Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə27/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

86
türk») qədər çoxsaylı «oğuznamə»lər məlumdur.
Bu kitablarda
oğuz eposunun tərkib hissələri, müxtəlif janrları qorunur.
3.
«Kitab».  İslam
epoxasının
türk
kitabı.
Ərəb-İslam
mənşəlidir»
110
.
Tədqiqatçı «oğuznamə»nin janr strukturu və semantikasını belə
müəyyənləşdirmişdir:  «DQK-nin («Dədə Qorqud kitabı»nın
S.R.)
keçdiyi mədəni şablonlardan ikincisi «namə» adlı fars kitabçılıq
sistemidir. Bu sistemin də öz spesifik kAnonları mövcuddur. Türklər
bu
sistem
çevrəsində
daha
çox
XIII-XVI
əsrlərdə
yazı
mədəniyyətlərini reallaşdırıblar. Fars Firdovsinin «Şahnamə»sindən
Şah İsmayılın «Dəhnamə»sinəcən «namə» mədəniyyətinin çoxsaylı
nümunələri mövcuddur. Oğuz kitabı
«oğuznamə»lərin də geniş
şəbəkəsi məhz bu dövrdə yaradılıb. Biz «oğuznamə»nin iki tipi ilə
qarşılaşırıq:
1. Oğuznamə janrı; bu janr diaxron-tarixi poetik mövqeyinə görə
arxaik «boy» janrı ilə «dastan» arasındadır. DQK-də oğuznamənin
«düzülüb-qoşulması» poetik texnologiyanın işarəsi kimi seçilir;
2. Oğuz yazısı (kitabı) oğuznamə; oğuzlar haqqında kitab; oğuz-
ların əfsanəvi tarixi;  «oğuznamə» silsiləsinə daxil olan mətnlər
üzərində müşahidələrdən aydın olur ki, burada folklor və tarixin
müxtəlif nisbətdə birləşməsi baş verir və daha çox mənqəbəvi
xarakter daşıyır. DQK-də isə bu nisbət mütənasibdir»
111
.
110
Халил  А.С.  О  проблематике  письменности  и  жанрого  состава
Огузского эпоса (на материале «Книги Деде Коркута») // Тюркологи-
ческий сборник. Вып. II, Материалы Международной тюркологичес-
кой конференции «Языки и литература тюркских народов: история и
современность». Елабуга: 2004, с. 228
111
Xəlil А.  «Dədə Qоrqud  kitаbı»nın  semiоtik  strukturu  /  Türk  Xаlq-
lаrının Edebi  Geçmişi:  Türk  Destаnlаrı.  Uluslаrаrаsı  Sempоzyum.  Bаkı:
2004. s. 269


87
«Oğuznamə» ilə bağlı ardıcıl araşdırmalar aparan Ə.Əsgər bir
yazısında oğuznamələrə, ümumiyyətlə, oğuz etnosunun ədəbi irsi
kimi yanaşmış
112
, digər bir tədqiqatında bu yönü inkişaf etdirərək,
ümumən, onları ədəbiyyat tarixinə etnocoğrafi yanaşma kontekstində
dəyərləndirib, oğuz ədəbiyyatı probleminin həlli istiqamətində
nəzərdən keçirmişdir
113
. Tədqiqatçı «oğuznamə» semanteminin
mənasını «ozan-yazı-kitab» münasibətləri kontekstində götürərək
«Kitabi-Dədə Qorqud» oğuznamələrinin nümunəsində yazır: «Yazıya
aldığı
boyları
«Kitab»
adlandırması
şifahi
ənənəyə
katib
münasibətidirsə,
oğuzlar
haqqında
qəhrəmanlıq
dastanlarının
«Oğuznamə» adlanması birbaşa şifahi ənənəni yaşadan ozan
münasibətidir. Hər iki adın yazı ənənəsindən gəlməsi şübhəsizdir.
Oğuzlar haqqında söylədiyi nəğmələrə (ozmaqlara)  «namə» adı
verərkən ozan yazılı ədəbiyyat ənənəsini təqlid etmiş, bununla da
söylədiyi mətnin urvatını «artırmışdır». Bu halda yazı və kitab
mədəniyyətinin qoynundan çıxmış katibin yazıya aldığı şifahi mətni
«gözəlləşdirmə» təşəbbüsündə olmamasına heç kəs zəmanət verə
bilməz. Ən nəhayət, unutmaq olmaz ki, boyların yazıya alınması
qərarı məhz yazı mədəniyyətinin təsiri ilə verilmişdir»
114
. Ə.Əsgər
başqa bir araşdırmasında «oğuznamə»ni tarixi sosiuma münasibəti
ifadə
edən
abidə,
ümumən
oğuznamə
janrının
birləşmə
qanunauyğunluqlarının, janr xüsusiyyətlərinin, bütöv poetik sistemin,
o cümlədən müəllif faktorunun şifahi ənənəyə münasibətinin
112
Əsgər Ə. Ölən etnоsun ədəbi irsi // «Dədə Qоrqud» jur., 2001, № 1,
s. 49-53
113
Əsgər  Ə.  Ədəbiyyаt  tаrixinə  etnоsiyаsi  yаnаşmа  və оğuz  xаlqlаrı
ədəbiyyаtı // «Dədə Qоrqud» jur., 2002, № 1, s. 106-113
114
Əsgər  Ə. Şifаhi  epik  mətn, оnun  ifаsı  və  yаzıyа  аlınmаsı
kоntekstində «Kitаbi-Dədə Qоrqud» / «Оrtаq türk keçmişindən оrtаq türk
gələcəyinə»  III  uluslаrаrаsı  fоlklоr  kоnfrаnsının  mаteriаllаrı.  Bаkı:  Sədа,
2005, s. 126-127


88
keyfiyyət özünəməxsusluğunu inikas edən mətn hesab etmişdir
115
.
Tədqiqatçının yekun qənaətinə görə, oğuznamələr türkman dastanla-
rıdır və onlar bu dastanları özlərinin əcdadları olan oğuzların şanına
qoşurdular. Burada, sadəcə olaraq, tarixi gerçəkliklə epik gerçəklik
üst-üstə düşür. Türkmanlar tarixi gerçəkliyi «Oğuznamə»də epik-
poetik gerçəkliyə çevirmişdilər. Bu məsələnin təsbiti «Oğuznamə»ni
oğuz etnik mühitinin hüdudlarından çıxardıb türkman etnik mühitinin
hüdudları içərisinə atır
116
.
«Oğuznamə» semantemi ilə bağlı dünya alimlərinin fikirlərinə
nəzər salaq. Türk eposu üzrə görkəmli mütəxəssis V.M.Jirmunski
yazır ki, «oğuz-namə» sözü türk xalqlarında XV-XVI əsrlərdə oğuz
xalqının əfsanəvi tarixinin həm yazılı, həm də şifahi-poetik abidəsi
anlamlarında işlənmişdir
117
. Başqa sözlə, Jirmunskiyə görə,
«oğuznamə»
oğuzlara
məxsusdur,
yazılı

şifahi
olub-
olmamasından asılı olmayaraq oğuzların tarixi statusundadır.
Görkəmli türk alimi, oğuznamələrdən fundamental «Türk
mifologiyası» ikicildliyinin yazılmasında geniş şəkildə istifadə
etmiş B.Ögel göstərir ki,  «Oğuz dastanı»  («Oğuznamə» – S.R.)
türklərin qurduqları böyük dövlətlərə və dünya imperatorluqlarına
aid bir dastandır. Bəlkə, minlərcə il üç qitədə türk tayfaları və türk
ozanlarının ağlında və duyğularında yaşamışdır. Bu gün bizə qədər
gəlmiş Oğuz dastanları, tam bir mifologiya deyildir. Bəlkə də, bəzi
simvollar ilə müəyyən şeylərin anladılması istənilmişdir.  «Türk
törəsinin quruluşu»
115
Əsgər  Ə. Оğuznаmələr  və  Rəşidəddin Оğuznаməsi /  «Оrtаq  türk
keçmişindən  оrtаq  türk  gələcəyinə»  V  uluslаrаrаsı  fоlklоr  kоnfrаnsının
mаteriаllаrı. Bаkı: Sədа, 2005, s. 186
116
Əsgər Ə. Оğuznаmələrdə müsəlmаn-оğuz  və оğuznаmələrin  yа-
rаnmаsı  prоblemi  / Аzərbаycаn şifаhi  xаlq ədəbiyyаtınа  dаir  tədqiqlər.
XXVI kitаb. Bаkı: Sədа, 2007, s. 24
117
Жирмунский  В.М.  Тюркский  героический  эпос.  Ленинград:
Наука, 1974, с. 522


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə