Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə51/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

159
və s. nəzərə almaq lazımdır. Azərbaycan mifologiyasına məhz bu
baxımdan yanaşdıqda onun spesifik xüsusiyyətləri açıq görünməyə
başlayır. Bu görünüş də çox vacib bir məsələni gündəliyə gətirir ki,
bu gün azərbaycanlılara məxsus mifologiya vardırmı?»
254
.
Qeyd
edək
ki,
A.Nəbiyevin
«Azərbaycan
mifologiyası»
konsepsiyası həm də fundamental polemik konstruksiyadır. Belə ki,
o, öz sistemini belə bir fikrin inkarı üzərində qurmuşdur: «Türklərin
uşaqlıq dövrünə xas əsatir görüşlərini indi Azərbaycan, qazax,
qırğız və başqa türk və tatar xalqları arasında müstəqil təfəkkür
anlamı kimi pay-püşk etmək olarmı, həmin əsatirlərin yarandığı
vaxt qədimliyində milli fərqlər axtarmaq, milli təfəkkür səddi
qoymaq gərəkdirmi?»
255
.
A.Nəbiyev məsələnin, əslində, metodoloji baxımdan düzgün
qoyulmamasını vurğulayaraq yazır ki, «bu gün Azərbaycan, qırğız,
özbək,
türkmən,
kumık,
Altay

başqa
türk
xalqlarının
mifologiyasının ayrılıqda öyrənilməsi ümumtürk mifoloji modelinin
müəyyənləşdirilməsinin
başlıca
şərtidir.
Türk
xalqları
mifologiyasının başqa xalqlar üçün o qədər də ənənəvi olmayan bir
xüsusiyyəti onun hər bir tayfa, elat, qəbilə, qəbilə birləşməsi
içərisində özünəməxsus şəkildə yaşaması və yayılmasıdır»
256
.
Alim türk «fenomeninin» özünəməxsusluğunu şərh edərək
göstərir ki, «daim müharibələrdə, talanlarda, xarici və daxili
irticalarla at üstündə mübarizədə olan türklərin ədəbi-mədəni,
estetik düşüncəsinin formalaşma şəraiti də tamam başqa idi. Bir
qismi islamı qəbul etmək ərəfəsində, başqa bir qismi isə islam
bayrağı altında birləşən tayfalar on birinci əsrin səlib
254
Nəbiyev А. Аzərbаycаn xаlq ədəbiyyаtı. I hissə / Аli məktəblər
üçün dərslik. Bаkı: Turаn, 2002, s. 138
255
Nəbiyev А. Göst. əsəri, s. 138
256
Nəbiyev А. Göst. əsəri, s. 139


160
yürüşləri, xaç müharibələrindən sonra türk tayfa birliyindən qopub
müstəqil xalq kimi formalaşdılar, Azərbaycan, özbək, qırğız,
türkmən və başqa adlar altında yeni milli bölgü sistemləri yaratdılar.
Müxtəlif türk tayfaları qədim türk mif modelini ya heç qəbul
etməmişdilər, daha doğrusu, onun müəyyən tərkib hissəsi bütün türk
etnosu
üçün
ənənəvi
idisə,
ayrı-ayrı
türk
qəbilə-tayfa
birləşmələrinin mif düsturları heç də həmişə bir-birinin eyni
deyildir. Ona görə də Azərbaycan, qırğız, özbək, türkmənlərin
qədim türk qaynaqlarına söykənərək son min ilə yaxın müddətdə
mif yaradıcılığını, həm də özünəməxsus mif yaradıcılığını davam
etdirməsi tamamilə mümkün yaradıcılıq prosesidir»
257
.
Prof. A.Nəbiyevin baxışlarına görə, türk xalqlarının mif
yaradıcılığının əsasında qədim türk mif modeli – ümumtürk
mifologiyası durur. Alim yazır ki,  «qədim türk mifologiyası
qaynaqları zəminində min ildən artıq özünün müstəqil mifik, estetik
düşüncəsini yaradan azərbaycanlıların özbəklər, qırğızlar, tatarlar və
başqaları kimi özlərinə məxsus zəngin mif strukturu və modeli
vardır. O, qədim türk mifoloji qaynaqlarına istinadən meydana
gəlməklə, yaxud ondan ayrılmaqla ötən yüz illiklər ərzində zəngin
yaradıcılıq mərhələləri keçmişdir»
258
.
Qeyd edək ki, prof. A.Nəbiyevin «Azərbaycan mifologiyası»
anlayışını türk mifologiyasının davamı olaraq avtonom sistem hesab
etməsi biri digəri ilə ardıcıl mərhələləri təşkil etməklə fərqli
sistemlər olan mifoloji şüur və tarixi şüurun mürəkkəb münasibətlər
dialektikasını təhlil müstəvisinə gətirməyi tələb edir. Çünki
ümumtürk
mifologiyasının
milli
mifologiyalar
şəklində
öz
avtonomluğunu qoruması və inkişaf
257
Nəbiyev А. Göst. əsəri, s. 139-140
258
Nəbiyev А. Göst. əsəri, s. 140


161
etməsinin oğuz mifinin öyrənilməsinin metodoloji modeli ilə
birbaşa bağlılığı var. Bu halda sual meydana çıxır: oğuz mifi hansı
statusda
axtarılmalıdır

tarixən
bitmiş,
tamamlanmış,
transformasiya olunmuş diaxron arxetip formasında, yaxud diaxron
arxetiplə bərabər milli ölçülər çevrəsində öz mövcudluğunu davam
etdirən avtonom sinxron sistem halında? Başqa sözlə, ümumtürk
mifinin diferensial tipi olan oğuz mifi mifoloji şüur epoxasının başa
çatması
ilə
tamamilə
tarixi
şüurun
ictimai
formalarına
transformasiya olunmuş, yaxud transformasiya olunmaqla bərabər
«mif(ologiya)» kimi qallmaqda davam etmişdir? Məsələni bir qədər
də sadələşdirək.
Mif tarixi şüura keçidlə ictimai şüurun bir çox formalarına, o
cümlədən onlardan biri olan arxaik eposa transformasiya olunur.
Məhz bu cəhətdən biz oğuz eposunu – «Oğuznamə»ni oğuz mifinin
həm də transformativ paradiqmalar sistemi statusunda götürürük.
«Oğuznamə»də oğuz mifi epik strukturların nüvəsindədir, başqa
sözlə, transformasiya olunmuşdur. Lakin A.Nəbiyevin yanaşmasın-
dan çıxış etsək, oğuz mifi həm də canlı milli mifoloji sistem –
Azərbaycan mifologiyası kimi də yaşamaqda davam etmişdir. Bu
məsələni heç də diqqətdən qıraqda qoymaq olmaz. Belə hesab
edirik ki, məsələyə bir neçə aspektdə yanaşmaq olar:
1. Mifoloji şüurdan tarixi şüura keçid fasiləsiz proses olmuşdur.
Başqa sözlə, bu, mifoloji şüurun birdən-birə (kəskin şəkildə) sona
çatması (qurtarması) və tarixi şüurun qəfildən meydana çıxması
şəklində baş verməmişdir. Keçidin özü zaman və məkanca böyük
bir epoxanı təşkil etmişdir: başqa sözlə,  «keçidin forması saysız
rəngarəng,
məzmunu
hüdudsuz
geniş
olmuşdur»
259
.
S.S.Averinçevin yazdığı kimi:
259
Rzаsоy  S.  Nizаmi  pоeziyаsı:  Mif-Tаrix  kоnteksti.  Bаkı: Аğrıdаğ,
2003, s. 27


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə