Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə27/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   23   24   25   26   27   28   29   30   ...   132

____________________Milli Kitabxana_____________________ 

81 


 

sola keçir, arabir ayaq saxlayıb oyuna diqqət edir və İmrana sataşırdı. Hətta bir-

iki dəfə dayanıb İmrana kömək də elədi. 

Otağa toyuq qızartmasının ətri dolan kimi Şahnaz nərdi yığışdırdı. Kosaoğlu 

ilə İmran xörək yeməyə başladılar. Şahnaz əvvəlcə patefon oxutmaq istədi, sonra 

fikrini dəyişib radiaqubuledicini qurdu. Yaşıl lampa bir-iki dəfə titrəyib göz 

qırpdı. Cihaz xırıldadı. Şahnaz düyməni hərlədi. Müxtəlif səslər bir-birini təqib 

etdi və birdən xırıltı kəsildi, otağa məlahətli bir səs yayıldı. 

"Kəndimizə gələn ağranom oğlan,  

Ürəyim titrəyir görəndə səni..." 

Elə bil bu mahnını  qəsdən oxuyurdular. Şahnaz havanın lap yerinə 

düşdüyündən uşaq kinü sevindi. Kosaoğlu dodaqlarını silib mahnıya qulaq asdi 

və söhbətə mövzu tapıb dərhal dilləndi. 

- Görürsənmi, kəndə gəlməmiş sizə mahnı da qoşublar. 

- Özü 

də qızın dili ilə. 



- Elə onu de. İndiki qızlar hər  şeyi yaxşı ölçüb-biçirlər. Görürlər ki, bu 

saat ağranoma yaman fikir verirlər. O saat ürəkləri keçir, oturub şer qoşurlar. - 

Kosaoğlu gözlərini qıyıb mənalı-mənalı İmrana baxdı. 

-  


Yəqin kəndimizdə sənə də bu cür şer qoşan qız var. 

- Hələ ki, şer qoşulası bir iş görməmişəm. 

Rəhmətliyin oğlu, qız neyliyir sənin işini? Görür yaxşı  oğlansan, demək 

qurtardı. İndi sən kimdən askiksən? Kəndimizdə kimi istəsən sənə gələr. Ürəyini 

sıxma, özüm burda deyiləmmi? Havaxt toy eləmək istəsən, mən hazır. 

- Qurban 

qağa, - deyə İmran utana-utana cavab verdi, - hələ toydan əvvəl 

görüləsi işlərimiz çoxdur. 

Kosaoğlu azacıq fikrə getdi. 

- Düz 


deyirsən, bala, əvvəla, gərək ev-eşiyi sahmana salasan. Atan 

çoxdan rəhmətə gedib. Anan da ki, neyləsin, qoca arvaddır. Səni ancaq oxutdu. 

Amma ükir eləmə. Özün bilirsən ki, hökumətimiz qərar çıxarıb ki, ağranomlara 

kənddə ev-eşik tikilsin. İndi sən də bizim ağranomumuzsan. Gərək hökumətin 

qərarıni yerinə yetirək. Bir də, sən özgə deyilsən ki, öz uşağımızsan... 

- Çox 


sağ olun, mənə ev lazım deyil. 

- Niyə lazım deyil? Bir sağmal inək də verərik, 

  



____________________Milli Kitabxana_____________________ 

82 


 

İnəyimiz var. Evimiz də ki, pis deyil, hələlik dolanarıq. Sonrasına 



baxarıq. 

- Bunun 


sonrası yoxdur ki... Yoxsa kandimizi bəyənmədin, ə? Bəlkə çıxıb 

getmək fikrindəsən, elə ona görə ev-eşiyə yapışmaq istəmirsən? 

Yox. Qurban ağa, mən heç yana gedən deyiləm. Gəlmişəm, burda da 



işləyəcəm. Amma kəndimiz doğrudan da xoşuma gəlmir. 

- Niyə? Hamı bizim kolxozu, bizim kəndi tərifləyir, nə oldu ki, sən 

bəyənmədin? - Kosaoğlu yavaş-yavaş  əsəbiləşdiyini və  səsini ucaltdığını 

duymadı. 

İmran isə çox soyuqqanlılıqla dedi: - Mən də elə onu bilmirəm ki, bizim 

nəyimizi tərifləyirlər? 

- Necə nəyimizi, bala? Planı hamıdan qabaq yerinə yetiririk, hamıdan çox 

bizim kolxoz mükafat alır. Biz milyoner olmuşuq. 

- Bütün 

bunların faydası azdır. Qonşuluğumuzdakı kəndlərin çoxu bizdən 

az qazanır, amma yaxşı dolanır. Bizdə isə köhnə hamam, köhnə tas. 

- Bəs sən nə istəyirsən, oğul? 

- Çox 

şey!.. Deyin görüm... Bax, kolxoz plan daldurur, mükafat alır, 



camaat gecə-gündüz əlləşir, nədən ötrü? Hökumətimiz kənd haqqında bu qədər 

qərar çıxardır, maşınlar buraxır, kənd təsərrüfatını mexanikləşdirir. Bunların 

hamısı kimdən və nədən ötrüdür? 

Sual, əlbəttə, çox adi sual idi. Kosaoğlu qarnı qalxa-qalxa güldü. 

-  A bala, bunların hamısı plandan ötrüdür. Bəs sən hələ bunları 

bilmirsənmi? Doğrudan da uşaqsan. Hamısı ondan ötrüdür ki, plan dolsun, 

hökumətə də, camaata da plan lazımdir. Plan doldu, hamının gözünün işığısan. 

Dolmadı, hamının səndən zəhləsi gedəcək. 

- Demək, planı doldurdun, hər şey qurtardı? 

- Bəs nə? 

 

- Yox, 


Qurban 

qağa, elə dord burasındadır ki, biz nodən ötrü işlə- 

diyimizi yaxşı bilmirik. Belə gctsə, kommunizmə kcçə bilmərik. 

- Ele 


keçəcəyik ki!.. Lap oğul balası kimi. Özü ds hamıdan qabaq 

mənim kolxozum keçəcək. Kommunizmi ovvəlcə mən quracam. 



İmran özünü gülməkdən saxlaya bilmədi. 

- Necə keçəcəkson? 

Lap hava kimi. - O ciddi bir kəşf etmiş kimi İmrana doğrn əyildi. 



- Kommunizmə keçmeym birinci şərti odur kİ, kolxozçu gərək qapı- 

bacadan, mal-qaradan əl çəksin. Elodirmi? 




____________________Milli Kitabxana_____________________ 

83 


 

 

İmran dinmədi. Kosaoğlu əlini döşünə vurdu: 



- Bax, 

əgər mən istəsəm, elə günü sabahdan hamı mal-qaranı  gətirib 

kolxoza verər. Xüsusi mülkiyyətdon əl çəkər. 

İmran maraqlandi: 

- Nə təhər elərsən? 

Bu sirdir, heç kəsə demərəm, - Kosaoğlu özünü çəkdi. 



Burda heç bir sirr olmamalıdır. Ümumi qayda-qanun var. 

Ümumi qanun öz yerində, Kosaoğlunun qanunu öz yerində, bildin? 



- Mən bircə şeyi bilirəm ki, bizim kolxozda bu mümkün deyil. 

- Məni hirsləndirmə. Sabah briqadirlərə tapşıraram, norma mallarını 

kolxozun yerində otarmağa qoymazlar. Gorüm onda malları necə saxlayacaqlar? 

Ot-ələf də olmayanda malı  qırmayacaqlar ki? Əlacları  kəsiləndə qulağından 

tutub özləri könüllü gətirib fermaya təhvil verəcəklər. 

Əvvəlcə  İmrana elə  gəldi ki, Kosaoğlu zarafat eləyir. Lakin sədrin qürurla, 

İmranı yuxarıdan-aşağıya kinayə ilə süzməsi göstərdi ki, o heç də zarafat eləmir

bu onun qənaəddir və imkan tapsa, elə sabahdan işə başlayar.  İmran 

Kosaoğlunun az savadlı və kobud olduğunu bilirdi, ancaq belə kütlüyünü ağlına 

gətirmirdi. O bir daha Kosaoğluna baxdı. Sədr gözünü aqronoma zilləyib 

gülümsünür, sanki "hə, görürsənmi, dünyada nə  ağıllı adamlar var!" demək 

istəyirdi. Birdən  İmranı gülmək tntdu. Kosaoğlu da ona qoşuldu. Bayaqdan 

onlara qulaq asan Şahnaz da özünü gülməkdən saxlaya bilmədi. Süfrəni 

yığışdırmağa gələn Sayalı təəccüblə dayandı: 

Ə, nə olub, otağı başıniza götürübsünüz? 

Heç, - deyib Kosaoğlu üzünü İmrana tutdu.   Gördün ki, oğul, işi necə 



görürlər! Sən Kosaoğlunun kəndçi olmasına baxma, çox oxumuşları yorub yolda 

qoyar. Kitab oxumaq azdır. Gərək bir az özündə də olsun. 

İmran Şahnazın gətirdiyi çayı qabağına çəkib təmkinlə dedi: 

- Kitabı oxumaq azdır, gərək oxuduqlarını başa düşəsən, həyata tətbiq 

eləyəsən. Amma xatirinizə dəyməsin, siz nə kitab oxuyursunuz, nə də deyilənləri 

başa düşürsünüz, ona görə də qaş qayırdığınız yerdə vurub göz tökürsünüz! 

Bayaqdan  İmranın onunla razılaşdığını  zənn edən Kosaoğlu, birə sancmış 

kimi yerində qurcalandı. 

- Necə? 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə