Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə35/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   31   32   33   34   35   36   37   38   ...   132

____________________Milli Kitabxana_____________________ 

105 


 

 



Bes otuz mini hara yazım? 

- Necə hara yazım? Uşaq deyilsən, adam başına neçə düşürsə, böl, yaz 

vedomosta, pul paylananda kolsozçulardan çıxılar. 

- Axı daha qorxuram, söz-söhbət olar. 

- Nə söhbət,  ə?! Gözünüz kordur? Mən bu işləri dədəmin xeyrinə ha 

görmürəm. Yerı! Nə deyirəm, ona bax. 

Hesabdar qorxa-qorxa qapıya yaxınlaşdı. 

- Bir 


şey demirəm. Amma Nəsib... 

- Nəsib kimdir? - deyə Kosaoğlu onun sözünü kəsdi, - gördük sənin 

Nəsibini. 

Yarım saatdan sonra gətirilən pulu Kosaoğlu sayıb on minini kənara qoydu. 

- Arvad, 

gəl bunu apar saxla, - Sayalını  səslədi. Yerdə qalanını isə iki 

yerə bölüb kürkünün iç cibinə qoydu. Sonra da eyvana çıxıb şoferi səslədi. 

A bala, a Məmməd, maşını bəri çək. 



Şofer kənd yolundan çıxıb asfalta düşəndən sonra: - Hara gedirik? – deyə 

soruşdu: - MTS direktorunun evinə. 

- Nə var, xeyirdimi, a Qurban qağa? 

Xeyirdir. Traktor alacam. 



- Bəyəm, traktoru satırlar? 

Ə, çox danışma, elində maşınını sür. ...Direktor Kosaoğlunu yataq 



otağında qəbul etdi. 

Ə, bu gecə vaxtı nə olub? 



- Nə olacaq, traktordan ötəri gəlmişəm. 

Kosaoğlunun vaxtsız gəlməsinden onsuz da narazı olan direktor üz-gözünü 

turşutdu. 

- Traktor 

hardadır, ay rəhmətlik oğlu, heç indi boş traktor tapılar? 

Qurban onun könülsüz cavab verdiyini görsə də, üstünü vurmadı. 

Gözünü qıyıb, çarpayıdan ayaqlarını sallayan direktoru süzdü. 

Ə, səni tanımırammı? İstəsən lap yerin deşiyindən taparsan. Bir də ki... - 



Kosaoğlu səsini uzadib sözünü mənah bir tərzdə tamamladı. 

- Allaha şükür, sən ki, məni yaxşı tanıyırsan. 

Direktor, Kosaoğlunun eyhamını başa düşüb susdu. Onsuz da o, sabah 

"İyirmi altılar" kolxozuna traktor göndərməli idi. Bu gün səhər 




____________________Milli Kitabxana_____________________ 

106 


 

  

tezdon raykom katibi onu yanına çağırıb abrını  ətəyinə bükmüş  və demişdi ki, 



"traktorları düzgün bölmədiyinə görə  səninlə sonra danışarıq.  İndi isə boşalan 

traktorlardan tez "İyirmi altılara" göndər". Bundan başqa katib qonşuluqdakı 

rayona zəng vurub xahiş etmişdi ki, bir neçə traktor göndərsinlər. 

Əkin işlərini vaxtından  əvvəl qurtaran qonşu MTS-in direktoru katibin 

xahişini yerinə yetirib, iyirmi traktor göndərmişdi. Həmin traktorlardan da 

"İyirmi altılar" kolxozuna göndərmək direktora tapşırılmışdı. 

Hər il əkin zamanı Kosaoğlu direktorun yanına hamıdan qabaq gəlib istədiyi 

qədər traktor aparardı. Sonra da, necə deyərlər, bu yaxşılığın  əvəzini çıxardı. 

Amma bu il Kosaoğlu yerindən tərpənməmişdi. Direktor bir neçə gün onu 

gözləmiş, axırda da acıqlanib traktorları başqa kolxoza vermişdi. Nəsib dayını və 

İmranı  əliboş qaytarmışdı ki, gecikibsiniz. Əslindo isə o, Kosaoğlunu görmək

onunla danışmaq istəyirdi. Kosaoğlu da bunu bilirdi. Öz qüdrətini göstərmək, 

Nuranla Nəsib daymı pis vəziyyətdə qoymaq üçün qəsdən işə qarışmırdı. 

İndi isə o gəlmişdi. 

Kosaoğlu necə olursa-olsun traktor almağı  qət etmiş, direktor isə qanuni 

düzələn işi minnətsiz yerinə yetirmək istəmirdi. 

Ortalığa çökən sükutun uzun çəkdiyini görən Qurban darıxdı. 

Ə, nə fikir edirsən, yoxsa elə bilirsən Kosaoğlu sənin xəcalətindən çıxa 



büməz? 

Bir oxla iki dovşan vura biləcəyini hiss edən direktor gülümsündü: 

- A 

kişi, bu nə sözdür, danışirsan? Mən səni tanımırammı. Yaxşı, de 



görüm, yeddi traktor göndərsəm, bəs edərmi? 

- Nə qədər çox olsa, sənin adınadır. 

Direktor çarpayıdan düşüb  şifonerə yaxınlaşdı. Pencəyinin cibindən papiros 

çıxarıb qayıdınca Kosaoğiu güzgü stolunun siyirməsini açıb cibindəkiləri ora 

qoydu. Direktor onun hərəkətlərini  şifonerin aynasında görsə do, üstünü 

vurmadı. Yandırdığı papirosu bir-iki nəfəs alıb gülümsündü: 

- Yaxşi, sən deyən olsun. 

İşin düzəlməsindən kefi açılan Kosaoğlu ayağa durdu. Xudahafizləşmədən 

əvvəl: 

- Ağlın nə  kəsir, o biri MTS-ə  də  dəyimmi, yoxsa elə özün... -deyə 



soruşdu. 

Direktor sədrin fikrini başa düşdü: 

  



____________________Milli Kitabxana_____________________ 

107 


 

Yox, yox, sonra özünü biabır edirsən. Təzə direktor sən deyənlərdən 



deyil. Özüm düzəldərəm. 

...Səhər tezdən traktorların gurultusuna oyanan Əsədov, başının üstündə 

dayanan Kosaoğluna baxıb gülümsündü. 

- Deyəsen, kefin doxsan doqquzdur? 

- Sağ olsun, məni aliboş qaytarmadı. 

Prokuror dərhal durub geyindi. Yarım saat keçmiş idarədən camaatın gözü 

qarşısında raykoma zəng etdi. 

- Bəli, özüm işə qarışmasam, heç nə düzələn deyildi. Dünən ikisinin də 

abrını aldım. Bəli? Hə... sözünə əməl elədi. Qonşu MTS-dən aldığı traktorlardan 

da göndərib. Kosaoğlu özü getmişdi. Arxayın olun. 

Əkin qurtaranacan özüm burda olacam. Daha elə biabırçılıqlara yol 

vermərəm. 

 

12 


 

Kosaoğln kürkünü çiyninə salıb anbara tərəf getdi. Neçə gündən bəri rayon 

mərkəzində olan anbardar yenicə qayıtmışdı. Onun yolunu gözləyən kolxozçular 

qapının ağzında dayanmışdılar. Kərim kişi ucadan gileylənirdi. Kosaoğlu ayaq 

saxlayıb qulaq verdi. 

- A 


bala, 

camaatın halalca haqqını niyə qarın ağrısı ilə verirsən? 

Yarım aydan çoxdur cədvəl tutulub, pulu niyə paylamırsan? Hökumət avansı 

ona görə verməyib ki, ağzını bağlayıb saxlayasan. Kimin payına nə düşür, payla. 

İş-güc vaxtıdır. Camaatı yola sal. 

Anbardar  əllərini yoğun qarnının üstündən kip çəkdiyi enli kəmərinə  çəkib, 

kişini başdan-ayağa süzdü. 

Ə, paylamayanda sənin pulunu yeməyəcəyəm ha, boğazını niyə 



yırtırsan?! Vaxtında gəlib almayıbsan, mən neyniyim? 

- Səni tapmaq olur bəyəm?.. Bir ayağın Tiflisdədir, bir ayağın Bakıda. 

Bilmək olmur işçisən, yoxsa alverçi. 

Musa qocanı  tərs-tərs süzdü. Onun uzun çal saqqalına,  əlindəki çəliyinə 

baxdı. 

- A 


Kərim kişi, deyirdilər, inanmırdım, sən  əməlli-başlı demaqoqsanmış 

ki. 


Kərim kişi, şapkasının uzun günlüyünü qaşlarının üstünə basmış anbardarın 

qırmızı sifətinə, köynəyinin yaxasından pırtlayıb çıxan 




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə