Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst


mifoloji strukturlarını özündə əritməsini nəzərdə tutur. Məsələn



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə48/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

150
mifoloji strukturlarını özündə əritməsini nəzərdə tutur. Məsələn,
R.Qafarlı «Avesta»nı «Azərbaycan (türklərinin) mifologiyası»nın
qaynağı kimi təhlil etmişdir.
Qeyd edək ki, sonuncu məsələ çox mühümdür və təkcə
mifoloqlar arasında yox, eləcə də tarixçilər arasında gedən sonsuz
mubahisələrin mahiyyətini də elə bu məsələ – türk və qeyri-türk
etnosların (başlıca olaraq irandilli etnik birliklərin)  «Azərbaycan
tarixi»ndə hansı konsepsiya əsasında «vahid bir xalqın» tarixi kimi
sintezləşdirməsi durur. Sovet dönəmində bu məsələ stalinizmin
qanlı repressiya aparatının vasitəsi ilə paniranist mövqedən həll
olunmuşdu. Başqa sözlə,  «Azərbaycan tarixi» qeyri-türklərin
(irandillilərin)
tarixi
kimi
başlanır,
türklərin
tarixi
kimi
tamamlanırdı. Paniranizm sovet imperiyasının dövlət maraqlarına
xidmət edən və mahiyyətcə şovinist ideologiya idi. Bütün mahiyyəti
çox əhəmiyyətli hissəsi müsəlman türklərdən ibarət olan SSRİ-də
yaşayan türkləri hindarvopa kökənli rus nüvəsinin ətrafında
birləşdirmək idi. Azərbaycanlıların türk olması, Anadolu türklərinə
etnokosmik bağlılığı onları təbii olaraq Türkiyəyə meylləndirirdi.
Bu isə «mərkəzdənqaçma» idi. Paniranizmin yeritdiyi konsepsiyaya
görə, Azərbaycan xalqı öz kökləri etibarilə türk yox, irandillidir. O,
sonradan – orta əsrlərdə səlcuqların gəlişi ilə türkləşmişdir.
Təbii ki, qədim Azərbaycan ərazisində türkdilli etnoslarla yanaşı,
qeyri-türkdillilər də olmuşdur. Paniranizmin türkləri Azərbaycan
xalqının
etnokosmik
nüvəsindən
silməyə
çalışması
onun
maraqlarına xidmət etsə də, tarixşünaslıqda, insanların ictimai
şüurunda
çox
böyük
patalogiyalar
yaratmışdır
(Bu,
sovet
ideologiyasının bəşəriyyət qarşısında işlədiyi bitib-tükənməyən
cinayətlərdən
biridir).
Belə
ki,
Azərbaycanın
etnogenezində
etnokosmik substrat və etnokonsolidasiya müstəvisi rolunu oynamış
türklərin tarixdən şovinistcəsinə


151
silinməsinə edilən etiraz məhz paniranizmin təsiri altında elmi
həqiqətin axtarışları ilə yanaşı, daha çox milli müqavimət mahiyyəti
daşıyan «türkçülüyün» də formalaşmasına səbəb oldu. Keçən əsrin
30-cu illərində Azərbaycan ziyalılarının «pantürkist» adı altında
kütləvi məhvi sonradan milli yaddaşa qanla yazıldı. Azərbaycan
tarixşünaslığında
bu
gün
belə
davam
edən
«irançılıq»

«türkçülük»
qarşıdurması
obyektiv
«Azərbaycan
tarixi»
konsepsiyasının və tarixin üzə çıxmasına daim mane oldu.
Qeyd
edək
ki,
A.Acalov

R.Qafarlının
«Azərbaycan
mifologiyası» konseptinə fərqli münasibəti də bununla bağlıdır.
Birinci mifologiyanın arxaik dövrün dünyagörüşünü işarələyən
konsept olmasını əsas götürmüş və belə hesab etmişdir ki,
«Azərbaycan» işarə vahidi kimi tarixi şüur çağının konseptidir və
bu mənada mifoloji şüur çağına aid edilə bilməz.  İkinci isə
«Azərbaycan» işarəsinin etnokosmik universalizmindən çıxış edib,
onu etnokosmoloji universum səviyyəsinə qaldırmış və belə hesab
etmişdir ki,  «Azərbaycan mifologiyası» anlayışı Azərbaycan
mifoloji düşüncə tarixinin etnokosmik bütövlüyünü ifadə edən
zəruri və qaçılmaz termindir. R.Qafarlı sonrakı tədqiqatlarında
243
bu termini daha da dəqiqləşdirərək «Azərbaycan türklərinin
mifologiyası» şəklində tövsif etmişdir. Onun fikrincə, Azərbaycan
tarixinin bütün etnoskosmik düşüncə reallığı məhz bu terminlə
dolğun şəkildə ifadə olunur.
Ümumiyyətlə, R.Qafarlının bu yanaşması təsadüfi deyildir.
Görkəmli
mifoloq
M.Seyidov
Azərbaycan
mifoloji
düşüncə
tarixinin bütün reallıqlarını özündə ehtiva edən termin kimi
«Azərbaycan mifologiyası» anlayışından istifadə etmiş və onu
əsaslandırmışdır.
243
Bаx:  Qаfаrlı  R.  Azərbaycan  türklərinin  mifologiyası  (bərpa,
genezis).  Bаkı:  Ağrıdаğ,  2004;  Qаfаrlı  R. Аzərbаycаn  türklərinin
mifоlоgiyаsı (mifik dünyа mоdeli, təsnifаt). Bаkı: Аğrıdаğ, 2004


152
M.Seyidov Azərbaycan xalqının qədim mifoloji görüşlərinə ilk
növbədə kompleks yanaşmanın zəruri olduğunu göstərmişdir:
«Azərbaycan xalqının soykökündə iştirak edən qəbilələrin yaşayışı,
həyatı dərk etmələri ilə sıx bağlı olan mifik-bədii təfəkkürünü
araşdırmağın bir sıra çətinlikləri vardır. Ayrı-ayrı qəbilə və
qəbiləbirləşmələri silsilələrinin mifologiyasını imkan daxilində
öyrənmədən vahid Azərbaycan mifolojisi haqqında fikir söyləmək
çətindir»
244
. Alim öz fikirlərini daha da dəqiqləşdirərək yazır:
«Aydındır ki, Azərbaycan xalqının soykökündə, əsasən, üç qol –
Atropaten,
Arran-Alban,
bir
sıra
türkdilli
qəbiləbirləşmələri
silsilələri iştirak etmişlər. Ona görə də xalqımızın mifolojisi
deyərkən, bu üç qolun müstəqil mifologiyasını nəzərdə tuturuq.
Tarix boyu bu mifoloji inamların bəziləri qaynayıb-qarışmış,
beləliklə də, bütöv Azərbaycan mifologiyası yaranmışdır... Bu
qolların hər biri öz həcminə, tarix boyu tutduğu mövqeyinə görə
fərqlənsələr də, onları bir-birindən ayırmaq olmaz»
245
.
Göründüyü kimi,  «Azərbaycan mifologiyası» anlayışı M.Se-
yidovda geniş tutuma malikdir. Müəllif bu ad altında qədim
Azərbaycanın türk və qeyri-türk xalqlarının əski mifoloji görüşlərini
bir sistemdə birləşdirmişdir.
Qeyd edək ki, prof. A.Nəbiyevin araşdırmalarında «Azərbaycan
mifologiyası» termini daha mürəkkəb semantik tutuma malikdir.
Əgər M.Seyidov bu terminlə bütün kosmoloji çağ Azərbaycan etnik
vahidlərinin
mifoloji
görüşlərini,
R.Qafarlı
isə
«Azərbaycan
türklərinin
mifologiyasını»
nəzərdə
tutmuşsa,
A.Nəbiyevdə
«Azərbaycan mifologiyası» termini
244
Seyidov  M.  Azərbaycan  mifik  təfəkkürünün  qaynaqları.  Bаkı:
Yazıçı, 1983, s. 8
245
Seyidov  M.  Azərbaycan  mifik  təfəkkürünün  qaynaqları.  Bаkı:
Yazıçı, 1983, s. 9


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə