Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə55/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   49   50   51   52   53   54   55   56   57

171
N Ə T İ C Ə
Aparılmış tədqiqat göstərdi ki, Azərbaycan folklorşünaslığı sovet
epoxasında onun üzərində onillər boyu aparılmış ideoloji təcrübənin
qanunauyğun nəticəsi olaraq XX əsrə həm nəzəri, həm də praktiki
baxımdan uğurla yekun vura bilməmiş,  XXI əsrə dolaşıq, dağınıq,
sistemsiz və mahiyyəti get-gedə absurda müncər olunan nəzəri-
metodoloji düşüncə ilə daxil olmuşdur.
Folklorla bağlı dünya elmi-nəzəri fikrinin nəzərdən keçirilməsi
göstərdi ki,  «Folklor nədir?» bütün dünya üçün aktualdır. Qərb
folklorşünasları bu suala bütöv XX əsr boyunca cavab axtarmış və
bu gün özünün perspektivə istiqamətlənmiş nəzəri-konseptual
axtarışlarını, praktiki fəaliyyətlərini məhz «Folklor nədir?» sualının
ehtiva etdiyi kültür sistemi üzərinə yönəltmişlər.
Folklor, ilk növbədə, ənənə hadisəsidir.  «Ənənəvilik» onun
mədəniyyət hadisəsi kimi struktur mahiyyətini təşkil edir: tərkibini
təşkil edən bütün struktur səviyyələri «ənənəvilik» mahiyyətinə
görə folklor statusu ala bilir. Beləliklə, ənənədən qıraqda «folklor»
sayıla biləcək hadisə yoxdur: istənilən mədəniyyət hadisəsi ənənə
kontekstində folklorla bu və ya başqa şəkildə əlaqələnə, folklora aid
olma statusu əldə edə bilir.
Folklorun reallaşma vasitəsi şifahi davranış koduna («şifahi
münasibətlər və davranış nümunələrinə») müncər olunur. Bu halda
folklorun struktur mahiyyətində dayanan «ənənəvilik» bütün
hallarda şifahi ənənəni nəzərdə tutur. Bu, folklorun mövcudluq
üsulu,
funksionallıq
formasıdır.
Şifahilikdən
qıraqda
qalan
mədəniyyət hadisəsi artıq folklor sayılmır. O mədəniyyət hadisəsi ki
(növü, tipi, janrı və s.) şifahi ənənə vasitəsi ilə funksionallaşır, o,
mədəniyyətin «folklor» adlanan sferasına aiddir.


172
O incəsənət ki, kollektiv yaradıcılığı ifadə edir və bu səbəbdən
etnokosmik ənənə səviyyəsindədir, o, artıq folklordur. Folklor –
həm də şifahi ənənədə mövcud olan ədəbiyyatdır. Çünki folklorun
reallaşma vasitələrindən biri sözdür. Folklor – şifahi ənənədə
mövcud olan bilikdir. Başqa sözlə, etnosun hər cür fiziki və mənəvi
təcrübəsi folklorda şifahi ənənə vasitəsi ilə reallaşan elmi
biliklərdir. Folklor – şifahi ənənədə mövcud ollan təcrübədir.
Folklorda etnosun minillər boyu əldə etdiyi təcrübə yaşayır. Bu
təcrübə onun gerçəkliyə münasibətinin əsasında durur və etnos öz
davranışlarını həmin təcrübi-ənənəvi modellər əsasında reallaşdırır.
«Folklor nədir?» sualına verilən cavablar bütün hallarda
müəyyən baxış bucağını, müəyyən rakursu, konkret yanaşma
səviyyəsini özündə əks etdirir. Folklor mədəniyyətin o qədər
nəhəng və zəngin hadisəsidir ki, onu konkret bir baxış nöqtəsindən
səciyyələndirmək mümkün deyildir. Yəni elə bir baxış nöqtəsi
yoxdur ki, folklor oradan həm öz bütöv strukturu, həm sistemi, həm
də daxili struktur mexanizmləri səviyyəsində bütöv görünsün.
Folklor
bütün
hallarda
həmin
baxış
nöqtəsindən
rakursun
metodoloji göstəriciləri ölçüsündə və tədqiqatçının öz şəxsi
intellektualının imkanları səviyyəsində boy verir. Lakin baxışların
məcmusu, hər halda, folkloru onun müxtəlif tərəflərindən inikas
etməklə onu bir bütöv olaraq səciyyələndirmək üçün «başlanğıc»
verir.
Beləliklə, aparılmış tədqiqat bizə folkloru etnokosmik düşüncə
modeli, etnik özünüifadə və davranış kodu kimi səciyyələndirməyə
imkan vermişdir.
Gerçəkliyə münasibətin folklor kodu yaddaş informasiyası ilə sıx
bağlıdır.
Ümumiyyətlə,
folkloru
informasiya
hadisəsi
kimi
götürmədən onun mahiyyətinə enmək, onunla bağlı doğru-düzgün
nəticələrə gəlmək mümkün deyildir. Folklor düşüncə strukturu –
etnokosmik düşüncə kodu kimi


173
paradiqmatik və sintaqmatik yaddaşdır. O, söz, hərəkət və musiqi
təsvir dillərinin vasitəsi ilə gerçəkləşir. Söz – dil onun ən mühüm
təsvir kodudur. Semiotik baxımdan birinci işarələr sistemi olan
dildə mədəniyyətin, o cümlədən folklorun invariant strukturu
daşınır. Bu struktur transformativ çevrilmələrlə mədəniyyətin
struktur qatlarında eyni zamanda həm proyeksiyalanır, həm də
proyeksiya olunan bir struktur kimi onu təşkil edir.
Nəzəri axtarışlar, eksperimental tədqiqatlar və metodoloji
təcrübələrin nəticələrinə görə:
Folklor:
– etnik-mədəni düşüncənin tarixi-diaxronik təzahürü kimi
struktur düşüncədir;
– etnik-mədəni düşüncənin sinxron hadisəsi kimi milli özü-
nüifadənin total düşüncə sisteminin əsas paradiqmAlarından
biridir;
– total etnik düşüncənin statusal tipi baxımından bədii-es-
tetik xarakterlidir;
– etnokosmik funksionallaşma baxımından özünüifadə və
davranış kodudur;
– düşüncə hadisəsi olaraq etnokosmik dünya modelidir (mə-
naların paradiqmasıdır);
– mətn kimi folklor düşüncə modelini əks etdirən obyektdir;
– janr kimi gerçəkliyi bütövlükdə universumlaşdıran janrlar
sistemidir və s.
Mifologiya və folklor ədəbi düşüncənin həm diaxron, həm də
sinxron
struktur
səviyyələrini
təşkil
edir.
Bu,
diaxroniya
baxımından o deməkdir ki, ədəbiyyatın mətn, forma və məzmun
göstəriciləri bütün hallarda tarixi inkişafı özündə əks etdirir. Ədəbi
düşüncənin müasir keyfiyyət müəyyənliyi tarixlə şərtlənir və bu
keyfiyyət müəyyənliyinin öyrənilməsi tarixə müraciəti zərurətə
çevirir.


174
Ədəbiyyata sinxron baxış mif və folklorun struktur səviyyələri
kimi yerlərinin müasir ədəbi düşüncənin poetik strukturunda
axtarılması deməkdir. Belə ki, həm mif, həm də folklor ictimai
düşüncənin
struktur
laylarıdır.
Mifdən
folklora,
folklordan
ədəbiyyata inkişaf prosesində mif və folklor ədəbi düşüncənin
struktur səviyyələrinə çevrilir. Bu baxımdan, ədəbiyyatın milli
özünüifadə kodlarından biri kimi dəyərləndirilməsi onun mif və
folklor kontekstlərində öyrənilməsini zərurətə çevirir.
Hər bir metod və onun metodologiyası təhlil edilən obyektin və
öyrənilən predmetin strukturunun öncədən modelləşdirilməsi
deməkdir. Ədəbi təhlil metodunun strukturu ədəbi mətnin
strukturu ilə müəyyənləşir. Mətnlə onun təhlil metodu müəyyən
struktur səviyyəsində birləşir. Bu baxımdan, müxtəlif metodlar
mətnin təhlil açarlarıdır. Bu açarlar olmadan mətnin struktur
səviyyələrini aşkarlamaq, onun daşıdığı struktur informasi-
yasından agah olmaq mümkün deyildir. Struktur informasi-
yasının öyrənilməsi isə mətnin təhlilin başlıca şərtidir.
Tədqiqat göstərdi ki, struktur-semiotik yanaşma folkloru onun
bütün səviyyələrində təhlil etmək üçün ən funksional metodlardan
biridir. Bu metodla mətnin strukturunda ilk növbədə dəyişməyən və
dəyişən səviyyələr bir-birindən fərqləndirilir. Bu da folklorun süjet
və obrazlarının struktur mahiyyət və mexanizmlərini üzə çıxarmağa,
eyni zamanda folklor mətninin funksional strukturunu, yəni onun
«necə işlədiyini» aşkarlamağa imkan verir.
«Oğuz mifi» anlayışı haqqında apardığımız araşdırmaların
nəticələrinə görə, oğuz mifi sintaqmatik mətn hadisəsi olaraq ümumi
türk mifinin diferensial mətn tipi, düşüncə hadisəsi olaraq türk mif
metamodelinin paradiqması, etnik özünüifadənin düşüncə kodu
olaraq türk etnosunun aparıcı laylarından olan oğuzların etnokosmik
düşüncə və mətn hadisəsidir. Oğuz


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə