Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə50/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

156
– Azərbaycan mifologiyası ümumtürk mifologiyasının tərkib
hissəsidir: onun etnokosmik əsasını türk mifoloji dünya modeli
təşkil edir.
– «Azərbaycan mifologiyası» sinxron strukturuna görə milli
düşüncə tarixinin bütün reallıqlarını özündə əks etdirən etnokosmik
unversumdur: Azərbaycan tarixinin bütün mümkün qeyri-türk etnik
düşüncə reallıqları bu universumun nüvəsini təşkil edən türk
işarəsinin strukturunda işarə səviyyələrini təşkil edir.

Azərbaycan
mifologiyası
anlayışının
bütün
struktur
özünəməxsusluğu onun diaxron böyümə dialektikasına müncər
olunur: diaxron böyümə dialektikası Azərbaycan mifologiyasının
təkcə təbii inkişaf şərtini yox, həm də onun özünəməxsus taleyinin
başlıca şərtidir.
Qeyd edək ki, prof. A.Nəbiyevin «Azərbaycan mifologiyası»
universumunun nümunəsində Azərbaycan etnokosmik həqiqətlərini
obyektiv şəkildə təqdim edən bu modelləşdirməsində sonuncu tezis
xüsusilə mühümdür və oğuz mifinin metodoloji təhlil modelinin
müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycan mifologiyası prof. A.Nəbiyevin diaxron inkişaf
modelində təkcə mifoloji şüur epoxası üçün xarakterik olmayıb,
həm də öz mövcudluğunu tarixi şüur epoxasında davam etdirən
sistem hadisədir. Alimə görə, ümumtürk mifologiyası əsasında
təşəkkül tapan Azərbaycan mifologiyası qədim dövrdə zərdüşt
mifologiyası
ilə,
orta
əsrlərdə
isə
islam
mifologiyası
ilə
sintezləşərək
mürəkkəb
sistemə
çevrilmişdir.
Maraqlıdır
ki,
A.Nəbiyev Azərbaycan mifoloji sisteminin tarixi çağdakı inkişafını
heç də tarixi şüur formalarına transformasiya olunmuş şəkildə yox,
avtonom mifoloji sistem şəklində təsəvvür edir. Təbii ki, mifologiya
tarixi ictimai şüurun digər formalarına (dinə, fəlsəfəyə, incəsənətə
və s.) transformasiya olunur. Bu, obyektiv reallıqdır və A.Nəbiyev
də, təbii


157
olaraq, məsələnin bu məlum tərəfi barəsində heç bir mübahisə
açmır. Onun baxışının orijinallığı ümumtürk mifologiyasının
diferensial tipi olan Azərbaycan mifologiyasının tarixi şüur çağında
avtonom sistem kimi özünü yaşada bilməsi ilə bağlıdır. Başqa sözlə,
mifologiya həm transformasiya olunur (diaxroniya), həm də tarixi
şüurun strukturunda avtonom sistem olaraq qalır (sinxroniya).
Qeyd etmək istərdik ki, alimin bu baxışları bizim onun
fikirlərinin təhlili nəticəsində gəldiyimiz subyektiv qənaətlər
deyildir. Belə ki, A.Nəbiyev bu baxışlarını tədqiqatlarında aydın
şəkildə
şərh
etmiş,
daha
doğrusu,
metodoloji
cəhətdən
ümumiləşdirmişdir.
Yeri gəlmişkən bildirmək istərdik ki, A.Nəbiyevin Azərbaycan
mifologiyasına bu baxışları onun son illərdəki tədqiqatlarında
251
sistemləşdirilsə də, uzun illərin düşüncəsinin məhsuludur. O,
ümumən folklor mətnlərində transformasiyalar zamanı mifoloji
strukturların bəzən ilkin halında qoruna bilməsi qənaətində
olmuşdur. Alim hələ keçən əsrin 80-ci illərinin əvvəlində əməklə
bağlı arxaik folklor mətnlərini nəzərdə tutaraq yazmışdır ki, «həmin
nümunələr bizə yarandığı şəkildə yox, təkmilləşmiş, yenidən
işlənmiş poetik tələblər qəlibində yeni yaradıcılıq mərhələsi
keçdikdən
sonra
gəlib
çatmışdır.
Bununla
birlikdə
həmin
nümunələrin bir çoxu özündə ilkin yaradıcılıq xüsusiyyətlərinin
müəyyən izlərini, elementlərini mühafizə edə bilmişdir»
252
.
251
Nəbiyev А. Аzərbаycаn türklərinin mifоlоgiyаsı // «Аltаy dünyаsı»
jur., 1997, sаyı: 1-2, s. 78-85; Nəbiyev А. Аzərbаycаn  xаlq ədəbiyyаtı.  I
hissə  / Аli  məktəblər  üçün  dərslik.  Bаkı:  Turаn,  2002;  Nəbiyev А.
Аzərbаycаn mifоlоgiyаsı /  Fоlklоrşünаslıq məsələləri,  V  burаxılışı.  Bаkı:
Bаkı Universiteti nəşriyyаtı, 2002, s. 6-92
252
Nəbiyev А. Аzərbаycаn fоlklоrunun jаnrlаrı. Bаkı: АDU-nun nəşri,
1983, s. 5


158
Alimin mifoloji düşüncənin folklor mətnlərində «ilkin ya-
radıcılıq xüsusiyyətlərini», başqa sözlə,  «mifyaratmanı» mühafizə
edə bilməsi haqqındakı düşüncələri sonralar daha da inkişaf etmiş

onu
«Azərbaycan
mifologiyası»
haqqında
sistemə
yaxınlaşdırmışdır. A.Nəbiyev keçən əsrin 90-cı illərinin sonuna
doğru
yazmışdır:  «Minilliklərin
dərinliklərinə
baş
vurduqca
Azərbaycan türklərinin mifologiyasının yeni-yeni qatları üzə çıxır,
özünəməxsusluğu
müəyyənləşir,
əzəli
çağlardan
ümumtürk
mifologiyasındakı
tarixi-mədəni
yeri
aydınlaşır.
Bu
xalqın
mifologiyasının ümumtürk qaynaqlarında formalaşması, sonradan
çox geniş arealda yaşayan türk tayfalarının mifoloji düşüncəsinə
nüfuzedici təsiri açıqlanır. Son vaxtlara qədər mövcud olan belə bir
yanlış fikrin əsassızlığı özünü təsdiqləyir ki, qədim türklərə məxsus
mifoloji baxışlar bu günə guya yalnız fraqmentlər şəklində gəlib
çatmışdır. Aparılan müşahidələr göstərir ki, Azərbaycan türklərinin
zəngin mifoloji təsəvvürlərinin kifayət qədər maraqlı yayılma və
yaşama arealı vardır. Bu, yanlış nəzəri baxışdır ki, Azərbaycan
türklərinin mifoloji təsəvvürləri guya bəsitdir, kasıbdır, yaxud bu
günə gəlib çatmamışdır. Əksinə, bu mifologiya dünyanın qədim
xalqlarının mifologiyası qədər zəngin və əzəmətlidir və onlarla
analogiya təşkil edir»
253
.
Apardığı müşahidələr və tədqiqatlar prof. A.Nəbiyevə sonralar
Azərbaycan mifologiyası ilə bağlı öz baxışlar sistemini konseptual
şəkildə formalaşdırmağa imkan vermişdir. Alim bu axarda yazır ki,
«hər hansı bir mifologiyanın mövcudluğunu müəyyənləşdirmək
üçün onun özünəməxsus struktur quruluşunun, mətnlərinin təsnifat
qruplarının
mövcudluğunu,
panteon
sistemi

ya
panteon
əlamətlərinin məlumluğunu
253
Nəbiyev А. Аzərbаycаn türklərinin mifоlоgiyаsı // «Аltаy dünyаsı»
jur., 1997, sаyı: 1-2, s. 79-80


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə