Mifologiya və folklor: NƏZƏRİ-metodoloji kontekst



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə22/57
tarix31.10.2018
ölçüsü1,35 Mb.
#77168
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

70
(düşüncə və sözlü mətn aspektləri – S.R.) dastanla əlaqələrindən
görünür. Belə ki, mifin söyləmə, hekayət aspekti dastanın epik növün
xüsusi tipi olmasında üzə çıxır. O biri tərəfdən, mifin düşüncə
hadisəsi, yəni dünyanı qavramanın xüsusi üsulu olması da dastanda
öz
əksini
tapmışdır.
Dastan
da
dünyanı
qavramanın
epik
formalarından biridir. Dastan dünyanı özünəməxsus təsvir üsulları ilə
təqdim edir. Bu cəhətdən dastanın bütün elementləri birləşərək
özünəməxsus bir dünyanı – dastan dünyasını təqdim edir. Dastan
dünyası gerçək dünyanın epik-bədii obrazıdır. Mif düşüncə hadisəsi
olduğu kimi, dastan da epik düşüncənin hadisəsidir.  İlkin insanlar
dünya ilə əlaqələrini mif vasitəsi ilə reallaşdırırdılarsa, dastan da
insanla dünya arasında bir epik anlama vasitəsi, insanların öz mənəvi
varlıqlarını dastanda tapmaları deməkdir»
79
.
Söylənilənlər mif-epos (mif-dastan) münasibətlərinin mürəkkəb
sistem təşkil etdiyini göstərir. Oğuz mifinin oğuz eposundan bərpası
«dastan»
vahidinin
«epos»
vahidindəki
yerini

müəyyənləşdirməyi tələb edir. Bu da Azərbaycan folklorşü-
naslığının üzləşdiyi epistemoloji problemlərdən biridir. Belə ki,
M.Cəfərlinin yazdığı kimi,  «müasir dövrümüzdə dastan ya-
radıcılığının öyrənilməsinin ən mühüm nəzəri məsələlərindən biri
epos-dastan
münasibətləridir.
Azərbaycan
folklorşünaslığında
«epos» və «dastan» terminləri uzun müddət sinonim anlayışlar, yəni
mənası bir-birinə bərabər tutulan terminlər kimi işlənmişdir. Bəzən
«epos» qəhrəmanlıq dastanı mənasında işlənmişdir. Lakin dünya
elmində «epos» və «dastan» terminləri heç də bütün hallarda bir-
birini əvəz edən, mənaları bir-birinə bərabər olan anlayışlar kimi
işlənmir»
80
.
79
Cəfərli M. Göst. əsəri, s. 15
80
Cəfərli M. Dаstаn yаrаdıcılığı. Bаkı: Elm, 2007, s. 6


71
Qeyd edək ki,  «dastan-epos» anlayışlarının epistemoloji əyar-
landırılması baxımından N.Cəfərov və H.İsmayılovun fikirləri
xüsusi diqqət çəkir. N.Cəfərov yazır:  «Epos», sadəcə, dastan deyil,
müxtəlif süjetlər, motivlər verən, mənsub olduğu xalqın ictimai-
estetik təfəkkürünü bütövlükdə ifadə edən möhtəşəm dastan –
potensiyasıdır. Onu tam halında bərpa etmək mümkün deyildir,
mövcud mənbələr əsasında yalnız təsəvvür etmək mümkündür ki,
həmin
təsəvvür
ideya-estetik,
poetexnoloji,
linqvistik

s.
komponentlərin üzvi vəhdətindən ibarətdir»
81
.
Prof. M.Cəfərli bu fikri şərh edərək yazır:  «N.Cəfərovun epos
haqqındakı bu fikri mürəkkəb məzmuna malikdir və müasir dövrdə
dastana baxışın əsasında durur. Beləliklə, epos anlayışı (N.Cəfərova
görə – S.R.) aşağıdakı məzmunu əhatə edir:
a) Epos xalqın dastan potensiyasıdır.
Yəni epos dastan düşüncəsinin potensiyası, sənətkarların ifadə
etdiyi dastanlar isə sazın, sözün və ifaçılığın vəhdətində əmələ gələn
mətndir. Epos həmin mətnləri öz içinə alan, onları bütövlükdə əhatə
edən dastançılıq düşüncəsidir.
b) Eposda dastançılığın bütün süjetləri və motivləri cəmlənir.
Yəni hər hansı bir dastan konkret bir süjeti və onun tərkib
hissələrini təşkil edən motivlərdən ibarətdirsə, epos bütün das-
tanların süjetlərini və motivlərini əhatə edən dastançılıq ənənəsi,
dastançılığın düşüncə ehtiyatı, xəzinəsidir.
c) Epos xalqın ictimai-estetik təfəkkürünü bütövlükdə əhatə edir.
«İctimai-estetik təfəkkür» cəmiyyətin bədii düşüncəsinin ka-
milliyini ifadə edir. Estetika – bədii gözəllikdir. Epos düşüncəsində
gerçəkliyin bədiiləşdirilməsinin estetik sistemi mövcuddur. Hər bir
xalqın gözəlliyə öz münasibəti olur. Bədii
81
Cəfərоv N. Epоsdаn kitаbа. Bаkı: Mааrif, 1999, s. 12


72
gözəlliyin milli özünəməxsusluğu xalqın poetik düşüncəsinin bədii
təsvir və ifadə vasitələrində ifadə olunur
82
.
Prof. H.İsmayılov «dastan» anlayışının poetik strukturunu həm
terminoloji vahid (xüsusi kontekst), həm də epos informasijasının
ən iri struktur vahidi kimi müəyyənləşdirmişdir:  «Dastan» adı
altında dayanan ədəbi hadisə faktı əski epik ənənənin etnik-işarəvi
və modelləşdirici sistemini saxlamaqla bu terminlə anlaşılan ədəbi
forma və məzmuna – diferensial mətn tipinə transformasiya
olunmuşdur»
83
.
Alim dastan-epos münasibətlərinin strukturunu belə şərh et-
mişdir:  «Dastanın eposla identik (eyni – S.R.) vahid olmadığı
aydındır. Eyni çamanda dastan epik sistemdə avtonom hüquqlara
malikdir. əslində, dastanın mətn avtonomiyası vardır. Xalq yara-
dıcılığı örnəklərinin digər elementləri onun strukturunda yalnız
kanonik qəliblərə dola və ya hansısa vahidi əvəzləyə bilir. Amma
dastanın strukturu dəyişmir; çünki o, sabit informasiya daşıyıcısı
kimi bir işarə bütövüdür və mətn strukturunun sabitliyi həm də
bununla bağlıdır»
84
.
Eposu daha çox ədəbi hadisə kimi səciyyələndirən B.N.Putilov
yazır ki,  «epos» çagdaş folklorşünaslıqda estetikanın ümumi nəzəri
ruhuna uyğun olaraq daha çox növ anlayışı kimi şərh olunan
termindir. Bu mənada, söz sənətinin növlərindən biri kimi «eposa»
nağılları, rəvayətləri və nəql edilən nəsrin başqa növlərini, həmçinin
təhkiyənin şeir və nəğmə formalarını aid edirlər. Daha dar və ciddi
mənada «epos» termini ilə dünya
82
Cəfərli M. Dаstаn yаrаdıcılığı. Bаkı: Elm, 2007, s. 6-7
83
İsmаyılоv  H.  Göyçə  dаstаnlаrı:  Türk  epik  sistemində  dаstаn
infоrmаsiyаsının  fаsiləsizliyi – «Göyçə  dаstаnlаrı  və аşıq  rəvаyətləri».
Tоplаyаnı, tərtib edəni, ön sözün, qeyd və izаhlаrın müəllifi H.İsmаyılоv.
Bаkı: Sədа, 2001, s. 3
84
İsmаyılоv  H. Göyçə аşıq  mühiti:  təşəkkülü  və  inkişаf  yоllаrı.  Bаkı:
Elm, 2002, s. 295-296


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə