Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə49/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

153
özünün semantik məzmunu etibarilə mürəkkəb diaxron və sinxron
strukturda təqdim olunur.
A.Nəbiyev yazır: «Azərbaycan mifologiyasını geniş tədqiqatlara
cəlb etmək üçün kifayət qədər elmi-nəzəri təcrübənin, toplanıb və
çap edilmiş mif materialının mövcudluğu bu gün bir sıra spesifik
xüsusiyyətlərə malik yaradıcılıq sahəsinin özünəməxsusluqlarını
açıqlamağa imkan verir. Azərbaycan mif modelini araşdırmaq, onun
dünya modeli ilə ümumi və fərqli cəhətlərini müəyyənləşdirmək
üçün onu ümumtürk kontekstində nəzərdən keçirmək zəruridir»
246
.
Beləliklə, tarixi reallıqlardan çıxış edən A.Nəbiyevin «Azər-
baycan mifologiyası» terminoloji modelinin semantik əsasında türk
mifologiyası durur. Alimin bu məsələyə baxışı bərmənalı şəkildə
belədir ki,  «Azərbaycan mifologiyası ümumtürk mifologiyasının
tərkib hissəsidir. O, qədim türk mifologiyasının qaynaqlarından
bəhrələnib, ondan qopub ayrılan və özünəməxsus inkişaf yolu keçən
azərbaycanlılara
məxsus
estetik
idealı
ifadə
edən
mifoloji
düşüncədir. Azərbaycan mifologiyası, qismən, sonralar əski türk
mifoloji modelini qoruyub saxlamaqla onu yeni inanclar, kultlar,
adət-ənənə və mərasimlərlə zənginləşdirən yaradıcılıq sahəsidir»
247
.
Göründüyü kimi, A.Nəbiyevdə məsələnin mahiyyəti təkcə
«Azərbaycan mifologiyası» adının etnokosmik mahiyyəti (sinxron
strukturu) ilə bağlı deyildir. O, bu məsələni çox aydın qoymuşdur:
«Qədim türk mifoloji düşüncəsində formalaşan, boy atan mifoloji
sistemlərdən biri də Azərbaycan mifologiyasıdır»
248
.
246
Nəbiyev А.  Аzərbаycаn  mifоlоgiyаsı  /  Fоlklоrşünаslıq  məsələləri,
V burаxılışı. Bаkı: Bаkı Universiteti nəşriyyаtı, 2002, s. 14
247
Nəbiyev А.  Аzərbаycаn  xаlq ədəbiyyаtı.  I  hissə  / Аli  məktəblər
üçün dərslik. Bаkı: Turаn, 2002, s. 143
248
Nəbiyev А. Göst.əsəri, s. 144-145


154
Bizcə, A.Nəbiyevin «Azərbaycan mifologiyası» konsepti daha
çox diaxron strukturunun özünəməxsusluğu ilə diqqəti cəlb edir.
Başqa sözlə, alimin yanaşmasında «Azərbaycan mifologiyası» təkcə
kosmoloji-mifik çağın ideoloji sistemi yox, eləcə də tarixi düşüncə
çağında
öz
inkişafını
transformasiyalar,
canlı
funksional
mövcudiyyət şəklində davam etdirən, təkmilləşən, tarixi ictimai
şüur modelində öz müstəqilliyini müəyyən şəkildə qoruyub
saxlayan düşüncə layıdır.
Diqqətəlayiqdir ki, prof. A.Nəbiyev Azərbaycan mifologiyasının
türk etnokosmik substratının etnokosmik strukturunu düzgün
müəyyənləşdirmiş və burada «oğuz» semiotik vahidini, haqlı
olaraq, mifoloji sistemin inkişafının başlıca dialektik oxu kimi
götürmüşdür. O, türk mifologiyasının inkişafını modelləşdirmiş və
belə hesab etmişdir ki,  «özünün inkişafı ərzində türk mifologiyası
nəzərə
çarpan,
mifoloji
modeldə
yeni
rekonstruksiyaların
yaranmasına mühüm təsir göstərən dörd başlıca yaradıcılıq
mərhələsi keçmişdir:
Birincisi, arxaik totemistik görüşlərlə bağlı mərhələ idi. Bu, türk
estetik
düşüncəsinin
mifologiyaya
qədərki
erkən
yüksəliş
mərhələsidir. Əslində o, mifoloji düşüncənin formalaşması üçün
zəruri ilkin baza idi. Söz yaradıcılığında simvolik – rəmzi
münasibətlərin başlanğıcı, animist münasibətlərin formalaşması
nəticəsində
«Oğuz
xaqan»
dastanında
gördüyümüz
qurd
simvolikasının totemizm mərhələsinə yüksəlişi idi...
İkinci mərhələ türk etnosunun müəyyən tərəqqi meylinə
yetməsi, özünəməxsus ərazi hüdudunu müəyyənləşdirməsi, kifayət
qədər etik-estetik düşüncəyə yiyələnməsinin sonrakı dövründən
başlayırdı. Şərti olaraq o dövrü «Oğuz xaqan»dan sonrakı mərhələ
kimi də qəbul etmək olar...
...Türk mifoloji modelinin tamamlanması, yaxud qədim türk
panteonunun bütöv formalaşa bilməməsini şərtləndirən və üçüncü
mərhələ kimi nəzərə çarpan zərdüşt mifologiyası ilə


155
çarpazlaşma idi. Bu çarpazlaşma türk mifologiyasının yayıldığı
müxtəlif tayfalarla yanaşı, onun ən qüdrətli yüksəliş keçirdiyi
etnosları əhatə edirdi. Zərdüştülüyün təsir gücü onun adət və
ənənələrlə sıx bağlılığında, mif düsturlarının qüdrətli nüfuzedici
gücündə idi. Müxtəlif tayfalar içərisində sürətli və geniş şəkildə
yayılmasına baxmayaraq, mühafizəkar türk mifoloji düşüncəsi
zərdüşt estetik düşüncəsi tərəfindən tam assimilyasiya edilə bilmədi,
lakin uzun zaman ərzində türk mifologiyasını öz güclü nüfuzu
altında saxladı, ona özünün silinməz izlərini vurdu...
Türk
mifoloji
modelinin
rekonstruksiyasında
sonuncu

dördüncü mərhələ islam mifologiyası ilə bağlı olmuşdur. Ərəb
mifoloji baxışının təsirindən özünü hifz edən türk düşüncəsi islamı
qəbul etməklə islam mifologiyasını, əslində, bütövlükdə qəbul
etmək zərurəti ilə
qarşılaşdı. Lakin sonrakı inkişafda türk
mifologiyasında əcdad modelinə qayıtma və şaxələrə parçalanıb
yeni yüksəlişə qovuşma əlamətdar olmuşdur
249
.
Azərbaycan mifologiyasının yerini türk mifoloji düşüncəsinin bu
inkişaf modelində müəyyənləşdirən A.Nəbiyev yazır ki,  «türk
mifologiyasının tərkib hissəsi olan Azərbaycan mifoloji düşüncəsi
üçüncü və dördüncü mərhələdə nə qədər zərdüşt və müsəlman
qaynaqlarından gəlmə süjet, motiv və düşüncə seli ilə üzləşsələr də,
onlarda erkən mif formalarını qorumaq, qədim türk mif estetik
əxlaqı
dəyərlərini
mühafizə
etmək
hissi
özünü
göstərməyə
başladı»
250
.
Yuxarıdakı fikirlərini ümumiləşdirib funksional tezislər halına
saldıqda məlum olur ki, A.Nəbiyevə görə:
249
Nəbiyev А. Göst.əsəri, s. 183-185
250
Nəbiyev А. Göst.əsəri, s. 186


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə