Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə38/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   34   35   36   37   38   39   40   41   ...   132

____________________Milli Kitabxana_____________________ 

114 


 

Kosaoğlu  İmranı evə çağırmasını,  Şahnazın onun ətrafında fırlanmasını 

yadına saldı. Ovqatı  təlx oldu. "Demək belə, yaxasını  ələ vermək istəmir. 

Üstəlik, mənə meydan oxuyur. Yaxşı, eybi yoxdur!" - Maşın körpüdon keçib 

Kazımın sahəsinə buruldu. Kosaoğlu hələ uzaqdan İmranı tanıyıb dişini qıcadı: 

"Köpək oğlunu görəndə elə bil qutuda ilan görürəm". 

Şahnaz yedəyindo at düşərgənin yanında dayanmış  İmranı görən kimi əlini 

Məmmədin çiyninə vurdu. 

- Saxla! 

- Kosaoğlu bir qıza, bir də  İmrana baxdı. Maşından çıxıb düşərgəyə 

yüyürən Şahnazın hərəkətindən dilxor olsa da, üstünü vura bilmədi. 

Acıqlı-acıqlı Məmmədə sarı döndü: 

- Sür 

görək! 


 

13 


 

İmran bir yerdə durub dincəlmirdi. Neçə gündən bəri ata da rahatlıq vermirdi. 

Özü də  sınıxmışdı. Anasının deyınməsinə baxmayaraq üç gecə idi ki, evə 

getmirdi. Gündüzlər sahələri gəzib səpinə  nəzarət edir, axşamlar tarla 

düşərgələrindən birində, traktorçuların yanında qalırdı. 

O, traktorçuların qaladığı ocağın qırağında oturur, onlarla çörək yeyir, gecə 

yarıya qədər söhbət etdikdən sonra, yalxı palaz üstündə  şirin yuxuya gedirdi. 

Dünən axşam o, Kazımın briqadasında gecələmişdi. Səpin  şər qarışana qədər 

davam etmişdi. Səpilməmiş təkcə Zeynəbin manqasının yeri idi. 

İmranın tarla düşərgəsində qalmaq istədiyini görən Zeynəb qızlardan ayrıldı. 

"Siz gedin, mən sonra gələrəm" - dedi. İmran onun qəsdən ləngidiyini duydu. 

- Sən niyə getmirsən? Yoldaşlarından ayrılma, sonra tək gedə bilməzsən. 

- Tək niyə oluram? Yanımda sən boyda kişi var. 

- Yaxşı, zarafatı qoy bir yana. Qaranlıq qarışır. Get evə, anama da baş 

çək. 



Yox, burda qalacam. 



İmran tutqun göyə, bir do sonsuz çollərə baxdı. 

  

 




____________________Milli Kitabxana_____________________ 

115 


 

Hava bir təhərdir, soyuq dəyər. 



- Heç 

nə olmaz. 

- Qızlar arabaya doluşmuşdular. Sürucü kəndə doğru qanadlanan atları 

güclə saxlayırdı. Oradan səs gəldi. 

- Ay 

qız, di tez ol. 



Zeynəb yavaşca geri döndü. Əvvəl asta-asta yeridi, sonra birdən uşaq kimi 

götürülüb özünü arabaya yetirdi. 

Səhər tezdən isə İmranın başının üstünü kəsdirdi. 

Hava yenicə  işıqlanirdı. Axşamdan çöllərin üstünə enmiş duman hələ 

çəkilməmişdi. İmran yorğana bürünüb, düşərgənin qabağındakı otluqda yatmışdı. 

Üstünə  şeh düşmüşdü. Lap tezdən işə başlayan traktorçular aqronomun yorğun 

olduğunu nəzərə alıb onu oyatmamişdı. 

Əlində bağlama,  İmranın başı üstündə sakitcə dayanan Zeynəb, onun 

rarşıltısına qulaq asırdi.  İmranın başı sürüşüb otluğa düşmüşdü. Qıvrım saçları 

daha da pırpızlanmışdı. O, yorğanın altında yumaq kimi büzüşmüşdü. Deyəsən, 

üşüyürdü. Zeynəb yavaşca aşağı  əyildi. Bağlamanı yerə qoydu. İmranın başını 

qaldırmaq istədi. Elə bu vaxt oğlan arxası üstə çevrildi. Zeynəb diksinib geri 

çəkildi. Tez ətrafa boylandı. Yaxında heç kəs yox idi. Qızlar hələ gəlməmişdilər. 

Traktorçular uzaqda idilər. Zeynəb ehmalca sırıqlı pencəyi İmranın başının altına 

qoydu. Nəfəsini dərmədən dayanıb ona tamaşa elədi. O, İmranın bu cür bərk 

yatdığını  əvvəllər də görmüşdü.  İmtahanlardan sonra yay tətillərində evlərinə 

gələn  İmran, gün yayılana qədər yatardı. Tükəzban xala onu yerini eyvandakı 

taxtın üstündə salar, səhər tezdən, əlində ağac, toyuq-cücələri qovardı ki, "gədəni 

oyatmasınlar". Gün İmranın üstünə düşəndə qarı dirəklərin arasına pərdə tutardı. 

Sonra isə yavaşca onu silkələrdi. 

A bala, qurbanın olum, dur, sərfən qarışar. 



Oğlan güclə gözlərini açardı. 

Ana, qoy doyunca yatım. 



Həmişə Tükəzban xalanın yanında olan Zeynəb çox vaxt İmrana rişxənd 

edərdi: 


Ə, dur, yekə oğlansan, az nazlan. 

Bəzən də Zeynəb səhər tezdən durar, bağlarından yetişmiş gilas dərib İmrana 

gətirərdi. Onun şirin yuxuda olduğunu görəndə gilası taxtın yanında qoyub 

gedərdi. Həm Tükəzban xala, həm də  İmran gilasın haradan gətirildiyini 

bilməzdilər. Bəzən də o, İmranın üstünə 

  



____________________Milli Kitabxana_____________________ 

116 


 

su töküb qaçardı. Amma bir dəfə özünü yuxuluğa vuran İmran Zeynəbin 

biləyindən yapışıb stəkanı almış və onun özünü islatmışdı. 

İndi o nədənsə bunları xatırladı. Birdən onda İmranın başını  sığallayıb 

sinəsinə basmaq arzusu doğdu.  İmran gərnəşib oyanmasaydı, bəlkə  də belə 

edəcəkdi. 

İmran oyananda Zeynəb dərhal özünü yığışdırdı. 

Ədə, bu zamanacan yatmaq olarmı? Günortadır. 



İmran gözlərini ovuşdurub qalxdı. Doğrudan da yatıb qalmışdı. Tez ayağa 

durdu. Yaxındakı arxa doğru qaçdı. Köynəyini soyundu. Ayağının birini arxın bu 

qırağına qoynb yuyunmağa başladı. Gün yenicə qalxırdı. Havanın soyuq 

olmasına baxmayaraq İmran ləzzətlə yuyundu. Qurulanıb köynəyini geyəndən 

sonra Zeynəbin yanına qayıtdı. 

Qız süfrə açmışdı. Ocaqda çörək kövrəltmiş, çay dəmləmiş, Tükəzban 

xalanın göndərdiyi pendiri, yağı süfrəyə qoymuşdu.  İmran otun üstə  sərilmiş 

süfrədəki səliqəni görüb zarafat elədi: 

- Belə qızdan kim inciyər? 

- Dil 


tökmə, otur çörəyini ye. 

- Niyə acıqlanırsan? 

- Bəs neyləyim? Lap çöl quşu olubsan. Yazıq arvadın gözünün yuxusu da 

qaçıb. 


- Heç 

nə olmaz. 

Eh, siz oğlanlara nə var, daş kimi şeysiniz, nə dil anlayırsınız, nə söz 



qanırsınız. 

Bura bax, deyəsən sözlü adama oxşayırsan? 



Sözum odur ki, səpinim geri qalıb, - deyə Zeynəb söhbəti dəyişdi. 

-  

Tez ol, çayın soyuyur. 



İmran traktorçuları çağırdı; 

- Gəlin, Zeynəb sizi qonaq eləyir. Rüşvət verir ki, çiyidi yaxşı  səpsiniz. 

Çay-çorəkdən sonra dərhal işə girişdilər. Bir azdan İmranı üçüncü briqadaya 

çağırdılar. 

Günortadan gün əyiləndə Kazım gəldi. Bir qədər düşərgənin  ətrafinda 

fırlandı, çiyidləri yoxladı, səpilən yerlərə baxdı  və traktorçuların yanına getdi. 

Zeynəbin sahəsi səpilib qurtarırdı. Traktor iki dəfə o başa qayıdandan sonra 

dayandı. 

Bu da Zeynabin yeri! - deyə traktorçu Əli dərindən nəfəs aldı. 



Kazım sakitcə ona yaxınlaşdı. Cibindən qutunu çıxanb papiros təklif etdi, özü 

də birini yandırıb qutunu şaqqıltı ilə örtdü. 

  

 



Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə