Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə39/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   35   36   37   38   39   40   41   42   ...   132

____________________Milli Kitabxana_____________________ 

117 


 

- Yox 


dostum, 

hələ bir az qalıb, - deyo o, sözə başladı. - Bax o tərəfdəki 

şumlanmış yer də  mənim briqadamındır. Oranı da səpib qurtarmaq lazımdır. 

Traktorçu təəccüblə çiynini çəkdi: 

- Ağranom mənə o yer barədə heç nə deməyib. 

- Yəqin yadından çıxıb. Sür ora! 

- Axı, ağranomsuz olmaz. 

- Niyə olmur, e? Şəxsən Qurban qağa tapşirıb, o deyəndən sonar İmran 

nəkaradır? 

- Mən bir şey demirəm. Ancaq bura kimin manqasınındır? 

Ə, neynirsən kimindir? Sən ha becərməyəcəksən! 



- Mən bu kolxoza təhkiməm. Kultivasiyanı da mən çəkəcəm, hələ pambıq 

yığımında da iştirak edəcəm. 

- Daha 

yaxşı. Onda sür. 



Əli traktoru işə saldı. Dövrə vurub geri döndərdi və  təzə sahəy tərəf sürdü. 

Kazım artıq qalan çiyidləri qızlarla bərabər düşərgəyə yığan Zeynəbi səslədi: 

- Çiyidi 

də götürün, bura gəlin, hələ səpilməmiş yer qalıb. 

- Hansı yer? - deyə Zeynəb soruşdu: 

- Neynirsən hansı yer? Sənə nə deyirlər, ona bax. Tez ol çiyidi gətir. 

Zeynəb Kazımın yanına gəldi. 

- Göstər, görüm haranı deyirsən? 

- Bax, 

oranı. Arxın altını görürsənmi? 



- Görürəm. Oranın mənə nə dəxli var? - Necə yəni nə dəxli var? Bəs oranın 

pambığını kim becərəcək? Mən?  Mən də becərməyəcəm. Gücüm çatmaz. Orda 

altmış hektar yer var. - Ay qız, sənə kim deyir hamısını becər. Səndən başqa 

manqa yoxdur? Öz aramızda bölüşdürəcəyik, qurtarıb gedəcək. Zeynəb daha da 

ciddiləşdi: 

- Bura 


bax, 

mənə neçə adam veribsən? 

- Bilmirsən, on adamdir də. 

- Yaxşı, atan oldu rəhmətlik. De görüm hor adam neçə hektar 

becərməlidir? 

- Xam-zad 

deyilsən ki! Hərənin bir hektar yeri var. 

Zeynəb onu tərs-tərs süzdü. 

- Kazım, bax, birdəfəlik bil ki, mənim manqam normadan artıq bir qarış 

da yer becərməyəcək! 

  



____________________Milli Kitabxana_____________________ 

118 


 

- Yaxşı, yaxşı, aləmi başına yığma!.. Di qurtar, yoldaşlarını çağır. 

Vaxt keçir. 

Qız yerindən tərpənmədi. 

Kazım Zeynəbin tərsləşdiyini görüb səsini yavaşıtdı. Onu dilə tutub yola 

gətirməyə çalışdı: 

- Ağlını başına yığ. Artıq yer əkməsək plan dolmaz. El içində biabır 

olarıq. Elə briqada yoxdur ki, plandan artıq yer əkməsin. 

- Yox, 

Kazım keçəl suya getməz, heyət mənim manqama on hektar yer 



ayırıb, on da becərəcəm. Öhdəliyi da yerınə yetirəcəm, hələ bir az da artıq 

pambıq verəcəm. 

- Axı hardan verəcəksən? 

- Həmin bu hektardan. 

Kazım səsinı ucaltdı, indi də ona hədə-qorxu gəlməyə başladı. 

- Qurban 

qağa şəxsən özü tapşırıb, heç o yan, bu yan eləmə! İstəmirsən 

rədd ol, get! Daha buralarda əl-ayağa dolaşma, Sən olmazsan başqası olar. O 

qədər yalvaran var ki! 

- Bircə onu görməyəcəksən! 

Kazım söhbətin uzanacağını, bəlkə  də  səs-küy qalxacağını hiss edib susdu. 

Dolu kisələrdən birini çiyninə aldı, maşının yanına gətirib çiyidi hirslı-hirsi 

çiyidsəpənə boşaltdı. 

Sür! – deyə traktorçuya əmr etdi. 



Traktor nərildyib ağır-ağır tərpəndi. Zeynəb məsələni qızlara danışdı, dərhal 

İmranın dalınca adam göndərdi. Aradan heç yarım saat keçmədi ki, İmran gəldi, 

atını birbaş çiyidsəpən maşının yanına sürüb üzünü traktorçuya tutdu. 

- Maşını şumdan çıxart! 

Elə bayaqdan konülsüz işləyən traktorçu Əli maşını geri çevirib şumdan 

çıxartdı. Bir qıraqda oturub dincini alan Kaznn bunu görcək qaça-qaça gəldi. 

Üzündən zəhər yağırdı. O, İmrana  əhəmiyyət vermədən traktorçuya müraciət 

etdi: 


- Niyə səpmirsən? 

- Bilmirəm. 

- Necə yəni bilmirəm, ə? Sənə demədimmi səp?! 

Traktorçu Əli çox hövsələli oğlan idi. Kazımın qışqırmasına baxmayaraq, heç 

təhərini də pozmadı: 

- Çığır-bağır salma, - dedi, - get ağranomla danış. 

- Mən ağranom-zad tanımıraın. 

  



____________________Milli Kitabxana_____________________ 

119 


 

İmran atını yaxına sürüb traktorçuya yaxınlaşdı. 

- Sür, 

gedək! 


Əli maşını sürüb tarla düşərgəsinin yanında saxladı. 

- Demək, sən sədrin əleyhinə gedirsən? Böyüklük satırsan? Bəs sonrasını 

fikirləşmirsən? - deyə Kazım atdan enən  İmrandan  əl çəkməyib xırıltılı  səslə 

qışqırmağa başladı. - Mənim briqadamın işinə qarışmağa heç kimin haqqı 

yoxdur! Briqadir mənəm, mən bilərəm neçə hektar əkdirirəm. Kazım susandan 

sonra İmran sakitcə soruşdu: 

- Qurtardın? 

- Qurtardım, bəli! 

- Sənin öhdəndə olan altmış hektarın hamısı səpilibmi? 

- Səpilib. 

- Bəs nə istəyirsən? 

- Necə  yəni nə istəyirsən? Altmış hektarla plan dolar? Həmişə necə 

eləmişəmsə, indi də elə eləyəcəm. 

Yox, daha o baban öldü. Altmış hektardan bir qarış da artıq yer üzü 



görməyəcəksən. 

- Bəs plan? 

- Zəhmət çək, ağrotexniki qaydalara əməl elə, işini yaxşı tut, məhsulun 

bol olsun. 

- Bəs o yer boş qalacaq? 

- Niyə boş qalır, orda da bostan əkərik. 

- Yaxşı! - Kazım İmranı hədələməyə başladı. - Qoy olsun! 

Sədri-zadı sayma. Təqsir səndə deyil. Kəndimizin çörəyi belədir, yeyən 

qudurur! 

İmranın qaşları çatıldı. 

- Səninlə insan kimi danışanda özündən çıxma! 

- Yaxşı, Qurban qağa buraya gələndə cavab verərsən. Mən bu saat gedib 

hər şeyi şəxsən ona deyəcəm. 

İmran rişxəndlə: 

- Xahiş edirənı, şəxsən buradan çıxıb gedəsən! 

Kazım getdi... Bir saatdan sonra Kosaoğlu gəldi. O, ağır-ağır "Pobedadan 

düşdü, çiyninə saldığı kürkünü düzəldib çiyidsəpən maşının ətrafına toplaşanlara 

yaxınlaşdı. Boğazını arıtlayıb, əllərini belinə qoydu: 

Ə, bura niyə  yığışıbsınız? Bəs sən niyə buradasan, a bala, işin-gücün 



qızğın vaxtında maşını niyə dayandırıbsan? 


Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə