Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə52/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   49   50   51   52   53   54   55   56   57

162
«Bir epoxadan başqasına keçid tarixinin hər hansı illə göstərilməsi
mümkün olan kataklizm yox, əsrlərlə uzanan prosesdir»
260
. Bu
cəhətdən, A.Nəbiyevin «Azərbaycan mifologiyası» modeli həmin
bu aralıq – keçid epoxasında
özünün məntiqi
etnokosmik
xronotopunu tapa bilir. Şübhəsiz ki, mifdən tarixə keçid uzun bir
mərhələni
əhatə
etmişdir

bu
proses
həm

gələcək
xalqlaşmanın, indiki halda Azərbaycan xalqının formalaşmasının
«ilkin əsaslarının müəyyənləşməsi» dövrü idi.  «İlkin əsasların
müəyyənləşməsi»
ümumtürk
kütləsi
müstəvisində
gələcək
Azərbaycan xalqına doğru aktual üzvlənmə prosesinin baş verməsi,
gələcəkdə «Azərbaycan xalqı» adlanan ilkin kütlənin avtonomlaşma
əlamətlərinin yaranması demək idi. Bu, müvafiq olaraq ümumtürk
mifologiyası
müstəvisində
Azərbaycan-türk
mifologiyasının
avtonomlaşması ilə müşayiət olunmuşdur.
2. Mifoloji şüurun tarixi şüura transformasiya olunmaqla
bərabər, həm də onda avtonom sistem olaraq yaşaması, bizim, şəxsi
qənaətimizə
görə,
diaxroniyanın
sinxroniyaya
bərabərliyi
baxımından tamamilə mümkün dialektikadır. Belə ehtimal edirik
ki, diaxroniya və sinxroniya vahidin iki üzüdür. Başqa sözlə,
zamanca inkişafı nəzərdə tutan diaxroniya ilə zamansızlığı
nəzərdə tutan sinxroniya, əslində, bərabərdir. Diaxroniya
ardıcıllığı, sinxroniya paralelliyi nəzərdə tutur. Ancaq bu
ardıcıllığın struktur mahiyyəti ilə paralelliyin struktur mA-
hiyyəti eynidir. Məsələn, varlıq aləminin maddi strukturunda
sadədən mürəkkəbə, təkdən çoxa doğru ardıcıllıq var. Lakin bu
proses,
əslində,
həm

ardıcıllıq
yox,
eyni
zamanda
paralelləşmədir. Sadə mürəkkəbi, tək çoxu yaratmaqla yox
260
Аверинцев  С.С.  Судьбы  европейской  культурной  традиции  в
эпоху перехода от античности к средневековью  / Из истории культуры
средних веков и Возрождения (сб. ст.). Москва: Наука, 1976, с. 17


163
olmur, öz varlığını davam etdirir. Materialist fəlsəfəyə görə
çoxhüceyrəlilər birhüceyrəlidən yaranmışlar. Lakin birhüceyrəli
çoxhüceyrəlini yaratdıqdan sonra (diaxroniya) məhv olmamış, çox-
hüceyrəli ilə birgə (sinxroniya) yaşamaqda davam etmişdir.
Məsələn, birhüceyrəli amöb çoxhüceyrəli mürəkkəb varlıqlar
aləmində yaşamaqda davam edir. Maddi aləmin bir ünsürü digərini
törətdikdən sonra yox olmur, onunla paralel mövcud olur. Məhz ona
görə də biz varlıq aləminin mövcud sinxron strukturuna baxıb, onun
diaxron strukturunu (tarixini) təsəvvür edə bilirik. Ç.Darvin də
mövcud aləmin sinxron strukturuna əsaslanıb, onun diaxron struk-
turunun necə yaranmasını – növlərin əmələ gəlməsini bərpa etmişdi.
O, özündən heç nə yaratmamışdı: sadəcə, varlığın struktur
harmoniyasını müşahidə etmişdi və bu əzəli harmoniya Ç.Darvinin
onu müşahidə edib-etməməsindən, yaxud bu gün bizim buna necə
yanaşıb-yanaşmamağımızdan asılı olmayaraq mövcuddur. Bu,
varlıq
aləminin
pozulmaz
teokosmik
strukturudur.
Həmin
teokosmik harmoniyaya görə, zaman zamansızlığa, diaxroniya
sinxroniyaya, hərəkət sükunətə bərabərdir. Başqa sözlə, diaxron
inkişaf elə sinxron inkişaf deməkdir. Bir forma başqasını, bir növ
başqasını diaxron müstəvidə törətdiyi kimi, eyni zamanda sinxron
müstəvidə onun müasirinə (yandaşına, cərgədaşına) çevrilir. Bu
dediklərimizi mif-tarix diaxroniyasına tətbiq etdikdə görürük ki,
dialektikanın diaxron prinsipinə görə, mifoloji şüur tarixi şüuru
törədir – ona transformasiya olunur. Lakin yenə də həmin
dialektikanın sinxron prinsipinə görə, mif tarixlə yanaşı yaşayır:
onunla vahid kosmoloji sistemdə mövcud olur. Bu, o deməkdir ki,
ümumtürk mifologiyası tarixi şüura keçid zamanı tarixi şüur
formalarına transformasiya olunduğu kimi (diaxroniya), eyni
zamanda tarixi şüurun strukturunda avtonom sistem qatı –
«Azərbaycan mifologiyası» olaraq


164
qalmaqda davam edir (sinxroniya). Təbii ki, tarixi şüurun sürəkli
inkişafı
(tarixi
formaların
kombinasiyalarının
get-gedə
mürəkkəbləşməsi) onun tərkibindəki mifoloji şüurun avtonom
mövcudluğunu zamanla zahirən «heçə» endirir. Lakin varlığın
diaxroniya ilə sinxroniyanın eyniyyətini nəzərdə tutan teokosmik
struktur
harmoniyasına
görə
mifoloji
şüurun
avtonomiyası
(birhüceyrəli amöbün çoxhüceyrəlilər aləmində öz varlığını davam
etdirməsi halında olduğu kimi) tamamilə yox ola bilməz. Bu, o
deməkdir ki, mifoloji şüur bütün hallarda yaşayır. Bu da öz
növbəsində məsələyə baxışın üçüncü aspektini şərtləndirir.
3. Məsələ burasındadır ki, elmdə mifin tarixə transformasiyası
ilə bərabər, canlı halda yaşaması da qəbul olunur. S.Y.Neklyudov
mifin tarixi şüurdakı aktuallığı barəsində yazır:  «Belə hesab etmək
düzgün deyildir ki,  (daha çox «kütləvi şüuraltı» adlanmalı olan)
kütləvi şüur ən yeni dövrdə mifolojiləşir. O, öz təbiəti etibarilə
ümumiyyətlə mifolojidir. Biz siyasət və ideologiyada qədim
miflərin əsrlərin dərinliklərindən gələn arxaik modellər əsasında
yeni sosial və milli cildlərdə yaradılmasının şahidi oluruq... Burada
həm... Aşağıdan gələn spontan mifologiyaya, həm də ayrı-ayrı intel-
lektual, yaxud hakimiyyət qruplarında ideoloji və siyasi məqsədlərlə
qurulan «süni» mifologiyaya rast gəlinir»
261
. Başqa sözlə, mifoloji
şüur tarixi şüurun strukturunda mifoloji arxetiplər, həm də canlı
mifyaratma halında mövcud olmaqda davam edir.
S.A.Tokarev və Y.M.Meletinski yazırlar ki, mifoloji düşüncənin
bir sıra xüsusiyyətləri kütləvi şüurda əsil fəlsəfi və elmi biliklərlə
yanaşı, ciddi elmi məntiqin istifadə olunması ilə yan-yana qorunub
qala bilər. Bizim günlərimizdə xristianlığın,
261
Неклюдов  С.Ю.  Структура  и  функция  мифа  // http //
www.Ruthenia. Ru, с. 15-16


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə