Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə24/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   20   21   22   23   24   25   26   27   ...   132

____________________Milli Kitabxana_____________________ 

72 


 

-

 A 



kişi, ortada nə var ki, dava-dalaşdan söz salırsan? Bir də mən belə şeylərdən 

qorxan deyiləm. Nə olub? 

O gün Kərim kişini niyə bihörmət edibsən, heç sənə yaraşarmı? 



- Günah 

özündə oldu. 

Yox, Qurban, günah bizdədir. Axı, camaat bizə ümid eləyir. Bizi özünə 



ağsaqqal seçib. Anbar dolu ola-ola, indiyə qədər taxıl niyə paylanmasın? Niyə Kərim kişi 

əlində ərizə səndən avans istəsin, sən də ona artıq-əskik söz deyəsən? Axı onun anbarda 

halalca taxılı var. Heç bilirsənrni sənin bıı hərəkətlərin hara aparıb çıxardır? 

- Hara 


aparıb çıxardır? 

- Düşmənçiliyə!.. Sən belə  hərəkətlərinlə camaatı partiyamızdan, dövlətimizdən 

narazı salırsan. Bu saat bütün diqqət kəndə, kolxozlara verilir, Yeni maşınlar, 

mütəxəssislər göndərilir. Sən isə söz deyəndə sinənə döyürsən, deyilənə qulaq asmırsan. 

- Sən də hər şeyı şişirtmə görək, Kərim kişi köhnənin demaqoqudur. 

- Yox, 


Kərim kişi demaqoq deyil. O, sözü adamın gözünün içinə deyir. Sənin də 

bundan xoşun gəlmir. Tənqidi sevmirsen, çünki yarana toxunur. 

- Tənqidi kim sevir ki, mən də sevəm? 

- Sevmirlər, ancaq nəticə  çıxardırlar. Bəs Zeynəbi nıyə manqabaşçılığmdan 

çıxardıbsan? 

- Ay 


Nəsib, sən də adam sözü danış. O ki allahın dəlisidir. 

Qurban, adam da elə qoçaq qıza dəli deyərmi? Kosaoğlu başını  aşağı salıb 



papirosıınu sümürdü. Nə cavab verəcəyi haqda fikirləşdi.  Əvvəlcə qalxıb gəlmək, "sən 

kimsən ki, mənim işimə qarışırsan, sədr mənəm, özüm bilərəm" – demək istədi. Ancaq 

fikrindən daşındı. Axır vaxtlar o, yeri gələndə ehtiyatla iş görməyin lazım olduğunu yəqin 

etmişdi. Buna görə  də kimlə, harada nə cür danışmağı Ölçüb-biçirdi. Tez-tez "ovu 

barəsində vurmaq lazımdır, - deyirdi. - Yoxsa hər  şey korlanar. Dünya siyasət 

dünyasıdır". O indi də siyasət işlətməyi lazım bildi. Çünki partiya təşkilatçısı ilə aranı 

vurmaq istəmirdi. O, Nəsibin yumşaq xasiyyətli olsa da, yeri gələndə sözündəıı 

dönmədiyini çoxdan bilirdi. "Nəsib koramal kimi adama dəyməz, dəyəndə da tas-tas 

edər". 

Kosaoğlu fikirləşdi ki, arada söz-söhbət olsa və bunlar rayona gedib çıxsa pis olar. 



"Sabah mənim namizədliyimi bir yerə versələr, irəli çəksələr, ağzıgoyçəyin biri bunları 

yada sala bilər. Çibin murdar olmasa da könül bulandırşr". Son vaxtlar, belə  məsələlər 

meydana çıxanda 



____________________Milli Kitabxana_____________________ 

73 


 

  

Kosaoğlu deyirdi: "Evimizin sirrini niyə çölə salaq?" O çalışırdı ki, qazandığı ad-san, 



hörmət yox olmasın. O sakitcə: 

- Yaxşı, indi mən neyləyim? - dedi. - Sən də partkomsan. Nəsib dayı, sözlərinin 

ona necə  təsir etdiyini yoxlayırmış kimi diqqətlə Kosaoğluna baxdı.  Əlindəki sönmüş 

papirosu peçin içinə atdı. 

- Mən hər  şeydən  əvvəl, məsləhət görürəm çox oxuyasan. Bir qəzetlərə bax, 

jurnallara bax, gör dünyada nələr olur. 

- Məni də öz gününəmi salmaq istəyirsən? - deyə Kosaoğlu gülüb vəziyyətdən 

çıxmaq istədi. – Bilsəm ki, oxumaqla kolxozun işi düzələcək, gecəni gündüzə qataram. 

- Zərər çəkməzsən, işə də köməyi olar. 

Kosaoğlu bu söhbətdən darıxdı. 

- Yaxşı, deyirsən Zeynəb öz yerində qalsın, hə? Axı mənim ondan zəhlem gedir. 

Elə dəli keçi kimi ortada hərlənır. O gədəni də yoldan çıxardır. Hara gedirəmsə bir yerdə 

görürəm. Qulağıma artıq-əskik soz dəyir. Deyəsən, İmran da ona uyub. Öz iş-gücünü bir 

yana buraxıb, dərə-təpə  gəzir. Nə bilim bağ belə  gəldi, bostan belə getdi, klub yoxdur, 

anbarı açılmır. Axı ona nə var? Bunların hamısını onun qulağına pıçıldayan Zeynəbdir. 

Ağzını farağat qoymur. Bilmirəm, sən də onun nəyinə aşiq olmusan? 

- Yaxşı işləməyinə. Keçən il ən qabaqcıl manqabaşçısı olub. Sən nahaq yerə ara 

sözlərinə fikir verirsən. O çox təmiz uşaqdır. Nə əsasla onu işdən çıxardırsan? Onu iclas 

təsdiq eləyib. 

-  


Briqadirlə yola getmir. 

- Kazımlamı? 

- Bəli. 

- Kazımın özünü yoxlamaq lazımdır. 

- O, 

mənim sağ əlimdir. Ona heç kəs toxuna bilməz. 



- Lazım gəlsə toxunarıq. 

- Hələ mən ölməmişəm. 

Kosaoğlu ayağa durdu, kürkünü çiynində silkələyib düzəltdi. Nəsib dayı onun getmək 

istədiyini görüb: 

Otur, - dedi, - hələ söhbətimiz qurtarmayıb. 



Kosaoğlu lampaya yaxınlaşdı, damağındakı papirosu çıraqdan yandırıb yenə öz 

yerində oturdu. Bir-iki qullab vıırub ayağını ayağının üstünə  aşırdı  və arxayın-arxayın 

soruşdu: 



____________________Milli Kitabxana_____________________ 

74 


 

- De 


görüm, 

nə istəyirsən? 

- Zeynəb öz yerində qalacaq. 

- Sonra? 

- Kərim kişinin taxılını verəcəksən. 

- Sonra? 

- Bir 

də onu camaatın içində təhqir eləməyəcəksən. 



- Təhqir yox, canını da alacam. 

- Buna 


ixtiyarın yoxdur. 

Var. O, demaqoqun biridir. 



O, bu kolxozda can qoyub. 

- Can 

qoysaydı, ac qalmazdı. 



Nəsib dayı artıq dözə bümədi. Özü də hiss etmədən əlini stola çırpdı. 

- Qurban, 

bəsdir! Kərim kimilərini ac qoyan sənsən! 

- Kim, 


mən? 

- Bəli! 


Kosaoğlu ayağa durdu. Çiynindən sürüşüb düşən kürkünü geydi. Papirosunu 

hirsli-hirsli sümürdü. Tüstü burun pərələrindən fısıltı ilə bərabər bayıra çıxdı. 

- Mən ona borcluyam? Canı çıxsın işləsin. 

- O 


işləyir, ancaq haqqını yeyirsiniz. 

- Belə de, indi məsələ aydındır. - O, papirosu axırıncı dəfə sümürüb yerə 

atdı. Kötüyü daham ilə tapdalayıb söndürdü. Səsinə  və  hərəkətlərinə  təmkin 

verdi. - Bura bax, Nəsib, mənim artıq-əskik danışan adamlardan zəhləm gedir! 

Məsləhət bilirəm ki, ağlını başına yığıb mənimlə düz dolanasan. Mənə Kosaoğlu 

deyərlər. Bu kolxoz mənimdir, mən nə istəsəm, o da olacaq. 

- Yox, 

daha 


olmayacaq. 

- Necə, yoxsa mənim əleyhimə birləşib intriqa düzəldirsiniz? 

Məsləhət bilmirəm, Nəsib, xeyir tapmazsınız. 

- Mənə  hədə-qorxu gəlmə. Qurban, sənin dediyinlə yox, qanunla iş 

görəcəyik. İndi ki mənim sözlərim ağlma batmır, onda məsələni ümumi iclasda 

müzakirə edərik. 

- Nə iclasbazlıqdır,  bu köpəkoğlunun kolxozunun sədri mənəm, yoxsa 

sən. 


- Sənsən. 

- Bə, onda sən kimsən ki, mənə göstəriş verirsən? 

- Bu 

mənim borcumdur. 




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə