Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə30/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   26   27   28   29   30   31   32   33   ...   132

____________________Milli Kitabxana_____________________ 

90 


 

- Nərgız bacı. 

Elə bil Nərgiz yuxudan oyandi. Fikrini toplayıb gülümsündü: 

- Ay 


qız, olmaya... 

Sanki Zeynəbin bədənində alov gəzdi. Yanaqları qıpqırmızı oldu. 

- Heç 

elə  şey olarmı, ay Nərgiz bacı, nə danışdığındır? - deyib, başını 



aşağı saldı... 

...Amma bu şadlıq uzun sürmədi. Dünən idarədən qayıdanda eşitdiyi sözlər 

elə bil onu yerə çırpdi. 

Zeynəb dükanın qabağından keçəndə bir dəstə  qıza rast gəldi. Onlar öz 

aralarında danışıb-gülürdülər. 

- Siz 


də bu İmranı az tərifləyin. 

- Nə olub ki? 

- Nə olacaq? - deyə qızlardan biri rişxəndlə dilləndi, - Kosaoğlunun evinə 

yamanca ayaq açıb. Deyirlər qapının dabanını yağır eləyib. Görərsiniz, bu gün 

sabah toy-düdük çalınacaq. 

- Ay 


qız, bəsdir, sən allah, gədəni bəzəməyin, yazıq başını  aşağı salıb 

işini görür. 

- Elə başıaşağı adamdan qorxmaq lazımdır. Suyun lal axanı, adamın yerə 

baxanı. Onu elə qaradinməz bilməyin. Yamanca şeydir. Zalım oğlu az qalır gözü 

ilə adamı yesin. 

- Ay 


qız,  ətimizi tökmə görək. Sən elə köhnənin yalançısısan. Hansı 

oğlanı görsən o saat deyirsən ki, gözü ilə məni yedi. Amma heç üzünə baxan da 

yoxdur. 

- Tapılar, heç darıxmayın. Amma mən düz deyirəm. 

- Axı bu xəbərləri sən hardan eşidirsən? 

- Hardan 

eşidəcəyəm, özləri danışırlar. 

- Kim? 


- Necə yəni kim? Belə Sayalı, Göhər qarı, lap Şahnazın özü. 

- Sən də onların sözünə inanırsan? 

- Niyə inanmayım? Şahnaz kimi ağca mayadan kim keçər? Zalım qızı elə 

bil quzu quyruğndur, yırım-yırım yırğalanır. İşi-gücü də özünə siğal verməkdir. 

Özü də Kosaoğlunun bacısı  qızıdır...İmrana da clə bu lazımdir... Yağ içində 

böyrək kimi bəslənmiş qızı kim ağzından çıxardar? 

Zeynəb dözə bilməyib dəstəyə yaxınlaşdı. Qızlar susdular. Zeynəbin sinəsi 

qalxıb-enirdi. 

- Yenə nə çərənləyirsən? 

- Heç 


nə, camaat nə deyirsə, onu... 

  



____________________Milli Kitabxana_____________________ 

91 


 

İşin-gücün yoxdur? Xalqın dərdi sənə qalıb? 



Bura bax!.. - bayaqdan qızları başına yığıb danışan Sevgili dilləndi. - 

Sənə nə düşüb? İmranın vəkilisən'? Mən bilərəm, o bilər. Yoxsa onda gözün var? 

Ay qız, ağlını başına yığ. Alı təhsilli oğlan səni alarmı? 

Sənə, olsa-olsa, xır-xır Kazım kimisi müştəri çıxar. Get otur yerində. 

Zeynəb dodaqlarını çeynəyə-çeynəyə dəstədən aralandı. 

 

10 


 

Eyvanm dirəyinə söykənmiş  Şahnaz,  əlini qoynuna qoyub, başı üzərindən 

keçən qaranquşlara tamaşa edirdi. Bir həftəyə yaxın idi ki, bu quşlar onların 

eyvanında məskən salmışdı. Səhərdən axşama qədər civildəşə-civildəşə 

ağızlarında ot, palçiq gətirib yuva tikirdilər.  İlk günlər  Şahnazı  cəlb edən bu 

göyçək quşlar, indi onu darıxdırırdı.  Şahnaz onların qoşa dayanıb oxumalarını 

görəndə  qəfəsə salınmış quş kimi çırpınır, qapı-bacada dura bilmirdi. "Quş 

quşluğu ilə tək yaşamır, qoşa gəzir. Bəs mən?.." 

O tez-tez güzgü qabağında hərlənir, qaş-gözünə sığal verir, saçlarının ucunu 

burub sinəsinin üstündən sallayır, paltarının birini soyunub o birini geyinirdi. 

Bəzən dabanı üstündə  fırlanır, güzgüdə  ətli  əndamına, nazik belinə, yoğun 

topuğuna baxır, gülümsəyərək öz-özünə göz vururdu: "Doğrudan da qəşəng 

qızam, mənim kimi gözəl də evdə oturar?" 

Yaşınin az olmasına baxmayaraq, Şahnaz çox oğlanlarla oturub-durmuşdu. 

Hətta bəzilərinin dərdini ürəyinə salmışdı. Lakin bu, uzun sürməmişdi. Ya oğlan 

ondan uzaqlaşmış, ya da Şahnaz özü onu yola salmışdı. Neçə ildən bəri onun 

dalınca sürünən  şofer Məmməd belə ona təsir edə bilməmişdi. Ancaq İmran... 

Şahnaz durub-dincələ bilmirdi. O günkü əhvalatdan sonra elə zənn edirdi ki, hər 

şey düzələcək;  İmran ona meyl edəcək, ancaq tərsinə oldu. İmranın soyuqluğu 

onu təşvişə salırdı. "İndiyə  qədər bir başıpapaqlı  mənim yanımdan düz keçə 

bilməyib, dalımca həsrətlə baxıblar. Amma bu..." 

Şahnaz necə olur-olsun İmranın diqqətini cəlb etməyə çalışırdı. Tez-tez 

Gövhər qarının yanına qaçıb fala baxdırırdı. Qarı, qızın ürəyinə yatan şirin sözlər 

deyib, onunla İmranın birləşəcəklərini söyləyirdi.  İndi o, eyvanda dayanıb 

bunları düşünür, düşündükcə də darıxırdı. 

  



____________________Milli Kitabxana_____________________ 

92 


 

Kəndin üstünə axşam qaranlığı çökürdü. Yavaş-yavaş  çıraqlar yanır, mal-

qara örüşdən qayıdırdı. 

Gövhər qarı sakitcə Şahnaza yaxınlaşıb dayandı. 

- Bayramın mübarək, qızım, bu şər vaxtı boynunu niyə bükübsən? 

Şahnaz köksünü öturdü: 

Nə bayram, ay nənə? 

- Bıy, başıma xeyir, ay qız, nə danışdığındır! 

Bu gün ilin axır çərşənbəsi deyilmi? Bircə tez ol gedək tonqal qalayaq, 

üstündən atdan, günahların yox olsun. 

Şahnaz oyuncaq tapmış  uşaq kimi sevindi. Onlar küləş  gətirib həyətin 

ortasında od vurdular. Qatı ağ tüstü burula-burula havaya qalxdı. Tonqal birdən-

birə pırıltı ilə alovlandı. Qırmızı dilli alovlar göyə ucaldı. Qonşu uşaqları tökülüb 

gəldilər. Tonqalın ətrafında atılıb-düşməyə başladılar. Gövhər qarı ətəyini belinə 

sancdı. Qızlara göz eləyib irəli yeridi. 

- Günahlarınızı təmizləyin, ay qızlar! 

- Bizim 

nə günahımız var ki? 

- Elə demə, qızım, allaha ağır gedir, tez ol atdan! Şahnaz  şaqqıldayıb 

güldü və sıçrayıb tonqalın üstündən keçdi. Qızlar da ona qoşuldular. Qarı özü də 

geri çəkildi, gözlərini yumub, alovun üstündən atılmaq istədi. Ancaq birdən 

ayağı büdrədi, qorun içino düşdü. Donquldanıb kənara sıçradı. Qırçınlı donunun 

uzun, gen ətəyi alışdı. Qarı özünü itirdi. Orlada firlanıb qışqırdı: 

- Ay 


qız, qoymayın yandım! 

Qızlar onun atılıb-düşməyinə baxıb gülüşdülər. Qarı isə  əyilib donunun 

ətəyini döycləyə-döyəcləyə qızlan söydü: 

- Ləçərlər, həyasızlar, nə 

hırıldaşırsınız...cin yosunlular, 

qoymayın...yanıram!.. Qarının ayağı  nəyə isə ilişib yıxıldı. O, başı  kəsilmiş 

toyuq kimi atılıb-düşdükcə, balaqlarından, belindən tüstü çıxırdı. Gözləri 

yaşarınca gülən Şahnaz qarının boğulduğunu görüb irəli yüyürdü. 

Qarı çeçəyı-çeçəyı deyirdi: 

- Hamısının baisi sənsən... Ayğır kimi nə kişnəyirsən? 

Şahnaz qarının yanıb xal-xal olan donunu dartıb çıxardı. Tumanının alovunu 

söndürdü. Su gətirməyə qaçan qızlardan biri özünü yetirib vedrəni qarının üstünə 

boşaltdı. Gövhər qari balıq kimi ağzını açıb-yumdu. 

Onu ayağa qaldırdılar. Səs-küyə yığışan qonşular qarıya baxıb gülüşdülər. 

  

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə