Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə46/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

144
mifologiya elmi də inkişaf etdikcə onun özü-özünü təşkil və
səfərbər etməyə təbii ehtiyac yaranır. Belə bir ehtiyac Azərbaycan
mifologiya elmində terminoloji sahədə artıq yaranmışdır. Bu
cəhətdən burada «Azərbaycan mifologiyası» termini «problemini»
aydınlaşdırmadan, metodoloji modelini qurmadan, oğuz mifinin
bərpasına münasibətdə tətbiqi üsullarını aydınlaşdırmadan oğuz
mifinin struktur-semiotik təhlili bizə heç vaxt axtardığımız sistemi
verməz.
Xüsusi şəkildə vurğulamaq zərurəti yaranır ki, burada və
ümumiyyətlə, sistemin aydınlaşdırılması çağdaş elmi idrakın artıq
pozulmaz ənənə hadisəsidir. F.Qurbanovun yazdığı kimi: «XX əsrin
əvvəllərindən başlayan «sistem anlayışının fundamental statusa
yüksəldilməsi prosesinin növbəti mərhələsindəyik.  İndi demək olar
ki, «sistem» anlayışı elmi idrakda «hakimi-mütləqdir»
236
.
Beləliklə, oğuz mifinin strukturunun öyrənilməsinin metodo-
logiyası oğuz mif strukturunun,  «Azərbaycan mifologiyasının»
strukturundakı yerini, rolunu aydınlaşdırmağı zərurətə çevirir.
Başqa sözlə, oğuz mifi bir sistem kimi işarə bütövü – semiotik
vahiddir. Hər bir sistem özündən böyük (makrosistem), yaxud kiçik
(mikrosistem) sistemlərlə əlaqədə olur.  «Oğuz mifi» etnokosmik
tipi etibarilə «türk mifi» ilə həm sinxron paraleli təşkil edir, həm də
onunla «türk mif metamodelində» birləşir. Bu birləşmə onun «türk
mifologiyası» kimi şərh olunmasının – türk mifologiyasının diferen-
sial tipini təşkil etməsinin başlıca metodoloji bazası və şərtidir.
«Oğuz mifi»  «türk mifologiyası» kimi başlıca olaraq diaxron
planda (sinxron əlaqələnmə aspektləri də var)  «Azərbaycan
mifologiyası» makrosisteminə aiddir. Oğuz mifi öz
236
Qurbаnоv  F.  Аutоpоyezis  və  sinergetikа:  sоsiаl  təşəkkül
metаfоrаlаrı. Bаkı: Аdilоğlu, 2007, s. 19


145
metodoloji
konteksti
etibarilə
bütün
hallarda
«Azərbaycan
mifologiyası» modelinin tərkibindədir. Bu halda «Azərbaycan
mifologiyası» oğuz mif işarəsini öz içərisinə alan makroişarə
sistemidir. Məsələnin problematik mahiyyəti, ilk növbədə, həmin bu
makrosemiotik
vahidin

«Azərbaycan
mifologiyasının»
mövcudluğunun şübhə altına alınmasındadır.
«Azərbaycan mifologiyası» termini ilə bağlı mübahisə onun
işlədilməsinə qarşı A.Acalovun etdiyi etirazla başlanır. O yazır:
«Terminoloji baxımdan «Azərbaycan xalqının mifoloji görüşləri»,
«Azərbaycan mifoloji görüşləri» və bu k. ifadələrin həm məzmunu,
həm də sərhədləri aydındır, heç bir etiraz doğura bilməz. Burada
söhbət müasir və tarixi (bugünkü «Azərbaycan» adlı xalqın mövcud
olduğu
müddət)
azərbaycanlıların
mədəniyyətində
yer
almış
mifoloji strukturlardan gedir. Bəzən bu terminlərə sinonim olaraq
«Azərbaycan mifologiyası» ifadəsi də işlənir. Lakin burada müəy-
yən dəqiqlik gözə dəymir. Belə ki, mifologiya konkret etnik-mədəni
birliklərin arxaik dövrlərdə meydana çıxan universal sistemi
olduğuna görə bu termin təzadlı səslənir»
237
.
A.Acalov daha sonra tarixə ekskurs edərək yazır:  «...Azər-
baycanın etnik tarixinə nəzər saldıqda aydın görünür ki, bugünkü
azərbaycanlılar millət olmaq üzrə son 500-600 ilin məhsuludur (bir
daha qeyd edirik ki, burada azərbaycanlılardan bir xalq kimi yox,
XIV-XVI yüzillərdə başlanmış etnogenez prosesinin nəticəsi olan
konkret millət olaraq danışılır. Həmin yüzillərə qədərki bir neçə min
il ərzində bu ərazidə eyni, yaxud çox yaxın dildə danışan etnosların
mövcudluğu bizdə heç bir şübhə oyatmır və onların hamısı vahid
Azərbaycan xalqı anlayışı altında təbii olaraq birləşir).
237
Аcаlоv А. Ön söz / Аzərbаycаn mifоlоji mətnləri. Bаkı: Elm, 1988,
s. 19


146
Göstərilən dövrdə formalaşmış olan Azərbaycan etnosu aydın
məsələdir ki, mifoloji düşüncə ilə yaşamırdı və deməli, mifoloji
sistem («Azərbaycan mifologiyası» – S.R.) yarada bilməzdi. Hər bir
mifoloji sistem onu yaradanların tarixi mövcudiyyətinin ilk
çağlarında formalaşır»
238
.
Tədqiqatçı öz mövqeyini əsaslandıraraq göstərir ki, «Azərbaycan
mədəniyyəti, bəlli olduğu kimi, çox qədim dövrlərlə bağlıdır
(Burada şəhər mədəniyyətinin, deməli, sinfi cəmiyyətin 6 min ilə
yaxın tarixi olduğunu arxeoloji qazıntılar göstərir). Buna görə də
son bir neçə min il üçün «Azərbaycan mifologiyası» anlayışı özünü
doğrultmur. Bir qədər qədimlərə
getdikdə isə
artıq nəinki
Azərbaycan dilindən, ümumiyyətlə, heç bir müstəqil türk dilindən
söhbət gedə bilməz... Mifoloji sistemlərin formalaşması və tam
dəyərli fəaliyyəti isə bütün nəzəriyyəçilər tərəfindlən «əcdad dil»
dövrünə aid edilir. Beləliklə, müasir araşdırmalarda ingilis, alman
deyil – german, rus, çex, Ukrayna deyil – slavyan, osetin, fars deyil
– İran mifologiyalarından söhbət gedir»
239
.
A.Acalov daha sonra yazır ki,  «Azərbaycan mədəniyyəti
abidələrində, müasir Azərbaycan xalqının məişətində və ictimai
həyatında müşahidə edilən bütün mifoloji strukturlar qədim türk
mifoloji sisteminin üzvi tərkib hissəsi kimi anlaşıla bilməz. Məhz
bu səbəbə görə ki, yuxarıda xatırladılan ilk terminlər düzgündür.
«Azərbaycan mifologiyası» isə tarixi baxımdan anaxronizm,
metodiki baxımdan isə yarımçıqlıq yaradır. Eyni sözləri tez-tez
işlədilən «özbək (həmçinin çuvaş, yakut və b.) mifologiyası» kimi
terminlər haqqında da demək olar. Bu terminləri böyük güzəştlə
yalnız və yalnız şərti mənada (özbək, Azərbaycan, yaxud çuvaş
xalqının mifoloji
238
Аcаlоv А. Göst. əsəri, s. 19-20
239
Аcаlоv А. Göst. əsəri, s. 20


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə