Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə53/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   49   50   51   52   53   54   55   56   57

165
iudaizmin, islamın və başqa mövcud dinlərin dini mifləri kilsə
tərəfindən, müxtəlif sosial və siyasi qüvvələr tərəfindən dini şüurun
yeridilməsi və saxlanması üçün istifadə oluna bilir...
262
Mifoloji şüurun tarixi şüurla münasibətlərinə «mifin dün-
yəviləşməsi» kontekstində yanaşan müəlliflər kollektivi də yazır ki,
«əgər mif ötüb keçmiş epoxanın məhsulu kimi nəzərdən keçirilirsə,
onda bu epoxanın gerçək qurtarma vaxtını müəyyənləşdirmək
çətindir. Beləliklə, müəyyən mifik mövzunun nə vaxt sadəcə ədəbi
mövzuya çevrildiyini, yaxud ümumən miflərin yaranmasının nə
vaxt dayanmasını müəyyənləşdirmək praktiki olaraq mümkün
deyildir. Simvol, mif və ritualların zamanla dəyişikliklərə məruz
qalmasını etiraf etmək daha effektiv yoldur. Sekulyarizasiya da
(dünyəviləşmə – S.R.) dönməz proses deyildir. Əksinə, bu,
zamandan zamana təkrar olunan prosesdir... Müasir cəmiyyətdə
daha əvvəlki dövrlərdə olan sekulyarizasiya proseslərinə uyğun olan
belə bir sekulyarizasiya yeni mifləri yaradan proseslərlə müşayiət
olunur»
263
.
Göründüyü kimi, mifyaratma zamanla canlı şəkildə təzahür edir.
Yuxarıdakı fikirdə bu, mifin «sekulyarizasiyası»  (dünyəviləşməsi)
adlandırılsa da, bunun əsasında mifoloji şüurun tarixi şüurun
strukturunda həm də «təmiz kütlə halında» yaşaması durur.
Qeyd edək ki, Azərbaycan folklorşünaslığında Ş.Albalıyev
tərəfindən aparılmış tədqiqatlar bu məsələ ilə bağlı xüsusi maraq
doğurur. Türk xalqlarının mifoloji inamlarında, o cümlədən
Azərbaycan inanclarında özünə geniş yer tutan Hal (Hal anası //
Alarvadı // Albastı) obrazı ilə bağlı daha çox öz topladığı mifoloji
262
Токарев С.А, Мелетинский Е.М. Мифология / Мифы народов
мира. В 2-х томах. Том 1. Москва: Изд. «Советская энциклопедия»,
1980, с. 15-16
263
Мифы  и  мифология  /  Всемирная  энциклопедия:  мифология.
Минск: Современный литератор, 2004, с. 5-21


166
mətnlər əsasında ardıcıl araşdırmalar aparan
264
tədqiqatçı daha sonra
bu obrazı Div və Əzrayıl obrazları ilə eyni semantik paradiqmada
müqayisə etmiş
265
və axtarışları onu nəhayət etibarilə Halın real
olaraq olub-olmaması (metafizik mövcudluq, yaxud metafora)
problemi ilə qarşı-qarşıya qoymuşdur. Alim son tədqiqatında yazır:
«Hal obrazı o qədər mürəkkəb, ziddiyyətli bir obrazdır ki, onun
həyatda mövcud olub-olmaması barədə fikirlər də daim bir-birilə
toqquşur; biri deyir ki, Hal deyilən nəsnə mövcuddur, amma adamın
gözünə görünmür (mifoloji mətnlər də bunu deyir), digər qrup isə
iddia edir ki, Hal... deyilən şey yoxdur, sadəcə, insanın xəyali
uydurması olan fantastikadır»
266
.
Hər iki baxışı müasir günlərimizə qədər qorunub qalmış mifoloji
təsəvvürlər, müasir azərbaycanlı şüurunun mifoloji arxetipləri
əsasında nəzərdən keçirən Ş.Albalıyevin gəldiyi qənaətlərdən biri
mövzumuz baxımından aktuallıq kəsb edir. O yazır:  «Mifoloji
obrazların şüurlara həkk olunub yaddaşlarda bərkiməsinin başlıca
səbəblərindən biri də mifin insanla, insanın təbii aləmlə şüurlu
münasibətə girdiyi
çağlardan etibarən yol yoldaşlığı, ömür-gün
sirdaşlığı etməsi ilə bağlıdır»
267
.
264
Аlbаlıyev Ş. Hаl оbrаzı fоlklоrdа və mərаsimdə / Аzərbаycаn şifаhi
xаlq ədəbiyyаtınа dаir tədqiqlər. XX kitаb. Bаkı: Sədа, 2006, s. 113-122;
Аlbаlıyev  Ş. Hаl  оbrаzı:  mifdə  və  mərаsimdə  / Аzərbаycаn şifаhi  xаlq
ədəbiyyаtınа dаir tədqiqlər. XXV kitаb. Bаkı: Nurlаn, 2007, s. 50-72
265
Аlbаlıyev  Ş.  Hаl-Div-Əzrаyıl оbrаzlаrının  səciyyəsi  / «Оrtаq  türk
keçmişindən  оrtаq  türk  gələcəyinə»  III  uluslаrаrаsı  fоlklоr  kоnfrаnsının
mаteriаllаrı. Bаkı: Sədа, 2007, s. 547-555
266
Аlbаlıyev Ş. Hаlın оlub-оlmаmаğı hаqqındа // «Dədə Qоrqud» jur.,
2008, № 1, s. 92
267
Аlbаlıyev Ş. Göst. əsəri, s. 103


167
Ş.Albalıyevin haqqında çox yazılmış Halın real həyatda mövcud
olub-olmaması ilə bağlı orijinal yanaşmaları alimin bu problemi
necə həll etməsindən asılı olmayaraq, mifoloji şüurun avtonom
sistem kimi tarixi şüurda yaşamasını, başqa sözlə, tarixi şüurun
strukturunda «təmiz kütlə halında» mövcud ola bilməsini bir daha
təsdiq edir.
Beləliklə, nəticə çıxarmaq olur ki, Azərbaycan mifologiyasının
ümumtürk mifologiyasına, oğuz mifologiyasının isə onların hər
ikisinə olan münasibətini mifin tarixi şüurun strukturunda yaşarılığı
kontekstində də götürüb dəyərləndirmək mümkündür. Bu da öz
növbəsində hər bir mifologiyanın ən qədim – ümummifoloji
mərhələsindən və «xalqlaşma» mərhələsindən danışmağa imkan
verir. Elmdə belə bir yanaşma əslində praktiki olaraq tətbiq olunur.
Məsələn, Y.M.Meletinski yazır:  «Qədim german mifologiyasından
xüsusi skandinav mifologiyasına keçid prosesində xtonik tanrı və
bununla bağlı olaraq hərbi inisiasiyaların patronu olan Odin (Votan)
göy tanrısına çevrilir»
268
.
Müşahidələr göstərir ki, mifologiya şüurun inkişafının böyük bir
epoxasıdır. Buraya mifoloji şüurdan tarixi şüura keçid mərhələsini
də əlavə etsək, son dərəcə nəhəng zaman epoxası alınır. Təbii ki,
mifologiya öz-özünə inkişaf etmir: onun inkişafı mifoloji şüuru
daşıyan etnosun kosmik böyüməsini nəzərdə tutur və onunla
şərtlənir. Başqa sözlə, mifoloji sistemin inkişafı etnosun inkişafı ilə
bərabər gedir. Etnos böyüdüyü, şaxələndiyi kimi, mifologiya da
böyüyür və şaxələnir. Y.M.Meletinskinin barəsində bəhs etdiyi
«qədim german mifologiyasından xüsusi skandinav mifologiyasına
268
Мелетинский Е.М. К вопросу о применении структурно-семио-
тического  метода  в фольклористике  /  Семиотика  и  художественное
творчество (сб.). Москва: Наука, 1977 с. 161


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə