Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə54/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   49   50   51   52   53   54   55   56   57

168
keçid» mərhələsi də etnik-mifoloji sistemin bu cür böyüməsi və
şaxələnməsinə əsaslanır.
Qeyd edək ki, belə bir yanaşma türk mifologiyasına münasibətdə
artıq reallaşdırılmışdır. Bu sahənin tədqiqatçıları qədim türk
mifologiyası
ilə
yanaşı,
ayrı-ayrı
türk
xalqlarının
mifologiyalarından, eləcə də bunların münasibətindən bəhs etmişlər.
Müəlliflər kollektivi «türkdilli xalqların mifologiyası» anlayışına
izah verərək göstərir ki, bu,  «türk dillərində danışan xalqların
(türklərin, azərbaycanlıların, türkmənlərin, qazaxların, qırğızların,
özbəklərin,
uyğurların,
noqayların,
tatarların,
qaraqalpaqların,
qumıqların, qaraçayların, balkarların, başqırdların, çuvaşların,
altaylıların,
Tuvalıların,
şorların,
xakasların,
yakutların,
qaqauzların,
qaraimlərin,
krımlıların,
sarı
uyğurların

s.)
mifologiyalarının
cəmidir.
Türkdilli
xalqların
mifologiyasının
formalaşma
qaynaqlarından
birini
qədim
türklərin
mifoloji
təsəvvürləri təşkil edir»
269
.
V.N.Basilov islam dinini qəbul etmiş Kiçik və Orta Asiya,
Qazaxıstan, Qafqaz, Krım və Qərbi Sibirin türkdilli xalqlarının
mifologiyası barəsində yazır ki, bu,  «öz əsasına görə müsəlman
mifologiyasıdır. Region xalqlarının arasında... yayılmış islam
əvvəlki mifoloji sistemləri tədricən sıxışdırdı və dağıtdı. Əsasən
demonoloji mifologiya ilə bağlı obrazlar qorunub qalmışdır (region
xalqlarının demonoloji personajlarının vahid mənzərəsi mövcud
deyildir). Bir sıra yerli bütpərəst ilahilər (məsələn, Bobo-Dehkon,
Çopan-ata,
Burkut-baba,
Korkut)
müsəlman
müqəddəslərinin
obrazlarına transformasiya olunmuşdur. Genetik baxımdan İran
mifologiyası ilə bağlı olan obrazlar islam tərəfindən sıxışdırılıb
269
Кляшторный С.Г.,  Басилов  В.Н., Потапов  Л.П.  Тюркоязычных
народов  мифология  /  Мифы  народов  мира.  В  2-х  томах.  Том  2.
Москва: Изд. «Советская энциклопедия», 1982, с. 536


169
çıxarılmamışdır... Qədim türk mifoloji təsəvvürləri zəif şəkildə
qorunub qalmışdır»
270
.
Göründüyü kimi, burada sözü gedən regionun türk xalqlarının
mifologiyası sintez hadisəsi kimi təqdim olunmuşdur. Sintezin
əsasını
qədim
türk
mifologiyası
təşkil
edir.
Qədim
türk
mifologiyası, Basilova görə,  İran mifologiyası ilə təsirləşmiş, daha
sonra islam dininin gətirdiyi dini-mifoloji təsəvvürlərlə qaynayıb-
qarışmışdır. Bu, qədim türk mifologiyasının «yeni dövrdə» inkişafı
demək olub, artıq ayrı-ayrı türk xalqlarının mifologiyasından
danışmağa əsas vermişdir.
L.P.Potapov da öz növbəsində müstəqil mifoloji sistem kimi
sayan-altay
türk
xalqlarının
mifologiyasından
bəhs
etmiş,
transformativ məqamları göstərmiş və qədim türk mifologiyası ilə
səsləşən cəhətləri ümumiləşdirmişdir
271
.
Yakut xalqının mifologiyasından xüsusi mifoloji sistem kimi
bəhs edən N.N.Alekseyev onun qədim türk mifologiyası ilə əlaqəsi
barəsində yazır:  «Yakutların mifologiyasının əsasında qədim
türklərin və Cənubi Sibirin başqa tayfalarının təsəvvürləri durur»
272
.
Deyilənlər qədim türk mifologiyası əsasında təşəkkül tapmış
Azərbaycan mifologiyasından müstəqil mifoloji sistem kimi bəhs
etməyə və bu barədə mövcud olan fikirlərlə (A.Nəbiyev, R.Qafarlı)
razılaşmağa imkan verdiyi kimi, eləcə də oğuz mifinin metodoloji
təhlil modelinin konseptual əsasları barəsində aşağıdakı qənaətlərə
gəlməyə imkan verir:
1. Oğuz mifinin bərpası onu təkcə ümumtürk mifologiyasının
struktur səviyyəsi kimi yox, eyni zamanda ayrıca olaraq
270
Klyаştоrnıy S.Q., Bаsilоv V.N., Pоtаpоv L.P., Göst. əsər, s. 537
271
Klyаştоrnıy S.Q., Bаsilоv V.N., Pоtаpоv L.P., Göst. əsər, s. 538-540
272
Алексеев Н.А. Якутская мифология / Мифы народов мира. В 2-
х томах. Том 2. Москва: Изд. «Советская энциклопедия», 1982, с. 681


170
Azərbaycan mifologiyasının struktur səviyyəsi kimi nəzərdən
keçirməyə imkan verir.
2.  «Oğuz mifi» anlayışı öz əsas rekonstruksiya konsepsiyasını
«türk mifologiyası» və «Azərbaycan mifologiyası» anlayışlarının
vahid sistemi təşkil etdiyi müstəvidə tapa bilir.
3. Oğuz mifi ümumtürk mifologiyasının əsas struktur ox-
larından birini təşkil etdiyi halda, Azərbaycan mifologiyasının
struktur nüvəsini təşkil edir.
4. Oğuz mifinin Azərbaycan mifologiyasının strukturundakı
yeri və rolu oğuzların Azərbaycan türk etnosunun formalaşma-
sındakı yeri və rolu ilə həm müəyyənləşir, həm də şərtlənir.
5. Oğuz mifinin türk mif metamodelinin paradiqması olması
ona Azərbaycan mifologiyasını ümumtürk mifologiyasının et-
noskosmik növü kimi təşkil etməyə imkan verən başlıca şərtdir.
Azərbaycan mifologiyasının türk başlanğıcı sonrakı etnokosmik
böyümə zamanı məhz oğuz mifinin sayəsində fasiləsiz proses kimi
təşkil oluna bilmişdir: oğuz mif sistemi – mifologiyası əski türk
mifoloji arxetiplərinin sistemləşərək Azərbaycan mifologiyasına
keçidinin kosmoloji kontinuumunu təşkil etmişdir.
6. Oğuz mifi zahirən qədim türk mifologiyası ilə Azərbaycan
mifologiyası arasında pillə sayıla bilər. Lakin bu, şərti olaraq
belədir. Burada türk mifologiyasının «oğuzlaşması», sonra da
«azərbaycanlaşması» prosesi baş verməmişdir. Oğuz mifi türk
metamifinin paradiqması kimi türk mifi ilə sinxron olaraq
mövcud olmuşdur. Oğuz mifi Azərbaycan mifologiyasının türk
mifoloji dünya modeli əsasında formalaşması zamanı dominant
təşkilolunma sxemi rolunu oynamış və Azərbaycan-türk mifo-
logiyasının məzmun etibarilə Azərbaycan-oğuz mifologiyası kimi
təşkil olunmasını təmin etmişdir.


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə