqqında belə bir
qənaətə
gəlmişdir
ki,  «...struktur
təhlil
mədəni

bədii
fenomenlərin tarixi-tipoloji və genetik-sosial təhlillə öyrənilməsini
ləğv edə bilməz: sinxron təsvir diaxron (tarixi) təsviri tamamladığı
və tamamlamalı olduğu kimi, struktur-semiotik təhlil də tarixi-
tipoloji və genetik-sosial təhlili müəyyən şəkildə tamamlamalıdır.
Təhlilin
müqayisəli-tarixi

struktur-semiotik
metodları
mahiyyətcə fərqli məsələləri həll edir və ona görə də tədqiqatın
obyektini tamamilə fərqli şəkildə emal edirlər. Məsələn, epik
abidənin mənşəyi və tarixi nəzərdən keçirilərkən müqayisəli-tarixi
təhlil onda bir sıra fərqli mərhələləri olan layları seçir, xronoloji və
coğrafi baxımdan biri-biri ilə uyuşmayan müxtəlif tarixi hadisələri
göstərir,
cürbəcür
anaxronizmləri

başqa
«ziddiyyətləri»
aşkarlayır.
Başqa
sözlə,
bu
yolla
abidənin
məlum
qeyri-
yekcinsliyini üzə
223
Мелетинский Е.М. К вопросу о применении структурно-семио-
тического  метода  в  фольклористике  /  Семиотика  и  художественное
творчество (сб.). Москва: Наука, 1977 с. 152


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə