Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə56/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   49   50   51   52   53   54   55   56   57

175
mifi etnik epos kontekstində janr və say baxımından zəngin mətn
korpusu ilə təmsil olunan oğuz eposunun arxeetipidir.
Tədqiqatda aparılmış araşdırmanın nəticəsi olaraq elmi fikrə
«türk mif metamodeli» («türk metamifi») anlayışı daxil edilmişdir.
«Metadil» bütöv varlığın, yaxud onun hər hansı tərkib ünsürünün
modelidir. Bu halda mifoloji dünya modeli elə dünyanın mifoloji
şüurda işarələr vasitəsi ilə təsvir olunduğu metadildir.
Aparılmış kateqorial-epistemoloji əyarlandırmaya görə,  «türk»
adı sinxron aspektdə həm bütün türk adlandırılan xalqlarının
etnokosmik universumu, həm də diaxron aspektdə oğuzlara
sonradan verilmiş addır. Bu mənada, «türk mif metamodeli» (yaxud
«türk metamifi») anlayışının daxil edilməsi «oğuz mifi» və «türk
mifi» anlayışlarını bir təhlil müstəvisinə gətirmək üçün kontekst
verir. Bu halda oğuz mifi düşüncə hadisəsi olaraq türk mif
metamodelinin (metamifinin) paradiqmasıdır. Türk mif metamodeli
bütün türk xalqlarının mifoloji mətnlərində mövcud olan dünya
modellərini vahid sistemdə birləşdirməklə oğuz mifini də öz içinə
alır və bununla da metodoloji dolaşıqlığın aradan qaldırılması,
həmçinin bu sahədə perspektiv tədqiqatlar üçün kontekst verir.
Araşdırma göstərmişdir ki,  «oğuz eposu» – «Oğuznamə» oğuz
mifini öz strukturunda paradiqmalaşdıran sistemdir. Bu anlayış üç
məna səviyyəsini əhatə edir:
1. Paradiqmatik səviyyə: etnosun gerçəklik haqqında epik
təsəvvürlər sistemi – epik dünya modeli;
2. Sintaqmatik səviyyə: epik dünya modelini gerçəkləşdirən
sözlü mətn;
3. Janr səviyyəsi: bütün epik janrları birləşdirən sistem.
«Oğuznamə» türk etnokosmik dünya modelinin fövqəlharmoniya
vasitəsi, başqa sözlə,  «oğuznaməçilik» ənənəsinin türk etnokosmik
şüurunun fövqəlmaddiləşmə kodlarından biridir.


176
Beləliklə, «Oğuznamə» kateqorial-epistemoloji strukturuna görə,
türk etnokosmik dünya modelinin fövqəlharmoniya vasitəsi, başqa
sözlə,  «oğuznaməçilik» ənənəsinin türk etnokosmik şüurundakı
fövqəlmaddiləşmə
kodlarından
biri,
vahid
oğuz
etnosunu
bütövlükdə işarələndirən etnokosmik universum (oğuz etnosunun
poetik söz modeli), proyeksiyalandırdığı oğuz etnik vahidini bir
etnos olaraq şərtləndirən kosmik semantemləri özünə konsentrasiya
etməklə etnokosmik işarə bütövü (işarə sistemi), oğuzların ulu
əcdadı Oğuz kağanla bağlı ritual-mifoloji informasiya, başqa sözlə,
«Oğuz kağan» dünya modelini gerçəkləşdirən sözlü mətn universu-
mudur. Oğuz etnosunu təsvir dilindən
gerçəkləşmə kodundan asılı
olmayaraq, istənilən səviyyədə kosmik universum kimi təqdim edən
mətn «Oğuznamə»dir.


177
BİBLİOQRAFİYA
Azərbaycan dilində
Abdulla K. Sirr içində dastan və yaxud gizli Dədə Qorqud – 2. Bakı: Elm,
1999
Acalov A. Ön söz / Azərbaycan mifoloji mətnləri. Bakı: Elm, 1988, s. 7-34
Acalov A. Azərbaycan folklorşünaslığının bəzi epistemoloji problemləri /
«Azərbaycan folklorşünaslığı məsələləri»  (Nizami ad. Ədəbiyyat İnstitutu
Gənc Alimlər Şurası konfransının materialları). Bakı: Elm, 1989, s. 3-12
Acalov A. Türk etnik-mədəni sistemi və folklor / «Folklor və mədəniyyət»
(Gənc filoloqların altıncı respublika konfransının materialları). Bakı: Elm,
1990 s. 3-12
Ağazadə İ. Azərbaycan milli mentalitet sistemi və arxaik-mifoloji düşüncə
/ Elmi axtarışlar (folklorşünaslıq: filologiya, fəlsəfə, tarix, incəsənət və
nəzəriyyə aspektləri). № 1, Bakı: Nurlan, 2008 s. 28-35
Albalıyev Ş. Hal obrazı folklorda və mərasimdə / Azərbaycan şifahi xalq
ədəbiyyatına dair tədqiqlər. XX kitab. Bakı: Səda, 2006, s. 113-122
Albalıyev Ş. Hal obrazı: mifdə və mərasimdə / Azərbaycan şifahi xalq
ədəbiyyatına dair tədqiqlər. XXV kitab. Bakı: Nurlan, 2007, s. 50-72
Albalıyev Ş. Hal-Div-Əzrayıl obrazlarının səciyyəsi / «Ortaq türk
keçmişindən ortaq türk gələcəyinə»  III uluslararası folklor konfransının
materialları. Bakı: Səda, 2007, s. 547-555
Albalıyev Ş. Halın olub-olmamağı haqqında // «Dədə Qorqud» jur., 2008,
№ 1, s. 92, s. 92-104
Avtonomova N.S. Strukturalizm // «İnternet və intellekt» struktur-semiotik
araşdırmalar bülleteni. Sayı-1. Bakı: Səda, 2001, s. 30-35
Bayat F. Oğuz epik ənənəsi və «Oğuz kağan» dastanı. Bakı: Sabah, 1993
Bayat F. Oğuznamə(lər)  / Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. Bakı:
Öndər Nəşriyyat, 2004, s. 255-274
Bəydili (Məmmədov) C. Türk din düşüncəsi sistem kimi //  «Çıraq» ur.,
1999, № 4, s. 41-44
Bəydili (Məmmədov) C. Dünya modeli / Azərbaycan filologiyası, V kitab.
Bakı: BDU nəşriyyatı, 2003, s. 34-37


178
Bəydili (Məmmədov) C. Mifoloji varlıq və dünyaduyumunda yeri /
Azərbaycan filologiyası, VI kitab. Bakı: Bakı Universiteti nəşriyyatı, 2004, s.
110-113
Bəydili (Məmmədov) C. Mifoloji varlıqlar və özəllikləri / Filoloji
araşdırmalar. Bakı: Bakı Universiteti Nəşriyyatı, 2004, s. 38-42
Bəydili (Məmmədov) C. Türk mifoloji obrazlar sistemi: stuktur və
funksiya. Bakı: Mütərcim, 2007
Cəfərli M. Dastan və mif. Bakı: Elm, 2001
Cəfərli M. Dastan yaradıcılığı. Bakı: Elm, 2007
Cəfərov N. Eposdan kitaba. Bakı: Maarif, 1999
Cəfərov N. Azərbaycanşünaslığa giriş. Bakı: AzAtaM, 2002
Əbülqazi Bahadır xan. Şəcərei-Tərakimə (Türkmənlərin soy kitabı). Rus
dilindən tərcümə edən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın
tərtibçisi İ.M.Osmanlı. Bakı: «Azərbaycan Milli Ensiklopediyası» N-PB, 2002
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1992
Əliyev R. Azərbaycan nağıllarında mifik görüşlər. Bakı: Elm, 1992
Əliyev R. Mifoloji şüurun bədii spesifikası. Bakı: Qartal, 2001
Əliyev
R.
Mifin
dialektikası

folklor
//  «Humanitar
elmlərin
öyrənilməsinin aktual problemləri» dərgisi. 2006, № 3, s. 78-83
Əliyev R. Mif və simvol // «Dədə Qorqud» jur., 2006, № 2, s. 45-53
Əliyev R. Mifoloji təfəkkür, mifoloji şüur və mifoloji xaos // AMEA-nın
Məruzələri // LXII cild, 2006, № 1, s. 106-111
Əliyev R. Mifoloji şüurun struktur səviyyələri / Elmi axtarışlar. XX c.,
Bakı: Səda, 2006, s. 271-277
Əsgər Ə. Ölən etnosun ədəbi irsi // «Dədə Qorqud» jur., 2001, № 1, s. 49-
53
Əsgər Ə. Ədəbiyyat tarixinə etnosiyasi yanaşma və oğuz xalqları
ədəbiyyatı // «Dədə Qorqud» jur., 2002, № 1, s. 106-113
Əsgər Ə. Şifahi epik mətn, onun ifası və yazıya alınması kontekstində
«Kitabi-Dədə Qorqud» /  «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə»  III
uluslararası folklor konfransının materialları. Bakı: Səda, 2005, s. 121-135
Əsgər Ə. Oğuznamələr və Rəşidəddin Oğuznaməsi /  «Ortaq türk
keçmişindən ortaq türk gələcəyinə»  V uluslararası folklor konfransının
materialları. Bakı: Səda, 2005, s. 186-194


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə